PsevdoelmTəkamül

“Tiktaalik Roseae timsahdır” axmaqlığı.

 Tiktaalik roseae adlı növ 2004-cü ildə Kanada buzlaqlarında tapılmış ilk “fishapod” (ayaqlı balıq) növüdür və tam olaraq 375 milyon yaşındadır. Mövcudluğu planetimizdə təkamülə suda başlayan canlılığın quruya çıxışını göstərmək baxımından bir cığır açmışdır. Əslində, sudan quruya keçid haqqında 15 ara pillə məlumdur, ancaq Tiktaalik uzun zamandır axtarılan bir boşluğu tam dolduraraq əskiksiz keçidi tamamlamışdır, bu baxımdan çox qiymətlidir.


Tiktaalikin balıqlar kimi primitiv çənəsi, pulcuqları və üzgəcləri olmaqla birlikdə normalda balıqların edə bilmədiyi şəkildə üzgəclərini quruda hərəkət etmək üçün istifadə edə bilirdi. Həmçinin quru onurğalılarında gördüyümüz amma balıqlarda olmayan inkişaf etmiş bir sinə qəfəsi, boynu və günümüzdəki timsahlara bənzəyən başı vardı, ancaq eynilə balıqlar kimi problemsiz bir şəkildə dənizdə də yaşaya bilirdi. Yəni həm su canlılarına aid, həm də quru canlılara aid bir çox xüsusiyyəti ehtiva edirdi və bu baxımdan təkamül biologiyasının saysız keçid qalığından birinə gözəl bir nümunə təşkil edir.

Təkamül əleyhdarları Tiktaalikin başının Alligator sinensis timsahına (Çin alliqatoru) aid olduğunu və qalığın geri qalan qisimlərinin eyni layda olan balıqlara aid olduğunu, tapıntılarını dünyanın 1 nömrəli jurnalı olan Naturedə nəşr edən mütəxəssislərin xalqı və insanları aldatmaq üçün yalan danışdıqlarını deyirlər. 

Əslində, “Tiktaalik roseae” adı verilən bu canlı bugünkü Çin alliqatorlarından (Alligator sinensis) fərqlənmir, yəni təkamül nəzəriyyəsinin tam əleyhinə, bu timsah növü bir yaşayan fosil nümunəsidir.

 

Bunu heç bir elmi analiz və ya etibarlı arqumentlə dəstəkləyə bilməzlər, yalnız “elə olduğuna inanmanızı” gözləyirlər. Halbuki iddialarının əsassızlığı “giriş” səviyyəsində taksonomiya bilən və fosillərdən azca da olsa anlayan biri üçün son dərəcə açıqdır:

İlk olaraq, timsahların ən erkən atalarına 225 milyon il əvvəl rast gəlirik. Müasir timsahlar isə 84 milyon il əvvəl, Alligator sinensis isə yalnız 700.000 il əvvəl təkamülləşmişdir. Tiktaalik isə 375 milyon il əvvəl, var olmuş bütün timsahlardan əvvəl yaşamış bir heyvan növüdür. 

İkinci olaraq, timsahlar dinozavrlara gedəcək budaqdan ayrılmış bir heyvan qrupudur. Dinozavrlar günümüzdən 250 milyon il qədər əvvəl təkamülləşməyə başlamış bir üst fəsilədir. Buna görə Tiktaalikin dinozavrların erkən dövründə onlardan ayrılaraq təkamülləşən timsahlarla bir əlaqəsi olması mümkün deyil. 

Üçüncü olaraq, timsahlar Sürünənlər fəsiləsinə aiddirlər. Sürünənlər diapsid canlılardır. Yəni kəllələrin içərisində, göz yuvarları xaricində kəllənin üst qisimində hər yanda, biri göz xəttinin üstündə, biri altında olmaq üzrə 2 ədəd,  cəmi 4 dənə böyük oyuq var. Bu çuxurlar bütün sürünənlərdə və quşlarda vardır. Aşağıdakı şəkildə görə biləcəyiniz kimi Alligator sinensisdə də bunlar var. Bu çuxurların olmadığı bir canlının timsah, xüsusilə Alligator sinensis olması qeyri-mümkündür. 

Bu belə Tiktaalikin balıqlarla sürünənlər arasında bir keçid növü olduğunu təsdiqləyər. Çünki balıqlar “anapsid” heyvanlardır. Kəllələrində heç dəlik yoxdur. Sürünənlər dediyimiz kimi diapsid canlılardır və kəllələrində 4 dəlik var. Tiktaalik isə bunların tam arasında iki tərəfində 1, cəmi 2 dəliyə malikdir (göz yuvalarının istisna olduğunu xatırlayın). Yalnız göz xəttinin üzərindəki dəliklərə sahib olan bu cür canlılara “eurapsidlər” adı verilməkdədir. Eynilə Tiktaalik kimi digər bütün eurapsidlərin (plesiosaurlar və bənzərləri) nəsli tükənmişdir. Ancaq eynilə digər nümunələr kimi Tiktaalik də möcüzəvi bir keçid növüdür.
Aşağıdakı Tiktaalik kəllənə baxsanız, yalnız hər tərəfdə bir, cəmi iki dəlik olduğu görərsiniz: 
Tiktaaliklə eyni zəngin qalıq təbəqəsindən tapınılmış müxtəlif növ balıq gövdəsi və üzgəclərini timsah kəlləsinə montaj edərək bunu insanlara “axtar/ara-keçid forma kəşfi” kimi təqdim etmişdilər.

2014-cü ildə kəşf edilən yeni sümüklər, gözləmələri tamamilə təsdiqləyəcək şəkildədir və növə dair məlumatlarımızın etibarlılığını göstərməkdədir.

Balıq və ilk ayaqlı heyvanlar arasındakı keçid növü olan 375 milyon illik Tiktaalik roseaenin yaxşı qorunmuş pelvis və  pelvik üzgəcinin bir qisiminin kəşfi arxa ayaqların təkamülünün əslində inkişaf etmiş arxa üzgəclər olaraq başladığını ortaya çıxardı. Bu görüş böyük və hərəkətli arxa uzantıların onurğalıların quruya keçidindən sonra var olduğunu qarşıya qoyan nəzəriyyəyə meydan oxumaqdadır. Fosillər elm insanları tərəfindən 2014-ci il yanvar ayında Proceedings of the National Academy of Sciences jurnalında nəşr olundu. Chicago Universiteti, Anatomiya Müəssisəsi Robert R. Bensley Professoru, PhD və National Academy of Sciencesin üzvü olaraq onun açılış məqaləsinə diqqət çəkən işin yazıçısı Neil Shubin belə deyir:

İndiyə qədər əlimizdəki ən yaxşı məlumatlar üzərinə qurulmuş olan əvvəlki nəzəriyyələr balıqlardakı  “öndən çəkişli” hərəkətdən tetrapodların (dörd ayaqlılar) “dörd təkərli çəkiş”  hərəkətində bir dəyişmə meydana gəldiyini irəli sürür. Amma bu dəyişmə gerçəkdə üzvlü heyvanlarda deyil, balıqlarda meydana gəlməyə başlamış kimi görünür.

Geniş düz bir başı və iti dişləri ilə yumşaqlı-üzgəcli bir balıq olan Tiktaalik bir balıq və dayazı şirin su mühitlərində ovçuluq etdiyində 9 feet (2.74 m) uzunluğa qədər böyüyən timsah arasında bir keçidmiş kimi görünür. Qəlsəmələri, pulcuqları və üzgəcləri var. Eyni zamanda dörd ayaqlılar kimi hərəkətli baş, güclü sinə qəfəsi və primitiv ağciyərlərə sahibdir. Xüsusilə, onun böyük ön üzgəcləri quruda özünü dəstəkləməsinə icazə verən çiyin, dirsək və qismi biləklərə sahibdir.
Tiktalik qalığı sadəcə kəllə sümüyündən ibarətdir və gövdə hissəsi süni olaraq hazırlanır  və süni gövdənin üzərinə başqa balıqlara məxsus qalıntılar əlavə olunur. Və bu açıq aşkar saxtakarlıqdır.  Bu da o deməkdir ki, kəllə sümüyü heç bir aralıq formaya ifadə etmir hal-hazırda yaşayan bir alligatorun kəlləsi ilə eynidir və incəsənət əsəri gövdə üzərindən çəkilən guya sudan quruya çıxan canlını təmsil edən spekulyativ rəsmlərin heç bir elmi mahiyyəti yoxdur.

Bu iddiaya yuxarıda cavab vermişik. Rekonstruksiya haqqında daha çox məlumat üçün Restorasiya vә rekonstruksiya adlı yazımızı oxuyun.

Tiktaalik barədəki iddiaları kökündən həll edən tapındı isə 2010çu ildə, Polşada əldə edildi. Bu tapındı 397 milyon ellik, yəni Tiktaalikdən 18 milyon el daha qədim dövrə aid olan ayaq izləri idi

Bu iddiaya məqalənin ilk cümlələrində cavab vermişik. Belə ki, sudan quruya keçid haqqında 15 ara pillə* bilinməkdədir. Bu iddianın təkamül nəzəriyyəsinə qarşı istifadə edilməsi təkamül əleyhdarlarının nə qədər səthi biliklərə malik olmasını göstərir. Onlar təkamül nəzəriyyəsini özləərinə sərf edəcək şəkildə mənimsəyib mənimsədikləri məlumatlara qarşı çıxış edirlər. Beləliklə özü öz quyruğunu yeyən bir ilan mənzərəsi canlanır. Təkamül əleyhdarlarının səhv anladıqları və ya qəsdən iddia etdiklərinin əksinə təkamül prosesi zəncirvari deyil, budaqlanan ağac formasındadır. Sudan quruya keçid də həmçinin bir növ üzərindən deyil, müxtəlif növlər üzərindən baş vermişdir.

Qeyd: Aşağıda verdiyimiz keçiddən iddiaların qaynağına baxa bilərsiniz. Həmçinin iddialarını dəstəklədiklərini iddia etdikllərin sitatların orijinal qaynaqlarına baxaraq qaynaqları necə təhrif etdiklərinə və qaynaqların bəzilərinin isə elmdən tamamilə uzaq olan gənc dünya yaradılışçılarına aid olduğuna şahid olarsınız.


İddiaların qaynağı: Təkamülçülərə cavab

Əgər məqalələrimizdə qrammatik və orfoqrafik xətalar varsa, lütfən, xətalı qismi işarələyib Ctrl+Enter klaviş kombinasiyasından istifadə edərək bizə bildirin.

Daha çoxu

Ilkin Jafarov

"Yaşıl Elm" elmi kütləvi platformasının qurucusu və baş redaktoruyam. "Eastern Mediterranean University"də Sənaye Mühəndisliyi üzrə ikinci təhsil alıram.

Bənzər yazılar

Rəy yazın

Buna da nəzər salın

Close
Close
%d bloqqer bunu bəyənir:

Spelling error report

The following text will be sent to our editors: