Təkamül

Təkamüllü dəyişməni təbiətdə izləmək

Araşdırmaçılar bir kərtənkələ növünün başqa kərtənkələ topluluğuna yalnız 15 il içində təkamülləşdiyini göstərdi.

Florida sahillərindəki adalarda olan anolis kərtənkələləri ilə edilən bir araşdırmada yerli kərtənkələlərin güclü təbii seçmə təzyiqi altında ağacların yüksək qisimlərindəki incə budaqlarına daha yaxşı tutuna bilənlərə yalnız 15 il içərisində təkamülləşdiyini göstərildi.
Florida sahillərində olan və kərtənkələ növlərinin araşdırıldığı adalar. Araşdırmada adalardan 11-i araşdırıldı. Təkamüllü dəyişmənin reallaşdığı 6 ada həm yeni növü və həm də yerli növü ehtiva edir. Araşdırılan digər 5 ada isə yalnız yerli növü ehtiva etməkdə və idarə adaları olaraq adlandırılmaqdadır (Foto: Todd Campbell).

Təkamüllü dəyişmənin növümüzün həyat müddəti içində eyni zamanlı olaraq müşahidə edilə biləcəyi düşüncəsi çox da yayğın deyil. Bununla birlikdə təkamülə dair əldə edilən dəlillərin olan fosillər və ya qısa nəsil müddətinə malik orqanizmlər ilə məhdud olacağı kimi məşhur bir anlayış hakimdir. Digər tərəfdən diqqətli araşdırmalara əsaslanan ekoloji araşdırmalar ilə təkamüllü dəyişmənin “gözümüzün qarşısında” reallaşdığını göstərən bir çox nümunə bu məşhur anlayışı kökündən dəyişdirir.

Florida sahillərində olan adalar üzərində edilən araşdırmada araşdırmaçılar iki qohum kərtənkələ növündən yerli olanın güclü təbii seçmə təzyiqi altında ayaqlarında daha geniş səthli pulcuqlu bölgələri ehtiva edən kərtənkələlərə təkamülləşdiklərini göstərdi.

Araşdırmanın edildiyi adalarda 1995-ci ildə yalnız yerli növ olan A. carolinensis var idi. 1995-ci ildən etibarən adalardan bir qisimi qohum növ  A. sagrei tərəfindən zəbt edilməyə başlandı. Zəbt sonrasında iki növ arasındakı mövqe və qida üçün rəqabətə görə yerli növ ağacların daha incə və sürüşkən budaqlardan ibarət yüksək qisimlərinə yerləşmək məcburiyyətində qaldı.

Zəbtə uğramamış (təbii seçmə təzyiqi altında olmayan) adalardakı yerli kərtənkələlər isə zəbt edilmiş adalardakı təkamülləşmiş kərtənkələlərlə müqayisə edildiklərində daha dar ayaq barmaqlarına sahib olduqları məlum oldu. 15 il sonra (2010-cu ildə) edilən ölçmələrdə yerli növün zəbt edilən adalarda daha yüksək qisimlərdə həyat davranışına adaptasiya olaraq ayaqlarında daha geniş barmaq səthi və daha çox pulcuq ehtiva edən kərtənkələlərə təkamülləşdikləri aşkar oldu. Daha alçaq ağac budaqlarında yaşayan ata kərtənkələ növlərinin yerini təkamüllü uyğunlaşma nəticəsində incə/sürüşkən budaqlara dırmaşma və tutunma qabiliyyətləri inkişaf etmiş, daha yüksəklərdə yaşayan kərtənkələlər almış oldu.

Yerli kərtənkələ növü olan A. carolinensisin arxa ayağı . Ayaq barmağının təkamüllü uyğunlaşmaya cavab olaraq genişləmiş qisimləri rahatca görülür (Foto: Yoel Stuart).

Araşdırma təbii seçmə təzyiqi güclü olarsa eyni təkamüllü həllin -geniş ayaq barmaq səthi ehtiva edən növlərin təkamülü- çox sürətli şəkildə – 20 nəsil / 15 il içində- və müstəqil olaraq -6 fərqli adada- reallaşdığına dair əsaslı bir nümunə meydana gətirir. Buna bənzər bərabər-zamanlı təkamüllü ekologiya işləri gündən günə də artmaqdadır. Nəticə olaraq, təkamülü təbiətdə reallaşarkən izləməyə əsaslanan bu tərz araşdırmalar laboratoriya xaricində qiymətli imkanlar təqdim edir.

Əlaqəli məqalə: DOI: 10.1126/science.1257008

Əgər məqalələrimizdə qrammatik və orfoqrafik xətalar varsa, lütfən, xətalı qismi işarələyib Ctrl+Enter klaviş kombinasiyasından istifadə edərək bizə bildirin.

Daha çoxu

                                                                                  

 

Əgər bu yazını oxuyursunuzsa...

 

...sizdən bir xahişimiz var. Yaşıl Elm əvvəlkinə görə daha çox oxunur, amma Azərbaycan dilində onlayn reklam yayımlayan şirkətlər olmadığı üçün saytımızda sizin diqqətinizi cəlb edə biləcək reklamlar yerləşdirə bilmirik. Eyni zamanda diqqət dağıdıcı çoxlu reklam vasitəsi ilə sizin məlumatlanmağınıza da mənfi təsir göstərmək istəmirik. Yəni saytımızda edilən bütün işlər tamamilə öz zəhmətimiz hesabına başa gəlir.

 

Hər hansı maliyyə yardımı almadan, şirkətə, quruma bağlı olmadan müstəqil şəkildə bu platformanı idarə etməyimiz olduqca çətindir. Çünki araşdırma etmək, yazılar hazırlamaq, tədbirlər təşkil etmək və digər texniki və qeyri-texniki işlər zaman, maliyyə və ciddi iş rejimi gərəkdirir. Amma bunu edirik, çünki perspektivimizin doğru olduğuna, fərq yarada biləcəyimizə inanırıq.

 

Portmanat vasitəsi ilə edəcəyiniz ən kiçik miqdarda dəstək belə bizim ayaqda durmağımıza və daha çox iş görməyimizə kömək edəcək.

 

Portmanat nömrəsi: 559145036

                                                                                  

 

Ilkin Jafarov

"Yaşıl Elm" elmi kütləvi platformasının qurucusu və baş redaktoruyam. "Eastern Mediterranean University"də Sənaye Mühəndisliyi üzrə ikinci təhsil alıram.

Bənzər yazılar

Rəy yazın

Bunlara da nəzər salın

Close
Close
%d bloqqer bunu bəyənir:

Yazı xətası

Qeydiniz redaktora göndəriləcək: