Təkamül

Təkamül təsadüflə meydana gəlir?

Xeyr və bəli. Təbii seçmə işləyəni işləməyəndən fərqləndirən elə bir ciddi yoxlama prosesidir ki, orqanizmləri xüsusi istiqamətlərdə təkamülə aparır. Buna baxmayaraq şans halları da böyük rol oynayır.

Həyatın sadəcə meydana gəlməsi ehtimalları təxminən qasırğanın zibillik üzərindən keçməsi və Boing 747 düzəltməsinə bənzəyir.

New Scientistdə (21 yanvar 1982-ci il, səh. 140) bir məlumata əsasən 1981-ci ildə astronom Çandra Vikramasinqhe Arkanzasda məhkəməyə belə demişdi. Onun həmkarı Fred Hoyl bu bəyanatın qasırğa versiyasını məşhurlaşdırmışdı – bununla hətta ən ağıllı insanların təkamülü tamamilə səhv başa düşə bildiklərini sübut etmişdi.

Daha yaxşı analogiya belə olar: bir milyon sayda zibilliklə başlamaq, qasırğadan sonra hər birində qalan qalıqları əziyyətlə yoxlayaraq uçuşa daha layiqlisini tapmaq, həmin zibilliyin milyonlarla eyni kopiyasını çıxarmaq, digər bir milyon zibilliyi özbaşına buraxmaq, digər hərtərəfli silsilə yoxlamalardan keçmək və nəticədə, sən heç olmasa bir neçə metr uçmağa qadir olan hər hansı bir mexanizm (nə qədər kobud olsa da və Boinq 747-yə bənzəməsə də) yaradana qədər davam etmək olardı.

Sağ qalmağa kömək etmək

Təbii seçmə vasitəsilə təkamül iki pilləli prosesdir və yalnız onlardan biri təsadüfidir: mutasiyalar şans məsələləridir, lakin onların nəsildən-nəsilə keçməsi başqa məsələdir. Təkamül müəyyən üstünlük təmin edən mutasiyaları dəstəkləyir və fiziki aləm nəyin işləyib nəyin işləməməsinə çox sərt məhdudiyyətlər qoyur. Nəticə ondan ibarətdir ki, orqanizmlər xüsusi istiqamətlərdə inkişaf edir.

Məsələn, sualtı aləmdə yaşayan və öz qənimətini təqib etməli olan hər hansı bir növdən olan canlı təsəvvür edin. Təsadüfi mutasiyalar müxtəlif şəkillərdə olan bir neçə nəslin olması ilə nəticələnəcək. Daha az enerji ilə daha sürətlə hərəkət etmək imkanı verən quruluşa malik olanların sağ qalmaq və nəsil artırmaq ehtimalı az sürətli quruluşa malik olanlara nisbətən daha böyükdür.

Nəticə budur ki, bütün sürətlə üzən canlılar axına davamlı şəkildə təkamül etmişlər, bizim kalmar (10 qollu nəhəng molyusk), köpək balığı və delfin kimi müxtəlif heyvanlarda gördüyümüz kimi. Bu, düşünülmüş bir dizayna bənzəyə bilər, əslində isə bu, müxtəlif mutasiyaların effektinin qiymətləndirilməsi üçün real dünyanın ciddi yoxlaması kimi düşünülə bilən təbii seçmədir.

Mutasiyaya təkan?

Orqanizmlər həç də həmişə ona yardım edəcək bir mutasiyanın baş verməsini dayanıb gözləmirlər. Məsələn, yuxu xəstəliyinə səbəb olan parazitin kapsidləri (zülal örtüyü) üçün minlərlə əlavə genləri vardır ki, onlar qarışır və onların daşıyıcılarının immun sisteminin bacara biləcəyindən daha sürətlə yeni kapsidlər əmələ gətirirlər.

Daha mübahisəli olan odur ki, bir neçə bioloq hesab edir ki, bəzi mikroblar spesifik genlərdə (onlar dəyişən mühitə uyğunlaşmaq üçün mübarizə apararkən və ya lazım olan vaxta qədər variantları “tədarük etmək” üçün) mutasiya dərəcəsinə kömək edən mexanizmlər inkişaf etdirə bilərlər. Hətta belə mexanizmlər mövcud olsa belə, hər bir halda onların etdiyi yeganə şey təsadüfi variantlar yaratmaqdır. Təbii seçmə – yoxlama prosesi – təkamülü xüsusi istiqamətlərə aparandır.

Bunun nəticələrindən biri odur ki, təkamül oxşar problemləri həll etmək üçün oxşar “dizaynlar” yaratmağa meyllidir, bu fenomen oxşarlıq adlanır. Buna saysız nümunələr var. Pterozavrlar, quşlar və yarasaların hamısında oxşar uçuş mexanizmini təkamül etmişdir. Tuna və bəzi köpək balıqları öz üzmə əzələlərini onları əhatə edən sudan daha isti saxlamaq üçün eyni mexanizmlərdən istifadə edirlər.

Oxşarlıq

Təkamüldə oxşarlıqlar zülallardan tutmuş cəmiyyətə qədər hər səviyyədə baş verir. Bir zamanlar dəvələr üçün unikal hesab olunan qeyri-adi antitellər məsələn: çılpaq siçovullar, qarışqalar və arılar kimi sosial koloniyalar əmələ gətirdiyi zaman eyni antitelin ekvivalentinə köpək balıqlarında da rast gəlinir.

Bu o deməkdir ki, əgər biz zamanı geri çevirə və həyatın tam yenidən təkamül etməsinə nail ola bilsəydik, həyat tamamilə fərqli istiqamətlər ala bilərdi, lakin hər bir halda bugünki canlılara bənzəyən orqanizmlər yaranacaqdı.

Çox güman ki, yenə də okeanlarda axınadavamlı üzən və göylərdə uçan qanadlı canlılar olacaqdı. Əslində bir çoxları intellekt təkamülünün faktiki olaraq, qaçınılmaz olduğunu iddia edirlər, buna baxmayaraq intellektual orqanizmlər bizdən tamamilə fərqli ola bilərlər.

Fərqli istiqamət almaq

Yuxarıda təsvir olunan mənada təkamül təsadüfi deyil, buna baxmayaraq şans mühüm rol oynayır. Təkamülün gedə biləcəyi çoxsaylı mümkün istiqamətlər var. Darvinin Qalapaqos adalarından topladığı kiçik quşları götürək: onlar müxtəlif qidalar üçün xüsusiləşmiş dimdiklərinə görə 13 ayrı-ayrı növə ayrılmışdır. Bir qrup quşun niyə bu deyil, digər istiqaməti seçməsi yəqin ki, tamamilə təsadüfi mutasiyalar ilə, xüsusən də mutasiyaların dimdiyin ölçüsü və şəklinə təsir edən fərdlərlə bağlıdır.

Üstəlik, bəzi mutasiyalar təbii seçmədən daha çox təsadüfi genetik dreyflər (ölən və ya çoxalmayan gen tiplərinin daha az yayılması) səbəbindən canlılar arasında yayılır və ya məhv olur. Lakin şans halları böyük rol oynayır: əgər 60 milyon il əvvəl nəhəng asteroid Yerlə toqquşmasaydı, dinozavrlar hələ də Yerdə hökmranlıq edərdilər.

Beləliklə, təkamül nəzəriyyəsinin göz və qanad kimi strukturların təsadüfən meydana gəldiyini düşünmək yanlış olsa da, şanslar təkamüldə rol oynayır.

Əgər məqalələrimizdə qrammatik və orfoqrafik xətalar varsa, lütfən, xətalı qismi işarələyib Ctrl+Enter klaviş kombinasiyasından istifadə edərək bizə bildirin.

Daha çoxu

Taryel Abdullayev

Yaşıl Elm platformasının redaktoruyam. Yaşıl elm vasitəsi ilə elmi kütləviləşdirməkdə aktivstlik edirəm. Məqsədim, cəmiyyətimizdə elmə sevgi yaradaraq daha rasional bir zehniyyət formalaşdırmaqdı

Bənzər yazılar

Rəy yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Buna da nəzər salın

Close
Close
%d bloqqer bunu bəyənir:

Spelling error report

The following text will be sent to our editors: