BiologiyaElmi xəbərlərHəyatın təkamülüTəkamül

Təkamül nəzəriyyəsinə əlavələr edilə bilər

Amerikalı alimlər ilk dəfə dəniz daraqlılarının genetik şifrəsini oxuyaraq, təkamül nəzəriyyəsinin təməl qanunlarını şübhə altına salıblar.

Florida Universitetindən olan alimlər “dəniz gəlmələri” adlanan daraqlıların strukturunu araşdıraraq, onların genetik şifrəsini oxumağa nail olublar. Tədqiqatın nəticələri göstərib ki, daraqlılar təkamül prosesində unikal sinir sistemi formalaşdırıblar, hansına ki heç bir digər növdə rast gəlinmir.

İndiyəcən hesab edilirdi ki, heyvanlar aləmi nümayəndələrinin sinir sistemi sıravi sinir hüceyrəsindən mürəkkəb beynə qədər inkişaf edib. Lakin daraqlıların yenicə əldə edilmiş genetik məlumatı təkamülün onlar üçün fərqli istiqamət seçdiyini göstərir. “Dəniz gəlmələri” neyronların formalaşmasına cavabdeh olan genlərə sahib deyil. Bununla yanaşı orqanizmlərində sinir impulslarının ötürülməsini təmin edə biləcək kimyəvi maddələr də yoxdur. Onların sinir sistemi digər mexanizmlərlə işləyir.

Bir çox mütəxəssislər əldə edilmiş nəticələrlə heyvanlar aləminin yenidən təsnif edilə biləcəyini bildirir, çünki daraqlıların genetik informasiyası ənənəvi təkamül nəzəriyyəsinə bir sıra dəyişikliklər edilməsinin vacib olduğunu göstərir. Bundan başqa aparılmış tədqiqat sayəsində neyronların formalaşması üçün lazımlı olan və elmə məlum olmayan müxtəlif maddələr kəşf edilmiş ola bilər, bu da tibb sahəsində Altshaymer və Parkinson kimi xəstəliklərin müalicəsində əhəmiyyətli irəliləyişlər etməyimizə gətirib çıxara bilər.

Alimlər əlavə edir ki, daraqlılar həm də möhtəşəm regenerasiya bacarığına malikdir. Onlar, sinir hüceyrələrini bərpa edərək hətta ən güclü zədələri belə sağalda bilirlər.

Əgər məqalələrimizdə qrammatik və orfoqrafik xətalar varsa, lütfən, xətalı qismi işarələyib Ctrl+Enter klaviş kombinasiyasından istifadə edərək bizə bildirin.

Daha çoxu

                                                                                  

 

Əgər bu yazını oxuyursunuzsa...

 

...sizdən bir xahişimiz var. Yaşıl Elm əvvəlkinə görə daha çox oxunur, amma Azərbaycan dilində onlayn reklam yayımlayan şirkətlər olmadığı üçün saytımızda sizin diqqətinizi cəlb edə biləcək reklamlar yerləşdirə bilmirik. Eyni zamanda diqqət dağıdıcı çoxlu reklam vasitəsi ilə sizin məlumatlanmağınıza da mənfi təsir göstərmək istəmirik. Yəni saytımızda edilən bütün işlər tamamilə öz zəhmətimiz hesabına başa gəlir.

 

Hər hansı maliyyə yardımı almadan, şirkətə, quruma bağlı olmadan müstəqil şəkildə bu platformanı idarə etməyimiz olduqca çətindir. Çünki araşdırma etmək, yazılar hazırlamaq, tədbirlər təşkil etmək və digər texniki və qeyri-texniki işlər zaman, maliyyə və ciddi iş rejimi gərəkdirir. Amma bunu edirik, çünki perspektivimizin doğru olduğuna, fərq yarada biləcəyimizə inanırıq.

 

Portmanat vasitəsi ilə edəcəyiniz ən kiçik miqdarda dəstək belə bizim ayaqda durmağımıza və daha çox iş görməyimizə kömək edəcək.

 

Portmanat nömrəsi: 559145036

                                                                                  

 

Rəvan Quluzadə

Yaşıl Elm platformasının yazarı və Həyatın Təkamülü bloqunun qurucusuyam. "Bakı Slavyan Universiteti"nin Tərcümə fakültəsini bitirmişəm.

Bənzər yazılar

Rəy yazın

Bunlara da nəzər salın

Close
Close
%d bloqqer bunu bəyənir:

Yazı xətası

Qeydiniz redaktora göndəriləcək: