PsevdoelmTəkamül

Təkamül nəzəriyyəsi barədə yanlış bilinənlər

Yazı məzmunu təkamül nəzəriyyəsi barədə yanlış bilinənlər haqqında ümumi anlayışları ehtiva edir və əhatəli cavablar vermir.

21-ci əsrdə yaşadığımız halda təəssüf ki, ölkəmizdə hələ də bir çox fundamental xətalar, kiçik ölçülü (“bu da elmdən məlumatsız olduqlarından qaynaqlanır” – deyə düşünürük) amma ciddi elmi səhvlər edən, bəzi axmaqlıqlar və alimlərin adına yazılmış, ancaq əslində təhrif edilmiş fikirlərlə təkamül nəzəriyyəsinin “yanlışlığını” isbat etməyə çalışan və hətta şəxsi düşüncələrinə görə “isbat etmiş, təəssüf ki, cahil, məlumatsız və daha pisi, cahil olduğunun fərqində olmayan insan kütləsi mövcuddur. Bu insanlar çox təəssüf ki, cahil olduqları kimi, cahillikdən xilas olmaq üçün səy də göstərmirlər. Və bu insanlar təkamül nəzəriyyəsi haqqında yanlış məlumatlara sahib olmaqla bərabər bu məlumatların doğru olduqlarında son dərəcə əmindirlər.
Qeyd: Yazı məzmunu təkamül nəzəriyyəsi barədə yanlış bilinənlər haqqında ümumi anlayışları ehtiva edir və əhatəli cavablar vermir.
Səhv 1

İnsanlar meymundan (günümüz) təkamülləşib.

İnsan meymunlardan təkamülləşib” fikri əslində doğru olsa da burada “meymun” deyildikdə qəsd edilən şimpanze, oranqutan, qorilla və s. kimi canlı növləri olduğu üçün bu ifadəni yanlış olaraq təqdim edirik. İnsanlar ilə “meymun” deyildikdə nəzərdə tutulan canlıların ataları ortaqdır. Yalnız insanlar ilə “meymunlar” deyil, oranqutan ilə qovun, balina ilə hipopotam və hər hansı bir canlı başqa bir canlı ilə “filiogenetik ağac” adlandırılan filogenetik xəritədə bir yerlərdə ortaq bir ataya malikdir. Səbəbi isə bütün növlərin “ilk canlı” olan koaservatlardan budaqlanmış, şaxəli təkamül prosesi nəticəsində meydana gəlmələridir. Ortaq atalar nəvələrinə aid xüsusiyyətlər daşıyır, amma bir-birlərinə bioloji olaraq bənzəmirlər və eyni növ də deyillər.

Səhv 2
Bir gün cansız maddələr birdən-birə təsadüfən canlı halına keçmişdir. Və ya cansızlığın cansızlığa keçidi mümkün deyil.

Bu səhv əslində əkamül nəzəriyyəsi mövzusunda olmasa da (təkamül nəzəriyyəsi canlılığın necə yarandığını öyrənmir) ən çox edilən yanlışlarda olduğu üçün burada bundan bəhs etmək istədik.

Cansızlar əsla və əsla “bir gündə”, “birdən” və “təsadüfən” canlılıq xüsusiyyəti qazanmayıblar. Bu fikir əslində Antik Yunanıstada yaşamış Aristotelin “təsadüflərlə” bağlı fikkirlərinin günümüzdəki halıdır. Aristotelin “Şeylər mövcud olmalı olanı yaratmaq üçün təsadüfən bir araya gəldi” fikri bu gün elmdəki təsadüf mənasının əksinə olduqca xaotik bir və tamamilə başqa mənalı prossi əks etdirir.

Canlılığın yaranma prosesi təxmini olaraq 600 milyon il davam etmişdir və bu müddətdə sadə bir hesablamayla təxminən 10 üzəri 800 dəfə sınama-yanılma olmuşdur. Əgər buna təsadüf deyəcəksək, Aristotelin “təsadüf”ü mənasında deyil, riyazi mənada: yəni “ehtimal” mənasında demiş olarıq. Ən sadə canlılıq vahidi olan amin turşularının doğru düzülüşdə düzülməsi üçün 10 üzəri 50 ehtimal vardır. 10 üzəri 800 sayda sınama-yanılma prosesi daxilində 10 üzəri 50-i proses mütləq bir aminturşu yaratmalıdır. Bu da nisbətlə çox kobud bir şəkildə ifadə etsək, 16 aminturşusu deməkdir. Lakin riyazi ehtimal bütün halları ələ aldığı üçün rəqəm çox böyük görünsə də, əslində baş verməli hadisə 10 üzəri 800 sınama-yanılmanın ilk başlarındaca reallaşa bilər. Baxın → Leslie Orgel və həmkarlarının RNT təcrübələri

Səhv 3
Təkamül əsla müşahidə edilə bilməz, buna görə bir elmi bir nəzəriyyə deyil.

Təkamül müşahidə edilir, hətta laboratoriya mühiti olmadan evinizdə 10 fərqli bakteriya ilə sadə bir təcrübə qurğusu quraraq təkamülü bir neçə gündə müşahidə edə bilərsiniz. Təkamül faktorlara, dəyişiklik ölçüsünə, təkamül növünə və təkamülləşən növün nəsil artırma sürətinə görə bir neçə saatda müşahidə edilə bilər və ya milyonlarla il də vaxt apara bilər. Məsələn: qrip virusu hər il yaradılan peyvəndlərə qarşı müqavimət qazanmaq üçün təkamülləşir və daha da dözümlü hala gəlir. Buna görə hər il yeni qrip peyvəndi yaradılır. İnsanlar təkamülü yalnız növdən növə çevrilmə olaraq bildikləri və düşündükləri üçün bu yanılma ortaya çıxır. Baxın → Təkamüllü dəyişməni təbiətdə izləmək  

Bundan əlavə, bir şeyin elmi olaraq təcrübi, doğru və nəzəriyyə sayılması üçün birbaşa müşahidə şərt deyildir. Misal üçün: kainatın yaranışını açıqlayan Böyük Partlayış nəzəriyyəsi heç bir zaman müşahidə edilməmişdir və edilməyəcək, çünki ilk 600 min ili görə biləcəyimiz işıq yoxdur. Lakin əlimizdə oln kosmik dəlillər bu nəzəəriyyənin doğruluğuna işarə etdiyi və prosesin müxtəlif mərhələlərini sınaqdan keçirdiyimiz üçün bu fikir nəzəriyyə sayılır.

Səhv 4
Termodinamikanın ikinci qanunu təkamül nəzəriyyəsi ilə ziddir.

Termodinamikanın ikinci qanunu bağlı, təcrid olunmuşsistemə daxil olan cismlərin sayı məlum olan sistemlərə tətbiq olunur. Yer günəşdən gələn daimi bir enerji mübadilәsinә sahib olduğundan qapalı bir sistem olaraq qiymətləndirilə bilməz. Günəş sistemi belə qapalı deyil. Və ayrıca, yalnızca qapalılıqdan bəhs edilə bilinməz, çünki termodinamikanın ikinci qanunu Nyuton mexanikası kimi bəlli xətalara malikdir. Sistemə daxil olan bütün faktorları bilmədən bu qanunla iş görmək olmaz. Əgər termodinamikanın ikinci qanunu hər yerdə keçərli olsaydı, Kvant istilik paylanmasına ehtiyac olmazdı və termodinamikanın ikinci qanununa görə kainatda ultrabənövşəyi fəlakət baş verərdi. Həmçinin iddianın təməlində yatan fikir isə termodinamikanın ikinci qanuna görə hər şeyin məhvə doğru getməsi, yəni entropiyanın artmasıdır. Halbuki burada da təkamül əheyhdarlarının etdiyi bəlli xətalar mövcuddur. Qanun hər şeyin mütləq olaraq parçalanacağını ifadə etmir. Açıq sistemlərdə sistemin bir hissəsində entropiya azalarkan digər hissəsində arta bilir. Və ya Yer kimi açıq sistemdə Günəş şüası özü ilə az entropiyalı enerji daşıya bilir. Əgər iddia doğru olsaydı, hər şey məhvə doğru getsəydi, bu günümüzdə belə qar dənələrinin mövcud olması mümkünsüz olardı. Çünki qar dənələri tamamilə xaotik və özbaşına bir prosesdən keçərək nizamlı bir formaya düşərək yaranırlar.

Səhv 5
Təkamül isbat edilməmişdir. Yalnız “nəzəriyyədir”. Əgər isbat edilsəydi, tqanunu olardı.

Təkamül bir təbiət qanunudur. Bu təbiət qanununun niyə və necə işlədiyini açıqlayan məlumatlar bütününə təkamül nəzəriyyəsi adı verilir. “Təkamül” və “təkamül nəzəriyyəsi” ayrı-ayrı anlayışlardır. Təkamül canlıların dəyişməsini ifadə edir və bir təbiət qanunudur. Təkamül nəzəriyyəsi isə dəyişmənin necə olduğunu izah edir.

Xalq arasında geniş şəkildə istifadə edilənin fikrin əksinə “nəzəriyyə” sözü elmdə “isbat edilməmiş və ya əsassız düşüncə” mənasını daşımır. Tam tərsinə, uzun vədəli, çox bucaqlı, ciddi müşahidələr və araşdırmalar nəticəsində əldə edilən məlumatların “niyə” və “necə” o şəkildə olduğunu açıqlaya bilən məlumat bütünləri mənasını verir. Elmdə bir “qanun” təbii bir fakta/fenomenə dair müşahidədir. Bir şeyin “nə” olduğunu təyin etməmizə yarayır: məsələn “bütün cisimlər yerə düşür”, “bütün canlılar dəyişir” kimi. Bir əvvəlki cümləmizdəki nümunələrimizdən ilki elmdə “qravitasiya qanunu” olaraq bildiyimiz mövzunu, ikincisi isə sadəcə “təkamül qanunu” olaraq bildiyimiz mövzunu sadəcə izah edir. Bunlar qanunlardır və Kainatımızın quruluşu dəyişmədiyi müddətcə bu şəkildə mövcud olacaqlar.

Ancaq qanunlar proses barədə məlumat təqdim etməkk mövzusunda son dərəcə acizdirlər, bu səbəbdən elmi baxımdan bir məlumat olmaları xaricində çox qiymətli deyillər. Elmdə dəyər verilən bu qanunları və qanunlardan doğulan digər nəticələri bir-birinə bağlayaraq ətrafımızda baş verən hadisə və faktların “niyə” və “necə” o şəkildə meydana gəldiyini açıqlayan məlumat bütünləridir. Bunlara “nəzəriyyə” deyilir. Məsələn qravitasiya qanununu açıqlayan Nyutonun Qravitasiya Nəzəriyyəsi, Eynşteynin Nisbilik Nəzəriyyəsi, Kvant Birləşmiş Sahələr Nəzəriyyəsi kimi nəzəriyyələr var. Təkamül qanununu açıqlayan da bir çox elmi nəzəriyyə vardır (Dokinzin Eqoist Gen Nəzəriyyəsi, Qırmızı Kraliça Nəzəriyyəsi, Qoldun Sıçramalı Təkamül Nəzəriyyəsi, Darvinin Təbii Seçmə Nəzəriyyəsi və bənzərləri), bunları Müasir Sintezdə təkamül nəzəriyyəsi olaraq adlandırırıq. Bu nəzəriyyələr təbiətdə gördüyümüz nəsillər boyu müşahidə edilə bilən bioloji dəyişmə qanunu olan təkamül qanununun niyə və necə bu şəkildə işlədiyini izah edir. Bu nəzəriyyələri yaratmaq üçün qanunlardan yola çıxaraq fərziyyələr irəli sürürük, ətrafımızda gördüyümüz, bir-biriylə əlaqəli kimi görünən hadisə və faktlar arasındakı əlaqələri analiz edirik. Bu analiz müddətində irəli sürülən, sınanmağı gözləyən, elmi düşüncəyə uyğun hər iddia bir “fərziyyə”dir. “Ön-tezis” deməkdir və nəzəriyyələrin inşasında, dəyişməsində, inkişaf etdirilməsində, yanlışlanmasında istifadə edilir.

Buna görə hər hansı bir fərziyyə isbat edildikdə nəzəriyyə, nəzəriyyə də isbat edildikdə qanun olmur. Əvvəlcə ətrafımızda təkrar baş verən hadisələr və faktlar, yəni qanunlar müəyyən edilir. Bu qanunların bir-birləriylə əlaqələri analliz edilərək fərziyyələr yaradılır və bu fərziyyələrdən təsdiqlənənlər (və ya təkrarlanan testləri hər dəfə müvəffəqiyyətlə keçənlər) arasında əlaqələr qurularaq bu qanunları izah edən açıqlamalar yaradılır, bunlar da nəzəriyyə adlanır. Bu nəzəriyyələr zaman və elmin imtahanına tabe tutulur və bu müddətdə bu nəzəriyyələr də təkamülləşirlər. Mütləq bir iyerarxiya qurmaq lazımdırsa, nəzəriyyələr açıqlama gücü, əhatə, məzmun, sınanma kimi bir çox baxımdan qanunlardan üstündürlər. Belə ki, bəzi qaynaqlar qanunları, nəzəriyyələrin “qısa və dar bir xülasəsi” olaraq xarakterizə edirlər. Ancaq müasir elmdə belə bir iyerarxiya ehtiyac yoxdur.

Səhv 6
Təkamül hər şeyi  “təsadüflərlə” əlaqələndirir.

Təkamül hər şeyi təsadüflə əlaqələndirmir, sizin təsadüf anlayışınız yanlışdır. Təkamül nəzəriyyəsi bir sıra prosesləri bəzi fiziki və kimyəvi qanunların lazımlılıqları ilə əlaqələndirir. Təsadüf ancaq reallaşma ehtimalı çox aşağı bir ehtimalın ilk dəfə olan sınaqla reallaşması nəticəsində yaranan haldır. Yuxarıda açıqlandığı üzrə təkamüldə heç bir zaman tək sınaq baş vermir. Tam tərsinə, ehtimal ifadəsinin məxrəcindəki ədədə görə çox sayda sınaq reallaşır, bu da ehtimalın reallaşma ehtimalını qat-qat artırar.
Ayrıca, baxın → Təkamül və təsadüf       

Səhv 7
Təkamül nəzəriyyəsini çürüdən bir çox dəlil vardır.

Təkamül nəzəriyyəsinin yanlışlığı sübuta yetirilməyib. Son əsrdə təkamülü dəstəkləyən 200000-dən çox məqalə nəşr edilib. Bu məqalələr təkamülü dəstəkləyən milyonlarla dəlil ehtiva edir. Bu günə qədər təkamül nəzəriyyəsinin əleyhinə olan bircə dəlil tapılmayıb. Heç bir elmi məqalədə təkamül rədd edilməyib. Və əmin olun, bir çox elm insanı təkamül nəzəriyyəsini sınaqdan keçirmək üçün deyil, yanlışlamaq üçün çalışır. Çünki təkamülü yanlışlaya bilmək çox böyük bir müvəffəqiyyət olacağından həmin elm insanı mütləq Nobel mükafatına layiq görüləcək. Heç bir elm insanı da bu mükafatı qaçırmaq istəməz. İndiyə qədər təkamülü çürütdüyü iddia edilən bütün tezislər çürüdülmüşdür və əsassızlıqları ortaya çıxarılmışdır. Təkamülü çürüdə bilən tək bir iddia belə yoxdur.

Səhv 8
Bəzi canlılar təkamülləşmədən olduqları kimi qalmışlar. Bu, Təkamül nəzəriyyəsini çürüdən bir dəlildir.

Heç bir canlı təkamülləşmədən qalmaz. Bütün canlılar müəyyən səviyyələrdə təkamül keçirirlər. Ancaq bəzən bu təkamül molekulyar ölçüdə olur, bəzən morfoloji ölçüdə. Bu mövzuda təhsil almamış və ya araşdırmamış, dərin biliyə malik olmayan şəxs bir neçə milyon il keçməsinə baxmayaraq morfoloji olaraq eyni görünən bir canlıya “Baxın, heç təkamülləyib.” deyə bilər. Canlılar arasında morfoloji fərqin çox böyük olmamasına baxmayaraq bu sahədə təhsilli olan biri hər hansı iki canlı arasında yüzlərlə fərq saya və fərqli iki növ olaraq təyin edə bilər.

Səhv 9
Gözün sadələşdirilə bilməzliyi: Gözün tam meydana gəlməmiş halı bir canlının işinə yaramaz. Göz addım-addım təkamül ilə meydana gəlmiş ola bilməz.

Söz oyunu ilə insanları aldatmaq hədəfləməkdədir. Göz işığa həssas hüceyrədən təkamülləşmişdir. 1% meydana gəlmiş bir göz heç görməməkdən çox daha yaxşıdır, çünki işığa çox çox az da olsa həssaslıq qazandırır. 2%-lik bir göz 1%-ə görə daha yaxşıdır, çünki hər inkişaf pilləsində işığa həssaslıq artır. Bu şəkildə 100%-lik bir göz 90% meydana gəlmiş bir gözdən daha yaxşıdır. Və ayrıca, təkamüllü müddət içərisində hüceyrə strukturlarının dəyişməsi də mürəkkəb quruluşu açıqlayır. Böyük bir orqanizmi izah edə biləcək gücə sahib olan təkamül əlbəttə ki, bunu da asanlıqla açıqlayır.

Səhv 10
Darvin güclünün tərəfindədir.

Qətiyyən doğru deyil. Əslində belə düşünülməsinin səbəbi Darvinizmin güclü olanın həyatda qalması olaraq səhv qəbul edilməsi, 1. və 2. Dünya Müharibәsinin təməllərini atmada rol oynamasıdır. Xüsusilə də Avropalı idarəçilərin Darvnist düşüncələrə olan inancı Hitlerin (qatı katolik idi) daha üstün bir irq yaratmağa çalışmasıdır. Əslində isə Darvinə görə təbiətdə şanslı olan ya da güclü olan deyil, daha yaxşı uyğunlaşan qalib gəlir. Təbiət kimsəyə şans vermir və dəyişikliyə uyğunlaşmasını tələb edir.

Təkamül nəzəriyyəsi barədə yanlış bilinənlər
Səhv 11
Ara-keçid formaları yoxdur.

Təkamül əleyhdarlarının ağızlarında davamlı bu ifadəsni eşidirik: “Ara-keçid formaları yoxdur, bu formalar olmadığından təkamül əsassızdır.”

Burada sözü Riçard Dokinzə verək:

Bu insanların ara-form olmadığını düşünməsinin səbəbi ara-formun nıyə bənzəyəcəyi ilə bağlı çox qəribə bir fikirə sahib olmalarından qaynaqlanır. Körpə bir timsah ilə sincabı göstərib: “Timsahlarla sincablar arasında bir ara-keçid forması yoxdur” deyirlər. Yaxşı, niyə sincabla timsah arasında ara-form olsun ki? Hesab edirlər ki, müasir bir heyvanı və digər bir müasir heyvanı götürsəniz və bir növ ikisinin ortasının fosilini tapacaqsınız… Əslində, ara-keçid forması deyə bir şey yoxdur, çünki tapacağınız hər qalıq bir şeylə başqa bir şey arasındakı bir “şey” olacaq onsuz da.

Yəni hər canlı bir ara-keçid formudur. Siz də daxil olmaqla. Məsələn: irəlidə insanlar fərqli bir növ halına gələndə günümüz insanı (homo sapiens sapiens) ilə irəlidəki insan növü ilə keçmiş insanlar arasındakı keçid formu olacaqlar.

Əgər məqalələrimizdə qrammatik və orfoqrafik xətalar varsa, lütfən, xətalı qismi işarələyib Ctrl+Enter klaviş kombinasiyasından istifadə edərək bizə bildirin.

Daha çoxu

Bənzər yazılar

Rəy yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Buna da nəzər salın

Close
Close
%d bloqqer bunu bəyənir:

Spelling error report

The following text will be sent to our editors: