Təkamül

Təkamül artıqları – Rudiment orqanlar və ya korlaşmış strukturlar

Məqalə yenilənəcək…

  Təkamül prosesini hələ də davam etdirən insan ilk ortaya çıxdığından bu yana bir çox xüsusiyyət qazandı və itirdi. Bir də indiki vaxtda “funksiyasını itirmiş” olanlar var. Adi bir müşahidəçi uça bilməyən quşlarda qanadın, kor balıqlarda gözlərin və öz-özünə törəyə bilən bitkilərdə cinsi orqanın nə işə yaradığında hər hansı bir məna görməyə bilər. Bu anda varlıqları və funksiyaları mənasız kimi görünsə də hazırki dövrdə funksiyası olmayan bir çox orqan verdikləri ip uclarıyla canlıların təkamülünü anlamaq üçün elmin yolunu işıqlandırır.Funksiyasını tamamilə və ya əhəmiyyətli ölçüdə itirmiş, amma hələ də canlıların bədənlərində olan orqanlar ilk olaraq Çarlz Darvinin marağını çəkmişdi. Darvin “Növlərin Mənşəyi” adlı kitabında “korlaşmış orqanları” təkamülü dəstəkləyən dəlillərdən biri olaraq göstərmiş və filogenetik ağacı (növlərin qohumluqlarını göstərən mənşə ağacı) yaradarkən bu orqanlardan xeyli faydanlanmışdı.
   İnsanoğlu da təbiətdəki bir çox canlı növü kimi hələ də təkamül keçirməkdədir və bu müddət davam etməkdədir. Yaxşı, insanoğlu özünü anlamağa çalışarkən, keçmişimizə işıq tutacaq olan bu “təkamül artıqları” nələrdir? Bu yazıda həm öz bədənimizdəkilərə, həm də bəzi heyvanlarda olan bəzil orqanlara bir nəzər salaq. Amma ondan əvvəl korlaşmış orqan deyərkən nə nəzərdə tutduğumuzu doğru anlayaq:
 “Rudiment” sözü bir orqanın işə yaramadığı demək deyil. Qalıq – “itən və ya yox olan bir orqandan qalan iz və ya müşahidə edilən işarə” deməkdir. Biologiyadan nümunə vermək lazım olarsa, ilanların ayaq sümükləri, kor qaya balıqlarının gözləri (Yamamoto and Jeffery 2000), atların  ayaq barmağı sümükləri, uçmayan quşların və böcəklərin qanad çıxıntıları və yarasaların azı dişləri bu kateqoriyaya daxildir. Bu orqanların funksiyası olması mövzuyla əlaqəsizdir. Yaradılışçıların dizayn edildiyini iddia etdiyi bu orqanların digər heyvanlardakı bənzər strukturlarla eyni funksiyaları görmədikləri aydındır. Məsələn, bir ilan ayaq sümüklərini qaçmaq üçün istifadə etməz. Çox daha mürəkkəb və tam fərqli bir funksiya icra etmək üzrə təkamül edən bu strukturlar  hələ də funksiya icra etsə də bu çox əhəmiyyətsiz və kiçik bir funksiyadır. Bir çox rudimentləşmiş orqanın heç bir funksiyası olmamaqla birlikdə, bir strukturun korlaşmış orqan sinifinə daxil olması üçün üçün tamamilə “funksiyasız” olması da şərt deyil. Eyni quruluşa sahib olan digər canlılarda icra etdiyi və bir zamanlar, yəni korlaşmadan əvvəl özünün də icra etdiyi olduğu funksiyanı bu anda yerinə yetirməməsi kifayətdir.Korlaşmış orqanlara sahib olmayan fərdlərin də, ən az sahib olanlar qədər həyatda qalma və törəmə müvəffəqiyyəti göstərdiyinin təcrübələrlə ortaya qoyulması, bu orqanlardan bəzilərinin funksiyasız olduğunun göstəricisidir.
   İlan, delfin və balinaların omba sümükləri
   Boa ilanı, piton ilanı və kor ilanların bütünü bədənlərində olan tamamilə işə yaramaz bir bel sümüyü qalığına malikdir. Eyni zamanda balinalar da. Nə üçün bir yaradıcı belə varlıqların bədəninə o varlıqlar üçün tamamilə işə yaramaz olan və tamamilə bel sümüyünün təkamüllü bir qalığı kimi görünən belə sümüklər qoymuşdur? Ayrıca piton və boalarda pəncə artığı adlı bir qisim də var.
 Şəkildə bir piton ilanının korlaşmış arxa qıçlarını görürsünüz.
Şəkildə Yaponiyada olan bir şüşəburunlu delfini görürsünüz. Korlaşması lazım olarkən embrionik mərhələdə ayaq tumurcuqlarının yox olmaması səbəbiylə, bu heyvan arxa qıçlarıyla doğulmuşdur. -Şəkillər Taiji Whaling Muzeyi arxivindən götürülüb.
 
Toyuqların ayaqları
      Toyuqların ayaqlarının alt qisimi tüklə örtülü deyil. Pulcuqlarla örtülüdür. Əgər bu toyuqların sürünən atalarından qalma bir miras deyilsə nədir?
“Plantaris” əzələsi
   İnsan qıçının alt qisimində olan plantaris əzələsi heyvanlar tərəfindən ayaqlarıyla bir şeyi tutmaq və hərəkət etdirmək üçün istifadə edilər. Ayaqlarını da ən az əlləri qədər effektiv istifadə edə bilən quyruqsuz meymunlarda da bu belədir. Bütün ayaq barmaqlarının bir anda elastikliyini təmin etdiyindən ayaqları istifadə edərək ağaclarda budaqdan-budağa atlarkən faydalıdır. İnsanlarda da bu əzələ vardır, amma artıq o qədər az inkişaf etmişdir ki, həkimlər tərəfindən əməliyyatla kəsilib, bədənin başqa bölgələrində toxumaya ehtiyac olduğunda istifadə edilir. Bu əzələ ayaq barmaqlarına qədər belə uzanmaz, “Achilles tendon”una qədər enib yox olar. Bədən anatomiyasında o qədər əhəmiyyətsiz bir yerə malikdir ki, artıq yeni doğulan insanların 9%-ində yoxdur.
   İnsanlarda bu əzələnin olmasının meymunlarla bir qohumluq xaricində məntiqli bir açıqlaması ağılınıza gəlirmi?
Köpək dişləri
   İnsan bədəninin təkamül olmadan doğru-dürüst açıqlana bilinməyəcək bir başqa xüsusiyyəti köpək dişləridir. Üst köpək dişlərimizin kökləri digər dişlərə görə çox daha iridir və ağızımızdakı ən uzun köklərə sahib dişlər bunlardır. Ümumiyyətlə, bu səbəblə ağızda ən son qalan dişdir köpək dişidir. Məsələn, meymunlarda bu dişlərin iriliyi daha da diqqətə çarpır. Lakin əlinizi damağınıza gəzdirdiyinizdə bu anotomiyamız üçün həddindən artıq iri kökləri hiss edərsiniz. Daha primitiv növlərdən təkamülləşmədən başqa bunun daha dəqiq açıqlaması ağılınıza gəlirmi?
Kişilərin məmə ucları
   Diqqətə çarpan bir funksiyası olmayan bir başqa struktur da kişi bədənində olan məmə ucudur. Əlbəttə, qadınlarda olması həyati əhəmiyyətə malikdir, ancaq kişilərin bu struktura ehtiyacı yoxdur. Hətta kişilərdə çox az miqdarda məmə toxuması olur. Təbii şərtlər altında kişilər süd verməyi aktiv edəcək hormonal impulslardan məhrumdur, lakin bir kişiyə yüksək nisbətdə prolaktin hormonu verilməsi halında süd ifrazı başlaya bilər. Prolaktin qadınlarda hamiləlik və doğum əsnasında artan bir hormondur.
   Kişilərin süd ifrazı Çarlz Darvinin də marağını çəkmiş, atalarımızın hər iki cinsinin də balalarını əmizdirmiş ola biləcəyini düşünmüşdür. Hətta meyvə yarasasının Dayak adlı bəzi növlərində erkəklər balalarını əmizdirər.
   Tanrının kişilərdə heç bir işə yaramayan məmələr və bu məmələrin altında məmə toxuması yaratmasının nə səbəbi ola bilər? Hələ əvvəl Adəmi yaratdığı və Həvvanı sonradan ona arvad olsun deyə yaratdığı düşünülsə. Bu məmə toxuması yetkinlikdə uyğun hormonal siqnalı almasa kişilərdə heç bir zaman iş görən həqiqi məmələrə çevrilməz.  Ayrıca pis dizaynın bir başqa nümunəsi: Nə üçün testislər bədənin içindən (qadınlarda yumurtalıqlara uyğun gələn yerdən) aşağıya, kanallarla normal bölgələrinə enmək məcburiyyətindədirlər? (Ki necə ki bəzən enməyib sağlamlıq problemi yaradırlar).
Peysərin arxasındakı tüklər
 
   İnsanların çoxunda bədən tükləri olduqca seyrəkdir. Yenə də bəzilərimizdə, xüsusilə kişilərdə azsayılar miqdarda bədən tükü vardır ki, bunların təmin etdiyi istilik müdafiəsi nəzərə alınmayacaq səviyyədədir.
   Yəni müasir insanlardakı bədən tüklərinin çox da üstünlüyü yoxdur. Ancaq təkamülün işığında atalarımızın bədənlərini örtən bir tük toxumasına sahib olduqlarını və bizlərdə olan tüklərin də atalarımızdan miras qalmış, korlaşmış bir struktur olduğunu bilirik.
   Tüklərin dikləşməsi (biz-biz olması təbiri), ət folikulunun kökündə olan erektor pillis əzələlərinin sıxılması nəticəsində meydana gəlir. Bu vəziyyət korlaşmış bir müdafiə mexanizmidir. Nəsillər boyu davam edən təkamül nəticəsində istifadəsiz hala gəlmişdir. Daha böyük görünməyə, bu səbəbdən düşmənləri qorxutmağa yarayan “tüklərin qabardılması”, pişik və it kimi günümüz müasir məməlilərində qorunmuş bir müdafiə mexanizmidir.
   Kirpilərin tikanlarını yaxınlaşan bir ovçuya doğru çevirməsinin səbəbi də eyni müdafiə mexanizmidir. Ancaq artıq erektor pillis əzələlərimizi idarə edə bilmirik və bədən tüklərimiz də azalıb, yəni bu strukturlar atalarımıza hər nə üstünlük təmin edirdisə, artıq Homo Sapiens üçün gərəksiz hala gəlmişdir.
Rekurrent larinjial sinir
Richard Dawkins zürafə yarılması vaxtı təkamül xətasını açıqlayır.
 
   Bir başqa gərəksiz kimi görünən quruluş da rkurrent larinjial sinirdir. Bu sinir, məməlilərdə udmaq qabiliyyətini tənzimləyir, insanlarda buna əlavə olaraq bir də danışmağa nəzarət edər. Məməli atalarımızda bu sinir, aortanın qarşısından keçərək birbaşa beyindən qırtlaq bölgəsinə gedirdi.
  Ancaq təkamül müddətində aorta içəri doğru sürüşmüşdür. Bu sinir çox əhəmiyyətli olduğu üçün  qırılmamış, tam tərsinə, daha da uzanaraq geriyə və yuxarıya doğru çevrilərək qırtlaq bölgəsinə çatmışdır. Zürafələrin rekurrent larinjial siniri təxminən 4,5 metr uzunluğundadır, yəni lazım olandan 4,20 metr daha uzundur.
Jacobson orqanı
 
   Bir çox məməli heyvanın cütləşəcəyi partneri axtararkən istifadə etdiyi bir orqan olan və doğrupartneri tapmağa yarayan Jacobson orqanı, insanlarda funksiyasını itirmişdir. Lakin alimlər “altıncı hiss” adlanan faktın bu orqandan qaynaqlanıb-qaynaqlanmadığını araşdırır. Funksiyasız kimi görünən bu orqanın əslində bəzi vəziyyətlərdə müxtəlif kimyəvi maddələr ifraz etdiyi deyilir.

Əgər məqalələrimizdə qrammatik və orfoqrafik xətalar varsa, lütfən, xətalı qismi işarələyib Ctrl+Enter klaviş kombinasiyasından istifadə edərək bizə bildirin.

Daha çoxu

Bənzər yazılar

Rəy yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Buna da nəzər salın

Close
Close
%d bloqqer bunu bəyənir:

Spelling error report

The following text will be sent to our editors: