Təkamül

Təkamülçü bioloqlar və inanc imtahanı.

Bu dәfәki mövzumuz təkamülçü bioloqların inanclarının mövqeyidir. Çünki xalq arasında inadla təkamül ilə ateizmin bir olduğu mifi yayılmaqdadır və bu yalan xalq içərisində davam etdirilməyə çalışılır. Ancaq edilən araşdırmalar bunun düşünüldüyü kimi olmadığını göstərir.

American Scientist jurnalında nəşr olunan bir yazıda təkamülçü bioloqların inancları araşdırılmışdır. Gregory W. Griffin və William B. Provine tərəfindən həyata keçirilən və 149 professional təkamülçü bioloq üzərində edilən araşdırma maraqlı nəticələr tәqdim etmişdir. Bu elm insanları 28 fərqli hörmətli milli akademiyaya üzvdürlər. Alimlәrin ixtisasları bu elm sahәlәrindәn ən az birini әhatә edir: təkamül, filogenetika, populyasiya genetikası, paleontologiya, paleoekologiya, paleobiologiya, sistematika, orqanizm səviyyəsində adaptasiya və ya uyğunlaşma müvəffəqiyyəti. Bu araşdırmanın əhəmiyyəti isə daha əvvəlki işlərdə teizm (Tanrı + dini kitab qəbulu) ilə deizm (yalnız Tanrıya inanc, dini kitabları rədd) arasındakı fərqin araşdırmaya daxil edilmәmәsinin əksinə, teizm ilə deizmin bir-birindən dəqiq olaraq ayrılmış olmasıdır. Alimlәrә aşağıdakı vizualdakı üçbucaq göstərilmişdir və özlərini inanc olaraq teist, deist və təbiiçi (ateist) qütblərindən hansına daha yaxın hiss etdiklərini, hərflərlə ifadə etmələri istənmişdir (məsələn, “A” tamamilə tәbiiçiliyi göstərərkən “E” Deizmin də daxil olduğu və üstün gәldiyi, teizmi ayrı qoyan bir tәbiiçiliyi təmsil edir).

Nәticә maraqlıdır:

Təkamülçü bioloqların 78%-i özlərini “tamamilə təbiiçi” (“A”: yəni bütün kainatın yalnız təbii və şüursuz / idarә edilmәyәn proseslərlə işlədiyini müdafiə edən fikir) olaraq xarakterizə etmişdir. Yalnız 2 təkamülçü bioloq özünü tam bir teist olaraq (“F”), 2-si özünü teizmә daha yaxın olaraq (“D”), 3-ü isə teistik təbiiçi (“B”: təbii proseslərin bir yaradıcı tərəfindən nəzarət edilməkdə olduğunu müdafiə edən görüş) olaraq xarakterizә etmişdir. Bu səbəbdən alimlәrin yalnız 4.7-si dinlərin tanrılarına inandığını (teist olduqlarını) söyləyir. Deizmin isə vəziyyəti fərqlidir. Heç bir alim tam deist olduğunu (“I”) bildirmәdiyi halda, 11 alim tәbiiçiliyә yaxın bir deist (“C”), 10 təkamülçü bioloq isə deizmә daha yaxın tәbiiçiliyi (“E”, “H” və ya “J”) seçmişdir. Yəni təkamülçü bioloqların inancı teistik olmaqdan çox deistiktir. Bir yaradıcı və ya istiqamətləndirici gücə inanırlar, ancaq canlıların və kainatın kitablarda göstərildiyi şəkillərdə və qaydalarda yaradıldığını əksəriyyətlə rədd edirlər.

Təkamülçü bioloqlara sualın soruşulma forması də əhəmiyyət kəsb edir. Əgər bir Tanrıya inanıb-inanmadıqları birbaşa soruşulsa 80%-i inanmadıqlarını söyləyəcək. Ancaq təbiətin bir güc tərəfindən istiqamətləndirildiyi fikrinə bir az daha açıq yaxınlaşacaqlar və bu vəziyyətdə nisbət daha aşağı olacaq.

Yaşıl Elm olaraq bizlərin də müdafiə etdiyi bir görüş olaraq araşdırmanın nəticəsi olaraq təkamülçü bioloqların 72%-nin dini inancların təkamülün bir məhsulu olduğunu düşündüyü ortaya çıxarılıb.Yәni bir şeylərə inanma ehtiyacı təkamüllü bir adaptasiya olaraq meydana gəlmişdir və mədəni təkamülün bir hissəsidir . Bu, inancların məzmunlarının (Tanrı, cənnət, cəhənnəm, qədər, s) hәqiqi olduğu mənasını verməz. Ancaq ən azından bunlara inanmanın təbii davranışlar olduğunu qeyd etmək lazımdır. Ən başından söylədiyimiz kimi, dini inanclar hər nə məqsədlə və hər nə şəkildə olursa olsun elmə daxil edilməməlidir! Elm qanunları və hәqiqәtkәri dini açıqlamalarla ələ alınmamalıdır. Lazımdırsa dini inancların özü elmə uyğun hala gətirilə bilər, ancaq elmin dinə uyğun hala gətirilməsi gözlənilə bilmәz!

Əgər məqalələrimizdə qrammatik və orfoqrafik xətalar varsa, lütfən, xətalı qismi işarələyib Ctrl+Enter klaviş kombinasiyasından istifadə edərək bizə bildirin.

Daha çoxu

Ilkin Jafarov

"Yaşıl Elm" elmi kütləvi platformasının qurucusu və baş redaktoruyam. "Eastern Mediterranean University"də Sənaye Mühəndisliyi üzrə ikinci təhsil alıram.

Bənzər yazılar

Rəy yazın

Buna da nəzər salın

Close
Close
%d bloqqer bunu bəyənir:

Spelling error report

The following text will be sent to our editors: