Təkamül

Təkamül və təsadüf-1

Təkamülçü bioloqlar hər hansı bir bioloji xüsusiyyətin tәkamüllәşmәsindә tәsadüfün çox əhəmiyyətli bir rolu olduğunu çox yaxşı bilirlər, ancaq təkamülün tәsadüfü ilә gündəlik həyatdakı və əlbəttə təkamül әleyhdarlığındakı təsadüf-təsadüf qəbulu arasında dağlar qədər fərq vardır. Əslində təkamül əleyhdarlığı tarix bulanıqlığı içində təsadüf anlayışını elmi məzmunundan tamamilə mücərrədlənmiş bir şəkildə təqdim etmək üçün xüsusi bir səy göstərdiyi bir “ənənəyə” də malikdir.

Bu və sonrakı üç yazımızda təkamüllü biologiya baxımından tәsadüfün nə olduğunu ələ alacağıq. İlk olaraq, tәsadüfün prioritetli və ilk təkamül tərifindən genetik sürüklәnmә  tәkamüllәşmәsindәn qısaca bәhs edəcəyik. Bu yazını izləyəcәk iki yazımızda isə əvvəl mutasiyaların tәsadüfülüyündәn, ardından təbii seçimlә tәsadüf arasındakı əlaqədən bəhs edəcəyik. Yazı silsilənin sonunda isə, canlılığın mәnşәyindәki tәsadüflülüyü ələ alacağıq.

Əvvəl genetik sürüklәnmә demişdik: bu xeyli qәribә riyazi nəticələri olan tәkamüllәşmә müddətini əvvəlcə bir hipotetik nümunə üzərindən anlamağa çalışaq. Bir qab içində 1000 dənə yumru, rәngli şüşә olduğunu fərz edək. Bu şüşәlәrin 600 dənəsi mavi, 300 dənəsi ağ və 100 dənəsi qırmızı olsun. Bu qabdakı rəng kateqoriyalarının sıxlıqları isə sırayla 0.6, 0.30.1 olacaq. İndi, bu qabı qarışdırıb içindən 10 dənə rəng ayrı-seçkiliyi etmədən şüşә (təsadüfi) seçәk.Kritik sual belə olacaq: seçilən 10 şüşә üçün mavi sıxlığı neçədir? Dərhal söyləyək: çox böyük ehtimalla 0.6-dan olduqca fərqli olacaq. Hətta bu yeni çoxluqda qırmızı şüşә heç olmaya bilər də. Yaxşı bəs niyə belə bir nəticəyə gәldik? Çünki əsas sitatistikanın bizə göstərdiyi kimi bir böyük qrupdan kiçik qruplar yaratdığımızda kiçik qrupların böyük qrupun xüsusiyyətlərini təmsil etmə ehtimalı çox düşər. Bu təcrübəni 1000 şüşә ehtiva edәn 10 qabda tәkrarlayaq. Hər dəfə 10 dənə şüşә götürsәk, iki təməl nəticə qarşılaşırıq: birincisi, hər qabdan götürülәn kiçik (10) qrupun rəng kateqoriyası sıxlıqları nümunə götürüldüyü böyük qrupdakıların son dərəcə fərqlidir. İkincisi, hər bir 1000 qrupdan alınan hər bir qrupun rəng kateqoriyası sıxlıqları digər 1000-lik qruplardan yaradılan kiçik qruplardan fərqlidir. Bir başqa deyişlə, hər bir kiçik qrupun xüsusiyyətləri özünə xas bir xüsusiyyәt göstərər.

İndi isə, bu on dənə 1000-lik qrupdan yaradılan kiçik qrupları bir növün bir popukyasiyadakı ardıcıl nəsillər olaraq qəbul edək. Götürdüyümüz növ Kaliforniya səhra çiçəyi olsun. Mavi, qırmızı və ağ rənglər də çiçək rəngləri. Mavi çiçəklәr daha çox böcəklə tozlansın. Sonra ağ, ardından da qırmızı çiçəkli olanlar  tozlandırma sıxlığına müvafiq dәrәcәdә malik olsun. Ən çox tozlaşan ən çox nәsil verəndir deyilmi? Ancaq hər qurşaqda gül rəngi sıxlığı, o qurşaqdakı fərdlərin azlığına bağlı olaraq (əslində bioloji baxımdan az sayda fərdin cütlәşәrәk nәsil vermәsindәn ötəri), kiçik sıxlıqda olacağı üçün və belə bir prosesdə çiçəklәrdә rəngi dəyişkənliyi asanlıqla itirә bilinәcәyini, nəticə etibarilə mavi çiçəklərin keçən zamanla populyasiyada artmasından bәhs edilә bilmәz. Bir başqa deyişlə, gül rəngi sıxlıqları əvvəlki nəsillərә görә təxmin edilə bilməz. Yəni çiçək rənglərindən birinin nəticə etibarilə necә yayılacağı, istiqaməti müəyyən bir təkamül müddətindә öncәdәn bilinmәz. Çiçək rəngi nәsil boyunca ötürülәn olduğuna görə hər qurşaqda fərqli sıxlıqda olan rəng dəyişkənliyinin əvvəlki nəsillərә görә istiqaməti bilinmәdiyi üçün tamamilə təsadüfi olan bir genetik təkamülləşmə müddətindәn bәhs etmәliyik .Genetik sürüklәnmә termininin səbəbi budur.

Yaxşı, Neandertal qohumumuz biz Homo sapiensә bir bahar axşamında rast gəlmişdimi? Genetik sürüklәnmә ilә Afrikadan çıxışımıza da toxunaraq davam edəcəyik.

Əgər məqalələrimizdə qrammatik və orfoqrafik xətalar varsa, lütfən, xətalı qismi işarələyib Ctrl+Enter klaviş kombinasiyasından istifadə edərək bizə bildirin.

Daha çoxu

                                                                                  

 

Əgər bu yazını oxuyursunuzsa...

 

...sizdən bir xahişimiz var. Yaşıl Elm əvvəlkinə görə daha çox oxunur, amma Azərbaycan dilində onlayn reklam yayımlayan şirkətlər olmadığı üçün saytımızda sizin diqqətinizi cəlb edə biləcək reklamlar yerləşdirə bilmirik. Eyni zamanda diqqət dağıdıcı çoxlu reklam vasitəsi ilə sizin məlumatlanmağınıza da mənfi təsir göstərmək istəmirik. Yəni saytımızda edilən bütün işlər tamamilə öz zəhmətimiz hesabına başa gəlir.

 

Hər hansı maliyyə yardımı almadan, şirkətə, quruma bağlı olmadan müstəqil şəkildə bu platformanı idarə etməyimiz olduqca çətindir. Çünki araşdırma etmək, yazılar hazırlamaq, tədbirlər təşkil etmək və digər texniki və qeyri-texniki işlər zaman, maliyyə və ciddi iş rejimi gərəkdirir. Amma bunu edirik, çünki perspektivimizin doğru olduğuna, fərq yarada biləcəyimizə inanırıq.

 

Portmanat vasitəsi ilə edəcəyiniz ən kiçik miqdarda dəstək belə bizim ayaqda durmağımıza və daha çox iş görməyimizə kömək edəcək.

 

Portmanat nömrəsi: 559145036

                                                                                  

 

Ilkin Jafarov

"Yaşıl Elm" elmi kütləvi platformasının qurucusu və baş redaktoruyam. "Eastern Mediterranean University"də Sənaye Mühəndisliyi üzrə ikinci təhsil alıram.

Bənzər yazılar

Rəy yazın

Bunlara da nəzər salın

Close
Close
%d bloqqer bunu bəyənir:

Yazı xətası

Qeydiniz redaktora göndəriləcək: