Təkamül

Təkamül qanunu və avtomobillər

Bir neçə ay əvvəl Türkiyə Elmlər Akademiyasının rəhbəri, çox sevdiyim ve hörmət bəslədiyim Prof. Dr.Ayxan Çavdar xanımla söhbət edirdik. Mövzu hardasa bir gündən bir nəşrdən çıxan və güya elmi iddialarla Darvinə və Təkamül nəzəriyyəsinə söyən, buna Qurandan aidiyyatı olub-olmayan ayələr sıralayan qəribə məlumatlara gəldi. Ayxan xanım acı-acı şikayət etdi, iyirmi birinci əsrə girmək üzrəykən Türkiyədə bucür ağılsız işlərin olmasına heyfsləndi: “Siz nə deyirsiniz Cəlal bəy?”- deyə soruşdu. “Akademiya olaraq ağıla qarşı olan bu cür hərəkətlərlə necə rəftar edək?”. Uşaqlığı Atatürk aydınlığı içində keçən Akademiya rəhbərinin heyfslənməsini görməmək mümkün deyildi. Buna rəğmən “Boş verin” dedim. “Bu üstündə dayanmağa dəyməz. Təbii ki, bu cür bir axmaqlığın, hər həftə ağıl və elm düşmənliyi yayan on minlərcə  məlumatların, bir sürü kitabın havayı paylanmasının altında yatan böyük maliyyə dəstəyinin qaynağını düşünür, ölkəmiz üçün narahat olursunuz, bunun bu dövrdə mümkün olması sizi heyrətə salır. Bunu əlbəttə, təqdirlə qarşılayıram. Ancaq o qaynağı soruşmaq bizlik deyil.Təəssüf ki, ABŞ-da da eyni axmaqlıqları yayan müəzzəm orqanlar var. Bu, sizin kimi bəzi Amerikalı elm adamları dostlarımı da narahat edir. Ancaq iddialar o qədər axmaqcasınadır ki, bunlara cavab verməyə çalışmaq Yerin düz olduğunu iddia edənlərlə həmsöhbət olmaq kimidir. Biz gülünc vəziyyətə düşərik.” Ayxan xanım düşüncəli şəkildə önünə baxdı: “Bəlkə də. Yenə də mən üzvlərimizin diqqətini bu mövzuya çəkməyin lazım olduğu qənaətindəyəm” dedi. Həqiqətən də Ayxan xanım dediyini etdi, hər birimizə bu mövzuda qısa bir not yazdı.

  Ayxan xanımla danışdığım günün axşamı Ankaradan İstanbula qayıdarkən olanları Cəvdətə danışdım. Sənəti sürücülük olan dostuma  mövzunu danışarkən təkamülü rədd edərək hər canlının ayrıca ortaya çıxdığını iddia etməyin hər model avtomobilin özündən əvvəl düzəldilmiş olanlardan tamamən xəbərsiz ortaya çıxdığını iddia etmək kimi bir şey olduğunu dedim. Cəvdət qəhqəhə çəkib güldü: ”Ha ha! Eh, indi bunlar deyəcəklər ki, hər canlı bir əvvəlkinə baxılaraq, lakin müstəqil yaradıldı?” ”Heçbir şübhən olmasın!”-deyə gülərək cavab verdim. “Amma bir öncəki canlıya baxaraq canlı yaratmaq bir öncəki canlıdan yenisinə bilgi nəql etmək deməkdir. Təkamül də bundan başqa bir şey demir. Mühitin təsiri ilə əmələ gələn yeniliklər yeni nəsillərə dəyişiklik olaraq keçir. Necə ki, avtomobil modelleri dəyişən çevrəyə görə, hər dizaynerin ağlına gələn yeniliklərlə dəyişilir. “Mersedes”in (dizaynerlərin) yeni çevrə şərtlərinə görə düşündüyü səsboğucu sisteminin forması, “Krisler”inkindən fərqli olur, o da “Toyota”nınkından, o da “Lada”nınkından. Amma hamısı eyni xətlərlə bənzədilir. Necə ki, Asiya plasentalı qurdu ilə Avstraliya kisəli qurdu bir birilərinə bənzəyirlər.

Deyə bilərlər ki, burda dizayn edən “yaradıcı” bir insan var. Düzdür, amma it irqlərini ortaya cıxararkən insan bunları dizayn etmədi ki. İt yetişdiriciləri min illərlə çalışaraq canavardan tazını, buldoqu və başqa it irqləri yaratdılar. İnək və toyuq irqlərini yaradanlar da var. Bu yalnız və yalnız ətraf mühit şərtlərini dəyişdirərək edildi. Bunların növ olmamaqlarının tək səbəbi gen hovuzlarının tamamilə təcrid edilməməsidir. Qaldı ki, geoloji keçmişdə gen hovuzları tam təcrid edildiyi zaman sürətli növ yaranmaları görürük. Pangeya adı verilən böyük torpaqların parçalandığı zaman belə olmadımı?”

Cəvdətin zəhlətökənliyi üstündəydi: “Bəs Tanrı hər avtomobil modelini ayrı-ayrı yaratdısa!” Bir şey deyəcəkdim ki, Cəvdət McDonalds-ı göstərdi.”Boş verin bu axmaqlıqları! Hər dəlinin quyuya atdığı daşı çıxartmağa vaxt yetməz. Elmin yoluyla hər insan bu qədər asan başa düşsəydi insanlıq Marsa getmişkən Şimali İrlandiyada Katoliklər, Protestantlar, Kosovada Müsəlmanlarla Ortodokslar, Hindistanda Müsəlmanlarla Hindular bir birilərini boğazlamazdılar. İndi isə Oya xanım yoxkən Big Mac yeyəkmi?”

Prof.Dr.A.M.Cəlal Şəngör – Zümrüt Ayna
Tərcümə etdi: Ziya Balıyev.

Əgər məqalələrimizdə qrammatik və orfoqrafik xətalar varsa, lütfən, xətalı qismi işarələyib Ctrl+Enter klaviş kombinasiyasından istifadə edərək bizə bildirin.

Daha çoxu

Ilkin Jafarov

"Yaşıl Elm" elmi kütləvi platformasının qurucusu və baş redaktoruyam. "Eastern Mediterranean University"də Sənaye Mühəndisliyi üzrə ikinci təhsil alıram.

Bənzər yazılar

Rəy yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Buna da nəzər salın

Close
Close
%d bloqqer bunu bəyənir:

Spelling error report

The following text will be sent to our editors: