BiologiyaTəkamül

Təkamül dayandımı?

Raul Rustamov: tekamul eger daimidirse bugun de davam etmeliydi. Milyon il evvel hansi suretle tekamul bash verirdise bugun de eyni temple davam etmeliydi…eger beledirse ara kecid formalarini niye bugunumuzde yox kecmishde axtarirsiz hormetli tekamulcu? Yoxsa tekamul prosesi gordu ki her shey oz qaydasindadi ve ozu ozunu dayandirdi? 

Kim dedi hələ də reallaşmadığını? Təkamül davamlıdır.

İnsanların bu şəkildə düşünmələrinin ən böyük səbəbi təkamülü gözlə görə bilməmizdir. Oyanaq qalxaq yeni bir orqan meydana gəlsin ya da hop deyə bir canlı başqasına çevrilsin istənilir.

“Bu canlıdan sıxıldınızmı?
 Qorxmayın, təkamül yanınızdadır.
Abra kadabra…
Hop! Bu da yeni növləriniz.”

Deyəsən belə bir şey gözləyirsiniz. Lakin bunun təkamüllə əlaqəsi yoxdur. Bəhs etdiyimiz təkamül faktında qəsd etdiyimiz dəyişməysə təkamül dəyişməsini bu şəkildə də düşünə bilərsiniz: Bir körpə doğular, boyu uzanar, yeriməyə başlar, saqqalları çıxar, səsi qalınlaşar və s. və s. ölər… Bu da təkamüldür. Lakin canlılar üzərindəki uzun davamlı təkamüldən, növləşmədən bəhs ediriksə işlər dəyişir. Məsələn təkamülün bir istiqaməti yoxkən bir körpənin inkişafının istiqaməti vardır. Və ya təkamül fərd üzərində deyil populyasiya üzərində olar, lakin bu körpə inkişafı fərdidir. Nə qədər fərqlilik olsa da anlamanız baxımından bu nümunədən davam edək.

Bu bəhs etdiyim bir insanın doğulmasından ölməsinə qədər olan təkamül müddəti normal şərtlər altında 70 ildir. Yəni insan gözüylə rahatca fərq edilə bilir. Bu 70 illik müddətin 70 milyon il olduğunu düşünək. İnsanlardakı fiziki dəyişmələri 70 milyon ilə bölüşdürdüyümüzü fərz etsək bu dəyişmə o qədər yavaş və mərhələ-mərhələ reallaşacaq ki, bunun əsla fərqinə vara bilməyəcək mövqeyə gəlirik. Məsələn canlının yeriməyə başlaması təxminən bir yarım milyon ildə olsa, bu yerimə müddətinə qədərki dəyişməni əsla fərq edə bilmərik… Və ya 15 milyon il ilə 20 milyon il arasında saqqal çıxmağa başlayacaq. Bu saqqalın meydana gəlməyə başlaması, uzanması bizlər tərəfindən fərq edilməyəcək. Bunu xaricdən görən biri saqqalın uzandığından belə xəbəri olmayacaq və ona görə saqqal yerində sayır. Lakin 5 milyon il arayla adamın fotoşəkillərinə baxılsa dəyişmə gözlər önünə sərilər.

Eyni şəkildə təkamül milyonlarla illik bir müddət olduğu üçün bizim gözümüzlə qəbul edilməsi məntiqsizdir. Yenə eyni baxımdan bizə heç bir növ dəyişmirmiş kimi görünür. Lakin fosil qeydlərinə baxdığımız zaman canlılardakı dəyişmə aşkar görünəcək. Və ya canlıların genomu araşdırıldığında təkamülün dayanmadığı görüləcək. Məsələn 37.000-5800 il içində insanların xarici görünüşündə həddindən artıq bir dəyişmə olmamışdır, lakin təkamül davam etmişdir. Alimlər dünyanın dörd bir tərəfində insanların genlərini müqayisə edərək, onların nə qədər fərqli olduqlarını, nə qədər fərqli şəkildə təkamül geçirdiyimizi görə bilir. İnsanların təkamülünün davam etdiyini insan genomunu araşdırdığımızda anlaya bilirik. Məsələn:

  • Oraq hüceyrə müqaviməti, qızdırma xəstəliyinin daha məşhur olduğu bölgələrdə artacaq şəkildə təkamülləşib.
  • Laktoz dözümlülüyü, süd məhsullarının istehlakını təsir edən mədəni dəyişikliklərlə əlaqəli olaraq təkamülləşib.
  • Bəzi insanlar, AIDS, qızdırma və ürək xəstəliklərinə müqavimət təmin edən mutasiyalar keçirib.

Burdan çıxarılması lazım olan nəticə budur: yalnız xarici görünüş dəyişmədiyi üçün təkamülün dayandığını demək olmaz. Genetika dəyişsə də bəzən morfologiya (xarici görünüş) dəyişməyə bilər. Bu təkamülün dayandığı mənasını verməz. Xarici görünüş dəyişmədi deyə təkamül dayandı kimi bir düşüncəyə qapılmaq yanılmadır.
İnsan təbii həyat ilə əlaqəsini azaltdığı üçün təkamül yavaşlamışdır. Lakin dayanmamışdır. Bunu da açıqlamaq lazım olsa; məsələn təbii seçməni öz üzərimizdə yavaşladırıq. Apandisit bizdən sonrakı nəsillərdə olmayacaqdı məsələn. Çünki: apandisiti olan kəslərin bəzilərində xəstəliklər müşahidə edilə bilir. Xəstə ölür.  Apandisi daha kiçik olanlar qalır beləcə yavaş yavaş daha kiçik apandisli olanlar həyatda qalmış olur. Bunun nəticəsində milyonlarla ildə, bəlkə də on milyardlarla ildə, apandis deyə bir orqan qalmır.
Lakin artıq apandisə görə xəstə olanlar apandisini kəsdirir və təbii seçməyə maneə törədilir. Apandisi böyük olanlar da kiçik olanlar da törəyə bilir, genlərini yeni nəsilə köçürür. Bu da təkamülün təsirini azaltmış olur. Lakin dediyimiz kimi təbii seçmənin təsirini azaltsaq da təkamül dayanmadı.

Bəziləri də təkamülün yalnız zəka cəhətdən inkişaf etdiyini sandığı üçün təkamül dayandı deyə düşünürlər. Məsələn “bu günki şimpanzelər ağıllı varlıqlara çevrilmədiyi üçün təkamül dayanmışdır” kimi bir yanılmaya düşürlər: təkamülün müəyyən bir istiqaməti yoxdur. Təkamül xüsusi olaraq zəka yaratmağa çalışmaz. Digər canlılar da bizim kimi beynini inkişaf etdirəcək deyə bir şey yoxdur. Məsələn təbiətdə şimpanzelər arasında daha yaxşı dırmaşan həyatda qala bilər və təkamül fərqli bir istiqamətdə budaqlanaraq gedə bilər, böyük ehtimalla elədir də. Onların da təkamülü dayanmamışdır.

  1. Təkamül milyonlarla illik müddətdə mərhələ mərhələ meydana gəldiyindən onu müşahidə edə bilmərik, amma bu təkamülün dayandığını göstərməz
  2. Xarici görünüşcə dəyişmə olmasa da genetikada dəyişmə ola bilər. Yalnız xarici görünüşə baxaraq təkamül dayanmışdır deyilməməlidir 
  3. Təkamül yalnız zəka istiqamətində irəliləməz, bir şimpanzenin gedərək ağıllılaşmaması onun təkamül keçirmədiyi, dəyişmədiyi mənasını verməz
  4. İnsanlarda təkamül təsirini azaltmışdır, çünki təbii həyatdan mücərrədlənirik. Lakin təkamül yenə dayanmamışdır…

Ayrıca davam edən təkamül proseslərinə baxmanız üçün bu yazımızı məsləhət görürük.

Əgər məqalələrimizdə qrammatik və orfoqrafik xətalar varsa, lütfən, xətalı qismi işarələyib Ctrl+Enter klaviş kombinasiyasından istifadə edərək bizə bildirin.

Daha çoxu

Ilkin Jafarov

"Yaşıl Elm" elmi kütləvi platformasının qurucusu və baş redaktoruyam. "Eastern Mediterranean University"də Sənaye Mühəndisliyi üzrə ikinci təhsil alıram.

Bənzər yazılar

Rəy yazın

Buna da nəzər salın

Close
Close
%d bloqqer bunu bəyənir:

Spelling error report

The following text will be sent to our editors: