BiologiyaTəkamül

Sual: toyuq yumurtadan çıxıb yoxsa yumurta toyuqdan çıxıb?

 

 

Çox sadə: toyuq yumurtadan çıxıb.

Bu problemin hələ də məşhur bir “dilemma sualı” olaraq önə sürülməsi xalqın Təkamül biologiyasından bixəbər olmasının ən aşkar göstəricilərindən biridir. Çünki Təkamül biologiyası sayəsində mənşələri B.E.Ə 340-cı illərdə Aristoya qədər gedənn bu “toyuq-yumurta problemi/paradoksu” müzakirəyə yer vermədən həll edilmişdir: var olan bütün toyuqlar yumurtadan çıxmışdır.

Problemin cavabını sadəcə anlaya bilmək üçün sözdə paradoksun aktyorları olan “toyuq” və “yumurta”nı tanımamız lazımdır. Toyuq ilə başlayaq: Bu gün dəqiq bir şəkildə bildiyimiz üzrə bütün quşlar 240 milyon il qədər əvvəl dinozavrlardan ayrılaraq təkamülləşmişdir. Toyuq bir quş növüdür, buna görə mənşələri dinozavrlara qədər təqib edilə bilər. Bilindiyi üzrə bütün quşlar yumurtlayaraq nəsil artırırlar. Bu səbəblə indi də yumurtanın tarixinə qısaca baxaq: yumurta dediyimiz qabıqlı, torpağa qoyulduqda içərisindəki embrionu qoruyub bəsləyə biləcək xüsusiyyətdəki nəsil artırma quruluşunun ilk nümunələrinə 340 milyon il qədər əvvəl suda-qurua yaşayanlarda və onlardan təkamülləşən sürünənlərdə rast gəlirik.

Təkamül tarixini izləyəcək olsaq balıqlardan təkamülləşən suda-qurua yaşayanlar ilk böyük yumurtaları nəmli qumluqara buraxmağa başlamışdılar. Daha sonradan suda-qurua yaşayanlardan təkamülləşən sürünənlər yumurtlayaraq nəsil artırmağı davam etdirmişlər və bir addım kənara apararaq amniotik kisə sayəsində nəmli olmayan, quraq torpaq sahələrində də törəyə bilməyə başlamışlar. Sürünənlərin bir qolu dinozavrlara təkamülləşmiş, bu qoldan ayrılan bir qrup da quşlara və nəhayət toyuqlara təkamülləşmişdir. Bu səbəbdən bu soy xətti boyunca hər canlı bir yumurtadan çıxmışdır. Bu da sualın cavabını müzakirəsiz bir şəkildə verməkdədir: yumurta toyuqdan əvvəl təkamülləşmişdir, bu səbəbdən toyuq yumurtadan çıxar.


Sualın daha ağır forması “Yumurtalayaraq törəyən bir heyvanın yumurtasımı, özümü əvvəl təkamülləşmişdir?” sualıdır. Yumurtanın təkamülünü daha sonrakı bir məqaləmizdə detallı olaraq izah edəcəyik; ancaq paradoks formasında təqdim edilən bu sual təkamülün pilləli təbiətini anlaya bilməməkdən qaynaqlanmaqdadır. Çünki sualın bir başqa forması olan və əslən soruşduğu şeyi yekunlaşdıran sual budur: “Bir canlının valideynləri də, uşağı da özü ilə eyni növkən, təkamül necə yeni növlər yaradar?” Heç bir zaman tək bir nəsildə yeni bir növ var olmaz, bu müddət pilləlidir. Bu səbəbdən əsla bir yumurta bir anda təkamülləşib ondan da yeni bir quş növü meydana gəlməmişdir. Onsuz da buna gərək də yoxdur. Yumurta ilə o yumurtanı yumurtlayacaq növ bir yerdə təkamülləşər. Hər təkamüllü nəsil içərisində yumurta o növün xüsusiyyətlərini daha çox saxlayan hala gələrkən, o yumurtalardan çıxan fərdlər də yeni bir növün xüsusiyyətlərini daha çox saxlayacaq. Yəni bir toyuğun var olması üçün “toyuq yumurtası” lazım deyil, çünki toyuq tək bir nəsildə təkamülləşmiş bir canlı növü deyil. Eynilə itlərin süni seşmə nəticəsində canavarlardan təkamülləşərkən heç bir zaman tək bir nəsildə bir Çivavanın ya da bir Danuanın ortaya çıxmaması kimi; ancaq hər nəsildə o növün xüsusiyyətlərini daha çox daşıyan fərdlərin ortaya çıxması və seçilməsi kimi…


Nə olursa olsun, hər toyuq yumurtadan çıxmışdır. Dolayısı ilə yumurta öncə gəlir.

Əgər məqalələrimizdə qrammatik və orfoqrafik xətalar varsa, lütfən, xətalı qismi işarələyib Ctrl+Enter klaviş kombinasiyasından istifadə edərək bizə bildirin.

Daha çoxu

Ilkin Jafarov

"Yaşıl Elm" elmi kütləvi platformasının qurucusu və baş redaktoruyam. "Eastern Mediterranean University"də Sənaye Mühəndisliyi üzrə ikinci təhsil alıram.

Bənzər yazılar

Rəy yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Buna da nəzər salın

Close
Close
%d bloqqer bunu bəyənir:

Spelling error report

The following text will be sent to our editors: