PsevdoelmTəkamül

Sual: toyuq yumurtadan çıxıb yoxsa yumurta toyuqdan çıxıb? 2.

Bu yazımızda toyuğun yumurtadan yoxsa yumurtanın toyuqdan çıxdığını təkamül biologiyası əsasında izah etmişdik. Amma sonra məlum oldu ki, bəzi dostlarımız bununla heç də razı deyillər. Səbəb olaraq aşağıdakı yazı istifadə edilir:
Şeffild və Varvik universitetləri alimlərinin birgə apardığı araşdırmaların nəticələrinə əsasən məlum olub ki, toyuq yumurtadan öncə yaranıb və yumurta toyuğun məhsuludur. Belə ki, tədqiqatlar zamanı yumurta qabığının sadəcə toyuğun yumurtalığındakı proteindən hazırlana biləcəyi aşkarlanıb. 
“Ovokledidin-17” və yaxud “OC-17” adı verilən bu zülal yumurta qabığının yaranması və formalaşmasında katalizator rolunu oynayır. Cücə formalaşarkən xaricdəki bərk qabıq qatı yumurtanın sarısı və ətrafındakı şəffaf mayeni qorumaq funksiyasını icra edir. Bu zülalın da yaranması yenə də toyuğun DNT-sində kodlanmışdır.
Üstəlik yumurta mayalanmasa ondan cücə çıxa bilməz, demək ki, bu fakt da onu göstərir ki, ilk əvvəl toyuq olmalıdır, daha dəqiq toyuğun erkəyi xoruz olmalıdır. 
Demək ki, bu suala elmi cavab belədir – “İlk olaraq toyuq yaranıbdır!

Bu yazı uzun bir videonun kiçik bir qisimindən alınıb. Heç bir elm insanı belə düşünmür, yalnız bu mövzunu izah edərkən istifadə edilən bir izahatdır bu. Gəlin geniş şəkildə analiz edək:

Bu sualı soruşanda bir qism insan cavabın heç vaxt bilinməyəcəyini, bir qismi yumurtanın öncə gəldiyini, digər qisim isə “OC-17” adı verilən zülalı barədə edilən araşdırmalara əsaslanaraq toyuğun öncə gəldiyini bildirir. Yəni əgər OC-17 zülalı olmasa toyuq yumurtası yaranmaz. Bu o deməkdir ki, toyuq olmasa toyuq yumurta əldə edə bilməzsiniz.

Əslinə baxarsaq məsələ toyuq yumurtasının tərifindən aslıdır. Toyuq yumurtası toyuğun yumurtladığı yumurta deməkdir, yoxa içində toyuq daşıyan yumurta deməkdir? Ya da belə soruşaq, bir begomot içindən zürafə çıxan yumurta yumurtlasa yumurta begomot yumurtası sayılacaq yoxsa zürafə yumurtası?

Gəlin, əvvəlcə yumurta deyənlərin cavabına baxaq:
Nəsil artırma əsnasında valideynlər öz məlumatlarını DNT vasitəsilə ötürürlər. Amma DNT-nin özünü kopiyalayaraq çoxalması 100% xətasız deyildir. Və bu da yeni doğulacaq orqanizmdə kiçik dəyişikliklər yaradır. DNT-dəki bu mutasiyalar minlərcə nəsil sonra yeni növlər yaradır. Amma bu mutasiyalar ziqotda ya da ilk hüceyrədə baş verməlidir. Yəni toyuğa çox bənzəyən bir canlı (buna ilkin toyuq da deyə bilərik) başqa ilkin bir toyuqla cütləşdi. Və kiçik bir genetik mutasiya nəticəsində ilk toyuq yarandı ki, o da bir yumurtanın içindən çıxdı. Buna görə yumurta öncə gəldi deyə bilərikmi?

Buna cavab olaraq ilk toyuğun gəldiyini müdafiə edənlər bu yumurtanın toyuğun yumurtası deyil, ilkin toyuğun yumurtası olduğunu deyirlər. Ona görə də ilk yumurtanın deyil, toyuğun gəlmiş olmasını müdafiə edirlər.

Amma bunu da qeyd etmək lazımdır ki, mutasiya tək başına və birdən-birə yeni növ canlı yaratmaz. Təkamül prosesi o qədər mərhələlidir ki, ilkin toyuqdan sonra gələn canlıya dərhal toyuq demək olmaz. Eynilə Evbulid parodoksu kimi:

Bir qum yığınını düşünün. İçindən bir qum dənəsini alsaq hələ də bir qum yığını olaraq qalarmı? Yaxşı ya iki qum dənəsini alsaq ? Ya üç qum dənəsini ? Birdən-birə deyil, lakin dərəcəli bir şəkildə bir şeydən (yığından) onun tərsi bir şeyə (yığın olmayana keçid olur (və ya tərsinə). Burada qarşımıza çıxan dərəcələndirilmiş düzgünlükdür. a-dan ~a’-ya bir yol xəyal edin. Hər bir qum dənəsinin alınmasıyla, a-dan başlayıb, dərəcə-dərəcə ~a’-ya yaxınlaşarıq. Bu yol üzərində bu hələ bir yığındırmı’ sualını “yığındır”, “yığın demək olar”, “yığına çox az oxşayır” və s. şəklində cavab verə bilərik. Və ya “bu bir yığındır” mülahizəsinə ‘doğrudur’, ‘demək olar ki, doğrudur’, ‘təxminən doğrudur’ kimi düzgünlük dəyərləri verə bilərik.

Eyni şey növlərin təkamülü üçün də keçərlidir. Təkamüllü müddət addım-addım irəliləyən və çox zaman tələb edən bir müddətdir. Heç bir zaman bir valideyn və balasını göstərərək, “bax, bunlar ayrı növlərdəndir” deyə bilmirik.

Yaxşı bəs nəticə nə olacaq. İki fərqli ssenaridən bəhs etmək mümkündür.

  1. Çox uzun zaman öncə yumurtlayan canlılar ilkin toyuqların yaranmasına vəsilə oldular ki, bu toyuqlar ilkin toyuq yumurtaları yumurtlayırdı. Bu yumurtaların birində seçmə avantajına sahib olan DNT dəyişikliyi oldu. Beləliklə ilk toyuq var oldu. Və ilk toyuq yumurtalarını yumurtladı. Bu halda ilk olaraq toyuq yaranıb.
  2. İlkin toyuq bizim normal toyuq yumurtası dediyimiz şeyin içində ilk toyuğa həyat verdi. Bu bucaqdan baxanda da ilk yumurta ilkin toyuqdan çıxmış və beləcə ilk toyuq yumurtası yaranmış oldu.

Bunlar da bizi yenə başa qaytarır. İlk toyuq yumurtası nədir?
Əslində bu olduqca mənasız bir sualdır. Çünki istər normal toyuq yumurtası olsun, istər ilkin toyuq yumurtası olsun, ilk toyuq bir yumurtadan çıxıb. Yəni yumurta öncə gəldi.

Nə olursa olsun, hər toyuq yumurtadan çıxmışdır. Dolayısı ilə yumurta öncə gəlir.

Əgər məqalələrimizdə qrammatik və orfoqrafik xətalar varsa, lütfən, xətalı qismi işarələyib Ctrl+Enter klaviş kombinasiyasından istifadə edərək bizə bildirin.

Daha çoxu

Ilkin Jafarov

"Yaşıl Elm" elmi kütləvi platformasının qurucusu və baş redaktoruyam. "Eastern Mediterranean University"də Sənaye Mühəndisliyi üzrə ikinci təhsil alıram.

Bənzər yazılar

Rəy yazın

Buna da nəzər salın

Close
Close
%d bloqqer bunu bəyənir:

Spelling error report

The following text will be sent to our editors: