DigərTəkamül

Səbəb-nəticə illuziyası



Bir insanı elm düşməni halına gətirən və bir hәqiqәt olduğu bu qədər aydın olan elmi bir fakta belә arxa çevirmələrinə səbəb olan şey nədir? Bunun әsas sәbәbi əlbəttə, elmi olmayan şəxsi inanclardır, ancaq biz işin o qisimindən çox insanların bu inanclara necə yaxınlaşdığı və bu yanaşmaların dünyagörüşlərini necə dәyişdirdiyi ilә maraqlanırıq. Bu da bizi yanılmanın mənşələrinə aparır.

Bunun ən əsas səbəbinə toxunsaq, bu açıq-aydın şəxsi inancların çox vaxt insanların səbəb-nəticə zənciri anlayışına etdiyi hücumdan qaynaqlanır. Bunların әvvәlindә da hər şeyin insanlar üçün var olduğu düşüncəsi gəlir. Bildiyiniz kimi dinlərin demәk olar ki, hamısında kainatdakı hər şeyin insanlar üçün yaradıldığı, onların əmrinə təqdim edildiyi, insanın kainatdakı ən gözəl, ən yaxşı “hazırlanmış”, ən “üstün” canlı olduğu iddiası var. Bu, elmi baxımdan və təbii hәqiqәtlәr baxımından açıq-aşkar bir axmaqlıq və ağılsızlıqdır. Ancaq qüruruna hər zaman məğlub olmağa meylli olan insanların tәriflәnmәk xoşlarına gәlir. Təəssüf ki, insanların şəxsi dəyər, mühakimələri və təməl olaraq “doğru” və “səhv”lәri, “hәqiqәt”ləri dəyişdirmir. Elm doğru və səhvlər yerinə hәqiqәtlәr ilə maraqlanır.

Әgər bu problemə diqqətli baxsaq insanın necə bir yanılmaya yuvarlandığını da görәrik: Həyatın özü bir yanılma halına gәlib. İdda edilir ki, hər şey insanlıq üçün yaradılıb, insan ən üstün varlıqdır vә s. Ancaq həyata obyektiv baxmağı azacıq olsa belә bacara bilən birinin görә bilcәyi kimi bu, qətiyyәn doğru deyil. İnsanlar nə kainatın, nə də Yer kürəsinin vecinə belə deyil! Yeri gәlmişkәn: İnsanların hamısı bir anda yox olsa Yerdәki canlıların 99%-i bunun fərqinə belə varmaz. Ancaq əgər dünyadakı bakteriyaların hamısı bir anda yox olsa dünyadakı canlıların hamısı bir neçə gün içərisində ölməyə başlayar və bir həftədən bir az uzun bir müddət içərisində dünyada tək bir canlı qalmaz. Hansı canlının daha qiymətli olduğuna siz qərar verin.

Digər tərəfdən, Yer və hətta Günəş sistemi və hətta Süd yolu qalaktikası hәr hansı bir səbəblə yox olsa kainat bunun “fərqinə varmaz” belə. Öz “işinə baxmağa” davam edər, hər şey olduğu kimi davam edәr. Ancaq çox təəssüf ki, insanlar, təkəbbürlәrinә görә özlərini “üstün yaradılmışlar” olaraq görürlәr. Bu, ümumiyyətlə, düşünməkdən və hәqiqәtlәrdәn qorxan insanların tez-tez müraciət etdiyi bir yalandır. Ancaq hәqiqәt gün kimi açıqdır, bu insanların hamısı bu yalanla sevə-sevə aldanır. Bu, insan zəkasına açıq-aydın bir təhqirdir.

Bu, birinci səbəb-nəticə әlaqəsi yanılqısıdır. Bunu belə ifadə edə bilərik: Hər şey insanlar üçün var edilmәyibHər şey bu şəkildə var olduğu üçün insanlar var ola bilib. Bunu anlamaq çox vacibdir. Təkamüllü müddətdə bəzi dəyişənlərin fərqli tәsiri nəticəsində insan növü heç bir zaman tәkamüllәşmәyә bilәrdi. Әgər o meteorit Yerә 65 milyon il əvvəl düşmәsәydi, bu gün nə biz bu yazını yazacaqdıq, nə də siz oxuya bilәcәkdiniz. Yaxşı biz olmasaydıq nə dәyişәrdi? Әminik ki, dünya daha təmiz və yaşana bilən bir yer olardı, ancaq bunun xaricində təbiət baxımından heç bir şey dәyişmәzdi. Təbiət olduğu kimi irəliləməyə davam edər, yeni yeni canlılar növlәşәr və dövr bu şəkildə irəliləyirdi. Biz təkamülün sadә bir mәhsuluyuq və bu həqiqəti görməmiz yanılqılarımızdan qurtulmaqdakı ilk addım olacaq. Biz təkamüllü müddətdə səhnəyə eynilə digər canlılar kimi təbii proseslər nəticəsində çıxdıq və daha sonra tәkamüllәşәn orqanımızın beyin olmasından və bu orqanın perceptual güc (dәrk etmә) ilə bağlı olmasına görә bir çox yan təsiriylə birlikdə zәkamız təkamüllәşdi. Bunun nəticəsində mühitdə onsuz da var olan ancaq heç biri bizə “xidmət etmək” məqsədi ilə orada olmayan varlıqları manipulyasiya etməyə başladıq. Və o gündәn bu günә təxminən, son 6 milyon ildir, ancaq daha aktiv olaraq son 200000 ildir, ən üst səviyyədə isə son 50000 ildir təbiəti ələ keçirməyə çalışırıq. Bu müddət ərzində ortaya çıxan hər bir insan növü qavrayış səviyyəsi müəyyən bir nöqtənin üzərində olaraq doğulduğu üçün ətrafına baxmış və ataları tərəfindən addım-addım insan xidmət etdirilәn varlıqları görərək hər şeyin özü üçün var olduğunu hesab etmişdir. Amma olan tək şey məcmu bir şəkildə irəliləyən bir “әhillәşdirmә” prosesidir. Şəxsən insan növü tərəfindən edilmiş və gələcək nəsillərə təqdim edilmişdir. Gələcək nәsillәrsә bu addım-addım әhillәşdirmә prosesini bir az işlərinə yaradığı üçün, bir az da zaman anlayışını anlaya bilmədikləri və buna hakim olmadıqları üçün görməməzlikdən gəlmişlər və onun yerinə sanki bütün bu “əhlilәşdirilmiş“lәrin (yalnız heyvanlar deyil, təbiətin özü də) özləri üçün var olduğunu düşünmüşlәr. Son bir neçə min ildir bu şəkildə inkişaf edərək yığılan məlumatlar sonda qorxular və nəticələri ilə birləşərək şəxsi inanc sistemlərinin yaranmasına səbəb olmuşdur. Qısaca, günümüzdəki din / elm və şəxsi hәqiqәtlәr / hәqiqәtlәr dövrü bu şəkildә yaranmışdır.

Buna görә dediyimiz kimi ilk olaraq bu qısa dövrdən çıxmaq lazımdır: Heç bir şey insan üçün mövcud deyil. İnsan üçün mövcudmuş kimi görünən hər şey o halıyla bu günə gələ bildiyi üçün bir nöqtədə insanın tәkamüllәşmәyә başlaması mümkün ola bilmişdir. Ancaq bu mümkün olmasaydı da təbiət üçün heç bir şey dәyişmәzdi.

Başqa bir nümunəyə baxaq: İnsanlar təbiətə baxır və hər şeyin nə qədər ovsunlayıcı və mükəmməl nizamlanmış olmasından təsirlənir, təbiətə heyran qalır. Və bunu dərhal üstün bir yaradıcının sənəti ilә әlaqәlәndirir, hər şeyin bir anda o şəkildə yaradıldığına inanır. Yalnız canlılarda tapa biləcəyimiz milyonlarla səhv onların milyardlarla ildə tәkamül etdirdiyi orqanların kölgəsində qalır və təkamül əleyhdarlarının işinə gəldiyi şəkildə göz ardı edilir. Ancaq bu səhvlər var, bu anda bədənimizdə onlarla qüsur var və həyat mükəmməl deyil! Bunu düşünməmiz lazımdır: Biz 4 milyard illik bir dəyişmənin nәticәsiyik. Bu inanılmaz miqdardakı zaman dilimində o qədər çox “təbiətdə həyatda qalmağa uyğun xüsusiyyət” yığılaraq canlılarda yığılaraq artmışdır ki, başlanğıcdan 4 milyard il sonra ortaya çıxan bizlər təbiətə baxdığımızda bu xüsusiyyətlərin nə qədər böyük bir şəkildə “yaradıldığı” illuziyasına qapılırıq. Halbuki onlar milyardlarla illik bir təcrübəsi nəticəsində və təbiətdə hər zaman təbiətə ən uyğun olan həyatda qalıb arta bilәcәyi üçün təbii ki, də vücutlarımızda və quruluşumuzda çox “gözəl” mexanizmlər olacaq. “Gözəl” anlayışı belə təbii proseslər nəticəsində tәkamüllәşәn beynimizdə var olan bir hissdir, buna görә təbii ki, bizə bu mexanizmlər “gözəl” gələcək. Bir düşünün, niyə bir növ yalnız öz növündəki әks cinsi cazibədar hesab edir? Çünki minlərlə ildir, bu şəkildə, birlikdə tәkamüllәşir və hormonlarıferomonlarıhissləri buna görə dəyişir.”bu” səbəbә görә bir insan yalnız bir başqa insana cazibә duyar. İnsanların bir digərinə cәzb edilәcәk şəkildə var olmasını düşünmək də bir digər səbəb-nəticə әlaqəsi yanılması olaraq görülə bilər.

Bir başqa nümunə “Yerin nə qədər də möhtəşəm bir mövqedə olduğu” illuziyasıdır. Çünki buna baxan insanoğlu Yerin Kainatdakı mövqeyinin nə qədər də möhtəşəm, tam olaraq da insanların var olması üçün yaradıldığını hesab edir. Hətta irəli gedərək bir zamanlar Yeri Kainatın mərkəzinə qoymuşdur. Ancaq müasir astronomiya elmi göstərmişdir ki, Yer Süd yolu qalaktikasının son dərəcə sadә və gizli bir küncündədir və Süd yolu qalaktikası da Kainatın son dərəcə sadә və hər hansı bir xüsusiyyətə sahib olmayan qalaktikalarından biridir. Bu, bizlərə insanın necə özünü ucaltmaq adına axmaqlıqlar uydura bilәcәyini göstərməkdədir.

Yerin mövqeyinin bir möhtәşәmliyi əlbəttə ki, yoxdur. Uşaqlığımızdan belә bir mif eşidirik: “Yer Günəşə bir millimetr belə yaxınlaşsa yanardı vә yox olardıq“. Bunun nə qədər axmaqca vә yanlış bir məlumat olduğunu orta mәktәb fizikasında Kepler qanunlarını oxuyan biri belə anlayacaq. Onsuz da Yer əsla hər an Günəşə eyni uzaqda deyil və uzaqlığı daimi olaraq dəyişir. Ayrıca kosmos boşluğundakı kütlələrin təsiriylə Günəşdən uzaqlaşıb yaxınlaşmaqdadır və astronomik uzaqlıqlar daxilində 1 millimetr kimi, hətta metr kimi ölçülər gülünc dərəcədə kiçik qalmaqdadır. Ancaq özünü ucaltmaq məqsədi güdən, öz “evini” ən qiymətli hala gətirmək istəyən insanlar bu miflәrә uyaraq illuziyaya qapılmaqda və Yerin mövqeyini şişirtmәkdәdirlәr. Kimi zaman insanlar buna “Eh, bu yaxınlaşıb uzaqlaşmadakı nizam belə mükəmməldir.” deyərək qarşı çıxarlar. Bu da təbii ki əsassız bir iddiadır: 11 Mart 2011-ci ildə Yaponiyada meydana gələn 9 bal şiddətindəki zəlzələ Yerin orbitini 16,5 santimetr dəyişdirmişdir (həmçinin başqa bir çox şeyi də dəyişdirmişdir). Və hətta günlərin uzunluğunu belə bizə çox qısa gələcək olsa da 3 mikrosaniyә qısaltmışdır, çünki Yerin fırlanma sürətini artırmışdır. Ancaq biz hələ də bu yazını yaza bilirsәk və siz də oxuya bilirsinizsə, demək ki Yerin bir əvvəlki orbiti tək “mükəmməl” orbit deyilmiş.

Yəni doğru ifadə şəkli budur: Yerin orbiti bizim var olmamız üçün bu şəkildə var deyil. Dünyanın orbiti bu şəkildə olduğu üçün (və bəzi digər faktorlar daxilində) dünya üzərində canlılıq bizim bildiyimiz bu şəkliylə başlaya bilib və məsələn Günəş sistemindəki digər planetlərdə heç olmasa bu anda yoxdur. Ki oralarda da qədim zamanlarda canlılıq var olmuş ola bilər. Müəyyən bir səviyyəyə qədər inkişaf etmiş, sonradan yox olmuş ola bilər. Məsələn, Marsda çox uzun bir müddət boyunca Yerin atmosferinә bənzəyәn bir atmosfer olduğu, ancaq bir Günəş partlaması nəticəsində yayılan maqnit dalğa səbəbiylə bu qoruyucu layın tamamilə yox olduğu düşünülməkdədir. Bu zamana qədər isə canlıların Marsda da var ola biləcəyi düşünülməkdədir.Kainatdakı 10 üstü 40 sayda planet (1-in yanına 40 dənə sıfır) düşünülsə həyatın başlaya bilәcәyi hələ bir çox planet oralarda bir yerlərdədir. Və son bir məlumat: insanoğlunun bu andakı texnologiyası var olan Kainatın 1%-ni görüb, araşdıra bilmәkdәdir. Bütün bunlar necə bir illuziyanın içərisində olunduğunu göstərir.

Bir başqa nümunə Kainatdakı nizamın möhtәşәmliyinәdir. Bu da açıq-aşkar bir şəkildə gülünc bir yanılmadır. Eynilə Yerdәki zaman dilimini anlaya bilməyənlər kimi kainatdakı möhtəşəm mәsafәlәri və zamanı anlamayan insanlar kainatın hər şeyin sanki Yerin və bizlərin var olması üçün nizamlandığı hissinə və hesabına qapılarlar. Kainat 13.5 milyard yaşındadır və yaşlanmağa davam etməkdədir. Yer Kainatın bilinən sərhədlərindən təxminən olaraq 46 milyard işıq ili uzaqdadır, bu da işığın 46 milyard ildə aldığı zamana bərabərdir (İşıq ili bir uzunluq vahididir, bir zaman vahidi deyil!). Bunun nə möhtəşəm bir böyüklük olduğunu anlamaq istəyirsinizsə, işığın saniyədə 300000 km sürətlə getdiyini nәzәrә almalı və 46 milyard ildəki saniyə sayını tapıb, bunu işığın sürətiylə vurmaq lazımdır. Bu “əyləncəli” işi sizə buraxırıq (Cavab: ~ 440000000000000000000000 kilometr). Kainatın sərhədlərini kainat bir kürə olmadığı üçün uzunluq kimi vermək çətindir. Ancaq həcm olaraq baxıldığında, 410 nonilyon kub işıq ili həcmində olduğu bilinməkdədir. Bu da bir әdәd olaraq bu qədər edir: 410000000000000000000000000000000 kub işıq ili!

Kainatın sərhədlərində hələ “yaradılış” davam etmәkdәdir. Enerji kütləyə çevrilməkdə, kütlələr kainat genişləndikcə Kainat sərhədləri “içərisində” qalmaqda və zamanla ulduzları, qara dəlikləri, göy cisimlərini, planetləri meydana gətirməkdədir. Bunların hamısı təbii proseslərdir və heç bir təbiət-üstü gücə ehtiyac duymaz. Ancaq əgər insan bir anlığına bu sərhədə getsə o ağla sığmaz enerji-kütlə çevrilməsi içərisində 1 mikrosalisә belə varlığını qoruya bilməz. Çünki ora hələ yaranışın davam etdiyi bir nöqtədir. Yerin Kainat içərisində olduğu mövqe isə milyardlarla il əvvəl onsuz da meydana gəlmiş və müəyyən bir lokal tarazlığa çatmışdır. Bu səbəblə bu anda içərisində olduğumuz yer son dərəcə sakit və diqqətlə hazırlanmış hissi yaradır. Bu məzəli və açıqcası, bir uşaq tərəfindən uydurulmuş kimi görünәn bir yanılmadır.

Doğru ifadəsi budur: Kainat bizim üçün bu şəkildə nizamlı deyil. Kainatın nisbi olaraq, lokal bir bölgədəki daha nizamlı (tarazlıqda olan) yerlərində canlılıq meydana gələ bilməkdədir. Bəlkə başqa digər yerlərində də bu şəkildə nizamlı yerlərdə ola bilməyən varlıqlar var ola bilər. Bunları ancaq və yalnız elm ortaya çıxara bilәcәkdir.

Bir başqa nümunə Yerdәki tarazlıq haqqındadır. Dediyimiz kimi bizlər və günümüzdəki bütün müasir canlılar 4 milyard illik bir dəyişmənin nәticәsiyik və bu müddətdə Yer müəyyən bir tarazlığa çatmışdır. Ancaq bundan 4.5 milyard il qədər əvvəl Dünya heç bir insanın varlığını qoruya bilməyəcəyi qədər xaotik bir yer idi. O zamanda yaşaya bilsәydik, əminik ki kimsə “hər şeyin insan üçün yaradıldığı” fikrinə qapılmayacaq və var olan hər şeyə lənət edəcəkdi, bəlkə də yox olacaqdıq. Bu nümunələri bu şəkildə sonsuz sayda artıra bilәrik.

Bu kəslər hәqiqi həyatda da bu səbəb-nəticə xətalarına ixtilafdadırlar. İnsanların qədər, tale kimi anlayışlara inanması bunun ən dəqiq nümunəsidir. İnsanlar hər hansı bir işdən işlərinə gəldikləri bir nəticə əldə etdiklərində Tanrının bunu təmin etdiyini hesab edәrәk sevinmәkdә və Tanrılarını tərifləmәkdәdirkәr. Eyni iş istəmədikləri bir şəkildə nәticәlәnsә “bunun qismət olmadığını” düşünməkdə və nəticəsi taleyә yozmaqdadırlar. Yəni insan olan hadisələrin özü üçün var edildiyi illuziyasına düşməkdədir. Halbuki, səbəb-nəticə əlaqələri araşdırılsa bütün hadisələrin meydana gəlmə səbəbləri ortaya çıxarıla bilər. Yəni dünyanın bir digər nöqtәsindә məsələn, Amerikada küçədə gedərkən ibtidai sinif yoldaşınızı görməniz sizə bir “təsadüf” ya da “tale” olaraq görülə bilər. Halbuki qarşılaşan kəslərin keçmişləri addım-addım izlənisə onları oraya aparan bütün səbəblər ortaya çıxarıla bilər. Yəni “tale” əslində insanın anlaya bilmədiyi qədər kompleks hadisələr zəncirinə verilən bir “Cәnab X“-dir.

Әslində, bütün şəxsi inancların var olma səbəbi də yenə bu səbəb-nəticə әlaqәsinin yalnış olmasıdır.

İndi bu yanılmalara bağlı xəyali nümunələrlə davam edək:

Maşınlar nə qədər də möhtəşəm yaradılmışdır, sanki yollarda getmələri üçün hazırlanmışdır! Bunun üçün möhtəşəm bir dizayner olmalıdır.

Halbuki, yollar da avtomobil sektoru da yüzlərlə illik bir tarixə malikdir. Hər şey addım-addım yığılaraq irəliləmiş, əvvəl yollar yaradılmışdır. Daha sonra texnologiya onsuz da var olan infrastruktura görə inkişaf etdirilmiş və vasitələr ona görə şosedə gedə biləcək şəkildə nəzərdə tutulmuşdur. Әgər tarix içərisində “yol” anlayışı tamamilə fərqli bir şəkildə inkişaf etsәydi, o zaman avtomobillər də tamamilə fərqli şəkildə “hazırlanması” lazım olardı.

Kainatda hәr şey qarşılıqlı münasibәtdә vә әlaqәdәdir.

Bәzi insanlar cahillәr tayfasından olub TV, internet sayt vә sosial şәbәkә künc-bucaqlarına çatmağı bacara bilmiş, yazıq, saxta-elm tacirləri vәzifәsini icra edәrәk insanlardan vә inanclarından istifadә etmәyi hәdәf alırlar. Buna görә onsuz da onlar doğru bir qaynaq deyildir və dedikləri heç bir şeyin elmi bir dəyəri yoxdur. Buradan da bunu anlamaq mümkündür: Təbiətin işləyişi fövqəltəbii bir anlayış ilə izah edilə bilməz. Təbiətin tək izahı elmdir və sadәcә elm olacaq!

Əgər məqalələrimizdə qrammatik və orfoqrafik xətalar varsa, lütfən, xətalı qismi işarələyib Ctrl+Enter klaviş kombinasiyasından istifadə edərək bizə bildirin.

Daha çoxu

Ilkin Jafarov

"Yaşıl Elm" elmi kütləvi platformasının qurucusu və baş redaktoruyam. "Eastern Mediterranean University"də Sənaye Mühəndisliyi üzrə ikinci təhsil alıram.

Bənzər yazılar

Rəy yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Buna da nəzər salın

Close
Close
%d bloqqer bunu bəyənir:

Spelling error report

The following text will be sent to our editors: