Təkamül

Riçard Dokinz – Təkamül gözlərimizin önündə. II hissə.

POD MRCARUİN KƏRTƏNKƏLƏLƏRİ
Xorvatiyada sahillərində Pod KopistePod Mrcaru adlı iki kiçik adacıq kəşf edilir. 1971-ci ildə əsas qidası böcəklər olan Aralıq dənizi kərtənkələsinin (Podarcis sicula) bir populyasiyası Pod Kopistedə yaşadığı halda Pod Mrcaruda bu kərtənkələlər yaşamırdı. O il araşdırmaçılar beş cüt “Podarcis sicula”nı Pod Kopistedən Pod Mrcaruya apardılar. 2008-ci ildə çoxu Belçikalı olan və Antoni Herelin rəhbərliyindəki başqa bir araşdırma qrupu nə baş verdiyini görmək üçün adaları ziyarət etdilər. Qrup Pod Mrcaruda böyük bir kərtənkələ populyasiyası tapdı və DNT analizi bu kərtənkələ populyasiyasının növünün həqiqətən də “Podarcis sicula” olduğunu təsdiqlədi. Bunların adaya daşınan beş cütdən törədiyi fərz edildi. Herel və həmkarları daşınan kərtənkələlərin nəvələri üzərində müşahidələr keçirib, bunları Pod Kopistedəki kərtənkələlərlə müqayisə etdilər və nəzərə çarpan fərqliliklər müәyyәn etdilər. Elm insanları Pod Kopistedəki kərtənkələlərin 36 il əvvəl yaşamış kərtənkələlərlə eyni olduğu fikrindədirlər. Başqa bir sözlə, təkamül etmiş “Pod Mrcaru” kərtənkələlərini təkamül etməmiş əcdadları (yəni yaşıdları, amma əcdadları) olan “Pod Kopiste” kərtənkələləri ilə müqayisə etdiklərini fərz etdilər. Bu fərziyyə səhv belə olsa (məsələn: Pod Kopistedəki kərtənkələlər də Pod Mrcarudakılar qədər sürətli təkamülləşmiş belə olsalar), yenə də müşahidə etdiyimiz şey on illər içində yəni bir insanın həyat müddəti içində müşahidə edə biləcəyi qədər sürətli reallaşmış olan təkamüllü bir fərqliləşmədir. Yaxşı, bu iki ada populyasiyası arasında təkamülləşməsi yalnız otuz yeddi il davam etmiş olan dəyişikliklər nələr idi? Pod Mrcaru kərtənkələləri, yəni “təkamül etmiş” populyasiya “əsl” “Pod Kopiste” populyasiyasından əhəmiyyətli ölçüdə daha böyük (daha uzun və daha böyük) başlara sahib idi. Bu da böyük bir dişləmə gücü mənasını verir. Ümumiyyətlə, belə bir dəyişiklik özü ilә bərabər vegeteryan bəslənmə formasını gətirir və “Pod Mrcaru” kərtənkələləri həqiqətən də Pod Kopistedəki “əcdad”

kərtənkələlərdən daha çox bitki mənşəli qida istehlak edir. Pod Kopiste populyasiyasının hələ davam etdirdiyi demək olar ki, tamamilə böcəklərə (yandakı qrafikdə təsvir olunduğu şəkliylə buğumayaqlılara) әsaslanan qida seçimi Pod Mrcaru kərtənkələlərində böyük nisbətdə vegeteryan bir bəslənmə formasına keçmişdir. Bir heyvan vegeteryan bir bəslənmə formasına keçincə niyə daha güclü bir dişləmə qabiliyyətinə ehtiyac duyur? Çünki bitkilərdə hüceyrə divarı sellüloza ilə sərtləşmişdir, amma heyvan hüceyrələrində belə bir şey yoxdur. At, mal-qara və ya fil kimi otyeyən heyvanlarda sellülozanı üyütmək üçün dəyirman daşına bənzər dişlər olur. Bunlar ət yeyənlərin kəsici və böcəklərin iynəvari dişlərindən olduqca fərqlidir. Ot yeyənlərin nəhəng çənə əzələləri və əzələ bağları üçün bir o qədər də güclü kəllələri vardır, (qorilla kəlləsinin üst orta qisimindəki möhkəm çıxıntını düşünün). (Güclü qohumumuz Paranthropus boiseinin (“fındıq qıran adam”, “Zinj” ya da “Sevimli Uşaq” ola­raq da tanınır) kəllə və dişlərindəki buna bənzər qoriləbənzər xüsusiyyətlər onun demәk olar ki, qəti olaraq bir vegeteriyan olduğunu göstərir.) Vegeteriyanların bağırsaqlarında da özlərinə xas bir sıra fərqliliklər var. Heyvanlar ümumiyyətlə bakteriyaların ya da digər mikroorqanizmlərin köməyi olmadan sellülozanı həzm edə bilməzlər. Onurğalıların çoxunun bağırsağında korbağırsaq adlanan kor bir çıxıntı olur. Sellülozanı həzm edən bakteriyaların yaşadığı bu strultur bir mayalanma otağı olaraq funksiya göstərir (bizdəki apandist bizdən daha çox vegeteryan olan atalarımızdakı böyük korbağırsağın korlaşmış halıdır). Korbağırsaq və bağırsağın digər qisimləri yalnız müəyyən bitkilər üzərindən bəslənən ot yeyənlərdə olduqca detallı şəkildədir. Ətyeyənlərin bağırsaqları otyeyənlərin bağırsağından əsasən daha sadə və daha qısadır. Otyeyənin bağırsağında müşahidə edilən detallardan biri korbağırsaq qapaqcıqlarıdır. Qapaqcıqlar tam bağlanmamış bir divar kimidirlər. Bəziləri əzələli olan bu qapaqcıqlar bağırsağın içindən keçən materialın axışını tənzimləmə, yavaşlatma və ya sadəcə korbağırsağın içinin səth sahəsini artırma funksiyası daşıyarlar. Soldakı şəkil bolluca bitki yeyən qohum bir kərtənkələ növünün korbağırsağının kəsilib açılmış bir görünüşüdür. Qapaqçıq ox ilə göstərilmişdir. Təsiredici olan budur ki, normalda “Podarcis sicula”da korbağırsaq qapaqcığı müşahidə edilməyən, aid olduğu ailədə isə nadir olaraq müşahidə edilən bu korbağırsaq qapaqcıqları yalnız son otuz yeddi ildir otyeyənliyə doğru təkamül etməkdə olan Pod Mrcarudakı P. sicula populyasiyasında təkamül etməyə başlamışdır. Araşdırmaçılar Pod Mrcarudakı kərtənkələlərdə başqa təkamüllü dəyişmələr də kəşf etdilər. Populyasiya sıxlığının artdığını və kərtənkələlərin öz bölgələrini Pod Kopistedəki “əcdad” populyasiyadakıların əksinə müdafiə etmədiklərini müşahidə etdilər. Təkrar etməliyəm ki, bu hekayəni fərqli edən və burada izah etməmə səbəb olan şey hər şeyin həddindən artıq dərəcədə sürətli (on illər içərisində) reallaşmış olmasıdır. Təkamül gözlərimizin qarşısında reallaşmışdır.

Davamı var:

Riçard Dokinz – Təkamül gözlərimizin önündə. III hissə.

Əgər məqalələrimizdə qrammatik və orfoqrafik xətalar varsa, lütfən, xətalı qismi işarələyib Ctrl+Enter klaviş kombinasiyasından istifadə edərək bizə bildirin.

Daha çoxu

                                                                                  

 

Əgər bu yazını oxuyursunuzsa...

 

...sizdən bir xahişimiz var. Yaşıl Elm əvvəlkinə görə daha çox oxunur, amma Azərbaycan dilində onlayn reklam yayımlayan şirkətlər olmadığı üçün saytımızda sizin diqqətinizi cəlb edə biləcək reklamlar yerləşdirə bilmirik. Eyni zamanda diqqət dağıdıcı çoxlu reklam vasitəsi ilə sizin məlumatlanmağınıza da mənfi təsir göstərmək istəmirik. Yəni saytımızda edilən bütün işlər tamamilə öz zəhmətimiz hesabına başa gəlir.

 

Hər hansı maliyyə yardımı almadan, şirkətə, quruma bağlı olmadan müstəqil şəkildə bu platformanı idarə etməyimiz olduqca çətindir. Çünki araşdırma etmək, yazılar hazırlamaq, tədbirlər təşkil etmək və digər texniki və qeyri-texniki işlər zaman, maliyyə və ciddi iş rejimi gərəkdirir. Amma bunu edirik, çünki perspektivimizin doğru olduğuna, fərq yarada biləcəyimizə inanırıq.

 

Portmanat vasitəsi ilə edəcəyiniz ən kiçik miqdarda dəstək belə bizim ayaqda durmağımıza və daha çox iş görməyimizə kömək edəcək.

 

Portmanat nömrəsi: 559145036

                                                                                  

 

Ilkin Jafarov

"Yaşıl Elm" elmi kütləvi platformasının qurucusu və baş redaktoruyam. "Eastern Mediterranean University"də Sənaye Mühəndisliyi üzrə ikinci təhsil alıram.

Bənzər yazılar

Rəy yazın

Bunlara da nəzər salın

Close
Close
%d bloqqer bunu bəyənir:

Yazı xətası

Qeydiniz redaktora göndəriləcək: