Təkamül

Riçard Dokinz – Təkamül gözlərimizin önündə. V hissə: Belyayev və onun boz tülküləri

Gümüşü-qara tülkü adi narıncı tülkünün − Vulpes vulpesin sadəcə gözəl kürkünə görə qiymətləndirilən rəng variasiyasıdır. Rus genetik Dmitriy Belyayev 1950-ci illərdə tülkü kürkü firmasında istehsal rəhbəri seçilmişdi. O, sonradan qovulmuşdur, çünki onun elmi genetikası Stalinin rəğbətini qazanaraq hakimiyyətə gəlib bütün sovet genetikasını və kənd təsərrüfatını 20 ilə qismən məhv edən bioloq-şarlatan Lisenkonun anti-elmi ideologiyasına zidd idi. Belyayev tülkülərə və Lisenkodan azad, həqiqi genetikaya qarşı sevgisini saxladı və sonradan özünün bu və ya digər tədqiqatlarını Sibirdə Genetika İnstitutunda direktor kimi bərpa etməyi bacardı. Vəhşi tülkülərlə bacarmaq çox çətindir və Belyayev qəsdən əhliləşdirilmə seleksiyası ilə məşğul oldu. O zamanın istənilən heyvandarı və ya bitkiçisi kimi onun üsulu təbii variasiyadan (o dövrlərdə heç bir gen mühəndisliyi yox idi) istifadə etməli idi və çoxaltmaqdan ötrü onun axtardığı ideala daha yaxın olan erkək və dişiləri seçməli idi. Əhliləşdirməni seçərək, Belyayev çoxaltma üçün ona daha uyğun gələn və yaraşıqlı üz ifadəsilə baxan erkək və dişi tülküləri seçə bilərdi. Bu, gələcək nəsillərin əhliləşdirilməsində tamamilə istənilən effekti verə bilərdi. Lakin o, hal-hazırda vəhşi canavarlarla əlaqədar qeyd etdiyim “qaçış məsafəsinə” yetərincə yaxın olan, lakin balalara münasibətdə istifadə olunan meyarları müntəzəm surətdə istifadə edirdi. Belyayev öz məsləkdaşları ilə (həmçinin davamçıları, çünki o, vəfat edəndən sonra da tədqiqatlar davam edirdi) balaları insan əlindən onlara yem təklif edilən və eyni zamanda onları sığallamağa və tumarlamağa cəhd göstərilən standartlaşdırlımış testlərdən sınaqdan keçirirdilər. Balaları 3 dərəcəyə əsasən təsnifatlaşdırırdılar:

  • III dərəcəyə insanı dişləməyə və ya sadəcə qaçmağa cəhd göstərənlər daxil oldular.
  • II dərəcədə özlərini əhliləşdirməyə icazə verən, lakin təcrübəçilərə müsbət cavab reaksiyası verməyən balalar yer aldılar.
  • I dərəcənin balaları ən tez ələ öyrəşən oldular, quyruqlarını bulayıb, zingildəyərək işçilərə özləri yaxınlaşırdılar.

 

(A) Tülkünün kürkündəki rənglərdəki dəyişikliklər, səkkizinci və onuncu seçilmiş nəsillərdə meydana çıxan qeyd edilən ilk əlamətlər idi. (B) Əhliləşmiş tülkülər insanla təmas qurmağı axtarır və zövq alırlar.
Belyayev tülküləri

Balalar böyüyəndə alimlər sistematik olaraq, yalnız ən əhliləşmiş dərəcənin heyvanlarını çoxaldırdılar. Bir neçə 6 nəsil keçəndən sonra əhliləşdirilmənin bu cür seleksiyası, tülkülər elə dəyişilmişdirlər ki, təcrübəçilər “diqqəti cəlb etmək üçün təcrübəçiləri it kimi yalayıb, fınxıraraq insanla əlaqə yaratmağa can atan” “əhliləşdirilmiş seçmələr” adlı yeni dərəcəni təyin etməyi borclu olduqlarını hiss etdilər. Təcrübənin əvvəlində heç bir tülkü seçmə dərəcəsində deyildi. Əhliləşdirilmə ilə yetişdirmənin on nəslindən sonra 18 faiz “seçmə” oldular, iyirmi nəsildən sonra  35 faiz, otuz – otuz beş nəsildən sonra isə “əhliləşdirilmiş seçmə” fərdləri təcrübi populyasiyanın 70 faizdən 80 faizə qədərini təşkil edirdilər. Bu cür nəticələr ola bilsin ki, effektin heyrətamiz ölçüsü və sürətindən başqa elə də təəccüblü deyil. Otuz beş nəsil geoloji zaman şkalasında gözə çarpmaz şəkildə keçərdi. Daha da maraqlısı əhliləşdirmə ilə seleksiyalı yetişdirmənin gözlənilməz kənar təsirləri oldu. Onlar həqiqətən də möhtəşəm və gözlənilməz idilər. Darvin itləri sevən birisi kimi nəticəyə heyran olardı. Əhliləşdirilmiş tülkülər özlərini nəinki itlər kimi aparırdılar, həmçinin xarici görünüşcə də onlara bənzəməyə başlamışdılar. Onlar öz tülkü kürklərini itirərək uels kolliləri kimi ala, ağ-qara oldular. Sivri tülkü qulaqları elastik it qulaqları ilə əvəz olundu. Quyruqları ucdan tülküdəki kimi aşağıya yox, itlərdəki kimi yuxarıya doğru buruldu. Dişilərdə çərə axıtma dişi tülkülərdə olduğu kimi ildə bir dəfə əvəzinə, qancıqlarda olduğu kimi hər altı ay baş verdi. Belyayev iddia edirdi ki, onlar hətta itlər kimi səs çıxarırdılar.

Belyayev tülküləri ilə birlikdə, tülkülər əhliləşmiş və sadiq formada
Balyayevin gümüşü tülküləri

Bu dəyişikliklər kənar təsirlər idi. Belyayev və onun komandası bilərəkdən onların seleksiyası ilə məşğul olmurdular, onları yalnız əhliləşdirmə maraqlandırırdı. İtlərə bənzər digər xassələr, görünür əhliləşdirmə genlərinin təkamül havadarlığı üzrə çoxalıb. Genetikləri bununla təəccübləndirmək olmaz. Onlar xarici cəhətdən əlaqəli olmayan genlərin bir neçə effektə sahib olduqlarını ifadə edən geniş yayılmış “pleyotropiya” adlanan anlayışdan istifadə edirlər. Vurğu burada “xarici” sözündədir. Embrionun inkişafı – bu, çox mürəkkəb prosesdir. Təfərrüat barədə bilik dərəcəmizdən asılı olaraq, “xarici cəhətdən əlaqəli olmayanlar” “bizim əvvəllər anlamadığımız, lakin indi başa düşdüyümüz yolla əlaqələnənlərə”ə çevrilirlər. Göründüyü kimi sallanan qulaqların və ala kürkün genləri pleyotrop şəkildə həm itlərdə, həm də tülkülərdə əhliləşdirmə genləri ilə əlaqəlidirlər. Siz heyvanın əlamətlərini görəndə və soruşanda ki, onun sağ qalmaq üçün darvinist dəyəri nədir, ola bilsin ki, düzgün sualı qoymursunuz. Ola bilər ki, seçdiyiniz əlamət əhəmiyyət kəsb edəni deyil. O böyük ehtimalla, “havadarlıq üzrə çoxalıb”, təkamül prosesi zamanı pleyotrop şəkildə əlaqəli olduğu başqa əlamət ilə cəlb edilib. Deməli, itin təkamülü əgər Koppinqer haqlıdırsa, təkcə süni seçmənin işi deyil, təbii seçmə (hansı ki, əhliləşdirmənin erkən mərhələlərində üstünlük təşkil edirdi) ilə süni seçmənin (hansı ki, sonradan ön plana çıxdı) mürəkkəb qarışığı olub. Keçid fasiləsiz ola bilərdi və yenə də süni və təbii seçmə arasında oxşarlıq qeyd edilir – Darvinin anladığı şəkildə.

Əgər məqalələrimizdə qrammatik və orfoqrafik xətalar varsa, lütfən, xətalı qismi işarələyib Ctrl+Enter klaviş kombinasiyasından istifadə edərək bizə bildirin.

Daha çoxu

Ilkin Jafarov

Yaşıl Elm platformasının qurucusu və baş redaktoruyam. “Eastern Mediterranean University”də Sənaye Mühəndisliyi üzrə ikinci təhsilini alıram.

Bənzər yazılar

Rəy yazın

Bunlara da nəzər salın

Close
Close
%d bloqqer bunu bəyənir:

Yazı xətası

Qeydiniz redaktora göndəriləcək: