Təkamül

Riçard Dokinz – Təkamül gözlərimizin önündə. IV hissə. Quppilər

Qısa bir zaman əvvəl Şimal Amerikadan Exeter Universitetinə keçən həmkarım Dr. Con Endler mənə aşağıdakı müthiş (eyni zamanda da kədərli) hekayəni anlatdı. ABŞ-da reallaşdırdığı bir daxili uçuş (təyyarə uçuşu) əsnasında yanındakı kresloda oturan yolçu ilə söhbət edirmiş. Adam Endlerdən nə iş gördüyünü soruşub. O da biologiya professoru olduğunu, Trinidaddakı vəhşi quppi populyasiyaları üzərində işlədiyini deyib. Mövzu adamın gedərək daha çox maraqlandırıb və bir çox sual soruşub. Söz mövzusu təcrübələrin fundamentini təşkil edən nəzəriyyənin zərifliyindən olduqca təsirlənib, bu nəzəriyyənin nə olduğunu, kim tərəfindən yaradıldığını soruşub. Dr. Endler də bomba təsiri yaradacağını doğru bir şəkildə təxmin etdiyi cavabını o nöqtədə verib: “Buna Darvinin təbii seçmə yoluyla təkamül nəzəriyyəsi deyirik”. Bu cavab üzərinə adamın hal və rəftarları bir anda dəyişib. Üzü qızarmış və birdən digər istiqamətə dönərək daha çox danışmağı rədd etmiş, o ana qədər etdikləri səmimi söhbəti sonlandırmışdı. Hətta səmimidən də artıqmış, çünki Dr Endler mənə bunları yazdı: “O ana qədər adam məndən izah etdiyim şeyləri şövqlə qavradığının işarəsi olan mükəmməl suallar soruşurdu. Həqiqətən tragedik bir haldır.”Con Endlerin dar düşüncəli yol yoldaşına izah etdiyi təcrübələr olduqca zərif və sadədir və təbii seçmənin nə qədər sürətli işləyə biləcəyini çox gözəl bir formada göstərir. Endlerin araşdırmasını burada təqdim etmənin uyğun olacağını düşünürəm, çünki özü eyni zamanda bu cür işlərin və bu işlərin üsullarının toplandığı əhəmiyyətli bir kitab olan “Vəhşi həyatda təbii seçmə“nin də müəllifidir.

Quppilər olduqca məşhur, şirin suda yaşayan akvarium balıqlarıdır. Eynilə qırqovullar kimi erkək quppilər dişilərdən daha parlaq rənglərə sahibdirlər və akvariumçular onları daha da parlaq rənglərə sahib olacaq şəkildə yetişdirirlər. Endler Trinidad, Tobaqo və Venesuelladakı dağ dərələrində yaşayan vəhşi quppilər (Poecilia reticulata) üzərində işləyib. Endler bu araşdıralarda yerli populyasiyaların bir-birlərindən təəccüblü şəkildə fərqli olduqlarına diqqət yetirib. Bəzi populyasiyalarda yetkin erkəklər haradasa akvariumlarda çıxarılanlar qədər parlaq, göy qurşağı rənglərinə sahiblərmiş. Endler eynilə dişi qırqovulların erkək qırqovulları seçdiyi kimi dişi quppilərin atalarının da parlaq rəngli erkəkləri seçmiş ola biləcəyindən şübhələnmişdi. Digər bölgələrdə erkəklər çox daha tünd rənglərə sahib imiş, amma yenə də dişilərdən daha çox rənglilərmiş. Dişilər qədər yaxşı olmasalar da erkəklər də yaşadıqları çınqıllı dərə dibində yaxşı kamuflyaj olublar. Endler Venesuella və Trinidaddakı bir çox sahədə etdiyi incəliklə miqdari müqayisələrlə erkəklərin daha az parlaq olduğu dərələrdə eyni zamanda (ovçu heyvanlar tərəfindən) ovlanmanın da daha sıx olduğunu göstərdi. Ovlanmanın az olduğu yerlərdə erkəklər daha parlaq rəngli idilər və böyük, dəbdəbəli və daha çox sayda xala sahiblə idilər. Belə yerlərdə erkəklər dişiləri cəzb etmək üçün daha parlaq rənglər təkamülləşdirməkdə azad idilər. Dişilərin erkəklər üzərində qurduğu daha parlaq rənglər təkamülləşdirmə təzyiqi yerli ovçu populyasiyalarının bu basqının tərsi istiqamətində qurduğu təzyiqdən güclü də olsa, zəif də olsa, bir-birindən müstəqil olan bütün bu populyasiyalarda vardı. Hər zaman olduğu kimi təkamül seçmə təzyiqləri arasında bir tarazlıq qurur. Quppilərdə maraqlı olan şey isə Endlerin bu tarazlığın fərqli dərələrdə necə fərqlilik ifadə etdiyini müşahidə edə bilməsi idi. Amma Endler daha da yaxşısını etdi: bu müşahidələr haqqında təcrübələr apardı.

 

Kamuflyajın təkamülünü ortaya qoymaq üçün ideal bir təcrübə hazırlamaq istəsəydiniz, nə edərdiniz? Kamuflyaj sahibi heyvanlar olduqları zəmini xatırladarlar. Heyvanların onları təcrübi olaraq yerləşdirdiyiniz bir mühitin zəminini xatırladacaq şəkildə gözlərinizin qarşısında təkamül keçirdiyi bir təcrübə hazırlaya bilərsinizmi? Və ya hər birində fərqli bir populyasiya olan iki zəmini? Məqsədimiz hissə 3-də gördüyümüz iki qarğıdalı bitkisi nəslində yüksək və aşağı yağ istehsalı üçün edilən seçilim kimi bir şey etməkdir. Amma indiki təcrübəmizdə seçmə insanlar tərəfindən deyil, ovçu (heyvanlar) və dişi quppilər tərəfindən ediləcək. İki təcrübi nəsil arasındakı tək fərq onlara verəcəyimiz fərqli zəminlər olacaq.

Kamuflyajlı bir növə (məsələn: böcəklərə) aid olan bir neçə heyvan götürün və bunları fərqli rəng və ya örtüklü zəminlərə sahib qəfəslərə (və ya bağlı sahələrə ya da gölməçələrə, hansı uyğunsa) qoyun. Məsələn: bağlı sahələrinizin yarısına yaşıl bir meşəyə bənzəyən zəmin, digər yarısına isə qırmızı-qəhvəyi rəngli bir çölə bənəzəyən zəmin hazırlayın. Heyvanları yaşıl və ya qəhvərəngli mühitlərinə qoyduqdan sonra özlərinin yaşayıb, törəmələrini təmin edin və mümkün olduğuqca çox sayda nəsil boyunca gözləyin. Daha sonra gəlib içində olduqları zəminləri xatırlatma istiqamətində təkamül keçirib-keçirmədiklərinə baxın. Əlbəttə, keçirdiklərini yalnız, eyni sahəyə ovçular da qoydunuzsa, ümid edə bilərsiniz. Buna görə sahələrə məsələn buqələmun qoyaq. Bağlı sahələrin hamısınamı qoyacaqsınız? Təbii ki, xeyr. Bunun bir təcrübə olduğunu unutmayaq: həm yaşıl həm qəhvəyi rəngli sahələrin yarısına ovçu qoymalısınız. Təcrübədə ovçu olan bağlı sahələrdə böcəklərin yaşıl ya da qəhvəyi rəngli olmaq, yəni içində olduqları zəminləri daha çox xatırlatmaq istiqamətində təkamül edəcəyi uzaqgörənliyi sınanacaq. Amma ovçu olmayan bağlı sahələrdə kamuflyajı təkamülləşdirmək bir tərəfə, tam tərsinə, dişilərin gözünə çarpa bilmək üçün içində olduqları zəmindən daha da fərqli olmaq istiqamətində təkamül edə bilər. Neçə zamandır bu təcrübənin eynisini Drozofil (sirkə ağcaqanadları) ilə etmək istədim (sirkə ağcaqanadlarının nəsil müddəti çox qısa olduğu üçün), amma heç cür zaman ayıra bilmədim. Buna görə Con Endlerin böcəklərlə deyil, amma quppilərlə tam da bunu etmiş olması məni xüsusilə sevindirdi. Endler ovçu olaraq əlbəttə, buqələmun istifadə etmədi,”Crenicichla alta” adlı, vəhşi həyatda quppilər üçün olduqca təhlükəli olan bir növü istifadə etdi. Yaşıl və qəhvəyi rəngli zəminlərdə istifadə etmədi, onun yerinə daha maraqlı bir şey etdi. Quppilərin kamuflyajlarının böyük bir qisimini örtükləri təbii həyat mühitlərinin çınqıllı diblərinin örtüklərini xatırladan (sıxlığı olduqca böyük olan) xallarla təmin etdiklərini fərq etdi. Bəzi dərələrin döşəməsi daha qalın çınqıl daşlardan, bəzilərininkindəsə daha incə qumlu hissəciklərdən ibarət idi. İstifadə etdiyi iki zəmin bunlar idi və qəbul edərsiniz ki, bu, mənim yaşıl-qəhvəyi rəngli seçkimdən daha ağıllıca edilmiş, daha maraqlı bir seçkidir. Endler quppilərin tropik dünyasını sümulə etmək üçün böyük bir istixana hazırlandı və içinə on hovuz yerləşdirdi. On hovuzun dibinə də daş qoydu, amma bunların beşindəkilər iri, digər beşindəkilər isə kiçik daşlar idi. Bu işin hara varacağını görməlisiniz. Uzaqgörənlik bu idi: sıx ovlanmağa məruz qaldıqlarında hər iki zəmindəki quppilər təkamüllü müddətdə öz zəminlərini xatırlatmaq istiqamətində fərqliləşəcəklər. Ovçu təzyiqinin olmadığı ya da az olduğu yerlərdə isə erkəklər dişiləri cəzb etmək üçün daha diqqətə çarpan rənglərə sahib olmağa meyl edəcəklər.

Hovuzların yarısına ovçu qoyub yarısına qoymamaqdansa, Endler yenə ağıllı bir şey etdi.  Üç fərqli ovlanma səviyyəsi təyin etdi:

  • İki hovuzda (biri kiçik, digəri böyük daşlı) heç ovçu yox idi.
  • Dörd hovuzda (ikisi kiçik, ikisi böyük daşlı) təhlükəli “Crenicichla alta” qoyulmuşdu.
  • Endler qalan dörd hovuza başqa bir balıq növü olan və quppislər üçün nisbi zərərsiz olan Rivulus hartii qoydu.

R. harti “zəif bir ovçudur”, “Crenicichla alta” isə güclü bir ovçudur. “Zəif ovçuların” olması heç ovçu olmamasından daha yaxşı bir idarə şərtidir. Bunun səbəbi Endlerin də açıqladığı kimi bu təcrübədə iki təbii şərtin canlandırılmağa işləməsidir və təbiətdə heç bir ovçunun olmadığı bir dərə məlum deyil. Bu səbəblə güclü və zəif ovlanma arasındakı müqayisə daha təbii bir müqayisədir. Dolayısı ilə, vəziyyət belə idi: Quppilər beşi iri, beşi kiçik daşlı on hovuza təsadüfi olaraq ayrıldılar. On quppi koloniyasının da altı ay boyunca ovçular olmadan törəməsinə icazə verildi. Əsl təcrübə bu nöqtədə başladı. Endler iri daşlı iki hovuza və kiçik daşlı iki hovuza bir “təhlükəli ovçu”, bunların xaricində qalan iri daşlı iki hovuza və kiçik daşlı iki hovuza da altı “zəif ovçu” qoydu (bir yerinə altı zəif ovçu qoyulmasının səbəbi iki balığı da təbiətdəki nisbi sıxlıqlarına yaxın nisbətlərdə saxlamaq idi). Qalan iki hovuzdakı quppilərsə hər hansı bir ovçu olmadan həyatlarına davam etdilər.

Təcrübəyə başlandıqdan beş ay sonra Endler bütün hovuzlarda yoxlama apardı: bütün hovuzlardakı bütün quppilərin xallarını saydı və ölçdü. Bundan doqquz (təcrübə başladıqdan sonra on dörd) ay sonra eyni şəkildə bir yoxlama daha apardı. Yaxşı, nə tapdı?

Bu qədər qısa bir müddətin ardından belə nəticələr olduqca çaşdırıcı idi. Endler balıqlardakı rəng örtükləri üçün bir çox ölçü istifadə etdi. Bunlardan biri “balıq başına düşən xal sayı” idi. Quppilər hovuzlarına ilk qoyulduqlarında, yəni ovçular qoyulmadan əvvəl, xal sayı böyük bir müxtəliflik ifadə edirdi çünki balıqlar çox müxtəlif ovçuları saxlayan çox müxtəlif dərələrdən toplanmışlardı. Hər hansı bir ovçunun mühitə salınmadığı ilk altı ay boyunca balıq başına düşən ortalama xal sayı böhran nöqtəsinə çatdı. Bu ehtimalla dişilər tərəfindən edilən bərabər seçkidən qaynaqlanırdı.

Daha sonra mühitə ovçular qoyulduğunda sürətli bir dəyişiklik oldu. Təhlükəli ovçunun olduğu dörd hovuzda ortalama xal sayı eniş etdi. Beşinci aydakı yoxlamada bu fərq açıqca görülürdü və on dördüncü ayda edilən yoxlamada xallar daha da azalmışdı. Amma ovçu olmayan iki hovuzda və zəif ovçunun olduğu dörd hovuzda xal sayı artmağa davam edirdi. Beşinci aydakı yoxlamada bir doyğunluq nöqtəsinə çatmış, on dördüncü ay yoxlamasına qədər yüksək səviyyələrdə qalmışdı. Xal sayı baxımından baxıldığında zəif ovlanma ilə ovçu olmaması vəziyyətləri arasında fərq görünmürdü. Özünü dişilərin yüksək xal sayını seçməsi şəklində göstərən cinsi seçmə ikisinə də üstün gəlmişdi. Xal sayı ilə əlaqədar bu qədər məlumat yetər. Xalın böyüklüyü də ən az sayı qədər maraqlı bir hekayə anlatmaqdadır. Güclü ya da zəif ovçuların varlığında iri daşlı zəmin nisbi böyük xallılığı təşviq edərkən, kiçik daşlı zəmin nisbi kiçik xallılığı təşviq etmişdir. Bu vəziyyət asanlıqla bu şəkildə şərh oluna bilər: xal böyüklüyü daş böyüklüyünü təqlid etməkdir. Təsir edici olan isə Endlerin ovçuların olmadığı hovuzlarda bunun tam tərsini müşahidə etməsidir. Təbii seçmə erkək quppilərdə kiçik daşlı zəmində böyük, iri daşlı zəmində isə kiçik xalları dəstəkləmişdir, çünki altlarındakı zəmini təqlid etməyib daha asan göründükləri üçün, dişiləri daha çox cəzb etmişlər.

maxresdefault-2

 

Şahanədir! Bəli, şahanədir. Amma bu laboratoriyada reallaşmış bir şeydir, Endler bənzər nəticələri təbiətdə də əldə edə bilərdimi? Bəli. İçində təhlükəli “Crenicichla alta”nın üzdüyü təbii bir dərədəki erkək quppiləri araşdırdı və onların nisbi olaraq daha az fərq edilər olduqlarını gördü. Hər iki cinsdən də quppiləri tutub, eyni dərənin, quppi və təhlükəli ovçu ehtiva etməyən, amma zəif ovçu ehtiva edən bir qoluna aparıb buraxdı və getdi. İyirmi üç ay sonra eyni yerə geri dönüb nələr baş verdiyini araşdırdı. Təəccüblü bir halda iki ildən az bir müddət içərisində erkəklər daha parlaq rənglərə sahib olma istiqamətində diqqətədəyər bir dəyişməyə uğramışdı. Heç şübhə yox ki, bu dəyişmənin səbəbi ovçuların yoxluğunda dişilərin etdiyi seçmə təzyiqi idi. Elmin haqqında gözəl şeylərdən bir onun ictimai fəaliyyət olmasıdır. Alimlər öz metodlarını və onların nəticələrini dərc edirlər, hansı ki dünyanın hər hansısa yerində hər hansısa bir şəxs onu təkrarlaya bilər. Əgər onlar eyni nəticələri almasalar, biz bunun səbəbini bilmək istəyərik. Adətən onlar təkcə bu işi təkrarlamazlar, həm ona əlavələr edərlər. Con Endlerin quppitlər üzərində apardığı bu dahiyanə təcrübə davam etdirilib genişlədilməyi gözləyirdi. Bu gözləntiyə cavab verənlərdən biri Kaliforniya Universitetindən Devid Reznik oldu. Endlerin möcüzəvi nəticələr əldə etdiyi təcrübi dərəsindən nümunələr almasından doqquz il sonra Reznik və həmkarları eyni yeri ziyarət edib Endlerin təcrübi populyasiyasının nəvələrindən nümunələr götürdülər. Erkəklər indi çox parlaq rəngli idi. Endlerin müşahidə etdiyi dişi idarəçiliyi çox davam etmişdi. Hamısı bu qədər də deyildi. Gümüş tülküləri və bir xüsusiyyət (itaətlilik) üçün edilən süni seçmənin törəmə mövsümü qulaq, quyruq, kürk rəngi və s. kimi digər bir çox xüsusiyyətdəki dəyişikliyi bərabərində necə sürüdüyünü xatırlamalısınız. Bənzər bir vəziyyət təbii seçmə şərtləri altında quppilər üçün də reallaşmışdı. Reznik və Endler ovçu qoyulmuş dərələrdəki quppilərlə yalnız zəif ovlanmanın olduğu dərələrdəki quppilər müqayisə edildiyində müşahidə edilən rəng fərqinin aysberqin yalnız görünən qisimi olduğunu onsuz da bilirdilər. Bununla birlikdə başqa bir çox fərqlilik də söz mövzusudur. Aşağı ovlanmanın olduğu dərələrdəki quppilər cinsi yetkinliyə, yüksək ovlanmanın olduğu dərələrdəki quppilərdən daha gec çatırlar, yetkinliyə çatdıqlarında daha böyük bədənli olurlar, daha az sıxlıqla balalayırlar, bir səfərdə daha az sayda balalayırlar və balaları daha böyükdür. Reznik Endlerin quppilərinin nəvələrini araşdırdığında tapdıqları az qala doğru ola bilməyəcək qədər yaxşı idi. Ovçu tərəfindən idarə olunan seçmə yerinə dişi idarə olunan cinsi seçməyə məruz qalmaq üzrə sərbəst buraxılan quppilər yalnız daha parlaq rənglər əldə etməklə qalmamışdılar, eyni zamanda saydığım digər bütün xüsusiyyətləri də ovçu olmayan təbii populyasiyalarda normal olaraq mövcud olan xüsusiyyətlərə ekvivalent olacaq şəkildə təkamülləşdirmişdilər. Lepisteslər ovçu olan dərələrdəkilərə müqayisədə daha gec yaşda yetkinləşirdilər, daha iri bədənli idilər və daha az sayda və daha böyük balalar verirdilər. Tarazlıq cinsi cazibədarlığın ön plana çıxdığı ovçusuz hovuzlar üçün etibarlı olan normaya doğru sürüşmüşdü. Və bütün bunlar təkamüllü standartlara görə baş çevirici bir sürətlə reallaşmışdı.

Əgər məqalələrimizdə qrammatik və orfoqrafik xətalar varsa, lütfən, xətalı qismi işarələyib Ctrl+Enter klaviş kombinasiyasından istifadə edərək bizə bildirin.

Etiketlər
Daha çoxu

Ilkin Jafarov

Yaşıl Elm platformasının qurucusu və baş redaktoruyam. “Eastern Mediterranean University”də Sənaye Mühəndisliyi üzrə ikinci təhsilini alıram.

Rəy yazın

Bunlara da nəzər salın

Close
Close
%d bloqqer bunu bəyənir:

Yazı xətası

Qeydiniz redaktora göndəriləcək: