BiologiyaTəkamül

Restorasiya vә rekonstruksiya


Fosillər rekonstruksiya olunarkәn hansı üsullardan istifadә edilir ? Yumşaq toxuma fosildә iz buraxmadığı halda necə bәrpa edilir? Fәrqli rəssamlar fərqli rәsmlәr  çәkdiyi halda necə çәkilәn rəsmlərdə güvәnә bilirik?

İlk olaraq bu mövzu son dərəcə əhatəli və əslində bir o qədər də əyləncəli bir mövzudur. Təbii ki, əyləncəli olması ciddi bir mövzu olmadığı demәk deyil, ancaq bu da bir həqiqətdir ki, bu mövzuda çalışan elm rəssamları tam bir dedektiv kimi çalışırlar və ən yaxşı nəticələri tәqdim etmәk üçün tapa bildiklәri bütün məlumatları toplayırlar.

Dediyimiz kimi təəssüf ki, ekstrem hallar istisna olmaqla (qatran qalıqlar kimi) qalıqların üzərində yumşaq toxumalara rast gəlmək mümkün olmur. Buna görə də çıxarılan sümüklər çox ətraflı analiz edilir və bunun nəticəsində bəzi ayırmalar edilərək müqayisəli bəzi metodlara müraciət olunur, canlılar yenidən yaradılır. Bu işi edən kəslərə elm rəssamı deyilir. Bu kəslər normal bir rəssamdan fərqli olaraq elmlə iç-içə yaşayırlar və ümumiyyətlə hәvәskar və ya professional olaraq bir elm qolunda vəzifə alırlar. Bu kəslərin vəzifəsi fosilləri araşdıraraq və mütəxəssislərdən lazımlı məlumatları alaraq qalıqların mәxsus olduğu  canlıları bir kağızda tәsvir etmәkdir. Vəzifələri bəzən yalnız canlıları da ehtiva etmir, çox zaman indiki vaxtda var olan bir mühitin çox qədim zamanlardakı (məsələn, bundan 700 milyon il əvvəl, bu gün Nyu York şәhərinin olduğu yer) şəkillərini də çәkirlәr. Kimi zaman da bu ikisini birləşdirərək həm canlını, həm də mühitini tək bir şəkildə təqdim edirlər.
Bu iş təməl olaraq polis rəssamlarının etdikləri işə bənzəyir. Onlar da şahidlərdən və ya əldəki tapıntılardan yola çıxaraq qatillərin və ya şübhəlilərin şəkillərini (ümumiyyətlə portretlərini) çəkirlər. Bu çox ciddi bir dedektivlik hekayəsidir. Burada tәlәb olunan şey rəssamın qabiliyyətiylə birlikdə iddianı təqib edən polislərin nәzәri  fikirlәridir. Polislər rəssama lazımlı məlumatları verirlər və rəssam da buna görə şəkili çәkir. Filmlәrdәn izlədiyimiz və ya hәqiqi həyatda bəzən şahid olduğumuz üzrə bu rəssamların şəkilləri həqiqətən çox müvəffəqiyyətlidir və orjinalıyla demәk olar ki, eynidir.

Bu nöqtədə iki anlayışdan bəhs etməliyik: Restorasiya (bәrpa) bir fosildәki əskikləri örtmәk məqsədiylə hәyata keçirilәn bir əməliyyatdır. Ümumiyyətlə anatomik əlaqələrə baxılaraq edilir və qalığın olamayan qisimləri tamamlanır. Məsələn əlinizdə ön qola aid bir sümük və oynaqların quruluşu varsa, fosil kimi əlinizdə olmasa belə digər bir sümüyün anatomiyasını bunlara baxaraq yarada bilәrsiniz. Buna bərpa deyilir. Bu əməliyyat da yenə elm insanları və peşәkarkar tərəfindən həyata keçirilir.
Rekonstruksiya isə (az sonra əməliyyat nәrhәlәrini tәdqim edәcəyik) qalıqlara baxaraq canlının nəyə bənzədiyini tәyin etmәk prosesinә verilən addır.
Bərpa ümumiyyətlə omuğalılarda edilir, çünki onurğalıların bütün sümükləri çox az fosillәşir. Onurğasızların sümük quruluşu isə ümumiyyətlə tamamilə qorunur. Bu hərəkət miqdarının fərqli olmasına bağlıdır. Onurğalılar çox aktiv hərəkət etdikləri üçün, fosillәşmәyә uyğun sahələrdə ölmələri aşağı ehtimallıdır. Onurğalılar iki tərəfli simmetrik olduqları üçün, ortadan ikiyə bölündüyündə əldə edilən iki qisimdən birindəki sümükləri bilmək digərini də tapmaq üçün kifayətdir, çünki iki tərəf bir-birinin ayna görüntüsüdür.
Elm rəssamları da bənzər şəkildə işlәyirlәr. Paleontoloqlar, arxeoloqlar, fizoloqlar, anatomiyaçılar kimi elm insanlarından lazımlı məlumatları alır, açıqlamaları dinləyir və şəkillərin çәkirlәr. İşləri әsasәn 5 mәrhәlәdәb ibarət olur:

1. Araşdırma


Araşdırma elm insanı ilə sənətçinin fikir mübadiləsi ilә başlayır. Elm insanı sənətçiyə bəzi әsas məlumatları verir: qalığın yaşını, olduğu bölgəni, bölgənin qalığın meydana gəldiyi dövrdəki iqlim və təbiət şərtlərini, bu canlıyla tәsir edә biləcək digər canlıların geniş siyahısını, elm insanının öz mühit fikirini, nümunəyə aid materialların məlumatını, əldəki bütün fotoşəkilləri , mövzuyla əlaqədar elmi anlayışlar, əlaqəli məqalələri və bunun kimi arxaplan məlumatlarının hamısını. Bundan əlavə, əgər bilinirsə qalığın qohumlarına və ya təkamül tarixinə dair məlumatları da rəssama detallı şәkildә izah edir. Әslindә bu, bütün proses boyu baş verir.
Bu nöqtədə bilinməsi lazım olan əhəmiyyətli bir məlumat budur: Kimi zaman bəzi qalıqlar bizlərin xəyal edə biləcəyindən çox daha çox məlumat verə bilər. Bu, elm insanları arasında son dərəcə normal və yaxşı bilinən bir faktdır, ancaq digər insanlar bunu asanca xəyal edə bilməz. Məsələn Çarlz Darvin Bigl gəzintisi əsnasında yalnız tək bir dişdən canlının bir çox xüsusiyyətini təxmin etmiş və hansı növ olduğunu təxmin etmişdi. Daha sonra diş İngiltərədəki mütəxəssislər tәrәfindәn araşdırılmış və Darvinin tәxmininin tamamilə doğru olduğu bildirilmişdi. Həqiqətən də yalnız bir diş sayəsində və onun quruluşunu və xüsusiyyətlərini araşdıraraq heyvanın bəslənmə tipini, yaşadığı mühiti və bədən ölçüsünü bilmək mümkündür.

2. Tərkibi

Rәssam kifayət qədər məlumat aldıqdan sonra kobudca fikrindә şəkli uzun düşünmə və analizlərdәn sonra kağıza çәkir. Bu kompozisiyaya mühitin ümumi xəttlərini, işığın düşmә bucağı və miqdarını, mühitdə ola biləcək canlılar, yerləri və s. daxildir. Әgər çәkilәvәk şey bir mühit yox, tək canlıdırsa əldəki qalıqlara baxılaraq və əldə edilən məlumatlar işığında nəyə oxşaya bilәcәyi, əzələ quruluşu, böyüklüyü və s. nəzərə alınaraq rəsm edilir. Daha sonra elm adamı bu eskizi araşdıraraq lazımlı qiymətləndirmələr verir və münasibәt bildirir.
Burada söyləmək istədiyimiz bir nöqtə budur: canlıların anatomiyası ümumiyyətlə bənzərdir və taksonomiya bu mövzuda çox iş görür. Məsələn məməlilərdə hәr hansı bir balinanın sümük quruluşu əzələ quruluşu ilə düz mütənasibdir və bu da böyüklüklə əlaqəlidir. Bənzər şəkildə bir siçan bir balinayla müqayisədə balinanın kiçik bir modeli kimidir. Әzәlә / sümük nisbəti bənzərdir; yalnız “kiçildilmiş balina”nı xatırladır. Digər tərəfdən orqanların quruluşu əlbəttə ki, təkamüllü müddətdə dəyişə bilər, bu da qalıqlar vasitəsilə və analizdən sonra ortaya çıxır. Dediyimiz kimi bir diş, bir sümüyün mövqeyi və duruşu belə elm insanlarına yüzlərlə məlumat verə bilir.

3. Boyama
Ümumiyyətlə, boyama akrilik boya ilə edilir, çünki bu boya səhvləri düzәltmәk üçün ən asan istifadə edilən boyadır. Elm insanının yönləndirmələri daxilindә şəkil üzərində tənzimləmәlәr edilir. Rəngləndirmə dövrün mühit şərtləri nəzərə alınaraq həyata keçirilir.
Rəngləndirmənin ən asan yolu fosillәşmiş canlının günümüzdəki qohumlarının rənglərinə baxmaqdır. Çox vaxt rәglәndirmәlәr ediləcәk səhvlər nəzərə alınaraq bu qohumların rənglərinə oxşar və ya qәdim mühit şərtləri bilinirsə, bunlar göz önünə alınaraq həyata keçirilir. Mәsәlәn fosilin göz rәngi vә s.

4. Tənqid

Şəkilin hər mərhələsində və demәk olar ki, hər bir fırça zərbəsində elm insanı və sənətçi qarşılıqlı olaraq şəkili tənqid edir. Rənglər tənzimlənir, ölçülər müəyyən edilir, rəsm ilə hәqiq mühit şərtlərinin uyğunluğu araşdırılır və s. Lazımlı tənzimləmələr addım-addım həyata keçirilir və hər səfərində geriyə və irəliyə dönük tənqidlər edilir.

5. Son
Ümumiyyətlə şəkillər başqa elm insanlarına göstərilərək doğruluqları sınanır. Kimi zaman birdən çox elm insanı və sənətçi bir-birlərindən müstəqil olaraq rəsmlər çәkur və sonra bu fərqli şəkillər üzərində düşünülərək ən doğrusu seçilir.
Uzun sözün qısası, fosillərdən canlını yaratmaq son dərəcə vasvasılıq tələb və əhatəli bir işdir. Elm insanları heç bir işlәrini “uydurma” və ya “başdan etmә” yolla etməzlər və rəsm səhv olsa belə mütləq bir dayağı olaraq “o şəkildə” çəkilir. Kimi zaman elm xarici qaynaqlar və әsasәn elm düşmənləri elm insanları və rəsimlərinə “Baxın, hər şəkil bir-birindən fərqlidir, bu elm insanları nə anlayırlar ki, hamısını uydururlar!” kimi mənasız, alçaq və kinayә dolu ifadәlәrlә hücum edirlәr, bu şəkildə öz ağıllarına görә Təkamüllü Biyologiyanı gözdәn salmağa çalışırlar. Bu səylər əlbəttə ki, hər zaman nəticəsiz qalmağa məhkumdur. Fərqli şəkillərin səbəbi, əldəki tapıntıların açıqlanmasından qaynaqlanır. Yoxsa elm insanları əlbəttə ki uydurma iş görmürlәr. Elm düşmənlərinin bu şəkildə edilәn hücumları elmi anlamamalarından və şəxsi əməllərindən qaynaqlanır. Ağıllı bir insan işin әslini düşünməli və elmi elm insanlarından öyrənməlidir.
Bu şəkillərin hamısı burada bәhs edә bilnәyәcәyimiz qədər əhatəli bəzi metodlar ilə həyata keçirilir, bu, elmdir! Bu səbəbdən şəkil də elmi metod daxilində çәkilmәk məcburiyyətindədir. Bu metod tərəfsiz və etibarlıdır. Bir neçə metod adı saymaq lazım olaraa: Homolog istinad nöqtəsi üsulu, İncə löhvә üsulu, 3D morfologiya üsulu, Numerik üsullar, Stereolitoqrafiya və s.

Qaynaqlar vә әtraflı oxumaq üçün:

Əgər məqalələrimizdə qrammatik və orfoqrafik xətalar varsa, lütfən, xətalı qismi işarələyib Ctrl+Enter klaviş kombinasiyasından istifadə edərək bizə bildirin.

Daha çoxu

Ilkin Jafarov

"Yaşıl Elm" elmi kütləvi platformasının qurucusu və baş redaktoruyam. "Eastern Mediterranean University"də Sənaye Mühəndisliyi üzrə ikinci təhsil alıram.

Bənzər yazılar

Rəy yazın

Buna da nəzər salın

Close
Close
%d bloqqer bunu bəyənir:

Spelling error report

The following text will be sent to our editors: