BiologiyaTəkamül

Qaragözlülərin övladı necə mavi gözlü ola bilər?

Qaragözlülərin övladı necə mavi gözlü ola bilər? Qara göz rənginə sahib ata və anadan mavi gözlü uşaq doğula bilərmi?

Genlərin mexanizmi çox sadədir. Hər ana və ata fərqli, iki genetik məlumata sahibir. Bu fərqli genetik materialların hər iksinin müəyyən hissələri doğulacaq uşağa ötürülür. Əgər ana və atadan alınan genlər eynidirsə, yəni uşaq hər iki tərəfdən də mavi göz genini alırsa, problem yoxdur. Uşağın gözlərinin rəngi mavi olacaq. Ancaq bir tərəfdən mavi göz digərindən qara rəngli göz genini alıbsa, gözlərinin biri mavi digəri qara ola bilməyəcəyinə görə bu genlərdən biri seçiləcək, yəni gözləri ya qara ya da mavi olacaq.

Rəqib genlərə qarşı daim üstün gələn bu genlərə dominant genlər adlandırılır. İnsanlarda tünd rəngli göz geni dominant gendir. Yuxarıda bəhs edilən uşağın gözləri qara olacaq. Mavi göz rəngi kimi mübarizəni itirən genə də resessiv gen deyilir.
Ana və atadakı hər iki gen də dominant gen isə nəticə eyni olacaq. Resessiv gen bu mübarizədən ancaq hər iki tərəfin geni də resessiv gen olarsa, qalib ayrıla bilər. Yəni hər iki orqanizmdə mavi göz geni varsa. Uzun boy və qısa boy genlərində dominant olan uzun boydur. Məsələn: atada iki uzun boy geni (U/U), anada isə iki qısa boy geni (k/k) varsa, hər uşaqda mütləq bir uzun və bir qısa boy geni(U/k) olacaq və uzun boy dominant gen olduğundan hər uşaq uzun boylu olacaq.
Bu uşaqlar (U/k) geninə sahib biri ilə evlənsələr və uşaqları olarsa, U/U, U/k, k/U, k/k genlərinin hər hansı birinin bu uşaqlarda olma ehtimalı 25%-dir, yəni üç uşaq uzun boylu olduğu halda biri qısa boylu ola bilər. İnsanlarda qara göz rəngi, görmə qabiliyyəti və gursaçlılıq dominant genlər olduğu halda mavi göz, rəng korluğu və keçəllik resessiv genlərdir.
Resessiv gen uşağın DNT spiralında qalıb onun uşaqlarına da keçə bilər. Atası mavi rəngli, anası qara rəngli gözlü uşaq qara gözlü ola bilər, amma mavi rəng göz geni resessiv olaraq genetik məlumatında qalar. Özü ilə eyni genetik quruluşda biri ilə evlənsə, yuxarıdakı uzun boy-qısa boy nümunəsində olduğu kimi ana və atanın qara gözlü olmalarına baxmayaraq uşaqlardan biri mavi gözlü ola bilər.
Bu vəziyyət Mendel qaydalarına uyğun olub mavi gözlü uşaqları olan qara gözlü ana və ataların panikaya düşməmələri və ortada başqa bir səbəb axtarmaqlarına ehtiyac yoxdur. 

Əgər məqalələrimizdə qrammatik və orfoqrafik xətalar varsa, lütfən, xətalı qismi işarələyib Ctrl+Enter klaviş kombinasiyasından istifadə edərək bizə bildirin.

Daha çoxu

Ilkin Jafarov

"Yaşıl Elm" elmi kütləvi platformasının qurucusu və baş redaktoruyam. "Eastern Mediterranean University"də Sənaye Mühəndisliyi üzrə ikinci təhsil alıram.

Bənzər yazılar

4 rəy

      1. Bilgi ucun tesekkur edirem.
        Bir gozde muxtelif renglerin olur ama yalnızca birinde deyil iki gozde de paralel olaraq eyni muxtelif rengler olur ama mene maraqlı gelen ise gozun biri bir reng diyeride basqa reng olma olasılıgıdır

Rəy yazın

Buna da nəzər salın

Close
Close
%d bloqqer bunu bəyənir:

Spelling error report

The following text will be sent to our editors: