BiologiyaTəkamül

Qaragözlülərin övladı necə mavi gözlü ola bilər?

Genlərin ana mexanizmi çox sadədir. Hər ana və ata iki genə malikdir. Və bunlardan hər iksindən müəyyən hissələr uşağa ötürülər. Əgər ana və atadan alınan genlər eyni isə, yəni uşaq hər iki tərəfdən də mavi göz genini alısa isə problem yoxdur. Uşağın gözlərinin rəngi mavi olacaq. Ancaq bir tərəfdən mavi göz digərindən qara rəngli göz genini alıbsa gözlərinin biri mavi digəri qara ola bilməyəcəyinə görə bu genlərdən biri üstün gələcək.

Rəqibinə qarşı daim üstün gələn bu genlərə hakim (dominant) gen adı verilər. İnsanlarda tünd rəng göz geni hakim gendir. Yuxarıda bəhsi keçən uşağın gözləri qara olacaq. Mavi göz rəngi kimi mübarizəni itirən genə də gizli (recessive) gen deyilir.
Ana və atadakı hər iki gen də hakim gen isə nəticə eyni olacaq. Gizli gen bu mübarizədə ancaq hər iki tərəfin geni də gizli gen olarsa qalib çıxa bilər. Yəni hər iki orqanizmdə mavi göz geni varsa. Uzun boy və qısa boy genlərində hakim olan uzun boydur. Məsələn atada iki uzun boy geni (U/U), anada isə iki qısa boy geni (k/k) varsa, hər uşaqda mütləq bir uzun və bir qısa boy geni(U/k) olacaq və uzun boy hakim gen olduğundan hər uşaq uzun boylu olacaq.
Bu uşaqlar (U/k) gen quruluşlu biri ilə evlənsələr, uşaqların hər birində ehtimalla (U/U, U/k, k/U, k/k) gen quruluşu meydana gələcək, yəni üç uşaq uzun boylu olarkən bir dənəsi qısa boylu qalacaq. İnsanlarda qara göz rəngi, görmə qabiliyyəti və saçlılıq hakim genlərkən mavi göz, rəng korluğu və keçəllik gizli genlərdir.
Gizli gen uşağın DNT spiralında qalıb, onun uşaqlarına da keçə bilər. Atası mavi rəngli, anası qara rəngli gözlü uşaq qara gözlü olar, amma mavi rəng göz geni gizli olaraq bədənində qalar. Özü ilə eyni genetik quruluşda biri ilə evlənsə yuxarıdakı uzun boy-qısa boy nümunəsində olduğu kimi ana və ata qara gözlü olmalarına baxmayaraq uşaqlardan biri mavi gözlü ola bilər.
Bu vəziyyət Mendel qaydalarına uyğun olub mavi gözlü uşaqları olan qara gözlü ana və ataların panikaya düşməmələri və ortada başqa bir səbəb axtarmaqlarına ehtiyac yoxdur. 

Əgər məqalələrimizdə qrammatik və orfoqrafik xətalar varsa, lütfən, xətalı qismi işarələyib Ctrl+Enter klaviş kombinasiyasından istifadə edərək bizə bildirin.

Daha çoxu

Ilkin Jafarov

Yaşıl Elm platformasının qurucusu və baş redaktoruyam. “Eastern Mediterranean University”də Sənaye Mühəndisliyi üzrə ikinci təhsilini alıram.

Bənzər yazılar

4 thoughts on “Qaragözlülərin övladı necə mavi gözlü ola bilər?”

      1. Bilgi ucun tesekkur edirem.
        Bir gozde muxtelif renglerin olur ama yalnızca birinde deyil iki gozde de paralel olaraq eyni muxtelif rengler olur ama mene maraqlı gelen ise gozun biri bir reng diyeride basqa reng olma olasılıgıdır

Rəy yazın

Bunlara da nəzər salın

Close
Close
%d bloqqer bunu bəyənir:

Yazı xətası

Qeydiniz redaktora göndəriləcək: