BiologiyaTəkamül

Populyasiyada tәkamül (boyun uzunluğu)

Böyük bir populyasiya içərisində 1-2 fərddə meydana gələn dəyişmə belə seçim ilə çox qısa müddətdə bütün populyasiyaya yayıla bilər. Hələ vəhşi tәbiәtdә ən kiçik bir müsbət amil belə sizi irəliyə apara bilər, rəqiblərinizdən fərqli olmanızı təmin edə bilər. Bunu anlamaq üçün də zəng əyrisini (qrafik məktəbzənginə bənzədiyi üçün belə adlanadırılır) nümunə göstərək:



Mövzumuz hər hansı bir populyasiyada boyun uzunluğunun təkamülü olacaq.

0. nəsildə (təkamülü araşdırmağa başladığımız nəsildə), əlimizdə 100 fərd olsun. Bu 100 fərdin:

– 4 dәnәsinin boynu 6 santimetr

– 6 dәnәsininki 8 santimetr.

– 80 dənəsinin boynu 10 santimetr.

– 6 dәnәsininki 12 santimetr.

– 4 dәnәsininki 14 santimetr.

Əgər bu paylaşıma baxacaq olsanız, bir zəng əyrisi paylaşımını görəcəksiniz: ortalama uzunluqdakı boyunlara sahib fərdlərin sayı ən çox olduğu halda, әn az boyun uzunluğu xüsusiyyətlərinə doğru say gedərək azalır. Məsələn insan növünün boyu nəzərdə tutulacaq olsa, 2.5 metrlik fərdlərin sayı bir əlin barmağını keçmәdiyi halda, 2.1 metr civarında olanların sayı çox daha artıq olacaq, 2 metr olanların sayı daha da çox olacaq, 1.8 metr ətrafına gəlindiyində isə say digər hamısından çox olacaq. Ancaq 1 metrə doğru getdikcə, yenə əldəki fərd sayı azalacaq. Bu xəyali populyasiyanın boyun uzunluğu üçün də eyni vəziyyət keçərlidir. Bu da, müxtəlifliyin özüdür!

Əgər uzun boyunlu olanların hər hansı bir səbəblə üstün mövqeyə keçdiyi düşünülsə (daha çox qida yığa və ya qarşı cinsin uzun boyunlulara daha çox üstünlük vermәsi kimi), bu zəng əyrisi nəsillər içərisində uzun boyunlular lehinә sürüşməyə başlayacaq. Bir başqa deyişlə, yuxarıdakı zəng әyrisinin “orta” dəyəri sağa doğru sürüşməyə başlayacaq. Әn sadə tərifiylə təkamül budur: bir populyasiya içərisindəki genetik paylaşımın nəsillər içərisindəki dəyişməsidir. Mütləq fiziki bir dəyişmənin gözlə görülə bilən olması şərt deyil. Yuxarıdakı zəng əyrisi hər hansı bir gen və bu genin populyasiya içərisindəki paylanması üçün də etibarlı ola bilərdi. Bu gen heç bir fiziki təsirə sahib olmaya bilərdi. Ancaq genin nəsillər içərisindəki yayılmasının dəyişməsi yenə də təkamülün ta özü olacaqdır.

Mövzumuza qayıdaq, təxmin edilə biləcəyi kimi, orta dəyərdən daha uzun boyunluların üstün olduğu bir mühitdə bu fərdlər (yəni boynu 12 və ya 14 santimetr olanlar) daha asan həyatda qala biləcək və nәsil artıra bilәcәk. Bu səbəblə, hər yeni nəsildə daha uzun boyunlu fərdlər daha çox sayda həyatda qalıb, daha çox artacaqlar. Onsuz da zəng әyrisinin sürüşməyə başlaması da bu səbəbdəndir. Mühit şərtləri dəyişdiyi anda zəng əyrisi sürüşməyə başlamaz. Tәkamüllü bir dəyişmədən bәhs edә bilmәniz üçün ən az 1 nəslin keçməsi mütləqdir. Bu səbəbdən, ətraf şərtlərinin dəyişməsi, populyasiya içərisindəki yayılmaya anında təsir edə bilməz. Əvvəlcə ətraf mühit dəyişir, bu ətraf mühit dəyişməsi növün fərdləri üzərində müxtəlif miqdarlarda seçim təzyiqi yaradır (məsələn ən qısa boyunlular üzərindəki təzyiq ən çox olacaq, bu səbəbdən daha asan çıxdaş olacaqlar), sonra isə daha asan həyatda qalıb nәsil atıra bilәnlәrin sayı hər bir nəsildə gedərək artır. Belәcә, bu nəsillər keçdikcə, zəng əyrisi də yuxarıdakı nümunədə sağa doğru addım-addım sürüşəcək. Təkamül də bu dəyişiklikdir.

Əgər uzun boyunlu olanların hər hansı bir səbəblə üstün mövqeyə keçdiyi düşünülsə (daha çox qida yığa və ya qarşı cinsin uzun boyunlulara daha çox üstünlük vermәsi kimi), bu zəng əyrisi nəsillər içərisində uzun boyunlular lehinә sürüşməyə başlayacaq. Bir başqa deyişlə, yuxarıdakı zəng әyrisinin “ortalama” dəyəri sağa doğru sürüşməyə başlayacaq. Әn sadə tərifiylə təkamül budur: bir populyasiya içərisindəki genetik paylaşımın nəsillər içərisindəki dəyişməsidir. Mütləq fiziki bir dəyişmənin gözlə görülə bilər olması şərt deyil. Yuxarıdakı zəng əyrisi hər hansı bir gen və bu genin populyasiya içərisindəki paylanması üçün də etibarlı ola bilərdi. Bu gen heç bir fiziki təsirə sahib olmaya bilərdi. Ancaq genin nəsillər içərisindəki yayılmasının dəyişməsi yenə də təkamülün ta özü olacaqdır.

Mövzumuza qayıdaq, təxmin edilə biləcəyi kimi, ortalama dəyərdən daha uzun boyunluların üstün olduğu bir mühitdə bu fərdlər (yəni boynu 12 və ya 14 santimetr olanlar) daha asan həyatda qala biləcək və nәsil artıra bilәcәk. Bu səbəblə, hər yeni nəsildə daha uzun boyunlu fərdlər daha çox sayda həyatda qalıb, daha çox artacaqlar. Onsuz da zəng әyrisinin sürüşməyə başlaması da bu səbəbdəndir. Mühit şərtləri dəyişdiyi anda zəng əyrisi sürüşməyə başlamaz. Tәkamüllü bir dəyişmədən bәhs edә bilmәniz üçün ən az 1 nəslin keçməsi mütləqdir. Bu səbəbdən, ətraf şərtlərinin dəyişməsi, populyasiya içərisindəki yayılmaya anında təsir edə bilməz. Əvvəlcə ətraf dəyişər, bu ətraf dəyişməsi növün fərdləri üzərində müxtəlif miqdarlarda seçim təzyiqi yaradar (məsələn ən qısa boyunlular üzərindəki təzyiq ən çox olacaq, bu səbəbdən daha asan çıxdaş olacaqlar); sonra isə daha asan həyatda qalıb nәsil atıra bilәnlәrin sayı hər bir nəsildə gedərək artar. Belәcә, buu nəsillər keçdikcə, zəng əyrisi də yuxarıdakı nümunədə sağa doğru addım-addım sürüşəcək. Təkamül də bu dəyişiklikdir.

Təkamülü addım-addım təqib etmәk: Zәn әyrisinin dәyişmәsi

İndi, bu nümunəmiz üzərindən nəsilləri addım-addım təqib edək. Anlamağı asanlaşdırmaq üçün hər bir nəslin bir əvvəlki nəsil qədər fərd bala verdiyini fərz edək və bir əvvəlki nəslin nәsil artırdıqdan dərhal sonra yox olduğunu, yəni yeni gələn nəslin əvvəlki nəslin yerini aldığını düşünək. Qısaca, 100 fərdin cütləşməsi nəticəsində yenə 100 bala meydana gəlsin. Lakin burada çox əhəmiyyətli bir nöqtə vardır: daha uzun boyunlular daha asan həyatda qala bildiklәri üçün bir-birləriylə daha sıx cütlәşәcәk və daha çox bala yaranacaq. Bu səbəbdən, yeni yaranacaq 100 fərdilik nəslin içərisində uzun boyunluların olma ehtimalı daha çox olacaq. Qısa boyunlular, əgər ki seçim təzyiqi şişirdilmiş miqdarda deyilsə (ki bəzən bu vəziyyət müşahidə edilir), yəqin ki, dərhal yox olmayacaq, bir müәyyәn nəsil boyunca hәyatda qalacaqlar. Bənzər şəkildə, çox üstün mövqedə olan uzun boyunlu fərdlər də bir anda sayca artmayacaqlar, ancaq saylarında nisbi bir artım görmək mümkün olacaq. Nəticədə, orta uzunluqdakı boyunlara sahib fərdlər sayca çoxluq təşkil edir və populyasiya içərisində artıq onlardan daha üstün fərdlər olsa da hələ də çox da dezavantajlı mövqedə sayılmırlar. Lakin saylarının nisbi olaraq bir miqdar azalmasını gözləyə bilərik. Qısaca, 1. nəsil törәmә dövrünә gəldiyində əlimizdəki vəziyyətin belə olması gözlәnilir:

– 2 dәnәsininki 6 santimetr.

– 4 dәnәsininki 8 santimetr.

– 72 dənəsinin boyu 10 santimetr.

– 13 dәnәsininki 12 santimetr.

– 9 dәnәsininki 14 santimetr.

Görülə biləcəyi kimi hələ də orta uzunluqda boyunlara sahib olan fərdlərin sayı daha çoxdur, ancaq nisbi bir tarazlıq dəyişməsi də müşahidə edilə bilər. Əgər, seçim təzyiqi dəyişməzsə və hətta gedərək uzun boyunluları dəstəkləyəcək şəkildə artarsa (çünki ətraf mühit davamlı dəyişir), hər bir nəsildə, paylaşımın yüngül-yüngül dəyişdiyini bilərik. Məsələn 2-ci nəsil aşağıdakı kimi ola biləcək.

– 1 dәnәsininki 6 santimetr.

– 2 dәnәsininki 8 santimetr.

– 60 dənəsinin boyu 10 santimetr.

– 17 dәnәsininki 12 santimetr.

– 21 dәnәsininki 14 santimetr.

Bu vəziyyətdə nə baş verdi? Yeni kombinasiyalarda əlimizdə yenə qısa boyunlular var. Bu şəkildəki zəif kombinasiyalar hər zaman ola bilər. Hətta bəzən bu canlıların inadla varlıqlarını qoruduqları görülür. Bunun səbəbi əlbəttə növlərin təkamüllə “inadlaşması” deyil, təkamülün tək bir xüsusiyyət baxımından ələ alınmasının çәtinliyidir. Yəni bir canlı, boyun uzunluğu baxımından dezavantajlı ola bilər, ancaq bir digər xüsusiyyət baxımından sahib olduğu üstünlük onun uzun bir müddət varlığını qorumasını təmin edə bilər. Lakin əgər zəif olun bir xüsusiyyət baxımından seçim təzyiqi kifayət qədər güclüdürsə, әvvәl-axır o zəif xüsusiyyəti daşıyanlar çıxdaş olunacaqlar. İndi isə, bu vəziyyəti görəcəyimiz 3. nəsilə keçək:

– 2 dәnәsininki 6 santimetr.

– 0 dәnәsininki 8 santimetr.

– 40 dənəsinin boyu 10 santimetr.

– 27 dәnәsininki 12 santimetr.

– 30 dәnәsininki 14 santimetr.

– 1 dәnәsininki 15 santimetr.

Bu yeni nəsildə, çox əhəmiyyətli iki nöqtə görürük: İlk olaraq, 8 santimetr uzunluğunda boya sahib olanların tamamilə yox olduğudur. 6 santimetr olanlar, yəni daha dezavantajlı mövqedə olanlar isə hələ də varlığını davam etdirir. Çünki təkamül mütləq bir şəkildə işləmir: işin içərisində hər zaman şans faktoru da vardır. Bәzәn daha dezavantajlı fərdlər daha üstün fərdlərdən belə uzun müddәt hәyatda qala bilirlәr, çünki sadəcə şanslıdırlar. Bu təsir, ümumiyyətlə genetik sürüklәnmә başlığı altında araşdırılır. Hətta bir əvvəlki nəsilə görə boynu 6 santimetr olan fərdlərin sayı artmışdır belə! Ancaq bu, hər zaman bu uzunluqdakı fərdlərin sayının nəsillər içərisində artacağını zəmanət vermir. Müvəqqəti artımlar bir müddət sonra ani çöküşü bərabərində gətirə bilər. Ancaq burada altından xәtt çəkilməsi lazım olan bir əhəmiyyətli nöqtə daha vardır: təkamül mütləq tək bir istiqamətə doğru olmaq məcburiyyətində deyil. Bəzən ətrafın dəyişməsi, iki uc xüsusiyyəti dəstəkləyə və ortadakıları dezavantajlı mövqedə buraxa bilər. Əgər ki ətraf mühitin dəyişməsi, yuxarıdakı 3. nəsildə belə bir seçim təzyiqi yaradırsa, yox meydana gələ doğru gedən 6 santimetr uzunluqda boya sahib fərdlər bir anda sayca artmağa başlaya bilər. Digər tərəfdən, uzun boyunlular hələ də dəstəkləndiyi üçün, digər qol da tәkamüllәşmәyi davam etdirəcək. Nəsillər sonra hәr iki xәttib sayının artması, növlәşmәyi özü ilə gətirəcək. Bir populyasuyanın ikiyə ayrılması və Təkamül Ağacının bir budağının iki qola ayrılmasının yollarından biri budur.

Yuxarıdakı 3. nəsilimizə fərq edilməsi lazım olan ikinci əhəmiyyətli nöqtə isə budur: boynu uzunların sayca populyasiya içərisində artması yeni bir kombinasiya (15 santimetr uzunluqda boya sahib fərdlərin) yarana bilmәsinә imkan vermişdir. Bəlkə bu birləşmə 0. nəsildə də doğula bilrdi (eynilə 1.8 metr boyundakı insanların övladlarının bəzən 2.1 metr uzunluqda ola bilməsi kimi), ancaq uzun boyunlular sayca çox az olduqları üçün qarşılaşma ehtimalları çox daha aşağı idi, bu səbəbdən belə bir kombinasiyası yaradılma şansı da daha az idi. Ayrıca bu müddətdə, cəmdə 4 nəsil (0, 1, 2, 3) içərisində, 400 fərd müşahidə edilib və bunlarda meydana gələn mutasiyalar, transpozonal dəyişmələr və bənzərləri müəyyən sayda genetik fərqlilik doğurdu və bunların gələcək nəsillərə köçürülməsinə səbəb oldu. Bu da bu yeni fərdin doğuşunu sürətləndirmiş ola bilər. İndi 4. nəsilə baxaq:

– 0 dәnәsininki isə 6 santimetr.

– 1 dәnәsininki 8 santimetr.

– 29 dənəsinin boyu 10 santimetr.

– 33 dәnәsininki 12 santimetr.

– 34 dәnәsininki 14 santimetr.

– 3 dәnәsininki 15 santimetr.

4. nəsildə, göründüyü kimi 6 santimetr olanlar bir anda yox oldular və daha əvvəldən yox olmuş 8 santimetrlik fərdlər yenidən görüldülər. Çünki təkamül müddət içərisində hər şey dəqiq bir şəkildə kəsilmiş deyil, belə müəmmalı keçişlər çox sıx görülər. Bir xüsusiyyət, populyasiya içərisində bir anda var ola bilməyəcəyi kimi, bir anda yox da olmaz. Bu cür gəl-getlәr təkamüldə sıxlıqla görülər. Ancaq ümumi meyllər (trendlər) araşdırılacaq olsa, bu nümunədə qısa boyunluların gedərək yox olduğu aşkardır. 5. nəsilə keçək:

– 0 dәnәsininki isə 6 santimetr.

– 0 dәnәsininki 8 santimetr.

– 16 dənəsinin boyu 10 santimetr.

– 35 dәnәsininki 12 santimetr.

– 42 dәnәsininki 14 santimetr.

– 6 dәnәsininki 15 santimetr.

– 1 dәnәsininki 17 santimetr.

Bu nəsildə yenə, yeni bir birləşməsi görməkdəyik. 15 santimetr boya sahib olan fərdlərin sayca artması, poluyasiyadakı gen paylaşımı üzərində dərhal təsirini göstərir. Ayrıca belə bir vəziyyət də var, hazırda yalnız boyun uzunluğunu analiz etmәkdәyik. Ancaq seçim tək bir xüsusiyyətә təsir etmir. Bir çox genetik xüsusiyyətin dəyişməsi, bilvasitə olaraq və ya birbaşa boynun uzunluğuna təsir edən genlərdə dəyişməyə səbəb ola bilər. Bu da yeni genlərin doğulmasını tәtiklәyә bilәr ki, bu doğuş yoxdan var olma şəklində deyil, genetik quruluşun dəyişməsi şəklindədir. Davam edək, 6. nәsilә çatdıq:

– 0 dәnәsininki isə 6 santimetr.

– 0 dәnәsininki 8 santimetr.

– 9 dənəsinin boyu 10 santimetr.

– 32 dәnәsininki 12 santimetr.

– 37 dәnәsininki 14 santimetr.

– 14 dәnәsininki 15 santimetr.

– 8 dәnәsininki 17 santimetr.

Bu nəslin sonunda, bir neçə əvvəlki nәsildәki “babaları” üstün olan 12-14 santimetr boyunlu olanlar artıq dezavantajlı mövqeyə düşürlər, çünki yeni nəslin boyunları özlərindən də uzun və hələ də seçim təzyiqi davam edir, hətta gedərək güclənir. Ayrıca ən qәdim atalarından boyun uzunluğu 6-8 santimetr olaraq görülən fərdlər artıq az qala tamamilə yox oldular. Hətta 0. nәsildәki zəng әyrimizdә mərkəzdə olan və ən çox olan 10 santimetr boyunlular belə artıq azlıqdadır. Zәng əyrisi sürüşür. Bu şəkildə davam etsәk, 15. nəsildə gәlәcәyimiz nəticə belə bir şey ola bilər:

– 0 dәnәsininki isə 6 santimetr.

– 0 dәnәsininki 8 santimetr.

– 0 dənəsinin boyu 10 santimetr.

– 2 dәnәsininki 12 santimetr.

– 3 dәnәsininki 14 santimetr.

– 14 dәnәsininki 15 santimetr.

– 22 dәnәsininki 17 santimetr.

– 35 dәnәsininki 19 santimetr.

– 18 dәnәsininki 22 santimetr.

– 6 dәnәsininki 24 santimetr.

Təkamül budur. 15 nəsil əvvəl boyunları ortalama 10 santimetr olan fərdlərdən, bugünkü nəsildə ortalamanın 19 santimetrə çıxdığını görürük. Bu yalnız tək bir xüsusiyyətdir. Bu xüsusiyyətlər ümumilәşdirilir və hamısının cəmi nәzәrә alınsa, yeni bir növün doğulduğunu görmək son dərəcə asan olacaq. Məsələn: tük rəngi, tük uzunluğu, boy uzunluğu, ağrılıq, sümük quruluşu, əzələ-tendon əlaqələri, sümük şəkilləri, neyron sayı, neyron strukturları, pəncə gücü, çənə gücü, əzələ ton miqdarı, cinsi seçimləri təyin etmә meylləiri, qan damar quruluşu və daha milyonlarla xüsusiyyәt …

Təkamül müddəti içərisində təcrid və növlәşmә.

Üstəlik daha izolyasiyaları belə hesaba almadıq. İndi, 3. nəsilə geri dönün və baxın: 2 dənə boynu 6 santimetr olan fərd görünür. O nəsildən bəhs edərkən də izah etdiyimiz kimi, ətraf mühitin dəyişməsi bu azlıq və uc nöqtәdә olan fərdləri dəstəkləyə bilər. Bu da, təkamülə tam fərqli bir ölçü qata bilər. Deyək ki, bu canlıların yaşadığı mühitdə bir yanğın oldu və bu boynu qısa olanlar ilk və ən sürətli qaçan qrup oldu, sonra da geri qayıdan okdular. Bu ikisi öz mühitlərində, yeni bir sahədə yeni seçim təzyiqləri altında yaşamağa başladılar. Bu mühitdə uzun boyunlu olmaq şərt deyil, hətta qısa boyunlular daha rahat yaşaya bilirlər, dar yerlərə girib, yerə daha rahat çata bildiklәri üçün (çünki yanğın sonrasında qalan qidalar yerdə bol ola bilər). Ətrafda bir özlərinə bənzər növ olmadığı üçün cütlәşmәyә başlayırlar. Və bir coğrafi izolyasiyadan sonra növlәşmә meydana gəlməyə başlayır, amma sadәcә bir başlanğıcdır bu. Ancaq əgər belə bir vəziyyət oldusa, artıq yuxarıdakı nəsil zəncirini təqib edə bilmərik. Çünki eyni populyasiya artıq iki qola ayrılmış oldu:

A Qrupu (3-cü nəsil):

– 2 dәnәsininki 6 santimetr.

– 0 dәnәsininki 8 santimetr.

– 0 dənəsinin boyu 10 santimetr.

– 0 dәnәsininki 12 santimetr.

– 0 dәnәsininki 14 santimetr.

– 0 dәnәsininki 15 santimetr.

B Qrupu (3-cü nəsil):

– 0 dәnәsininki isə 6 santimetr.

– 0 dәnәsininki 8 santimetr.

– 40 dənəsinin boyu 10 santimetr.

– 27 dәnәsininki 12 santimetr.

– 30 dәnәsininki 14 santimetr.

– 1 dәnәsininki 15 santimetr.

Artıq əlimizdə ata nəsilə (3-cü nəsil) aid 2 ayrı populyasiya var. Bunların təkamülünü, bir-birlərindən müstəqil olaraq araşdırmamız lazımdır, çünki üzərlərindəki seçim təzyiqləri fərqlidir. Bunlardan meydana gələcək 4. nəsildə, A qrupunda 4 yeni fərd, B qrupunda 96 yeni fərd doğulmuş olsun. Bu vəziyyətdə 4. nəsil belə ola bilərdi:

A qrupu (4 nəsil):

– 1 dәnәsininki isə 5 santimetr.

– 2 dәnәsininki isə 6 santimetr.

– 1 dәnәsininki 8 santimetr.

– 0 dənəsinin boyu 10 santimetr.

– 0 dәnәsininki 12 santimetr.

– 0 dәnәsininki 14 santimetr.

– 0 dәnәsininki 15 santimetr.

B Qrupu (4-cü Nəsil):

– 0 dәnәsininki 6 santimetr.

– 1 dәnәsininki 8 santimetr.

– 24 dənəsinin boyu 10 santimetr.

– 30 dәnәsininki 12 santimetr.

– 36 dәnәsininki 14 santimetr.

– 2 dәnәsininki 15 santimetr.

A qrupunda bu populyasiya artımından sonra qısa boyunluların üstünlüyü ortaya çıxdığını fərz edək. Göründüyü kimi, daha ilk nəsildə 5 santimetr boya sahib yeni bir variasiya meydana gələ bilər. B qrupu isə yenə, ilk verdiyimiz nümunədə olduğu kimi uzun boyunlulara doğru tәkamüllәşsin, çünki qaldıqları yerdə hələ də onlar üstündür. Bu vaxt A Qrupunun törәmә sayı getdikcə artır (bu dəfə 20 yeni fərd doğulsun), çünki bol qida, az qidalanan var yeni mühitdə. B qrupunda isə hər səfərində 100 fәrd olur, çünki o mühit bu qədərini daşıya bilir. 5. nəsildə olacaq vəziyyət bu ola bilərdi:

A qrupu (5. nəsil):

– 4 dәnәsininki isə 3 santimetr.

– 8 dәnәsininki isə 4 santimetr.

– 6 dәnәsininki isə 5 santimetr.

– 1 dәnәsininki isə 6 santimetr.

– 1 dәnәsininki 8 santimetr.

– 0 dənəsinin boyu 10 santimetr.

– 0 dәnәsininki 12 santimetr.

– 0 dәnәsininki 14 santimetr.

– 0 dәnәsininki 15 santimetr.

B qrupu (5. nəsil):

– 0 dәnәsininki isə 6 santimetr.

– 1 dәnәsininki 8 santimetr.

– 24 dənəsinin boyu 10 santimetr.

– 30 dәnәsininki 12 santimetr.

– 36 dәnәsininki 14 santimetr.

– 2 dәnәsininki 15 santimetr.

Görüləcəyi üzrə hər səfərində, bir əvvəlki səfərdə mühitdə sayca çox olan xüsusiyyət yenə sayca çox olur; ancaq bu tarazlıq yavaş-yavaş, nəsildən nəsilə pozulur və üstün olanların istiqamətində sürüşür. Bu sayədə təkamül, mәrhәlәli, pilləli olaraq reallaşır. Məsələn bu şəkildə davam edәrək və 15. nəsilə çatdığımızı fərz edək. Artıq bu nəsildə, A qrupu da 100 fәrdә çatmış olsun və yeni mühit də 100 fərd daşıya biləcək tutumda olsun. Bu vəziyyətdə 15. nəsil belə bir şey ola bilərdi:

A qrupu (15. nəsil):

– 4 dәnәsininki isə 0 santimetr.

– 12 dәnәsininki isə 1 santimetr.

– 18 dәnәsininki isə 2 santimetr.

– 32 dәnәsininki isə 3 santimetr.

– 20 dәnәsininki isə 4 santimetr.

– 8 dәnәsininki isə 5 santimetr.

– 5 dәnәsininki isə 6 santimetr.

– 1 dәnәsininki 8 santimetr.

– 0 dənəsinin boyu 10 santimetr.

– 0 dәnәsininki 12 santimetr.

– 0 dәnәsininki 14 santimetr.

– 0 dәnәsininki 15 santimetr.

B qrupu (15. nəsil):

– 0 dәnәsininki isə 6 santimetr.

– 0 dәnәsininki 8 santimetr.

– 0 dənəsinin boyu 10 santimetr.

– 2 dәnәsininki 12 santimetr.

– 3 dәnәsininki 14 santimetr.

– 14 dәnәsininki 15 santimetr.

– 22 dәnәsininki 17 santimetr.

– 35 dәnәsininki 19 santimetr.

– 18 dәnәsininki 22 santimetr.

– 6 dәnәsininki 24 santimetr.

İndi nə oldu? Bir qrupun içərisində artıq “boyunsuz” deyilə biləcək canlılar yaranmışkәn, digər qrupun boyunları xeyli uzandı. Bunlar, 15 nəsil əvvəl (və ya daha həqiqi olaraq 1500 nəsil əvvəl deyək, çünki bu əməliyyat çox daha yavaş reallaşacaq, burada sürətləndirdik biz) eyni növə aid canlılardan meydana gəlirdi. Ancaq indi, bu iki qrupun fərdləri bir araya gətirsələr, bir-birlərini tanımaq bir yana, cütlәşmәyәcәk qədər fərqli olacaqlar. Çünki unutmayın, biz yalnız boyun strukturlarını araşdırdıq; ancaq milyonlarla xüsusiyyət pillә-pillә dəyişəcək. Buna cinsiyyәt orqanları, genetik material, sperma və yumurtaların tipləri, xüsusiyyətlər, cinsi davranışlar və arzuları vә digәr hər şey daxildir.

Növlәşmә budur. Təkamül budur. Təkamüldə müxtəliflik fərqli genetik kombinasiyalar və bu genetik materialın min növ üsulla dəyişməsi nəticəsində var olur. Bu dəyişmələr, populyasiya paylanmasını müxtəlif ekoloji təzyiqlər altında müəyyən istiqamətlərə sürüşdürә bilir. Bu istiqamətlərin nəticəsində də dönüb baxdığımızda təkamüllü bir dəyişmə yaşandığını, növlərin artıq bir-birləriylə cütlәşә bilmәyәcәyi qədər fərqliləşdiyini görərik.

Əgər məqalələrimizdə qrammatik və orfoqrafik xətalar varsa, lütfən, xətalı qismi işarələyib Ctrl+Enter klaviş kombinasiyasından istifadə edərək bizə bildirin.

Daha çoxu

Ilkin Jafarov

"Yaşıl Elm" elmi kütləvi platformasının qurucusu və baş redaktoruyam. "Eastern Mediterranean University"də Sənaye Mühəndisliyi üzrə ikinci təhsil alıram.

Bənzər yazılar

Rəy yazın

Buna da nəzər salın

Close
Close
%d bloqqer bunu bəyənir:

Spelling error report

The following text will be sent to our editors: