Təkamül

Piltdaun adamı və Nebraska adamı

Yaradılışçılar tərəfindən tez-tez istifadə edilәrәk təkamülün çürüdüyünü və saxtakarlıqlar üzərinə qurulduğu düşüncəsini aşılayan iki arqument var: Piltdaun və Nebraska adamları

Pildaun adamı

Sıxlıqla istifadə edilәn bir arqument olan Piltdaun adamının hekayəsi qısaca bu şəkildədir:
Təkamül nəzəriyyəsinin ortaya atılıb yayılmasıyla birlikdə az qala bütün arxeoloqlarda təkamülün nəzərdə tutduğu keçid formalarını tapmaq həvəsi ortaya çıxdı, çünki bilirdilər ki, bunu tapan adam böyük bir şöhrәtә sahib olacaq. Bunun üzərinə Çarlz Douson adında hәvәskar arxeoloq insan kəlləsi ilə bir oranqutan çənəsini birləşdirərək saxta fosil yaratdı və beləliklə, ciddi bir saxtakarlıq ilə öz şöhrət qazandı. Üstəlik, Douson universiteti belə bitirməmişdi (1). Ayrıca, araşdırıldığı zaman saxta fosil düzәldәrәk özünü məşhur etməyə çalışan kəslərin hәvәskar arxeoloq olduğu da gözdәn qaçmır.
Üstəlik, Dousonun tək saxta fosili Piltdaun adamı deyildi. Kəşflərindən ən az 38 dənəsinin saxta olduğu da müәyyәn edildi (2). Dousonun məqsədi o zaman tapılmamış Təkamül qalıqlarını taparaq təkamülü saxtakarlıqlarla sübut çalışmaq deyil, özünü məşhur edib bu işdən mükafat qazanmaq idi. Üstəlik, o tarixdən əvvəl Neandertalların qalıqları tapılmışdı. Bizim təkamüllü qohumlarımızın qalıqları onsuz da tapılmışkәn Yaradılışçılar “Təkamülü sübut edən fosil tapa bilmədikləri üçün saxtakarlıq etdilər” deməsi nə qәdәr bir gülünc şeydir.

Nebraska adamı

Yaradılışçılar iddiaları bu şəkildədir:
Lakin hәqiqәt bu qədər sadə deyil. Әvvəlcə Nebraska adamı şəkilləri elm adamı Qrafton E. Smit ilə әmәkdaşlıq edən bir rәssamın əsəridir və elmi bir nəşr üçün deyil, məşhur bir İngilis maqazin jurnalı üçün hazırlanmışdır. Nebraska adamı iddiasını da Yaradılışçıların iddiaları kimi böyük bir elm adamı birliyi deyil, əksinə çox az elm adamı qəbul etmişdir.
Və yenə Yaradılışçıların iddia etdikləri kimi böyük bir həvəslə müdafiə olunan bir kəşf deyil:
Hesperopithecusun bir meymun-adam ya da insanın birbaşa atası ola biləcəyini bəyan etmədim, çünki insanlarınkına (Hominidae) bənzər dişlərə sahib insanabənzər meymunlar (Simiidae) tapmış ola biləcəyimizni də olduqca mümkün olduğunu düşünürəm …”
“Diş strukturlarına, kəlləyə və ya skeletə dair daha çox parçalar əldə edənə qədər Hesperopithecusun Simiidae və ya Hominidlәrin bir üzvü olub-olmadığından əmin ola bilmərik.” (Osborn 1922)
“1920-ci ildə Ozborn Pliosen dövrü Nebraskasına aid iki molar azı dişini təsvir etmişdi: Ozborn bunları Hesperopithecus adını verdiyi bir humanoid primata әsaslandırmışdı. Dişlər yaxşı qorunmuş vəziyyətdə deyil, Ozbornun təsbitinin etibarlılığı hələ ümumiyyətlə qəbul edilməmişdir. “(Nebraska Adamı düşüncəsinin hakim olduğu illərdə İnsanın Mənşəyi adlı kitabda Corc Makkurd bunu yazmışdır)
Ozborn belә bu iddianı tamamilə müdafiә etmәmәklә birlikdə digər elm insanları da bu iddiaya şübhə ilә yanamışdır.

Bir çox yaradılışçı qaynaqda görüləcəyi kimi təkamülün çürüdüldüyünә və heç qalıq tapıla bilmədiyi üçün bu cür saxtakarlıqlara sübut edilmәyә çalışıldığına dair ifadələr var. Lakin həqiqət bu deyil: Piltdaun adamı hәvәskar bir arxeoloqun şöhrət sevdasından başqa bir şey deyildi. Nebraska adamı isə elmi üsulun necə işlədiyini dair çox yaxşı bir nümunədir. Hələ hansı növə aid olduğu bilinməyən bir diş tapılmışdı və ortada bir tezis vardı. Bu fikrә görə diş bir primata aid idi. Sıra bu tezisi yanlışlayacaq müşahidə axtarışa gəlmişdi (elmi üsulda doğrulama deyil, yanlışlama olur). Müşahidələr və elmi məlumatlar artdıqca ilk tezisin yanlış olduğu ortaya qoyuldu və hәqiqәt daha çox məlumata əsaslanaraq başqa bir məqalədə nümayiş olundu. Bu təkamülü çürüdəcək bir hadisə deyil. Bizlərə elmin necə işlədiyini göstərməyə yarayan bir hadisədir.

İndi bu tapıntıların niyә təkamülü yanlışlamadığına toxunaq. Milyonlarla işıq ili uzaqda müəyyən üsullar istifadə edilәrәk planetlər kəşf edilir. Fərz edək ki, hәvәskar bir astronom çıxıb saxta bir planet tapdığını iddia edir. Bununla bağlı bir məqalə nәşr edilir. Uzun müddət araşdırılmadan bu iddia yayılır və bir müddət sonra başqa astronomlar iddianın doğruluğunu sınamaq üçün mövzunu analiz edirlәr və belə bir planetin olmadığını anlayırlar. İndi bu saxtakarlıq məhsulu olan planet ortaya atıldığı üçün olan bütün digər planetlər rәdd edilmədirmi yoxsa “Bəli bu bir saxtakarlıq məhsuludur, amma onsuz da bir çox planet də kəşf edilmiş, bu başqa günəş sistemlərində başqa planetlərin olduğunu təsdiqləyir”mi deməliyik? Vә yaxud Plutonun bu qәdәr zamandır planet hesab edilmәsinә baxmayaraq sonda planet statusunun ondan alınmasına görә bütün astronomiyaya saxta damğası vurmalıyıq, yoxsa bunu elmi metodun uğuru hesab etmәliyik? Әlbəttə, bir yalan uğruna bütün tapıntılar bir tәrәfә atıla bilməz. Eyni şəkildə, insan təkamülünü sübut edən bir çox fosil mәlumdur (4).

Mənbəlәr:
Piltdaun adamı haqqında geniş analiz:

Əgər məqalələrimizdə qrammatik və orfoqrafik xətalar varsa, lütfən, xətalı qismi işarələyib Ctrl+Enter klaviş kombinasiyasından istifadə edərək bizə bildirin.

Daha çoxu

Ilkin Jafarov

"Yaşıl Elm" elmi kütləvi platformasının qurucusu və baş redaktoruyam. "Eastern Mediterranean University"də Sənaye Mühəndisliyi üzrə ikinci təhsil alıram.

Bənzər yazılar

Rəy yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Buna da nəzər salın

Close
Close
%d bloqqer bunu bəyənir:

Spelling error report

The following text will be sent to our editors: