Təkamül

Niyə Neandertal insanıyıq?

Müasir insanın qabaqcılları təxminən 60,000 il əvvəl Afrikadan ilk köçlərini reallaşdırdıqları zaman yalnız deyildilər. Əmisi uşaqları olan ən az iki növ Neandertal və Denisova insanları Afrikadan Avrasiya qitəsinə birlikdə köç etdilər. Müasir insanın qabaqcılları Avrasiyaya köç edərək Neandertal ilə qarşılaşıb onlarla çütləşdilər. Bundan ötəri Neandertal insanın DNT-lərindən bir parça insanın gen hovuzunda yer alır.

İndiki vaxtda Afrikadan kənarda yaşayan insanlarda Neandertal genlərindən kiçik bir miqdar var və bu antik bir qarşılaşmanın izləri olaraq günümüzə qədər gələ bilmişdir. Bir qrup alim iki növ arasındakı gen zəncirini müqayisə edərək ən çox avropalılar və asyalılarda olmaqla yüzdə 1-4 arasında genetik bənzərlik kəşf etdilər. Böyük Səhranın aşağısındaki Afrika yerlilərində Neandertal genlərinə rast gəlinilmədi, çünki onların qabaqcılları Afrikadan hər hansı bir başqa bölgəyə köç etmədilər.

Əvvəlcə bilməliyik ki, müasir insanın yaxın əmiuşağı ilə cütləşməsi çox çaşdırıcı bir vəziyyət deyil. Bir nəzəriyyəyə görə Neandertallar, Denisovalar və müasir insanların mənşəyi Homo Heidelbergensisdən gəlir. 400.000-300.000 illəri arasında bir qrup olan Homo Heidelbergensis Afrikadan köç etdi və qısa bir müddət sonrada qruplara bölündü. Bu bölünən qruplardan bir dənəsi risk alaraq şimal-qərbə doğru, Qərbi Asiya və Avropaya gələrək zamanla indiki vaxtda Neandertal olaraq bilinən növə doğru təkamül etdi. Digər qrup isə Şərqə doğru gedərək zamanla Denisovan insanlarına təkamülləşmişdilər. 130,000 il əvvəl Homo Heidelbergensis Afrikada günümüz müasir insanına doğru təkamül etməyə başladılar. Müasir insanın qabaqcılları təxminən 60.000 il əvvəl Afrikadan köçə başladıqlarından sonra və Avrasiyaya doğru yayıldıqları zaman daha əvvəl köç etmiş olan Heidelbergensisin zamanla təkamül etdikləri Neandertal və Denisovan insanı ilə qarşılaşdılar.

Qabaqcıllarımızın bir biri ilə çütləşmələri antropologiya daxilində böyük bir sirr olan Neandertalların niyə yox olduğunu ortaya çıxara bilər. Neandertallar niyə yox oldu? İlk Afrikadan çıxışdan sonra təhlükəli bir şəkildə Avropaya keçən Heidelbergensis təkamül edib Neandertal insanı oldu və onlar bir neçə min yüz il orada yaşadılar. Lakin Neandertal insanı 30,000 il əvvəl sirrli bir şəkildə yox oldu və aşağı yuxarı o dövrlərdə müasir insan Avropaya köç etdi.

 

Bəzi elm insanlarına görə müasir insan Avropaya gəlincə Neandertalları yox etdilər. Lakin genetik məlumatlardan əldə edilən dəlillər işığında yeni bir nəzəriyyəyə görə, onlar savaşmadılar əksinə bir eşq yaşadılar.Yox olmaqlarının səbəbi isə Avropada əmiuşaqlarımızın yaşadığı bölgələrdə Neandertal insanın çox olan insan populyasiyasınıın daxilində tarix olmuşdur.

 

Həm Neandertal həm də Denisovan insanın soyunun tükənmiş olmasına baxmayaraq müasir insan olaraq onlara çox şey borcluyuq. Stanford Universitetində 2015-ci ildə edilən bir araşdırmaya görə, bir çoxumuzda Patogenləri yox etmək üçün immunitet sistemimdə var olan genlər özlərində antik variantlar daşıyır və bunlar biz Afrikadan ayrıldıqdan sonra ortaya çıxmışdır. Bir ehtimalla bu gen variantları Neandertal və Denisovan insanında olan genlər ola bilər və cütləşmə sayəsində bunlar müasir insanlara köçürmüş ola bilər.

Əgər məqalələrimizdə qrammatik və orfoqrafik xətalar varsa, lütfən, xətalı qismi işarələyib Ctrl+Enter klaviş kombinasiyasından istifadə edərək bizə bildirin.

Etiketlər
Daha çoxu

                                                                                  

 

Əgər bu yazını oxuyursunuzsa...

 

...sizdən bir xahişimiz var. Yaşıl Elm əvvəlkinə görə daha çox oxunur, amma Azərbaycan dilində onlayn reklam yayımlayan şirkətlər olmadığı üçün saytımızda sizin diqqətinizi cəlb edə biləcək reklamlar yerləşdirə bilmirik. Eyni zamanda diqqət dağıdıcı çoxlu reklam vasitəsi ilə sizin məlumatlanmağınıza da mənfi təsir göstərmək istəmirik. Yəni saytımızda edilən bütün işlər tamamilə öz zəhmətimiz hesabına başa gəlir.

 

Hər hansı maliyyə yardımı almadan, şirkətə, quruma bağlı olmadan müstəqil şəkildə bu platformanı idarə etməyimiz olduqca çətindir. Çünki araşdırma etmək, yazılar hazırlamaq, tədbirlər təşkil etmək və digər texniki və qeyri-texniki işlər zaman, maliyyə və ciddi iş rejimi gərəkdirir. Amma bunu edirik, çünki perspektivimizin doğru olduğuna, fərq yarada biləcəyimizə inanırıq.

 

Portmanat vasitəsi ilə edəcəyiniz ən kiçik miqdarda dəstək belə bizim ayaqda durmağımıza və daha çox iş görməyimizə kömək edəcək.

 

Portmanat nömrəsi: 559145036

                                                                                  

 

Taryel Abdullayev

Yaşıl Elm, elm platformasında yazaram və elmi kütləviləşdirməkdə aktivstlik edirəm. Məqsədim, cəmiyyətimizdə elmə sevgi yaradaraq daha rasional bir zehniyyət formalaşdırmaqdı. Bununla yanaşı keçmişin steriotipləri ilə də mübarizə aparıram

Bənzər yazılar

1 thought on “Niyə Neandertal insanıyıq?”

Rəy yazın

Close
%d bloqqer bunu bəyənir:

Yazı xətası

Qeydiniz redaktora göndəriləcək: