BiologiyaElmi xəbərlərHəyatın təkamülüTəkamül

Niyə spirt düşkünüyük və ya niyə yerə enmişik?

 Homo sapiens‘in əcdadları spirti həzm etməyə başladıqda, hələ heç ilk spirtli içkilər hazırlanmamışdı. Etil spirtini həzm etməyimizi təmin edən fermentin təkamülünü analiz edən alimlər, bu xüsusiyyətin əcdadlarımızda təxminən 10 milyon il əvvəl, ağaclardan endikləri dövrdə ortaya çıxdığını aşkar ediblər.


Təbiətin hansı səbəbdən bizə etanolu (və ya etil spirti) həzm etməyə məcbur etdiyi uzun illərdir alimləri düşündürən mövzu olaraq qalırdı. Əvvəllər bunun əkinçiliyin inkişaf etməsi və ilk alkoqollu içkilərin hazırlanması ilə əlaqəli olduğu hesab edilirdi.

İndi isə amerikalı tədqiqatçılar daha maraqlı nəticələrə gəliblər. Onlar, alkoqoldehidrogenaz IV (ADH4) fermentinin 28 növ məməlidə 70 milyon illik zaman ərzində necə dəyişildiyini öyrənmək üçün tədqiqatda paleogenetika metodlarından yararlanıblar.

Nəticədə alimlər ADH4 fermentində cəmi bir mutasiyanın baş verdiyini aşkar ediblər ki, məhz bu dəyişiklik təxminən 10 milyon il əvvəl əcdadlarımızın etanol həzm etmə bacarığının artmasına və növbəti nəsillərdə yaxşıca oturuşmasına səbəb olub. Diqqətəlayiqdir ki, məhz bu dövrdə əcdadlarımız ağaclardan yerə enməyə başlayıb.

Bu iki hadisəni bir-biri ilə bağlamaq istəyən alimlər, iqlim dəyişikliyi ilə əlaqəli olaraq əcdadların məcburən yerə endikdən sonra ağaclardan qoparaq yerə düşmüş meyvələrlə qidalanmağa başladıqları səbəbindən etil spirti həzm edilməsi tələbatının meydana gəldiyini hesab edirlər. Çürümüş meyvələrlə qidalanan primatlar müəyyən qədər etanol dozası almış və qaçılmaz olaraq da keflənmiş olmalıdırlar. Ardından isə təbii seçmə rolunu oynamağa başlayıb – yalnız spirt zəhərlənməsindən əziyyət çəkməyən və özü ilə birlikdə həm də balalarını qorumağı bacarmış fərdlərin sağ qalaraq, nəsillərini artırması təmin edilib.

Bu nəzəriyyə idealdır, çünki təkcə bizim spirt həzm etmə bacarığımızı deyil, həm də digər bir vacib təkamül biologiyası sirrini cavablayır: axı nə səbəbə Homo sapiens’in əcdadları ağaclardan yerə enib? Sözsüz ki, daha bir neçə araşdırma aparılmalıdır, lakin ağacdan qoparaq düşmüş meyvələr dalıyca yerə enmək ehtiyacının burada əhəmiyyətli rol oynamış ola biləcəyi versiyası maraqlı səslənir.

Əgər məqalələrimizdə qrammatik və orfoqrafik xətalar varsa, lütfən, xətalı qismi işarələyib Ctrl+Enter klaviş kombinasiyasından istifadə edərək bizə bildirin.

Daha çoxu

                                                                                  

 

Əgər bu yazını oxuyursunuzsa...

 

...sizdən bir xahişimiz var. Yaşıl Elm əvvəlkinə görə daha çox oxunur, amma Azərbaycan dilində onlayn reklam yayımlayan şirkətlər olmadığı üçün saytımızda sizin diqqətinizi cəlb edə biləcək reklamlar yerləşdirə bilmirik. Eyni zamanda diqqət dağıdıcı çoxlu reklam vasitəsi ilə sizin məlumatlanmağınıza da mənfi təsir göstərmək istəmirik. Yəni saytımızda edilən bütün işlər tamamilə öz zəhmətimiz hesabına başa gəlir.

 

Hər hansı maliyyə yardımı almadan, şirkətə, quruma bağlı olmadan müstəqil şəkildə bu platformanı idarə etməyimiz olduqca çətindir. Çünki araşdırma etmək, yazılar hazırlamaq, tədbirlər təşkil etmək və digər texniki və qeyri-texniki işlər zaman, maliyyə və ciddi iş rejimi gərəkdirir. Amma bunu edirik, çünki perspektivimizin doğru olduğuna, fərq yarada biləcəyimizə inanırıq.

 

Portmanat vasitəsi ilə edəcəyiniz ən kiçik miqdarda dəstək belə bizim ayaqda durmağımıza və daha çox iş görməyimizə kömək edəcək.

 

Portmanat nömrəsi: 559145036

                                                                                  

 

Rəvan Quluzadə

Yaşıl Elm platformasının yazarı və Həyatın Təkamülü bloqunun qurucusuyam. "Bakı Slavyan Universiteti"nin Tərcümə fakültəsini bitirmişəm.

Bənzər yazılar

Rəy yazın

Bunlara da nəzər salın

Close
Close
%d bloqqer bunu bəyənir:

Yazı xətası

Qeydiniz redaktora göndəriləcək: