Təkamül

Nəyin günah olduğunu təkamül qərar verir?

İnsan doğulduğu andan etibarən yaxşı olur yoxsa pis? Doğulduğumuz andan etibarən qazandığımız fiziki xüsusiyyətlərimiz pis davranışlarımıza səbəbdir? Doğulduğumuz andan hansısa əxlaqa sahib oluruq?

İnsan doğulduğu andan etibarən yaxşı olur yoxsa pis? Doğulduğumuz andan etibarən qazandığımız fiziki xüsusiyyətlərimiz pis davranışlarımıza səbəbdir? Doğulduğumuz andan hansısa əxlaqa sahib oluruq?

Təsəvvür edin ki, hansısa tədqiqat üçün könüllü təcrübə obyekti olmusuz. Sizdən istənilən isə tədqiqat üçün digər könüllü şəxslə qruplaşmağınızdır. Daha sonra sizə müəyyən bir miqdarda pul ödənilir lakin digər könüllü bu pul miqdarını bilmir. Sizdən digər könüllü şəxsə pulun müəyyən bir faizini  təklif etməyinizi istəyirlər. Neçə faizini təklif edəcəyinizə özünüz qərar verəcəksiz. Oyunun şərtlərinə əsasən əgər qarşı tərəf təklif edəcəyiniz faizi qəbul edərsə, pul hər iki tərəfin də payı veriləcək. İkinci könüllü olan şəxs  təklif olunan pulu qəbul etməsə həm sizə həm də təklifinizi rədd edən digər tərəfə pul verilməyəcək.

 

Qabaqcadan fikirləşin, neçə faizini təklif edərsiz? Yarısını  yoxsa qarşı tərəfin qəbul edəcəyini fikirləşib daha az hissəsini? Və nə qədər az hissəsini? Daha sonra təklif edən tərəf yox, təklif edilən tərəf olduğunuzu fikirləşin. Qəbul etməsəniz pul almayacağınız üçün neçə faiz olursa olsun təklifi qəbul edərsiz? Yoxsa müəyyən bir hissənin altında bir rəqəm təklif edilsə əsəbləşər və heç pul almamağı nəzərə alaraq qarşı tərəfi cəzalandırarsız?

 

“Ultimatum oyunu” adlanan bu tədqiqat mexanizmi son vaxtlarda neyroelm tədqiqatçıların ən çox isitfadə etdikləri metodlardan biridir. İlk baxışda təklif edilən könüllünün məntiq yürüdəcəyini və təklif olunan faiz nə qədər olursa olsun heç olmamasındn daha yaxşı olduğu üçün  hər təklifi qəbul edəcəyi gözlənilir.

Lakin tədqiqat gözləntiləri doğrultmur. İlk olaraq təklifi edənlərin təklif etdiyi miqdar, demək olar ki, heç vaxt pulun yarısı deyil. Təklif edilən könüllülər isə əgər təklif 20%-dən aşağıdırsa özlərinin heç pul almayacağını  bilərək təklifi rədd edirlər. Lakin 20% ilə 50% arasındakı təklifləri isə qəbul edirlər.

 

20%-dən daha aşağı hissə təklif olunan şəxslər təklifi eşitdikləri anda çəkilən beyin görüntülərində beyinin qabaq üst tərəfində yerləşən və ağrı hissi ilə bağlı olduğu bilinən “dorsal anterior cingulate corte” (beynimizin iki yarımkürəsinin arasında və hər iki yarımkürədə qarşı-qarşıya olan hissə) adlanan hissənin reaksiya verdiyi müşahidə edilir. Bu hissə ilə bərabər qəzəb və tiksinmə kimi hisslərlə bağlı olduğu düşünülən reyl adacığı (gicgahıla eyni sırada və beynimizin biraz dərinliyindəki hissə) adlanan hissəsi də fəaliyyətə başlayır. Təklifi qəbul etməyən şəxs özünə çox az hissə təklif edən tərəfindən aldadılmağa çalışıldığını fikirləşir və ədalətsizlik (!) qarşısında keçirdiyi qəzəb və çəkdiyi əzabla hər iki tərəfin də (özü ilə bərabər qarşı tərəfin də) zərər görəcəyi bir bir qərar verir. Özünü aldatmğa çalşının uduzması üçün özünün də uduzmasını gözə  alır. Az hissə təklif edən şəxs isə acgözlüyünün qurbanı olur və o da uduzur.

“Ultimatum oyunu” acgözlü bir hərəkətə məruz qalan şəxsin bu hərəkətə qarşı ağlı ilə yox, hissləri ilə reaksiya verdiyini göstərir.  Təklif nə qədər az olursa olsun, qəbul etmək heç yoxdan pul qazanmağa kömək edəcəkkən, könüllü olan şəxsin hiss etdiyi ağrı, diksinti və qəzəb hisslərinin təsiri ilə özünün də uduzmasını  nəzərə alıb acgözlü davranışı cəzalandırmış olur.

 

Beyin tədqiqatlarının qızıl dövrü

 

Neyroelm olaraq adlandırılan və beynin işləməsi prinsiplərini araşdıran elmi inzibati tədbirlər axır iyirmi ildə inanılmaz dərəcədə irəliləyiş göstərmişdir. Psixoloqlar və neyroloqları eyni labartoriyada bir yerə yığan  neyrobiologiya, yaşayan insanda beyin fəaliyyətlərinin görüntülənib, ölçülə bilməsinə imkan yaradan texnologiyalar vasitəsi ilə böyük bir irəliləmə göstərir. Beləliklə, neyrobiologiya iqtisdiyyatdan siyasətə qədər bütün social elmlərə də dərindən təsir etmişdir.

 

Pozitron Emissiya Tomoqrafiya (PET) və  Funksional Maqnetik Rezonans yaxud Maqnetik Rezonans Spektroskopiy (MRS) adlanan vasitələrdən istifadə edərək funskional beyin görüntülənməsi adlanan və  insanların nəyisə xəyal edərkən bir seçim etmək üçün qərar verdiklərində həmçinin hansısa bir hissi yaşadıqlarında  beynin hansı hissələrinin daha sıx işlədiyini  müşahidə etmək  mümkün olmuşdur.  Tədqiqatçılar bu vasitələrlə insanların hər cür hiss, fikir və hərəkətləri zamanı beyinlərində nələr baş verdiyini müəyyən etməyə çalışırlar. Bu vasitələr beyin hüceyrələri fəaliyyət göstərdiyi vaxt istifadəsini artıqları oksigen, karbon yaxud şəkərin radio-aktiv olaraq işarələnməsi ya da maqnetik olaraq ölçülməsi və hüceyrələrin istifadəsi miqdarının müəyyənləşdirilməsi metodu ilə işləyirlər.

 

Əxlaqın bioloji təməli

Neyroelm mütəxəssisləri düşünürlər ki, acgözlüyə qarşı göstərilən bu reaksiya əxlaqdan qaynaqlana bilər. Təkamül mərhələsi zamanı acgöz davranmağın qarşısında göstərilən bu bioloji(!) reaksiya vasitəsiylə; insan növünün acgöz davranışları, cəmiyətin həyata davam etməyinə mane olan və qarşılığı nə olursa olsun cəzalandırılması lazım olan istək və hərəkətlər olaraq təkamül etdiyini və zamanla bunun bir əxlaq qaydası halına çevrilməsi fikrini irəli sürülür.

 

İnsan bir günaha batdıqda yaxud bir əxlaqi prinsipi pozduqda necə hiss edir?

Etdiyi hərəkətin yanlış olduğunu bilə-bilə daxilən onu bu hərəkəti görməyə vadar edən hansısa güclər var? Bütün  hərəkətlərimizi azad iradəmiz və şüurumuzla həyata keçiririk? Azad iradə beynin hansı hissələrinin işləməsi ilə yaranır? Neyrobioloqlar bu sualları cavablandırmağa çalışırlar.

Yoxsa, tək Allahlı dinlərin üçünün də günah olaraq qəbul etdiyi və cəmiyyətlərin məhvinə səbəb olaraq göstərilən hiss və davranışlar təkamül vasitəsiyləmi tədqiq edildi?  İnsan növü olaraq bilinən ortaq əcdadlardan meymun və insana bənzərlər olaraq ayrılıb daha sonra təkamül prosesi ərzində get-gedə insanlaşmağa başlayaraq, həyatda qala bilmək adına bu gün günah olaraq bilinən hərəkətləri tədqiq edə bildikcə insan olmağa başladılar?  Yaradılışcılar yaxud antı-təkamülçülər olaraq bilinən şəxslər təkamülün böyük bir yalan olduğunu deməyə davam etsinlər,  beynin necə işlədiyini araşdıran elm adamlarının bir hissəsi isə günahın beyindəki yerini və necə işlədiyi tapmağa çalışırlar!

 

 

Əxlaqi prinsiplər təkamülün bioloji zərurətidir?

İstər dini mənada günah anlayışı ilə, istər vəhşi mədəniyyətlər yaxud dünyəvi sistem əsasında müəyyənləşsin, təməl əxlaq prinsiplərinin demək olar ki, universal xüsusiyyətlərə malik olduğu bilinir. Yəhudiliyin 10 əmri, Xristiyanlığın 7 öldürücü günahı ya da İslam dinində günah olaraq qəbul görən hərəkətlər birbirləri ilə çox oxşardır.

İnsanın anadan-gəlmə əxlaqan yoxsa günahkarlığa meyilli olduğu müzakirəsi teologiyadan fəlsəfəyə, sosiologiyadan ruh elminə qədər hər sahədə həmişə müzakirə mövzusu olmuşdur. Tomas Gobbs “Leviafan” əsərində, insanın anadan-gəlmə pisliyə meyilli olduğunu və dövlət səviyyəsində nəzarət edilməli olduğunu; Jan Jak Russo isə insanın doğuşdan yaxşı olduğunu idda etmişdir.

Kant, əxlaqın praktik ağlın kateqoriyalarının bir məcburiyyəti olduğunu və azadlığın əsas şərti olduğunu, əxlaqın insanda anadan-gəlmə olduğu fikrini müdafiyə edir. Freyd, sivilləşmək üçün böyük hissəsi dağıdıcı olan bioloji vəsvəsələrin nəzarəti ilə mümkün olduğunu irəli sürmüşdür; Marks isə insanın anadan-gəlmə nə yaxşı nə də pis olduğunu, daxilində yaşadığı şərtlərin onu yaxşılığa yaxud pisliyə yönəltdiyini bildirir.

İnsanın günaha meyilli bir varlıq olduğu lakin günahın təkcə ölümdən sonrakı həyatda yox bu dünyada da cəzalandırılacağı fikri dinlərin ortaq düşüncəsidir. Adəmlə Həvva, günaha meyilli olduqları və günahdan qaçınmadıqları üçün cənnətdən qovulmuşdular. Xristiyanlıq günahla doğulan insanı vəftiz edərək paklaşdırır. İslam dini insanın günaha meyilli doğulduğunu və ancaq nəfsini idarə etdikcə günahdan qaçına biləcəyini deyir. Lut qövmü günaha batdığı üçün məhv olmuş, Sədum və Əmura şəhərlərini günah dağıtmışdı.

 

 

Ağlını işlədən beyinlə emosiyalarının əsiri olan beyin

Darvin adı “İnsan və heyvanlarda bədən dili” deyə tərcümə olunan “The Expression Of The Emotions In Man And Animals” adlı əsərində, insan və heyvanlarda universal və ortaq olan emosiyaların olduğunu, bu emosiyaların bütün məməlilərdə eyni üz ifadəsi və fiziki görüntüsü olduğunu və bunun təkamül nəticəsində baş verdiyini yazmışdır.

Uzun illər ərzində digər yanaşmaları kimi davamlı müzakirə mövzusu olan, təkamül edən ortaq emosiyalar anlayışı, 1960-cı illərdə xüsusən Paul Ekmanın işləri ilə artıq ümumi bir doğruluq payı qazanmışdır.

 

Emosiya: Mənşəyi Latınca “movere” sözündən gəlir: hərəkət və dəyişim mənasını daşıyır. Beynin bəzi hissələri tərəfindən neyronal (sinir yolları) və humoral (bədəndəki mayelər) yollar vasitəsiylə bədənə və yenə beynin başqa hissələrinə göndərilən müxtəlif reaksiyalara qarşılıq olaraq bu yerlərdə meydana çıxan reaksiyaların hamısına emosiya adı verilir. Yaranan bu təsirin şəxsin özü tərəfindən hiss edilməsi və müəyyən edilməsi isə hiss (feeling) adlanır. Hiss daha qarışıq zehni hadisədir: şəxsin yaşadığı emosiyanı hiss etməsi olaraq qəbul edilir.

 

 

Emosiyaların funksiya və neyrobiologiyası

Emosiyalar və emosiyaların yaşanması mürəkkəb quruluşlu inkişaf etmiş orqanizmlərin həyatlarını nizama salmaqdan olduqca əhəmiyyətli rola sahibdirlər. Həyat emosiyaların vasitəsiylə davam etdirilir.  Yaddaş və yaddaş funksiyalarının aparılmasınd emosiyaların böyük rolu vardır. Ən mürəkkəb orqanizmə sahib olan insan növündə emosiyalar yuxarıda qeyd olunanlara əlavə olaraq ağıllı davranmaq, qərar vermək, gələcəyi fikirləşib ona uyğun seçim etmək kimi zehni fəaliyyətlərdə təməl rollardan birini oynayır.

Emosiyaların mərkəzi sinir sistemində (MSS), Limbiq sistem (LS) olaraq adlandırılan sahədə yarandığı qəbul edilir. Limbiq system emosiyalardan əlavə əhəmiyyətli yaddaş funksiyasını da həyata keçirdir. (Limbiq sistem, beynimizin ortasında və hisslərimizin yarandığı hipotalamus, talamus, mindala və hipokamp adı verilən hissələrin yaratdığı sistemin adıdır.)
Limbiq system boz qabıq (boz maddə) adlanan beyin qabığı və ağ qabıq (ağ maddə) adlanan qabıq-altı strukturlu geniş bir sahədir.

 

Bir yox, üç beynimiz var?

Struktur və funksiyonal baxımdan müxtəlif xüsusiyyətlərə sahib bu hissələr səbəbiylə, Mak Lean tərəfindən beyin üçlü quruluşun tək quruluş halına gəldiyi bir orqan olaraq (triune brain) müəyyən edilmişdir. Bu təkamülçü bir yanaşmadır.

Üçlü beyin modelinə görə təkcə beyin sapı və beyincikdən  (cerebellum) əmələ gələn beyin sürüngən beyindir. Limbiq system bu quruluşa təkamüllə əlavə olunmuş və primitive məməli canlılar yaranmışdır. İnsanın da daxil olduğu günümüzdəki məməlilərdə isə bu iki quruluşun üzərinə  “neokorteks” (neokorteks, yeni qabıq mənasını verir. Beynimizi əhatə edən zərə verilən addır) adlanan və düşünmək, ağıl işlətmək kimi yüksək zehni funksiyaların həyata keçdiyi müasir beyin əlavə edilmişdir. Model üçlü quruluşun təkamül prosesində birbiri ilə əlaqəli şəkildə inkişaf etdiyi və neokoteksinin ən sonuncu təkamül edən və ən mürəkkəb beyin funksiyalarının həyata keçirildiyi sahə olduğu düşünülər.

Lakin Limbiq Sistem və beyin sapı neokorteksin tamamiylə nəzarəti altında deyil. Tərsinə, neokorteks edilən demək olar ki, bütün fəaliyyətlər digər iki beyin hissəsinin təsiri altındadır. (Bunun mənası o deməkdir ki, azad iradəmizdən daha çox, bizim avtomatik hərəkətlərimizi şüuraltımızın idarə edir)

 

Limbiq Sistem

Limbiq sistem emosiyaların (hisslərimizin) əmələ gəlməsində təməl beyin sahəsidir. Lakin emosiyalar təkcə bu sahə içərisində başlayıb bitən proses deyil. Limbiq sistem həm neokorteks həm də beyin sapı adlanan beyin sahələri ilə çox sıx və qarışıq əlaqədədir. Emosiyalar bu zəngin və mürəkkəb torun içində əmələ gəlir və hər birinin funksiyalarının bir cəmi olaraq dəyərləndirilir.

Emosiaların iki əhəmiyyətli nəticəsi var: davranışlar və hisslər. Hər ikisi də şəxsin daxil olduğu vəziyyəti dəyərləndirməsi, anlaması, ağıl yeritməsi və sonrakı andan uzaq gələcəyə qədər ne edib nə etməyəcəyinə; nəyi düşünüb nəyi reallaşdıracağına qərar verməsini təmin edir.

İnsan növündə anadan-gəlmə, genetik olaraq müəyyənləşmiş və mədəni və “irqi” fərqliliklərdən azad olan təməl emosialar olduğu qəbul edilir. İlk dəfə darvin tərəfindən izah olunan bu emosialar 6 cürdür;

  • qəzəb
  • qorxu
  • xoşbəxtlik
  • kədər
  • surpriz
  • diksinmək

 

Təməl emosiyaların 1 yaşı tamam olmamış uşaqlarda müşahidə edildiyi sübut olunmuşdur. Həqiqətən də funksiyanal beyin görüntüləmək metodları ilə edilən tədqiqatlarla təməl emosiyaların beyinin müxtəlif hissələrində fərqli dəyişikliklərlə bərabərləşdiyini göstərən çoxlu işlər var. Bu tədqiqatlarda, xoşbəxtlik hissləri yaşanarkən entorinal korteksdə (qulağımızla eyni sırada, yaddaşın yaranmasında əhəmiyyətli rola sahib beyin hissəsi); diksinti yaşarkən medial talamusda (beynimizin ortasındakı bir beyin hissəsi); qorxu və iyrənmək hissləri yaşanarkən sol orbitofrontal korteks adlanan beyin hissələrində artış olduğu müşahidə edilmişdir.

 

Bütün bu hisslər Limbiq Sistemi və onunla əlaqəli beyin hissələrində emosiyaların yaşanması zamanı funksiyonal dəyişikliklərin olduğunu və bu dəyişikliklərin emosiyaların növünə görə fərqli olduqlarını göstərir. Xoşbəxtlik, kədər və qorxu emosiyalarını göstərən vizual filmlərin təcrübəyə cəlb olunan şəxslərdə müşahidəsi zamanı görülmüşdür ki; hər üç emosiyanı meydana çıxardan şəkildə də, vizual beyin sahəsi və yaddaş funksiyası ilə əlaqəli olduğu düşünülən iki tərəfli gicgah lobu, beyin sahələrində eyni fəaliyyət dəyişiklikləri göstərir.  Bu müşahidələr göstərmişdir ki, ən azından təməl emosiyalar Limbiq Sistem daxilində birbirlərindən fərqli neyronal əlaqələrlə əlaqələndirilməlidir.

 

Günaha meyilli olmaq biolojik hadisədir?

Neyroloqlar xüsusən narkomanlığın beyndə hansı funksiyonal dəyişikliklərə gətirib çıxardığını tədqiq edərkən, mükafat sistemi olaraq adlandırılan neyrobioloji mexanizmi kəşf etdilər. Kobud şəkildə desək, beyində neokorteks adlanan beyin qabığı ilə Limbiq sistemini əhatə edən və dərin beyin hissələrinin arasında yerləşən bir hissə “Nucleus accumbens”(bitişik özək)  olaraq adlandırılır. Düşünülür ki, “Nucleus accumbens” (NA) beyində ağrı, həzz, mükafat və cəzanın neyrobiologiyasında təməl rol oynayır. NA, beyində dopamin adlanan neyromeditorun (neyromeditor: Sinir əlaqələrinin birləşməsi yerində məlumat daşıyan kimyəvi maddələrdən biridir) ən sıx yerləşdiyi hissələrdən biridir. Həzz hissi yaşayan bir şəxsin beyninin çəkildiyi şəkillərdə NA-dakı fəaliyyətin irəli səviyyədə artdığı görülmüşdür. İnsanda həzz hissini oyandıran yemək, seks yaxud hansısa bir uğur NA-nın aktivləşməsinə səbəb olur. Narkomanlarda istifdə edilən maddənin NA-nı aktivləşdirdiyi müşahidə olunmuşdur.

 

Beynin bir mükafat sisteminə sahib olduğunun göstərilməsi və qorxu sisteminə sahib olduğunun da məlum olması ilə neyroloqları müxtəlif hissi tənbeh edənlər sırasında beynin hansı hissələrində necə dəyişikliklər olduğunu tədqiq etməyə yönləndirmişdir. Misal üçün, təcrübə iştirakçıları sıx qısqanclıq hissi keçirdiklərində alın lobunun ön hissəsində olan anterir cingulate bölgəsi fəallaşır. Eyni yer çox şiddətli bir qəzəb hissinə qapılan təcrübə iştirakçılarında da fəallaşır.

 

Təcrübə iştirakçıları sıx cinsi istək hiss etdikləri bir hla salındıqlarında alın lobunun orta hissəsində fəallıq artışı müşahidə olunur. Bu hissə şəxsin öz-özünün fərqində olmasına da kömək edən hissədir. Pornoqrafiq görüntülər izlədilən kişilərin beyinlərinin demək olar ki, bütün hissələrində şiddətli bir fəallıq görünmüşdür lakin eyni görüntünü izləyən qadınlarda bu fəallıq artışı daha zəif və müəyyən hissələrdə müşahidə edilir.

Piylənmə ilə bağlı edilən tədqiqatlar, köklük hissinin beynin depominerciq (beynimizdə, dopamin kimyəvi maddəsinin fəal olduğu kanallar) mükafat sistemiylə əlaqəsini göstərmişdir.Bu modelə əsasən mükafat sisteminin uzun çəkən və həddən artıq çox tənbeh edilməsi nəticəsində Nukleus Akkumbens bölgəsindəki dopamin neyronlarında hissizləşməyə ssəbəb olur. Bu hissizləşmə fəaliyyətin meydana çıxa bilməsi (yəni, həzz hissinin yaşanması) üçün hər dəfə daha çox tənbeh edilməyə (daha çox yemək yeməyə) gətirib çıxardır. Bu dəfə olmadıqda isə, tərsinə, ağrı hissinin artmasına səbəb olur. Düşünülür ki, eyni sistem narkomanlığın da inkişafında da təməl rol oynayır.

 

 

Ağılla yox, hisslərlə qərar veririk?

Bu tədqiqatlar ərzində hansısa bir məsələ haqda fikirləşib, qərar verməyə çalışarkən beyinlərində emosiyaları meydana çıxardan beyin hissələrinin də fəallaşdığını və qərar qəbul etmək funksiyasında məsul olan beynin alın lobu hissəsinin işləməsinə təsir etdiyi göstərilmişdir. Ultimatom oyununda təklif 20%-dən aşağı olduğundan dorsal anterior sinqulat hissə və insula hissəndi fəallıq artıq. Hər iki hissə beyində bir növ mübarizə ötürücü funksiyasını daşıyır.

 

Birbiriylə zidd iki məlumat qarşısında ağrı hissi yaranır. Bu hissə diksinti hissi əlavə olunduqda şəxs özünə əzab verənə qarşılıq qəzəb hissi yaşamağa başlayır. Bunla da qəzəbini qarşı tərəfə zərər verəcək bir hərəkətə çevirir.Təklifi rədd edərək təklifin özündən yaratdığı ağrı hissinin səbəb olduğu diksinmək və qəzəb hissi ilə təklif sahibinə zərər vermiş olacaq. Təkamül psixoloqları bunu, yuxarıda asanlaşdırılan misalı ilk insana bənzərlərin birlikdə yaşamaq üçün tamahkar olmaqdan imtina etdiklərinə kömək edən təbii seleksiya mexanizmi olaraq dəyərləndirir.

 

Alın lobunun sağ üst hissənin şəhvət, qısqanclıq, qəzəb kimi hissləri aktivləşdirən hisslərdəki fəallığı azaldan funksiya olduğu göstərilmişdir. Bunlar, təbii seleksiyanın bir tərəfdən orqanizmin yaşamaq və çoxala bilməsi üçün ehtiyac hiss etdiyi emosiyaları gücləndirərkən, digər tərəfdən də bu sistemlərə nəzarət edərək insana bənzərlərin cəmiyyət olaraq yaşaya bilmələrini və bu yolla insanlaşmağa mane olan mexanizmlərin də təkamül etdirdiyi düşünülür.

 

Emosiyaların qərar qəbul etmək mərhələlərinə olan təsiri həmçinin metod və ideologiyaları ilə bağlı çoxlu tənqidlər də edilir. Hiss və düşüncələrin maddi, kimyəvi proseslər olduğunu göstərməyin, bu proseslərin dəyişməz və günümüzdəki kütləvi quruluşu qaçınılmaz həmçinin insana ən uyğun quruluş olaraq dəyərləndirmək mənasına gəlmədiyini müdafiyə edən çoxlu sayda neyroloqlar da var. Pornoqrafik görüntülər qarşısında kişi beyninin bütün hissələrinin fəallaşdığı halda qadın beyninin dar bir hissəsnin fəallaşmasının olsa-olsa bir izahı olar; kişi cinsəlliyinin pornoqrafiya ilə forma qazandığı, kişi olmağın təkcə pornoqrafiq həzz və mükafata bağlılıq olaraq qurulduğu.

 

Əgər məqalələrimizdə qrammatik və orfoqrafik xətalar varsa, lütfən, xətalı qismi işarələyib Ctrl+Enter klaviş kombinasiyasından istifadə edərək bizə bildirin.

Etiketlər
Daha çoxu

Taryel Abdullayev

Yaşıl Elm platforması vasitəsi ilə elmi kütləviləşdirməkdə aktivstlik edirəm. Məqsədim, cəmiyyətimizdə elmə sevgi yaradaraq daha rasional bir zehniyyət formalaşdırmaqdı

Bənzər yazılar

Rəy yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Buna da nəzər salın

Close
Close
%d bloqqer bunu bəyənir:

Spelling error report

The following text will be sent to our editors: