Təkamül

Mutasiya Tibet sakinlərinlərinə minumum oksigenlə yaşamağa imkan verir

Dağlarda insanların yüksəklik xəstəliyi artır: hava seyrəkliyi oksigen aclığına gətirib çıxarır. Lakin 3500 metr yüksəklikdə yaşayan tibetlilər bundan əziyyət çəkmirlər

Dağlarda insanların yüksəklik xəstəliyi artır: hava seyrəkliyi oksigen aclığına gətirib çıxarır. Lakin 3500 metr yüksəklikdə yaşayan tibetlilər bundan əziyyət çəkmirlər. Alimlər bu bilməcənin cavabını tapıblar.

İnsan bədəni ən yaxşı dəniz səviyyəsi hündürlükdə fəaliyyət göstərir, dəniz səviyyəsindən təxminən 2100 metr hündürlüyə qaxdıqda isə orqanizmin oksihemoqlobinlə (oksigenlə bağlı olan protein hemoqlobin) təminatı aşağı düşməyə başlayır. Toxumalarda oksigen çatışmazlığını kompensasiya etməyə çalışan eritrositlərin sayının çoxalmağı nəticəsində qan qatılığı artır.

Bunların hamısı başgicəllənməyə, nəfəsalma pozuntularına və digər narahatçılıqlara gətirib çıxarır. Tibet özünün 5000 metrlik orta hündürlüyü ilə “dünyanın damı” adlandırılır. Tibet dağları ərazisində 4,5 milyon insan məskunlaşıb, onların da yarısı 3500 metrdən yüksəkdə yaşayır.

Tibetlilərin tamamilə oksigen aclığından əziyyət çəkmədən necə normal həyat tərzi keçirmələri sualı alimləri çoxdan düşündürürdü. Aydındır ki, söhbət onların orqanizminin yüksəklik iqliminə uyğunlaşmasından gedir. Ancaq bu hadisənin mexanizmi aydın deyildi.

Genetik təcrübələrin aparılması planlaşdırılır, lakin uzun müddət tibetlilər bu təcrübədə iştirakdan imtina etmişdilər.
Lakin onların mənəvi lideri Dalay-lamanın bu nəticələrin bütün insanlıq üçün vacib olduğunu qeyd edərək, alimlərə kömək üçün müraciət etməsindən sonra tibb işçiləri həm daimi olaraq dağlarda yaşayan, həm də digər ölkələrə köçmüş 90 könüllü tapmağa nail oldular.

Əldə olunan nəticələrə görə, təxminən 8 min il əvvəl yüksək dağlıqda yaşayan sakinlərdə EGLN1 gen mutasiyası baş verib. O, orqanizmin oksigen konsentratı aşağı olan hava ilə reaksiyasını əngəlləyir və onların qanında qatılıq artmır.

Bu arada, düzənlik ərazidə yaşayan tibetlilərdə bu mutasiya yoxdur. Alimlər əmindirlər ki, yüksəkliyə uyğunlaşmanın genetik əsaslarının öyrənilməsi ürəyin eşemiyası kimi birbaşa oksigen çatışmazlığı ilə bağlı olan bir sıra yayılmış xəstəliklərin müalicə olumasına kömək edə bilər.

Onu da qeyd etmək lazımdır ki, genetika ilə insan orqanizminin yüksəkliyə uyğunlaşması arasında əlaqə əvvəllər də araşdırılıb. Belə ki, keçən il kaliforniyalı alimlər dağ xəstəliklərinə qarşı dözümlü olan iki geni müəyyən edə biliblər.

Əgər məqalələrimizdə qrammatik və orfoqrafik xətalar varsa, lütfən, xətalı qismi işarələyib Ctrl+Enter klaviş kombinasiyasından istifadə edərək bizə bildirin.

İstinad
Nature
Etiketlər
Daha çoxu

Taryel Abdullayev

Yaşıl Elm platformasının redaktoruyam. Yaşıl elm vasitəsi ilə elmi kütləviləşdirməkdə aktivstlik edirəm. Məqsədim, cəmiyyətimizdə elmə sevgi yaradaraq daha rasional bir zehniyyət formalaşdırmaqdı

Bənzər yazılar

Rəy yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Buna da nəzər salın

Close
Close
%d bloqqer bunu bəyənir:

Spelling error report

The following text will be sent to our editors: