Elmi xəbərlərHəyatın təkamülüTəkamül

Körpələr sağ qalmaq üçün gecələr oyanır

Gecələr yuxusuzluqdan əziyyət çəkən gənc analar bəzən belə düşünür ki, körpə sanki bilərəkdən valideynlərinin rahat yuxu almasına maneə olur. Məşhur bioloqun yeni nəzəriyyəsinə görə, analar belə düşünməkdə haqlıdır.

Harvard Universitetindən olan Devid Heyqin nəzəriyyəsinə əsasən, uşaqların gecələr daim oyanıb ağlaması təkamül taktikası ilə əlaqəlidir – ananın tez-tez oyanıb körpəni südlə

qidalandırması fertilliyi (uşaqtörətmə qabiliyyəti) müəyyən qədər azaldır. Bu da qadınların yenidən hamilə qalması ehtimalını aşağı salır. Uşağın yaxın zamanda qardaş və ya bacısı, təkamül dili ilə desək, “həyat və qida ehtiyatlarında rəqibləri” doğulmasa, sağ qalmaq şansı kifayət qədər arta bilər.

Devid Heyq hesab edir ki, körpə, onu döş südü ilə qidalandırması üçün ananı tez-tez oyadaraq faktiki olaraq kontrasepsiya mexanizmini gücləndirir, bu da həyat və qida ehtiyatları uğrunda mübarizədə körpənin sağ qalmaq şansını artırır.

Qardaş və bacıların dünyaya gəlmələri arasında qısa fasilələr olması əsasən uşaq ölümlərinin yüksək olması ilə əlaqəlidir. Bu səbəbdən təkamül prosesində balaların sağ qalmaları üçün yeni mexanizm yaranmış ola bilər: ananın yatmasına maneə ol, davamlı ana südü tələb et – rəqiblərin olan qardaş və bacıların doğulmasın.

“Təbii seçmə nəticəsində körpələrdə davranış stereotipi meydana gəlib. Bunun sayəsində ana orqanizmində uşaqtörətmə funksiyaları zəifləyərək, balaların doğulması arasındaki fasilələrin uzanmasına gətirib çıxarıb”, – Devid Heyq qeyd edir.
Alimin hesablamalarına əsasən, körpələr daha çox doğuşdan 6 ay sonra gecələr tez-tez oyanmağa meyllidirlər. Bu müddət isə ananın fertilliyinin yenidən bərpa olunması ilə üst-üstə düşür.

Əgər məqalələrimizdə qrammatik və orfoqrafik xətalar varsa, lütfən, xətalı qismi işarələyib Ctrl+Enter klaviş kombinasiyasından istifadə edərək bizə bildirin.

Daha çoxu

Rəvan Quluzadə

Yaşıl Elm platformasının yazarı və Həyatın Təkamülü bloqunun qurucusuyam. "Bakı Slavyan Universiteti"nin Tərcümə fakültəsini bitirmişəm.

Bənzər yazılar

Rəy yazın

Buna da nəzər salın

Close
Close
%d bloggers like this:

Spelling error report

The following text will be sent to our editors: