BiologiyaTəkamül

İnsanoğlunun gələcəkdəki təkamül simulyasiyası

Christopher Sloan Peter Andrews, Chris Stringer, David Lambert adlı alimlərin işlərindən faydalanaraq insanoğlunun gələcəkdəki təkamülünü simulyasiya texnikasıyla təsvir etdi. Önümüzdəki 5 milyon ildə insanoğlunun fərz edilən təkamülü:

  • 1 milyon il sonra Unihuman (Homo Sapiens Sapienter): Təkamülün nəticəsində fərqli irqlərə aid xüsusiyyətlər qarışaraq qlobal ölçüdə genetik bir qarışıq meydana gətirəcək. İctimai quruluş insanlar arasındakı harmoniyanı qoruyacaq şəkildə quruluşlanacaq. Ancaq bu əhəmiyyətli bir potensial təhlükə də daşıyır. İnsanların “tək mədəni” quruluşu təkamülü dayandırıb inkişafı maneə törədərək, sonrakı nəsillərin çöküşünə səbəb ola bilər.
  • 2 milyon il sonra Survavalistian (postapocalypticus): Nüvə müharibəsi ya da Yer kürəsinə bir meteoritin çarpması kimi qlobal bir fəlakət təkamülü yenidən tətikləyə bilər. Yeni mühitə adaptasiya ola bilmək üçün insanlar gecə görüşü ya da radiasiyaya müqavimətli dəri kimi yeni fiziki xüsusiyyətlər inkişaf etdirə bilərlər.
  • 3 milyon il sonra Numan (homo genomicus): Genetik müdaxilələr nəticəsində, hər cür dəyişmənin sona çatdığı “təbii” insanoğlu ilə üst səviyyə genetik xüsusiyyətlərə sahib “numanlara qədər müxtəlif «ara növlər» yaradılacaq. Ancaq burada”təbii” insan ilə genetik istehsal olan “numan”lar arasında bir qarşıdurma yaşanacaq. Maraqlı sual budur: Bundan kim qalib çıxacaq?
  • 4 milyon il sonra Cyborg (humo roboticus): İnsan bədəninə robotik qatqı ehtiyac halına gələcək. Hər nə qədər robotik inkişaf nəsillərə köçürülən bir xüsusiyyət olmasa da, insanoğlu xəstəlik və xarici faktorlara qarşı daha müdafiyəsiz qalacağından robotik inkişaflar zərurət halına gələcək. Nəticə: robot ilə insanın ikili həyatı. Buradakı potensial çətinlik də insanoğlu ilə rəqabətə girə biləcək süni zəkaların ortaya çıxması olacaq.
  • 5 milyon il sonra Astran (astranthropus): İnsanoğlunun bütün svilizasiyası digər qalaktikalara səfər üçün, təbii və robotik yollarla başdan aşağıya yenilənəcək. Astranlar həyati sistemlərini minlərlə il canlılıq üçün lazımlı dəstəkləyicilər sayəsində dondura bilərkən, kosmos səfərini robot pilotlar davam etdirəcək. Ulduzların kənarındakı koloniyaya çatıldığında da astranlar keçici yuxularından oyandırılacaqlar.
Göndərdi: Ilkin Azizov

Əgər məqalələrimizdə qrammatik və orfoqrafik xətalar varsa, lütfən, xətalı qismi işarələyib Ctrl+Enter klaviş kombinasiyasından istifadə edərək bizə bildirin.

Daha çoxu

Ilkin Jafarov

"Yaşıl Elm" elmi kütləvi platformasının qurucusu və baş redaktoruyam. "Eastern Mediterranean University"də Sənaye Mühəndisliyi üzrə ikinci təhsil alıram.

Bənzər yazılar

Rəy yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Buna da nəzər salın

Close
Close
%d bloqqer bunu bəyənir:

Spelling error report

The following text will be sent to our editors: