Elmi xəbərlərHəyatın təkamülüTəkamül

İnsanın təkamülü davam edir

İnkişaf etmiş ölkələrdə ölənlərin və doğum sayının azalması kimi faktorların təsirinə baxmayaraq, insanın təkamülü davam edir, üstəlik onun tempi ibtidai dövrdəki ilə müqayisə edilə biləcək səviyyədədir, alimlər hesab edir.

Müasir dövrdə təbii seçmənin insan üzərindəki təsirinin elə də güclü olmadığı fikri hardasa məntiqli olsa da, alimlərin apardığı yeni araşdırma bu tezisi təkzib edir. Genetik və təkamülçü bioloqlar Finlandiyanın genealoji tarixini, ümumiyyətlə son illərdə insanın boy, çəki, ömür müddəti kimi xüsusiyyətlərini və genetik mutasiyalarını müqayisə və analiz etmək qərarına gəliblər.

Məlum olub ki, əksər fin ailələri özlərində genealoji arxiv daşıyırlar, yəni onlarda XVIII əsr və daha əvvəlki dövrə aid insanların informasiyaları qorunur. 10.000 min insana aid məlumatlar yığıldıqdan sonra DNT və əcdadlarla bağlı digər informasiyalar təhlil edilib.

Mütəxəssislər genomları müqayisə edərək, Finlandiyanın XVIII-XIX əsr sakinlərinə aid əlamətlərdəki variasiyaların 4-18%-inin ictimai-iqtisadi xarakter faktorlarının deyil, müxtəlif genetik mutasiyaların nəticəsi olduğunu aydınlaşdırıblar. Genetik mutasiyaların insanın əlamətlərinin formalaşması üzərində təsiri əhəmiyyətsiz kimi görünə bilər, amma bu, belə deyil. Tarixdən əvvəlki dövrdə də buna oxşar vəziyyət mövcud olduğundan, görünür, insanın təkamülü, hansı ərazidə baş verməsindən asılı olmayaraq, hələ də dayanmayıb.

Alimlərin rəyinə görə, XX əsrdə bu prosesin sürətləndiyinin şahidi olmaq olardı. Təbii seçmə effektinin artmasını belə şərh etmək olar ki, həmin dövrdə sosial-iqtisadi xarakter faktorları qədim dövrlərdə olduğunun əksinə olaraq, seksual partnyorun seçiminə daha az təsir göstərirdi. Beləliklə, müasir insanın partnyor seçimində daha az məhdudiyyətə malik olduğunu vurğulamaq olar.

İsveçli tədqiqatçı Elizabet Bolund təbii seçmənin təkamül üzərindəki təsirinin xüsusilə Finlandiya və digər inkişaf etmiş ölkələrin son bir neçə nəsil nümunələrində çox yaxşı fərq edildiyini qeyd edir.

Mütəxəssislər təkamülün olduqca “mühafizəkar” proses olduğunu hesab edirlər. Bu prosesdə verilən bioloji qərarlar öz dövrünün ehtiyaclarını hər zaman qarşılamır. Bu mənada müasir dövrdə yaşayan hər bir insan əvvəlki nəsillərin bir növ “girovudur”. Bununla da gələcəyin insanının müasir Homo sapiens-dən kifayət qədər fərqlənəcəyini proqnoz etmək olar.

Əgər məqalələrimizdə qrammatik və orfoqrafik xətalar varsa, lütfən, xətalı qismi işarələyib Ctrl+Enter klaviş kombinasiyasından istifadə edərək bizə bildirin.

Daha çoxu

Rəvan Quluzadə

Yaşıl Elm platformasının yazarı və Həyatın Təkamülü bloqunun qurucusuyam. "Bakı Slavyan Universiteti"nin Tərcümə fakültəsini bitirmişəm.

Bənzər yazılar

Rəy yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Buna da nəzər salın

Close
Close
%d bloqqer bunu bəyənir:

Spelling error report

The following text will be sent to our editors: