Təkamül

İnsanın təkamüllü genetikasında yeni irəliləmə: Gözəl, qıvrımlı bir mutasiya

İnsan növünün təəccüblü bir xüsusiyyəti böyük və qıvrımlı beynidir. Yeni bir araşdırma böyük beynə gətirib çıxaran insana xas mutasiyalardan birini kəşf etmiş kimi görünür.

Böyük beyin əslində insana məxsus deyil. Başqa primatların beyinləri də ortalama bir məməli növünə görə daha həcmli və qıvrımlıdır. Bir başqa nümunə də delfinlər və fillərdir. Bu növlərin ortaq xüsusiyyəti sıx ictimai həyatlarıdır. İctimai həyat yaşayan növlərdə böyük beyinlər təkamülləşdiyi uzun zamandır bilinir. Amma insan beyni primatlar, delfinlər və fillərlə müqayisədə daha böyük ölçülərdədir. Ən yaxın qohumumuz şimpanzenin beynindən belə 3-4 dəfə daha böyükdür.

Beyin həcmi tək başına insanın zehni üstünlüyünü açıqlayırmı? Bu mövzu mübahisəlidir. Amma çox kiçik beynə səbəb olan mutasiyaların zəka azlığına səbəb olduğu bilinir. Yəni bir minimal beyin böyüklüyü normal insan zəkası üçün lazımlıdır.

Şimpanzeylə ortaq atamız 6-8 milyon il əvvəl yaşadı. Böyük beyin həcmisə 3 milyon il əvvəl təkamülləşməyə başladı – alət istehsalıyla paralel olaraq. İlk Homo növlərinin beyin həcmləri şimpanzeninkindən böyük, amma müasir insanınkından kiçik idi. Zamanla daha böyük beyinli insan növləri təkamülləşdi. Neandertalların beyinləri müasir insanınkından da böyük idi.

Bu dəyişmə necə oldu? Böyük beyin hansı mutasiyaların məhsulu idi?

İnsan ilə şimpanze genom silsilələri arasında fərq təxminən 1%-dir. Bu, 6 milyon ildə yığılmış on milyonlarca DNT mutasiyası deməkdir. Bunların demək olar ki, heç birinin təsirini bilmirik, çünki nə insan nə şimpanze üzərində genetik təcrübə edilə bilməz.

Bu mutasiyalardan bir neçəsi sinir kök hüceyrələrinin bölünməsini sürətləndirib, beyin böyüməsini artırmış olmalıdır. Amma hansıları? Molekulyar təkamülçülər 20 ildir bu sualla məşğul olurdular. Keçən həftə Science jurnalında çıxan bir məqalə bu günə qədərki ən təmin edici cavabı tapmış kimi görünür.

Drezdendə edilən araşdırma onlarla ildir edilən müqayisəli sinir elm araşdırmalarına əsaslanır. Bu araşdırmalar böyük və qıvrımlı primat beyninin inkişafıyla kiçik və qıvrımsız gəmirici beyni inkişafını müqayisə etmişdi. Məməli fetusunda (ana qarınında) beynin iç bölgələrində sinir kök hüceyrələri bölünər və yuxarı, beyin qabığına köç edər. Bəzi sinir hüceyrələridirsə köçə başladıqdan sonra arada dayanıb, təkrar bölünərlər. Bu ikinci bölünmə sinir hüceyrəsi sayını və beyin həcmini artırar. Primatlarda bu “ara dayanacaqda” bölünmə diqqətə çarpan dərəcədə çoxdur, siçanlarda isə az.

Sinir hüceyrələri doğumdan sonra ümumiyyətlə bölünmədiyi üçün, fetal dövrdəki əlavə bölünmələr həyat boyunca istifadə ediləcək əlavə hüceyrələr, böyük beyinlər mənasını verir. Yeni araşdırmada araşdırmaçılar bu ara dayanacaqdakı hüceyrələri siçan və insanda (fetus beyinlərində) müqayisə etdilər. Əvvəl bu hüceyrələrdə təsirli olan (zülal istehsal edən) genləri müəyyən etdilər. Sonra yalnız ara dayanacaqdakı insan hüceyrələrində təsirli olan genlərin siyahısını yaratdılar. Və bu genlərdən birinin ARHGAP11B-nin yalnız insan genomunda olduğunun, başqa heç bir məməlidə olmadığının fərqinə vardılar!

Bu gen əslində tamamilə yeni deyil. ARHGAP11A adlı başqa heyvanlarda olan bir genin bir az yanlış bir kopiyasıdır (genin sonu tam kopiyalanmayıb). Kopiya gen Neandertal genomunda da mövcuddur. Bu da insan soyunda ən az 500 min il əvvəl ortaya çıxdığını göstərir.

Araşdırma qrupu yeni kopiyanın orijinal gendən fərqli olaraq ara dayanacaq hüceyrələri təşviq etdiyini aşkar etdi. ARHGAP11B-ni siçan fetal beyninə köçürdüklərində beyin qabığında normalda olmayan qıvrımlar meydana gəldiyini gördülər!

Məqalə beyni qıvrımlı siçanın yetkin halının zəka tutumu barədə xəbər vermir. Siçanlar üzərində hələ də araşdərmalar aparılır. Təsir müşahidə edilməzsə, böyük ehtimalla siçan yerinə primatlar istifadə ediləcək.

Araşdırma bir ilk addımdır, amma gözəl olan, insanı insan edən mutasiyalar yavaş-yavaş ortaya çıxır.

Əlaqəli məqalə: Florio v. d., 2015, Science, dx.doi.org/10.1126/science.aaa1975

Əgər məqalələrimizdə qrammatik və orfoqrafik xətalar varsa, lütfən, xətalı qismi işarələyib Ctrl+Enter klaviş kombinasiyasından istifadə edərək bizə bildirin.

Daha çoxu

Ilkin Jafarov

"Yaşıl Elm" elmi kütləvi platformasının qurucusu və baş redaktoruyam. "Eastern Mediterranean University"də Sənaye Mühəndisliyi üzrə ikinci təhsil alıram.

Bənzər yazılar

Rəy yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Buna da nəzər salın

Close
Close
%d bloqqer bunu bəyənir:

Spelling error report

The following text will be sent to our editors: