BiologiyaGenetikaTəkamül

İnsan və meymunlarda 2-ci xromosom: digər meymun növləriylə qohumluğa yönəlmiş mübahisəyə yer buraxmayan dəlil!



Elm 21-ci əsrdə sürətlə irəliləyərkən sizcə də, bu “meymun məsələsini” geridə buraxmaq vaxtı gəlmədimi? Bəli, yəqin bir aslandan, pələngdən, qartaldan və digər “ucaldılmış” heyvanlardan təkamülləşmiş olsaydıq, bu mübahisələrin çoxunu yaşamamış olacaqdıq. Ancaq mövzu “yaramaz meymunlar” olduğu zaman qəbul etmək ağır olur. İlk anda belə bir reaksiyanın verilməsi son dərəcə anlaşılandır, qohumlarımızın bəzi xoşlamadığımız davranışları var, ancaq bu reaksiyanın uzadılması qəbul edilməz.

Kainatda sürət sərhəddi olduğunu öyrənmək sizi dərin xəyal qırıqlığına uğrada bilər, ancaq inadla “Xeyr, işıq sürəti keçilə bilər, fiziklər yalan danışır” deyə bilməzsiniz, deməzsiniz. Eyni şey bioloqlar üçün də keçərlidir. Hətta bütün bioloqlar bir yerdə yalan danışmağa qərar verəsə belə, genlər yalan danışmaz. Əgər milyonlarla fizioloji, anatomik, genetik, paleontoloji, morfoloji dəlil sizə çatmırsa (ki bu sizin probleminizdir, elmin deyil), xromosomlarımızın təqdim etdiyi həqiqəti qəbul etmək məcburiyyətindəsiniz: 
Ən yaxın qohumlarımız olan meymunların 48, bizim 46 xromosomumuzun olması təkamül müddətində əcdadlarımızdakı 48 xromosomdan 2 dənəsinin bir-birinə qarışmaq/birləşmək məcburiyyətində olduğunu göstərir. Əks halda xromosomlardakı say fərqi izah edilə bilməz. Yəni ya hüceyrələrimizin içərisində bir-birinə qarışmış kimi görünən xromosomlar tapmamız lazımdır, ya da insanın digər meymunlarla ən yaxın qohum olduğu iddiasında bir səhv var deməkdir. Elm adamları bunu “təkamülün keçmək məcburiyyətində olduğu ən böyük imtahan” olaraq adlandırmışdır. Və təkamül bu imtahanı mübahisəyə yer buraxmadan böyük uğurla keçmişdir: 
Şimpanzelərdə, qorillalarda və oranqutanlarda 2A və 2B olaraq adlandırılan iki ayrı xromosom, insanda bir-birinə qarışaraq bir xromosom olmuşdur. Bizdəki bu xromosom “2-ci Xromosom” olaraq bilinir. Bu bir hekayə və ya təkamülü doğru göstərmək üçün uydurulmuş iddia deyil! Hər xromosomun ən uc qismində telomerlər orta qismində isə sentromer adı verilən xüsusi gen qrupları yerləşir. Şəkildə göstərdiyimiz 2A və 2B xromosomlarında bunu görürük. Ucdakı qırmızılar telomerlər ortadakı mavilər isə sentromerlərdir. Heç bir xromosomda bu sıra pozulmur. Məsələn: insanın digər bütün xromosomları bu şəkildədir. “Təsadüfə baxın” ki, 2-ci xromosomumuz istisnadır! Bu xromosomumuz şəkildə sağ tərəfdə göstərdiyimiz kimi “anormal” (ancaq təkamül tərəfindən nəzərdə tutulan) şəkildədir: Əcdadlarımızdakı iki xromosomun təkamül müddətində qarışmasıyla yaranan bu xromosomun uclarında telomerlər, hər iki uc ilə orta qisim arasında, heç olmaması lazım olan yerdə isə bir cüt sentromer (mavilər) vardır.
Daha sonra orta qisimdə heç olmaması lazım olan bir yerdə qarışmadan qaynaqlanan, təxminən 2 dəfə uzun bir telomer bölgəsi vardır! Həm də şimpanze, qorilla və oranqutanlardakı 2A və 2B xromosomları daha yaxından araşdırıldığında, həqiqətən də bunların üzərində olan genlərin vəzifələrinin bizim 2-ci xromosomumuzdakı ilə eyni olduğu görülmüşdür, yəni bizdəki 2-ci xromosomun başqa bir qarışma ya da səhvin məhsulu olması mümkün deyil! Həm də bu xromosomdakı səhv yerləşmiş sentromerlər və ortadakı telomerlər, yenə təkamülün nəzərdə tutduğu kimi, funksiyasız hala gəldikləri üçün rudimentləşmişdir! Yəni tək bir xromosom demək olar ki, 100% dəqiqliklə təkamül həqiqətini təsdiqləməkdədir!

Əgər məqalələrimizdə qrammatik və orfoqrafik xətalar varsa, lütfən, xətalı qismi işarələyib Ctrl+Enter klaviş kombinasiyasından istifadə edərək bizə bildirin.

Daha çoxu

Bənzər yazılar

Rəy yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Buna da nəzər salın

Close
Close
%d bloqqer bunu bəyənir:

Spelling error report

The following text will be sent to our editors: