Təkamül

İnsan südü və onun təbiətlə əlaqəsi

Hər məməli balasını bəsləmək üçün süd istehsal edir. Bu südün tərkibi, balanın südə hansı zamana qədər ehtiyac hiss etdiyinə və iqlimə bağlı olaraq dəyişir.

Hər məməli balasını bəsləmək üçün süd istehsal edir. Bu südün tərkibi, balanın südə hansı zamana qədər ehtiyac hiss etdiyinə və iqlimə bağlı olaraq dəyişir. İnsan südünə bənzər süd, Afrikanın ən vəhşi heyvanlarından birinə aiddir. Dünyada istehsal olunan xam südün 90%i inəklərdən əldə edilir. 10%i isə keçi, qoyun, camış və dəvəyə aiddir. Alpaka, lama, maral, Kanada maralı və Tibet öküzü kimi heyvanların əhilləşdirilib bəsləndiyi ölkələrdə bu heyvanların südü də istehlak olunur.

Dünya səviyyəsində hər il 700 milyon ton süd istehsal olunur. Amma insan südü buna daxil deyil. 2013-cü ildə edilən araşdırmalar, Amerikalı anaların 3/4dən çoxunun körpələrini əmizdirdiyini göstərir. Əmizdirməyin bir çox faydası olmaqla yanaşı, əsl funksiyası körpənin böyüməsi üçün qida təmin etməkdir. Yaxşı, qida dəyəri baxımından insan südündə nə var? Çox istehlak edilən inək südü insan südünə nə qədər yaxındır? Başqa hansı heyvanın südü insan südünə daha çox bənzəyir? Bu sualları cavablandıran çox sayda araşdırmalar var.

 

Həcanlıdü fərqlidir

Ördəkburun kimi dimdikli məməlilərdən kenqurulara, dovşanlardan pələngə, begemot , meymun və delfinlərə qədər bütün məməlilər balasını bəsləmək üçün süd istehsal edir. Lakin hər heyvanın ehtiyacı fərqli olduğu və fərqli mühitlərdə yaşadığı üçün südləri də fərqlidir. Əslində bütün süd ümumiyyətlə eyni şeyləri ehtiva edir, amma dərəcələri fərqlidir.

 

Məsələn suitilər Atlantik Okeanının şimalında soyuq dənizlərdə yaşadığına görə bədənlərinin soyuğa uyğunlaşması üçün qısa müddətdə qalın bir yağ təbəqəsi formalaşdırır. Buna görə də südləri 61%  yağ,  5% zülal və 1% süd şəkəri ehtiva edir. Bu suitlərinin qütb ayılarına ov olmadan qısa müddətdə doğum etməsi və balalarını dənizə apara bilməsi üçün zəruridir. Bu şərtlərdə, ana suiti dörd gün ərzində hər gün yeddi kilo yağlı süd istehsal edir. Halbuki otla qidalanan quruda yaşayan heyvanların bu qədər qısa müddətdə balasına enerji transfer etməsi lazım deyil. Buna görə də balalarına daha az nisbətdə, daha uzun müddət qida köçürmək, daha uzun müddət əmizdirmək vəziyyətindədirlər. Qara gərgədanlarının südündə yalnızca  0,2%, qorilla südündə isə 1,5% yağ olmasının səbəbi budur.

 

İnsan südü

İnsan südü isə bu iki nümunənin arasında yer alır və digər canlılarda olduğu kimi ananın öz qidalanma ehtiyacı ilə balasının qidalanması arasında bir tarazlığa dayanır. İnsan balası doğulduqdan sonra uzun müddət baxıma ehtiyac hiss edir. Buna görə də ana südüylə balaya çox enerji transfer etmək ehtiyacı olmadığı üçün çox yağlı deyil. Əks halda balalarına uzun müddət baxmaq üçün öz enerjisi qalmazdı. İnsan südünün tərkibində 4% yağ, 1,3% zülal, 7,2% laktoza vardır, geri qalan 90%-ə yaxını isə sudan ibarətdir.

Antropoloq Katie Hində və Lauren Milligana görə, tərkibinə görə insanınkına ən yaxın süd zebra südüdür. İkisində də su nisbəti olduqca çox olduğu kimi, enerjinin böyük qisimi yağdan deyil laktozdan qaynaqlanır. Halbuki Homo Sapiens növ kimi zebralardan ayrılıb fərqli bir təkamül prosesinə girməsi 95 milyon il əvvələ söykənir.

 

Südün tərkibini təyin edən nədir?

İnsanın təkamülü, balanın çox yavaş böyüməsindən ötəri insan südünün yağlı olmamasını tələb edirdi. Zebralar isə quraq bölgələrdə inkişaf etmişdi. Balanın su nisbəti yüksək bir südlə bəslənib tərləmə yolu ilə sərinləmə bacarığı qazanması həyati əhəmiyyət daşıyırdı. Yəni hər iki süd tərkibi bir-birinə çox yaxın olsa da, bu şəkildə olmaları fərqli təkamül səbəblərinə əsaslanır.

 

Südün təkamülünü daha yaxşı anlamaq üçün  Auburn Universitetindən olan bioloq Amy Skibiel 130 fərqli heyvanın südünə aid məlumatları araşdırdı. İnsan südü ilə zebra südü arasındakı bənzərliyi bir yana qoysaq, bir-birinə yaxın növlərin südünün də bənzərliyi aşkar edildi. Ayrıca südün sıxlığını təyin edən bir başqa faktor da balanın nə qədər müddətlə bəslənməsinə ehtiyac olmasıdır. Suitilər balasını yalnızca dörd gün əmizdirər. Buna görə də südün yağlığı sıxdır. Halbuki bəzi delfinlər 18 ay boyunca əmizdirir. Bir digər faktor da heyvanın qidalanma şəklidir. Ətlə qidalanan məməlilərin südündə daha çox yağ və zülal vardır.

 

Südün funksiyası

Bütün məməlilərin ortaq xüsusiyyəti olan südün, 160 milyon il əvvəl ortaya çıxdığı güman edilir. Bunun sinapsid adı verilən bir canlı ilə başladığı qeyd olunur. Lakin balanın bəslənməsində böyük əhəmiyyət daşımasına baxmayaraq, ilk funksiyası bununla çox əlaqədar olmaya bilər. Bir hipotezə görə, süd əsas olaraq balanın immunitet sistemini gücləndirmə funksiyasıyla ortaya çıxmışdır. Bir digərinə görə isə süd, qabığı keçirici xüsusiyyət göstərən yumurtaların nəmli qalmasını təmin etmək üçün çıxarılmağa başlanmışdır. Ördəkburun yumurtadan çıxınca analarının südünü içər, amma bunu döş ucundan əmərək deyil, çevrilməyə məruz qalmış tər vəzlərini yalayaraq edirlər.

İstər qidalanma məqsədiylə, istər immunitet ya da nəm məqsədiylə ortaya çıxmış olsun, 160 milyon il əvvəl yaşamış olan və ya yumurta qoyan məməlidən əvvəlki canlıya, istehsal etdiyi südə görə minnətdarıq. Bizi bəsləyib böyüdən bu süd oldu. Yediyimiz yağ, qatıq, pendir və dondurmanı da qeyd etmək olar.

Əgər məqalələrimizdə qrammatik və orfoqrafik xətalar varsa, lütfən, xətalı qismi işarələyib Ctrl+Enter klaviş kombinasiyasından istifadə edərək bizə bildirin.

Via
Rezonans
Etiketlər
Daha çoxu

                                                                                  

 

Əgər bu yazını oxuyursunuzsa...

 

...sizdən bir xahişimiz var. Yaşıl Elm əvvəlkinə görə daha çox oxunur, amma Azərbaycan dilində onlayn reklam yayımlayan şirkətlər olmadığı üçün saytımızda sizin diqqətinizi cəlb edə biləcək reklamlar yerləşdirə bilmirik. Eyni zamanda diqqət dağıdıcı çoxlu reklam vasitəsi ilə sizin məlumatlanmağınıza da mənfi təsir göstərmək istəmirik. Yəni saytımızda edilən bütün işlər tamamilə öz zəhmətimiz hesabına başa gəlir.

 

Hər hansı maliyyə yardımı almadan, şirkətə, quruma bağlı olmadan müstəqil şəkildə bu platformanı idarə etməyimiz olduqca çətindir. Çünki araşdırma etmək, yazılar hazırlamaq, tədbirlər təşkil etmək və digər texniki və qeyri-texniki işlər zaman, maliyyə və ciddi iş rejimi gərəkdirir. Amma bunu edirik, çünki perspektivimizin doğru olduğuna, fərq yarada biləcəyimizə inanırıq.

 

Portmanat vasitəsi ilə edəcəyiniz ən kiçik miqdarda dəstək belə bizim ayaqda durmağımıza və daha çox iş görməyimizə kömək edəcək.

 

Portmanat nömrəsi: 559145036

                                                                                  

 

Taryel Abdullayev

Yaşıl Elm, elm platformasında yazaram və elmi kütləviləşdirməkdə aktivstlik edirəm. Məqsədim, cəmiyyətimizdə elmə sevgi yaradaraq daha rasional bir zehniyyət formalaşdırmaqdı. Bununla yanaşı keçmişin steriotipləri ilə də mübarizə aparıram

Bənzər yazılar

Rəy yazın

Close
%d bloqqer bunu bəyənir:

Yazı xətası

Qeydiniz redaktora göndəriləcək: