BiologiyaTəkamül

İnsan DNT-nin yalnız 8,2%-i işə yarayır

İnsan Genom Proyektinin bitməsinin üzərindən təxminən 10 il keçib. İnqilabi genom kəşfləri üzərindən 10 il keçməsinə baxmayaraq hələ də insan genomunda nəyin həqiqətən əhəmiyyətli olduğu müəyyən deyildi. Yeni bir araşdırmaya görə insan DNT-nin yalnız 8,2%-i yəni 250 milyon DNT silsiləsi funksionaldır, 2 milyard genin bir funksiyası yoxdur.



2012-ci ildəki ENCODE (DNT Elementləri Ensiklopediyası) araşdırmasında  80%-nin bir funksiyası olduğu düşünülsə də əldə edilən nəticələr bu yeni araşdırmaya görə olduqca aşağıdır. Normal olaraq təxminlər 3%-5% arasında dəyişirdi. ENCODE araşdırmasında cəmi 3 milyard genin bir funksiyası olduğu düşünülürdü.

“ENCODE proyektində  zülal fəaliyyətinə sahib bütün DNT hissələri sayılsa da bunların hüceyrə fəaliyyətlərində aktiv baxımdan bir rol alıb-almadığı araşdırılmamışdı. DNT-də baş verən bütün zülal fəaliyyətindəki çətinlik hüceyrə bölünməsindən dərhal əvvəl replikasiya olmasında irəli gəlir ” –  Oxford Universitetindən Prof. Chris Ponting deyir.

Yeni araşdırmada insan DNT-nin böyük qisiminin funksional baxımdan faydasız olduğu göstərildi. Ayrıca bu artıq DNT-nin yalnız çox kiçik bir qisiminin regulasiyada funksional olduğu aydın oldu.Yəni insan DNT-nin təxminən 90%-i işə yaramır.



Bir çox canlının genomu qısa olsa da bəzi genomlar bizim genomumuzdan belə uzundur. Lakin genomun uzunluğu deyil, işə yarayıb-yaramaması əhəmiyyətli. Məsələn buğdanın genomu insan genomundan 5 qat daha uzun ola bilir.

Araşdırmada alimlər insan genomunun neçə faizinin funksional olduğunu təyin etmək üçün təkamüllü modeli istifadə edir. İnsan DNT-də təsadüfi mutasiyalar olur. Lakin bu mutasiyaların yalnız çox kiçik bir qisimində əhəmiyyətli bir funksiyanın reallaşdığı ifadə edilir.

Araşdırmaçılar inək, çöl gəlinciyi, dovşan və panda kimi 12 məməlinin DNT düzülməsini müqayisə edərək, son bilinən atalarının 100 milyon il içindəki inkişafını araşdırdılar. Təbii seçmə ilə qorunan DNT-ıərin saylarını ölçdülər.
İnsanlara bənzəyən canlılarda DNT düzülmələri daha bənzərkən, uzaq canlılarda daha bənzər bir DNT düzülüşü müşahidə edildi. Məsələn siçanlar və insanlar arasında  2.2% funksional DNT bənzərliyi var. Çünki 80 milyon iliçində bir-birlərindən gedərək uzaqlaşıblar.Amma eynilə insanlar kimi bu canlılarda da yalnız 8.2% DNT funksionaldır.

Ayrıca DNT-nin 1%-i bədəndəki çoxu bioloji funksiyalara bağlı zülalları ehtiva etdiyindən çox böyük əhəmiyyət daşıyır. Geri qalan 7,2% isə bu zülalları açı- bağlayaraq tənzimləmə prosesində rol alır.

Əgər məqalələrimizdə qrammatik və orfoqrafik xətalar varsa, lütfən, xətalı qismi işarələyib Ctrl+Enter klaviş kombinasiyasından istifadə edərək bizə bildirin.

Daha çoxu

Ilkin Jafarov

"Yaşıl Elm" elmi kütləvi platformasının qurucusu və baş redaktoruyam. "Eastern Mediterranean University"də Sənaye Mühəndisliyi üzrə ikinci təhsil alıram.

Bənzər yazılar

Rəy yazın

Buna da nəzər salın

Close
Close
%d bloqqer bunu bəyənir:

Spelling error report

The following text will be sent to our editors: