Təkamül

İnsan beyni: onu bu qədər xüsusi edən nədir

İnsan beynini xüsusi edən nədir? Niyə digər heyvanlar bizi araşdıra bilmədiyi halda, bizlər onları araşdıra bilirik? İnsan beyni digər canlıların sahib olmadığı hansı xüsusiyyətə sahibdir?

Bu yazıda insan beyni və onun xüsusiliyi haqqında bir çox məlumata rast gələcəksiniz.

00:12

İnsan beyni: onu xüsusi edən nədir? Niyə digər heyvanlar bizi araşdıra bilmədiyi halda, bizlər onları araşdıra bilirik? İnsan beyni digər canlıların sahib olmadığı hansı xüsusiyyətə sahibdir? Digər beyinlərin edə bilmədiyi nələri edəbilər? 10 il bundan əvvəl bu suallarla maraqlandığım zaman, elm adamları fərqli beyinlərin nələrdən formalaşdığını bildiklərini düşünürdülər. Əllərində az sübut olsa da, bir çox elm adamları, insan beyni daxil olmaqla bütün məməlilərin beyinlərinin eyni beynin ölçüsünə mütənasib olaraq eyni sayda neyronlardan ibarət olduğunu düşünürdü. Bu o deməkdir ki, eyni ölçüdə 400 qram olan iki beyin, eyni neyron sayına malik olmalıdır. Əgər neyronlar beyin funksional məlumat işləmə qurğusudursa, bu iki beynin sahibi də oxşar idrak qabiliyyətinə sahib olmalıdır.

 
Lakin bir şimpanze və inək beyni. Bəlkə də inəklər həqiqətən də çox zəngin bir intellektual həyata malikdirlər və çox ağıllı olduqları üçün də bizim bunu fərq etməyimizə imkan vermirlər və biz onları kəsib yeyirik. Məncə çox insan şimpanze davranışlarının inəklərdən çox mürəkkəb, ətraflı və dəyişkən olduğu fikirləri ilə razılaşarlar. Bu “bütün beyinlər eyni şəkildə işləyir” senarisinin doğru olmadığının ilk göstəricisidir.
 

01:23

Bu nəzəriyyənin doğru olduğunu hesab edək. Bütün beyinlər eyni şəkildə işləsəydi və siz heyvanları beynin ölçüsündə olan fərqlərə görə müqayisə etsəniz, daha böyük beyinlər kiçik beyinlərdən daha çox neyrona sahib olamalıydı və beynin həcmi artdıqca daha çox zəka qabiliyyətinə sahib olacağı gözləniləcəkdi. Beləliklə, ən böyük beyin ağıllı beyindir. Və bir pis xəbər: bizim beynimiz dünyanın ən böyük beyini deyil.Bu olduqca zəhlətökən görünür. Beyinlərimiz 1,2 ilə 1,5 kq arasında dəyişə bilir, lakin filin beyini 4-5 kq arasında dəyişə bilər və balina beyini 9 kiloqrama qədər olur. Bu elm adamlarının zəka funksiyasını izah etmək üçün “beynimiz xüsusi olmalıdır” demələrinin səbəbidir.
 
Qaydalardan kənar bir şey həqiqətən qeyri-adi olmalıdır. Onlar daha böyük ola bilər, amma normaldır ki, bizim daha yaxşı və daha yaxşı olması normaldı. Məsələn bədənimizə nisbətən olduğundan daha çox böyük serebral korteksə sahibik. Beləliklə, bizdə olan əlavə korteks sahəsi, bədəni tənzimləməkdən daha çox maraqlı şeylər etmək üçün istifadə edilə bilər. Beyin ölçüsü adətən bədənin ölçüsü ilə uyğunluq yaradır. Buna görə vurğulamaq istəyirəm ki, beynimizin böyük insansı meymunların beyinləri ilə müqayisə etdikdə, bizim beynimiz daha böyükdür. Qorillər bizdən iki-üç qat daha böyükdür, onda beyinləri də bizdən daha böyük olmalı idi, amma bu belə deyil. Bizim beyinimiz qorilin beyninin üç qatı böyüklüyündədir.
 

02:48

Həmçinin insan beyninin istifadə etdiyi enerji miqdarı baxımından da xüsusi görünür. Bədənimizin ağırlığının yalnız 2% -i olmasına baxmayaraq, gündəlik enerji ehtiyaclarımızın 25%-ni istifadə edir. Bu, 2000 kalorinin 500-dən çoxu təkcə beynimizin fəaliyyətini saxlamaq üçün istifadə edir mənasına gəlir.
 

03:07

Bəli, insan beyni lazım olduğundan daha böyükdür, istifadə etmək olduğundan daha çox enerji istifadə edir, buna görə də xüsusidir. Və burası hekayənin məni narahat etməyə başladığı hissədir. Biologiyada biz bütün heyvanlara və ümumiyyətlə həyat üçün tətbiq olunan qaydalar axtarırıq. Nəyə görə qaydalar hər kəsə tətbiq edildikdə bizə tədbiq edilməyib? Bəlkə də problem bütün beyinlərin eyni şəkildə işlədiyini ehtimal etməkdir. Bəlkə də eyni ölçüdəki iki beyin əslində çox fərqli sayda neyronlar ehtiva edir. Bəlkə də çox böyük olan beyin, normal ölçülü beyindən daha çox neyronlara sahib olmaq məcburiyyətində deyil. Bəlkə də insan beyni- xüsusəndə serebral korteks ölçüsündən asılı olmayaraq bütün beyinlərdən daha çox neyronlara sahibdir. O zaman cavablanacaq bu sual məncə olduqca əhəmiyyətlidir: “insan beynində neçə neyron var və digər heyvanlarla müqayisədə hansı vəziyyətdədir?”
 

03:56

İndi 100 milyard neyronsa sahib olduğumuzu görmüş və ya bir yerdə oxumuş ola bilərsiniz, ancaq 10 il bundan əvvəl həmkarlarıma bu rəqəmin hardan gəldiyini bilib bilmədiyini soruşdum. Heç kim bilmirdi. Bu sayın əsas mənbəyini tapmaq üçün araşdırma etdim, amma bütün axtarışlarıma baxmayaraq heç nə tapmadım. Əslində insan beynində və ya başqa bir beyində neyron sayını heç kim hesablaya bilməyib.
 
 

04:18

Sonra beyindəki hüceyrələri öz qaydamla saymağa başladım və bu yorucu bir şey idi. Bu belə işləyir: beyin ya da beyindən bir parça alın və onu həll etmək üçün bir deterjanın içinə qoyun, bu hüceyrə membranlarına zərər verir, lakin hüceyrə nüvəsi sabit bir şəkildə sağlam qalır. Belə ki, sabit hüceyrə nüvələrinin olduğu bir süspansiyon əldə edərsiniz. Bu, açıq bir şorba kimi görünəcək. Bu şorba daha əvvəl bir siçovula aid olan bir beyinin bütün hüceyrə nüvələrini ehtiva edir. Bu şorbanın gözəlliyi buradadır; siz bu şorbanı çalxalayaraq hüceyrə nüvələrini homogen bir maye halna çevirə bilərsiniz.
Beləcə mikroskop altında homogen mayenin 4-5 nümunəsinə baxdığınız zaman, hüceyrə nüvələrini sayaraq mayenin qalan hissəsində neçə hüceyrə olduğunu deyə bilərsiniz. Biz bu üsuldan istifadə edərək,onlarla müxtəlif növün beyinlərindəki neyron sayını hesabladıq və bütün beyinlərin bir-birinə bənzəmmədiyini göstərdik. Məsələn, gəmiriciləri və primatları götürək: Böyük siçovulun beyində ortalama neyron ölçüsü artar və beyin sürətlə böyüyür və həcm artımı neyron sayının artmasından daha çox olur. Lakin, primat beyinində neyronların həcmi böyümədən neyron sayı artır. Bu beyində neyronların artırılması üçün çox səmərəli bir yoldur. Nəticə isə primat beyini daima eyni ölçüdəki siçovul beynindən daha çox neyrona sahibdir və beyin böyüdükcə aradakı fərqdə artacaqdır.
 
Bəs yaxşı bizim beynimiz?
Bizim beynimizdə ortalama 16 milyard serebral korteks olmaq üzrə 86 milyard neyron vardır və serebral korteksin şüur, məntiq və abstrakt düşünmə qabiliyyətinin mərkəzi olduğunu düşündüyümüz zaman və 16 milyard neyronun beyinin digər hissələrində olandan daha çox sayda olduğu düşünüldüyü zaman, hesab edirəm ki, fövqalədə şüurlu davranışlarımız üçün izah edəcəyimiz ən sadə yoldur.
 
Ancaq 86 milyard neyronun hansı mənaya gəldiyi əsas deyil. Məsələn, beyin ölçüsü ilə beyindəki neyron sayı arasındakı əlaqəni riyazi olaraq təyin edə bilərik və əgər insan beyni siçovul beyni şəkilində formalaşsaydı, necə görünəcəyini hesablaya bilərik. 86 milyard neyrona sahib bir siçovul beyini 36 kq ağırlığında olardı. Bu isə mümkün deyil. Bu ölçüdə bir beyin öz ağırlığı ilə əzilərdi və bu qeyri-mümkün beyin üçün 86 tonluq bədən lazım olardı. Bunun bizə bənzədiyini düşünmürəm.
 
 

06:45

Bu elə niyə siçovul olmadığımızı göstərməyə kifayət edir. İnsan beyni siçovul beyninin böyük forması deyil. Siçovullarla müqaisə etdiyimiz zaman xüsusi görünə bilər, ancaq siçovul olmadığımızı bildiyimiz üçün bu ədalətli bir müqaisə ola bilməz. Biz primatıq, yəni ədalətli müqaisə digər primat növləri ilə olan müqiəsdir. Və bu nöqtədə əgər riyaziyyata dönsək, 86 milyard neyrona sahib normal bir primat beyninin 1.2 kq ağırlığında olması -mənim beynim kimi, bədəninin 66 kq- mənimlə tamamilə eyni, gözlənilər və bu bizi çaşdırıcı olmayan ancaq çox əhəmiyyətli bir nəticəyə aparar; “mən bir primatam. və hər biriniz bir primatsınız”.
 

07:30

və Darvində belədir. Mən Darvinin həqiqətən buna razı olacağını düşünməyi sevirəm. Onun da beyini bizim kimi digər primatlarla eyni formada idi.
 
 

07:40

İnsan beyin qeyri-adi ola bilər, lakin neyron sayı olaraq xüsusi deyil. Bu yalnız böyük bir primat beyindi. Düşünürəm ki, bu təbiətdəki yerimizi bizə xatırlatmaq üçün çox təvazökar və təəccüblü bir fikirdir.
 
 
 

07:53

Bəs niyə bu qədər çox enerji sərf edir? Digər insanlar, insan beyninin və digər növlərin beynlərinin nə qədər enerji sərf etdiyini hesabladı və indi hər beyində nə qədər neyron olduğunu bilirik. O zaman biz riyazi hesablama edə bilərik. Ortaya çıxan nəticə; insanın və digər canlıların beyinləri eyni enerji miqdarı sərf edir: gündə bir milyard neyrona qarşı 6 kilokalori. Başqa sözlə, beynin sərf etdiyi ümumi enerji neyron sayına nisbətlə mütənasibdir. Və incələsək insan beyninin tam gözlədiyimiz qədər enerji sərf etdiyi ortaya çıxar. Beyin bu qədər çox enerji sərf etməsinin səbəbi olduqca sadədir, çünki çox sayda neyron ehtiva edir. Və biz primatlar olduğumuz üçün, digər heyvanlarla müqayisə etdiyimiz zaman bədən böyüklüyünə görə daha çox neyrona sahibik, bu da sərf etdiyimiz enerji ilə əlaqədardı ancaq bu xüsusi olduğumuz üçün deyil, primat növü olduğumuz üçündür.
 
 
 

08:42

Nəticə olaraq bu qədər qeyri-adi neyron sayına necə sahib olduq, və xüsusilə də böyük insansı meymunlar bizdən daha böyük olduqları halda, niyə bizdən daha böyük bir beyinə və daha çox neyrona sahib deyillər? Beynin bu qədər çox neyrona sahib olmasının nə qədər bahalı olduğunu fərq etdiyimiz zaman bəlkə də sadə səbəbi vardır deyə düşünürəm. Bəlkə də sadəcə həm böyük bir bədənə, həm də böyük bir beyinə sahib ola biləcək qədər enerji ala bilmirlər. Yenidən riyaziyyata qayıdaq. Bir tərəfdə primatların çiy qida yeyərək günlük nə qədər enerji qazandığını hesabladıq və digər tərəfdən bədənin böyüklüyünə görə nə qədər enerji sərf etdiklərini və neyron sayına görə beyinlərinin nə qədər enerji sərf etdiklərini hesabladıq və müəyyən miqdarda qidalanan primatın qarşılaya biləcəyi bədən böyüklüyü ilə beynindəki neyron sayı kombinasiyasına baxdıq.
 

09:26

Neyronlar çox enerji sərf etdiyi üçün bədən ölçüləri ilə neyron sayının arasında bir seçim olduğunu təsbit etdik. Beləliklə, bir primat gündə 8 saat qidalandığı zaman 53 milyon neyron qidalandıra bilərdi, ancaq bu vəziyyətdə çəkisi 25 kiloqramdan çox ola bilməzdi. Çəkisini artırmaq üçün neyronlarından imtina etməsi lazım idi. Yəni ya böyük bir bədənə ya da daha çox sayda neyrona sahib ola bilərsiniz. Əgər primat kimi qidalansanız, ikisini birdən qarşılamağınız mümkün deyil.
 
 

10:18

Bəs biz? 86 milyon neyron və 60-70 kiloqram bir bədən kütləsinə sahib olan bizlərin hər gün 9 saatdan çox qidalanması lazımdır ki, buda mümkün deyil. Əgər primatlar kimi qidalansaydıq, burada olmağımız mümkün deyildi.
 
 

10:38

Bəs o zaman buraya necə gəldik? Əgər beynimiz bu qədər enerji sərf etmək məcburiyyətindədirsə və oyaq olduğumuz hər anı qidalanmaq üçün sərf etməyəcəyiksə, tək alternativ yediyimiz qidalardan daha çox enerji əldə etməyin bir yolunu tapmaqdır. Və buda qeyri-adi şəkildə atalarımızın yarım ya da bir milyon il öncə bişirməyi icad etdikləri zamana ehtiva edir. Qidaları bədənimizə alıb həzm etmədən əvvəl oddan istifadə edərək bişirdilər, bişmiş qidalar daha yumşaqdı və çiynənməsi çox asandı və ağzımızda tamamilə sıyıq halına dönür, qidaların tamamilə həzm edilməsinə və bağırsaqlarımızdan əmilməsini təmin edirdi. Bu, bizə daha az vaxtda daha çox enerji qazanmağa imkan verdi. Yemək bişirmək bizə gün boyu maraqlı şeyləri düşünməyə və neyronlarımızla yemək axtarmaq, qidalanmaqdan başqa bir şey etmək üçün vaxt verirdi.
 
 

11:34

Böyük, təhlükəli səviyyədə böyük neyronlara və böyük məsuliyyətə malik olan beynimiz, yemək sayəsində qiymətli bir keyfiyyət qazanmışdır. İndi çox sayda neyron üçün lazımı enerjiyə həm də maraqlı şeylər etmək üçün vaxtımızı ayıra bilirik. Bu vəziyyətin insan beyninin niyə bu qədər böyüyərək sürətli bir şəkildə təkamül etdiyini izah etdiyini düşünürəm və bütün bunları bacaran yeganə primat beynidi. Böyük beynimiz, yemək bişirmə ilə daha az sərmayəli oldu. Təəccüblü bir templə, çiy yeməkdən yemək mədəniyyətin, kənd təsəürrüfatına, marketdəki elektrikə, soyuducuya keçdik. Artıq bütün bunlar, bütün gün oturub ehtiyacımız olan bütün enerjini tək bir fast food ilə qarşılaya bilməyimizi təmin edir. Bizim əvvəlki bu problemi həll etməyimiz, bugün bir problem halına gəldi və istehzalı olaraq həlli çiy yeməklərdə axtarırıq.
 
 

12:28

O zaman insanın üstünlüyü nədir? Bizim sahib oluğumuz ancaq digər heyvanlarda olmayan nə var? Mənim cavabım serebral korteksinə ən çox neyron sahib olmağımız və məncə şüurlu funksiyamızın ən sadə izahı budur. Bizim bacarıb, digər heyvanların edə bilmədiyi və çox sayda neyrona sahib olmağımızı təmin edən təməl şey nədir deyə soruşsam; cavabı sadəcə 2 kəlimədi; “biz bişiririk”. Digər heyvanlar qidalarını bişirə bilməz,sadəcə insan bişirə bilir. Və məncə bu insan olduğumuzun izahıdır.

13:01

İnsan beyninin öyrənməsi üzərinə etdiyim çalışmalar, qidalara dair düşüncələrim də dəyişdi. İndi mətbəxə baxıram və atalarımıza bizi insan edən kəşfləri üçün təşəkkür edirəm. Çox sağ olun. (Alqışlar)

Əgər məqalələrimizdə qrammatik və orfoqrafik xətalar varsa, lütfən, xətalı qismi işarələyib Ctrl+Enter klaviş kombinasiyasından istifadə edərək bizə bildirin.

İstinad
ted.com
Etiketlər
Daha çoxu

Taryel Abdullayev

Yaşıl Elm, elm platformasında yazaram və elmi kütləviləşdirməkdə aktivstlik edirəm. Məqsədim, cəmiyyətimizdə elmə sevgi yaradaraq daha rasional bir zehniyyət formalaşdırmaqdı. Bununla yanaşı keçmişin steriotipləri ilə də mübarizə aparıram

Bənzər yazılar

1 thought on “İnsan beyni: onu bu qədər xüsusi edən nədir”

Rəy yazın

Bunlara da nəzər salın

Close
Close
%d bloqqer bunu bəyənir:

Yazı xətası

Qeydiniz redaktora göndəriləcək: