GenetikaHəyatın təkamülüTəkamül

Genlər necə dəyişilir?

Bu mövzuda ilk öncə anlamalı olduğunuz ən əhəmiyyətli məsələ budur: genlərimiz xarici dünyanı “qavramır”. Çünki sizi yaradan hər şey “cansız” deyəcəyiniz və həqiqətən də cansız olan atomlar və molekullardır. Bunların fərqli kombinasiyası nəticəsində karbohidratlar, yağlar, zülallar və s. yaranır. Bunların hamısı və aralarındakı əlaqəyə isə biz “canlılıq” deyirik. Halbuki “canlı” və “cansız” deyə bir anlayış əslində yoxdur. Amma bu işin çox fərqli bir ölçüsü olduğu və ayrı bir qeydə layiq olduğu üçün bu məsələni burada qeyd etməyəcəyik. Önəmli olan genlərimizin ya da hər hansı bir başqa quruluş daşımızın ətrafı və mühiti qavramadığıdır.

Yaxşı bəs bu dəyişiklik necə baş verir?

Belə: mutasiyalar və ya krossover, transpozonal sıçrayışlar və bənzəri təsadüfi hadisələr nəticəsində genlərimiz daimi olaraq və riyazi bir ehtimal daxilində dəyişir. Sadəcə gündə hər bir insanda orta hesabla 10.000 mutasiya baş verir. Bunlara meyoz bölünmə əsnasında meydana gələn krossoverdəki genetik dəyişiklikləri, hər an meydana gələ biləcək olan transpozonal sıçrayışları və s. də əlavə etmək lazımdır. Onların nəticəsində bir növə aid olan bir çox fərqli alt növ yaranır. İnsanların bir-birinə bənzəməməsi də məhz buna görədir. Əslində heyvanların hamısının içində bir çox fərqlilik var, yalnız bunları bizim gözümüz vərdiş etmədiyi üçün görə bilmirik. Məsələn bir çox heyvan növü, məsələn, maral növləri bioloji olaraq fərqli olsa da, bizim üçün hamısı sadəcə maraldır. Eynilə çinli olmayanların “Çinlilərin hamısı bir-birinə bənzəyir!” iddiası kimi. Əslində çinlilər də bizim hamımızı bir-birimizə bənzədir. Bunun səbəbi onların içərisində yaşamadığımız və ya sadəcə çinli olmadığımızdır.

Dəyişikliyin ötürülməsi

Bənzər şəkildə, sprutlar ya da göyərçinlər arasında fiziki fərqlilikləri də bir baxışda görmək çətindir, ancaq “funksional” bir göz bunu ayırd edə biləcək. Təsadüfən meydana gələn saysız variant (növ) təbiət qarşısında bir növ imtahana tabedir. Çünki bu müxtəliflik ümumən təsadüfən meydana gəlir. Lakin təbiət şərtləri müəyyən anlar daxilində diqqətə çarpandır. Məsələn: bu anda, normal şərtlər altında müəyyən genetik dəyişikliklərin səbəb olduğu müxtəlif nəticələrdən biri olan, 20 kiloqram olaraq doğulacaq olan bir it balası keysəriyyə yolu ilə müdaxilə edilmədiyi zaman öləcək, çünki anasının qarnından çıxa bilməz. Yəni embrioloji inkişaf zamanı hamiləlik müddətinin sonundakı çəkiyə nəzarət edən və ya bu xüsusiyyət üzərində təsiri olan genlərin təsadüfi dəyişməsi 20 kq-lıq bir balanı meydana gətirə bilər, ancaq bu bala təbiətdə məğlub olar. Ya da qısa boylu zürafələr budaqlaradakı yarpaqlara çata bilməz və ya asan cütləşə bilməz (dişilər uzun boyluları seçir – cinsi seçmə) və buna görə nəsillərini davam edə bilməzlər. Nümunələr sonsuz sayda artırıla bilər. Bu səbəbdən təsadüfi meydana gəlmiş variantlardan bir qismi təbiətə adaptasiya ola bilmədikləri üçün uduzur. Məğlub olmaq, ölmək ya da nəsil artırmamaq şəklində də anlaya bilərik. Bunlardan birinin baş verməsi özündəki bu müxtəlifliyi var edən genlərin balalara ötürülməməsi deməkdir (ümumiyyətlə bu “zəif” fərd ölür ya da törəyə bilmir). Beləcə o “növ” yox olur. Digər tərəfdən, genlərindəki müxtəlifliyə görə təbii mühitə daha çox adaptasiya olan bir fərdin genləri onun həyatda qalmasına və ya nəsil artırmasına qatqı təmin edir. Beləcə, o dəyişilmiş gen balaya ötürülür.

Bu şəkildə kumulyativ bir irəliləyiş əldə edilir və nəsillər sonra populyasiyalarda davamlı olaraq (mühit şərtlərinin dəyişmədiyi düşünülərsə) müəyyən bir istiqamətə doğru bir gen axını başlayır və həmin genlər yeni növlər yaradır. Təkamül budur. Çünki müəyyən bir nəsil sonra artıq canlılar o qədər çox dəyişir ki, bir müddət sonra bu genlərin dəyişməsi nəticəsində dəyişən fərdlər əcdadlarıyla (araşdırdığımız populyasiyanın ataları və dəyişməmiş genlərə sahib olan fərdləriylə) cütləşə bilmirlər, çünki nəsil artırma mexanizmləri də dəyişir. Buna biz “növləşmə” deyirik.

Uzun sözün qısası, bu proseslər öncədən istiqamətlənmiş deyil, genlər ağıllı deyil və “dəyişikliklərin lazımlı olduğunu anlamırlar”. Genlər təsadüfi olaraq müəyyən ehtimal daxilində dəyişir. Daha sonra bu dəyişiklik təbiətdə “sınaqdan keçirilir”. Əgər dəyişmə canlıya fayda təmin edirsə, dəyişməyə səbəb olan genlər gələcək nəsillərə daha çox köçürülür. Əgər gen zərərlidirsə, canlı məhv olur və o gen ötürülə bilmir. Təkamül də bu formada hər zaman o andakı mühitə ən adaptasiya ola bilmiş fərdlərin həyatda qalmaları və nəsil artırmalarıyla çox şaxəli bir cığır üzərində irəliləyir. .

Əgər məqalələrimizdə qrammatik və orfoqrafik xətalar varsa, lütfən, xətalı qismi işarələyib Ctrl+Enter klaviş kombinasiyasından istifadə edərək bizə bildirin.

Daha çoxu

Rəvan Quluzadə

Yaşıl Elm platformasının yazarı və Həyatın Təkamülü bloqunun qurucusuyam. "Bakı Slavyan Universiteti"nin Tərcümə fakültəsini bitirmişəm.

Bənzər yazılar

Rəy yazın

Buna da nəzər salın

Close
Close
%d bloggers like this:

Spelling error report

The following text will be sent to our editors: