Təkamül

Fransisko Ayala: Din ilə təkamül arasında uzlaşmaz bir ziddiyyət yoxdur

Fransisko Ayala missioner olmaq üçün 5 il ilahiyyat oxumuşdu, amma Xristianlığı yaymağa cəhd göstərən bir rahib yerinə genetika və təkamül biologiyası professoru oldu. İndi 75 yaşında dünyanı gəzib təkamül nəzəriyyəsini izah edir.
İspan Prof. Ayalanın ən əhəmiyyətli xüsusiyyəti din ilə təkamül nəzəriyyəsi arasında hesab edildiyi kimi uzlaşmaz, bir-birini inkar edən bir qarşıdurma olmadığını deməsidir. Bu, onu orta yol axtaran mülayim bir elm adamından çox məntiqli bir insan edir.
Müsahibə
İllərdir universitet şagirdlərinə təkamül nəzəriyyəsi izah edirsiniz. Sizə gəlib “Bunu oxumaq istəmirəm çünki dini inancıma uyğun gəlmir” deyənlər oldumu?
Ooo… həm də çox. Kaliforniya Universitetində birinci sinif şagirdlərinə “Biologiyaya Giriş” dərsləri verməklə vəzifələndirilmişdim. E, təbii, ilk dərsdə nə izah edərsiniz, Darvin və təkamül nəzəriyyəsi. Dərsin sonunda mütləq bir çox şagird yanıma gəlib “Prof. Ayala, imtahanda nə lazımdırsa onu yazacağam, tək bunu bilin ki, ürəyimdə təkamül nəzəriyyəsinə inanmıram” deyərdi.
-Cavabınız nə olurdu?
Belə deyən şagirdlərin çoxu ya Katolik ya da Evanjelik olardı. Onlara “Bazar günü kilsəyə gedin və ayindən sonra rahibə təkamül nəzəriyyəsi oxumanın bir qorxusu olub olmadığını soruşun” deyərdim. Bir sonrakı həftə “Haqlıymışsınız, rahib təsdiqlədi” deyərdilər. ABŞ-da bir çox insan dini inancla təkamül nəzəriyyəsi arasında bir qarşıdurma olduğunu zənn edir, halbuki fanatik olmayan heç bir din adamının təkamül nəzəriyyəsiylə problemi yoxdur. Təkamül nəzəriyyəsinə inanıb, eyni zamanda çox dindar da ola bilərsiniz.
-Təkamül nəzəriyyəsi bir yaradıcı olduğunu inkar etmir deyirsiniz…
Niyə etsin… Məşhur ateist Riçard Dokinz çox ağıllı bir adamdır, təkamül nəzəriyyəsini də əskiksiz şəkildə izah edir. Lakin bir yerdə səhv edir, təkamül nəzəriyyəsini Tanrının yoxluğuna dəlil olaraq göstərir. Təkamül nəzəriyyəsi Tanrının varlığını nə inkar edir, nə də təsdiq edir. Çünki elm təbiətdəki fenomenləri açıqlamaqda öhdəçilik daşıyır. Tanrı isə fövqəltəbii bir varlıq deyilmi? Bu mövzuda elm nə deyə bilər ki? Təkamül nəzəriyyəsi deyir ki, insanlar təbii bir müddətin sonunda, zamanla meydana gəlmişdir. Din də bunu yadırğamır. Bir müqəddəs kitabı fən kitabıymış kimi oxumaq dinə edilə biləcək ən böyük pislikdir mənə görə.
 Əziz Aqustin 3. əsrdə dünyanın 7 gündə yaradıldığını izah edən Yaradılış Kitabına fəlsəfi bir baxımdan baxmamız lazım olduğunu, Kitabın əsl mənasıyla 7 gündən danışmadığını söyləmişdi. Baxın, İncil insanlara cənnətə necə gedəcəklərini izah etmək üçün yazıldı, cənnətin ya da dünyanın necə yaradıldığını göstərmək üçün deyil. Adəm və Həvva hekayəsi əlbəttə insanlığın Tanrının varlıqları olduğundan bəhs edir, amma altında yatan əsl mesaj budur: “Birlik olun.” Çünki o dövrdə insan irqi düşmənliklə qovrulurdu. Yaradılış Kitabının ictimai bir mesajı vardı demək istəyirəm.
-“Yer üzündəki orqanizmlər o qədər mükəmməl ki mütləq şüurlu bir varlıq tərəfindən yaradılmışdır” deyən Ağıllı Dizaynın Xristianlığa zərər verdiyini söyləyirsiniz. Niyə?
-Əgər Ağıllı Dizaynçıların söylədiyi kimi insan bədənini Tanrı hazırladısa, soruşulacaq bir çox sual var. Məsələn: hamiləliklərin 20%-i ilk iki ayında uşaq düşməsi ilə nəticələnir? Çünki insanın nəsilartırma sistemi mükəmməl deyil, bu yalnızca bizim zamanımızda deyil, öncələrdə də olmuşdur. İldə 20 milyon uşaq salma deməkdir bu. Ağıllı Dizaynçıların dediyi doğrudursa, Tanrı ən böyük abortçu olmurmu? Halbuki Darvinə görə insan bədənindəki səhvlər tamamlanmamış təkamülün nəticələridir, Tanrıyla əlaqəsi yoxdur. Son kitabımda da izah etdiyim kimi Darvin nəzəriyyəsiylə əslində dinə çox böyük bir hədiyyə vermişdir.
– Necə yəni?
Müsbət elmlər inkişafdan əvvəl dünyada olub bitən yaxşı şeylər Tanrıdan bir mükafat, fəlakətlər isə bir cəza olaraq şərh olunardı. Artıq hər şeyin səbəbini bilirik. Təkamül nəzəriyyəsi də niyə mükəmməl varlıqlar olmadığımızı açıqlayır. Əskik qalmış ya da təbiəti gərəyi pis olan şeylərin hesabını Tanrıdan soruşmamıza ehtiyac yoxdur, təkamül nəzəriyyəsi fikirlərimizdəki əskik halqanı tamamlayır.
– Təkamül nəzəriyyəsinin çox möhkəm dəlilləri varsa, insanlar necə qarşı çıxa bilir? Koperniklə ya da Nyutonla zidd düşən yoxdur, Darvindən niyə şübhələnirlər?
Siz bilmirsiniz yəqin, Nyutonla eyni fikirdə olmayan, cazibəyə inanmayan birliklər də var. Məsələn Cənub Kaliforniyada “Yer Düzdür” adlı təşkilat.
– Məşhur İspan yazıçı Fransisko Ayalayla bir qohumluğunuz varmı?
Hər kəs onu mənim atam zənn edir. Amma xeyr, heç bir qan bağlılığı yoxdur. Yenə də özünü çox yaxşı tanıyaram, çünki ikimiz də eyni il ABŞ-a köçdük. 1960-cı illərin əvvəli idi, Nyu Yorkdakı bir İspan ailənin verdiyi bir yeməkdə tanış olmuşduq. Hələ də İspaniyada onu ziyarət edirəm.
– Sizin ABŞ-a gəlmə səbəbiniz nə idi?
Genetika üzrə doktor olmağa qərar vermişdim. Amma başımızda Franko varkən bu mümkünmü! Franko dövrü İspaniyada elmin təzyiq altına alındığı bir dövr idi. Genetika mütəxəssisləri həbsə atılırdı. Onlardan biri əgər həqiqətən genetika mövzusunda irəliləmək istəyirəmsə ABŞ-a getməm lazım olduğunu dedi və tək bir ünvan verdi. 20. əsrin təkamül və genetik sahəsindəki ən böyük müəllimi Teodosius Dobzanski Nyu Yorkdakı Kolumbiya Universitetində idi, onun yanına getməliydim. Elə də etdim.
– Siz universitetdə genetika oxumadan əvvəl ilahiyyat təhsili almışdınız, bir rahib olacaqdınız. Sonra nə oldu?
-Dindar sayıla biləcək Katolik bir ailədə böyüməmə baxmayaraq anam, atam və qardaşlarım mənim niyə rahib olmaq istədiyimi anlamamış, hətta bu qərarıma yüngülcə qarşı çıxmışdı. Tamamilə şəxsi maraq və ehtiraslarım səbəbiylə Madrid Universiteti Fizika fakültəsini bitirdikdən sonra ilahiyyata daxil oldum. Missioner olmaq istəyirdim. Amma təhsilimin bitməsinə bir neçə il qala elm və fənlərə marağım üstünlük təşkil etməyə başladı. Məzun olmadan əvvəl müəllimlərimə rahiblik etməyəcəyəmi, genetika və təkamül nəzəriyyəsində mütəxəssisləşəcəyəmi söylədim. Etiraz edən olmadı, nə ailədən, nə də müəllimlərdən.
– 5 il ilahiyyat oxumanız sizi daha yaxşı bir elm adamı etdimi?
-Hesab etmirəm. Bəli, ilahiyyat təhsilim məni fərdi olaraq inkişaf etdirmiş ola bilər, amma iki çox fərqli intellektual intizamdan danışırıq. Biri din, biri elm. Bir-birinə qarışmaq ya da köməkçi olmaq kimi bir vəzifələri yoxdur. Amma dini məlumatım heç bir zaman elm adamlığımda bir dezavantaj da olmadı, çünki ikisini çox ayrı tuta bildim.
– Hələ dindar bir katoliksinizmi deyə soruşsam ayıb olarmı?
-Olmaz, amma mən cavab verməkdən qaçınaram. Çünki “din və təkamül nəzəriyyəsi arasında bir döyüş yoxdur” deyən bir elm adamıyam. Əgər dindaram desəm, təkamülçülər “Elmə din qarışdırır, çünki dindardır” deyəcək. Yox deyiləm desəm, yaradılışçılar “Təbii dindar deyil, çünki həm təkamül nəzəriyyəsini müdafiə edib həm də dini bütün ola bilməz” deyəcək. Mənim fərdi inancımın izah etdiklərimin qabağına keçməsini istəmirəm. Yaradılışla əlaqədar kitablar çap edib ABŞ-da paylayan bir Türk var, Adnan Oktar. Verdiyi məlumatlar tamamilə axmaqcadır!
– İldə 50-dən çox konfrans verirsiniz təkamül nəzəriyyəsiylə bağlı. Sizi çətin vəziyyətdə buraxmaq üçün suallar hazırlayıb gələnlər olurmu?
 
Təbii, elələri var. Yaradılışçıların hər vaxt qarşıya qoyduğu klassik nümunələrlə çıxış edirlər: “Bakteriya qamçısı çox mükəmməldir, təkamül prosesində yeri açıqlana bilmir” kimi suallar. Hamısına səbirlə cavab verirəm. Arada İncildən hissələr oxuyurlar. Onları cavablamaqda da heç çətinlik çəkmirəm, çünki mənim dini məlumatım onlarınkından çox daha saf, dərin və əhatəlidir. Yəni bir yaradılışçının mənimlə bacarması çox çətindir.
– Deyək ki bir ölkə məktəblərdə təkamül nəzəriyyəsi deyil, yaradılış nəzəriyyəsini oxutmağa qərar verir. O ölkənin halı nə olar?
-Nə olacaq fəlakət! Demək rasionalizmin həyatı təhlükədədir o ölkədə. Təkamül nəzəriyyəsinin izah edilmədiyi bir fənn dərsi Hitlerin ya da Roma İmperatorluğunun üstün olduğu bir tarix dərsi kimidir. Yaradılışçılar dünyanın hər yerində 20. əsrin başından bəri aktiv olaraq lobbiçilik edir. Müvəffəqiyyətli olduqlarını görmək məni çox narahat edir. Məsələn yaradılışla əlaqədar kitablar çap edib ABŞ-da paylayan bir türk var, Adnan Oktar. Pul xərcləyib, gözəl şəkillər tapıb o kitabları hazırlatdırıb. Nəzakətli ola bilməyəcəyəm: İçindəki məlumatların hamısı axmaqcadır! Bu gün məktəblərdə bu nəzəriyyənin və ya Ağıllı Dizaynın oxudulduğunu ya da bunun bir variant olaraq şagirdlərə təqdim edildiyini düşünə bilmirəm. Elə isə astronomiyanın yanında astrologiya, kimyanın yanında simya da oxudaq!
Dünyanı anlamaq üçün yalnız elmi qaynaq götürmək doyurucu olmaz, çünki elm sizə əxlaqla, estetika ilə bağlı bir şey deməz. Məsələn mən Pikassonun ən sevdiyim tablosu Guernicanı təsvir edim. Bunu işığın bucağını, fırça zərbələrinin sayını, boyanın kimyəvi komponentlərini, kanvasın toxumasını izah edərək edə bilərəmmi? Etsəm, nə anlarsınız? O tablonun nə izah etdiyiylə əlaqədar heç bir şey. Elm şərtdir, amma həyatda kafi deyil.

Əgər məqalələrimizdə qrammatik və orfoqrafik xətalar varsa, lütfən, xətalı qismi işarələyib Ctrl+Enter klaviş kombinasiyasından istifadə edərək bizə bildirin.

Daha çoxu

Ilkin Jafarov

"Yaşıl Elm" elmi kütləvi platformasının qurucusu və baş redaktoruyam. "Eastern Mediterranean University"də Sənaye Mühəndisliyi üzrə ikinci təhsil alıram.

Bənzər yazılar

Rəy yazın

Buna da nəzər salın

Close
Close
%d bloqqer bunu bəyənir:

Spelling error report

The following text will be sent to our editors: