PaleontologiyaTəkamül

Fosillər bizə nə öyrədir?

Darvin elmi həyatında iki çətin suala cavab tapmağa çalışmışdır. Bunlardan biri təkamülü yadırğana bilmədən sübut etmək; ikincisi isə təkamülü izah edən tətmin edici nəzəriyyə yaratmaq

Darvin elmi həyatında iki çətin suala cavab tapmağa çalışmışdır. Bunlardan biri təkamülü yadırğana bilmədən sübut etmək; ikincisi isə təkamülü izah edən tətmin edici nəzəriyyə yaratmaq. “İnsan nəsli” adlı əsərində bu iki sualla bağlı aşağıdakı sözlərinə baxaq: “Bütün tədqiqatlarımda göz qabağında tutduğum iki hədəfim vardı. Birincisi növlərin ayrı-ayrı yaradılmadığını gösətmək, sonra canlılar aləmindəki dəyişliyin əsas səbibinin təbii seleksiya olduğunu meydana qoymaq.”

 

Darvin öz hədəfələrinə hansı səviyyədə çatmışdır? Bu sualı cavablandırmaq üçün birinci təkamül prosesini müəyyən edən sübutlara baxmalıyıq. Başda Darvin olmaqla, bir çox elm adamı təkamül müddəasını sübut edən müşahidə əsaslı məlumatlar yığmaq üçün çox illərini xərcləmişdilər. Çoxlu sayda və növdə olan bu müşahidələri burda qeyd etməyə imkan yoxdur. Zənn edirik ki, aşağıdakı 5 maddədə yığılan sübutlar ümumi bir fikir üçün kifayyətdir:

  • Fosillərdən öyrəndiklərimiz;
  • Strukturca oxşarlıqların göstərdiyi;
  • Embriologiya tapılan işarələr;
  • Yeni formaların yaranması;
  • Siniflənmələrdən çıxartdıqlarımız.

İndi isə sıra ilə bunlara nəzər yetirək. “Fosil” olaraq adlandırılan cisim tarixdə yaşamış bir heyvan yaxud bitkinin, torpaqda basdırılmış daşlaşmış qalığıdır. Milyon il əvvəl həyatda izi silinmiş bəzi orqanizmaların varlığını daşlaşmış qalıqlardan öyrənirik. Bir canlının qalığının fosilləşməsi üçün sklet kimi sərt, dayanıqlı olmalıdır. Yumşaq hissələrin mühafizəsi yalnız sonradan qayalaşan palçığa bənzər qalıqların içində qalmaqla mümkündür. Əslində fosilin yaranması asan deyil; müəyyən şəraitlər birlikdə olmalıdır. Buna görə keçmişdən gələn fosillərin bizə doğru məlumatlar verməsi baxımından afi deyildir. Lakin belə olsa da fosillərin verdiyi məlumatlar olduqca faydalı olmuşdur.  Bir daha bunu öyrənirik; 500 milyon il əvvələ gedib çıxan ən qədim fosillər bitkilərlə sadə onurğasızlara aiddir.

 

Quruluşca daha mürəkkəb olan fosillər, daha yaxın dövrlərdə yaranan qayalarda rastımıza çıxır. Onurğalılardan ən qədim olan balıqların 420 milyon, məlum olan ilk məməlilərin 170 milyon il əvvələ gedib çıxan fosilləri vardır.

 

Tədiqatlar həm heyvan həm də bitki aləmində fosillərin gedərək daha irəli yaxud qarışıq canlılara aid olduğunu göstərir. Bu “yaradılış” müddəasını yox, təkamülü sübut edən bir vəziyyətdir. Yenə eyni dərəcəli vacib bir nümunə; 300 milyon il əvvələ aid olan bəzi fosillər quruda yaşayan bir balıq növünün varlığını göstərir. Bunların skletlərinin daha sonrakı bir vaxtda meydana gələn bir çox quru heyvanlarının skletləri ilə yaxın bir oxşarlığı gözdən qaçmayacaq dərəcədə müəyyəndir. Aralarındakı əsas fərq balıqların üzgəclərini quruda yerimə orqanlarının əvəz etməsidir.

 

Oxşar əlaqəni sürünənlərlə quşlar arasında da görürük. Skletləri baxımından oxşar hesab olan iki qrupun yumurta qoyaraq çoxaldıqlarını bilirik. Quşların sürünənlərdən yarandığına əsası “Arxeopteriks” adlanan fosilin tapılmış olmasıdır. Bir quşun qanad və tüklərini daşıyan bu heyvan, xürünənlərə xas kəllə sümüyü və dişlərəsahibdir. Həmçinin uzun quyruğu və kanad uclarındakı pəncələri sürünənlərlə oxşar xüsusiyyətləridir.

 

Fosillər, günümüzdəki atların da beş dırnaqlı, kiçik, balaca ayaqlı atlardan formalaşdığını da göstərir. Atlar, yırtıcı canavarlardan qurtulmaq üçün get-gedə daha sürətli qaçan, uzun ayaqlı, tək dırnaqlı olaraq indiki görünüşlərinə çatmışdılar.

 

Fosilərdən öyrəndiyimiz maraqlı bir başqa hadisə   həm təkamül nəzəriyyəsinə sübut həm də təkamüldə həyat mübarizəsinin necə işlədiyini göstərir. Bir vaxtlar çox yayğın olan kisəli məməliləri bugün istisnalar xaric yalnız Avtraliyada yaşayır. Geoloqlar bu torpaqların bir vaxtlar Cənub-Şərqi Asiyaya aid olduğuna inanır, plasentallı məməlilərin yaranmasından qabaq ayrıldığını deyirlər. Plansental məməlilərə qarşı uduzan kisəli məməliləri Asiyada yox olmaq üzrəykən, Avstraliyada həyatlarını davam etdirmələri belə bir mübarizədən uzaqda qalmış olmalarıyla bağlıdır.

 

Quruda yaşayan bütün onurğalıların (xüsusi funksiyalarına görə modifikasiyaya məruz qalmaqlarına qarşı) “Pentadactyle” adlanan plana əsaslandıqları məlumdur. İlk baxışda insan qolu skletinin yarasa, quş yaxud indi artıq olmayan uçan sürüngən (pterodactyle) kanadı, yaxud balina üzgəcləri (flipper) ilə oxşarlığı başa düşülmür. Lakin bu cür quruluş oxşarlıqları, bu orqanizmlərin  təkamül mərhələsindəki əlaqələri öyrənildikdə aydınlaşır.

Izah edilməli başqa bir mövzu isə, bəzi heyvanların baxıldıqda heç bir funksiyası olmayan orqanlar daşımağıdır. Misal, dovşan və başqa bəzi fitofaqlar heyvanlarda olduqca böyük olan appendisitin selüloz həzminə kömək edən bakteriyalarla dolu olduğu bilinir. Halbuki, insan, meymun və bəzi fitofaq heyvanlarda heç bir funksiyası olmayan appendisit çox kiçikdir. Yenə dovşan, pişik və bir çox məməlilərdə səs dalğalarını tuta bilmək üçün xarici qulaqları tez fəaliyyətə keçirən əzələlər insanda da mövcuddur. Lakin bu əzələlər insanlarda o qədər inkişafdan geri qalmışdır ki, dovşan və pişiklərdəki həmən diqqətə çarpan funksiyanı yerinə gətirməyə imkanı yoxdur.

“Xüsusi yaradılış” deyilən şey real olsaydı, bu cür quruluş oxşarlıqları necə izah ediləcəkdi?
Təkamül nəzəriyyəsi isə buna quruluşca oxşar olan  canlıların ortaq bir atadan gəldiyi, bəzi orqan yaxud xüsusiyyətlərin yeni növlərin bəzilərində funksiyasız qalmaqları səbəbiylə koraldığı kimi izah verir.

 

İndi soruşula bilər ki, hamısı bu qədərdir? Əlbəttə ki, yox. Daha bir çox sübut göstərilə bilər. Biz bunlardan bir neçəsinə toxunacağıq.

Təkamülə Embriologiyadan da sübutlar gətirlə bilər. Yetişkin onurğalılardan təkcə balıq tənəffüsünü başının iki tərəfindəki qəlsəmələrlə edir. Lakin, yetişmə dövründə quruda yaşayan hardasa bütün onurğalılarda qəlsəmə yarıqları müşahidə olunur. Belə ki, bu formalaşma çömçəquyruq (qurbağa balası) xaric heç birində tənəffüsə xidmət etmir. Bunun ağlabatan izahı, quru onurğalıların atasının balıqlara gedib çıxdığıdır. İstifadə olunmayan funskiyasını başqa cür  necə izah edə bilərik?

Qurbağanın həyat hekayəsi bu baxımından daha tətmin edicidir. Çömçəquyruq, qurbağanın balığa bənzər bir atadan gəldiyini göstərən yaxşı bir nümunədir. Hətta, ağciyərli balıqların yumurtalarından çıxan balalar iç qəlsəməli yetişkinə çevrilməmişdən  qabaq çömçəquyruqlar kimi xarici qəlsəməlidirlər. Bu da suda-quruda yaşayan amfibiyaların o cür balıqlardna qaynaqlandığını göstərir.

 

Yeni formaların meydana çıxması da sübut əsaslı bir hadisədir. Təkamül nəzəriyyəsinə görə, təbii seleksiyanın işləmə mexanizmi davamlı olaraq yeni formaların meydana gəlməsinə imkan verir. Təbii seleksiya zamanı bu variasiyalardan bir qismi yox olarkən bir qismi də istifadə olunaraq qorunur. Təbiətdə davamlı olan ələnən kiçik variasiyaların çoxsunu heç diqqətə belə almırıq.Əhilləşdirmədə isə təbii şəraitdə çətinliklə dayana bilən funksiyalar yetişdirilir və qorunur. Misal, vurğulaya bilərik ki, insan sivilizasiyası dövrü ərzində inkişaf etdirilən bir çox it və göyərçin növü az saylı bir neçə növə əsaslanır.

 

Sinifləndirmədə də bəzi sübutlar tapmaq olar. Daha əvvəl də vurğuladığımız kimi, orqanizmləri qruplaşdırarkən, quruluşdakı oxşarlıqları nəzərə alaraq bir sinifləndirmə edilə bilər. Buna gör, misal, “felis” cins adını daşıyan pişikləri it, canavar, kaftar, ayı və digər heyvanlarla qruplaşdıraraq daha ümumi “carnivora”* adı altında geniş bir sinfə bölə bilərik. Həmçinin bu sinif “placental”  məməlilərini əhatə edən daha geniş infin bir hissəsi olaraq qəbul edilə bilər. Bu cür sinifləndirmə, təkamülü sübut etmək xarakterlidir.

 

İzah edək: İlk məməlilərdən bir hissəsinin ətyemə vərdişi, aradan keçən uzun zaman dilimində bugün bildiyimiz qrupların yaranmasına səbəb olan budaqlanma mərhələsinə girdiyi hesab edilir. Həqiqətən, təkamülü gözardı edərək bu cür sinifləndirməni necə izah edə bilərik? Saydığımız müxtəlif misallar nəzərə alındıqda təkamül nəzəriyyəsinin sənədləşdirilmədiyi, əsassız bir fərziyyə yaxud ideologiya olduğu hələ də deyilə bilərmi?

 

  1. Baxın: IX fəsl

 

* Yaxud “daşlaşmış qalıq”, “qalıq”.

* lat. Canidae- Yırtıcılar.

Əgər məqalələrimizdə qrammatik və orfoqrafik xətalar varsa, lütfən, xətalı qismi işarələyib Ctrl+Enter klaviş kombinasiyasından istifadə edərək bizə bildirin.

Etiketlər
Daha çoxu

Taryel Abdullayev

Yaşıl Elm, elm platformasında yazaram və elmi kütləviləşdirməkdə aktivstlik edirəm. Məqsədim, cəmiyyətimizdə elmə sevgi yaradaraq daha rasional bir zehniyyət formalaşdırmaqdı.

Bənzər yazılar

Rəy yazın

Buna da nəzər salın

Close
Close
%d bloqqer bunu bəyənir:

Spelling error report

The following text will be sent to our editors: