Beyin/PsixologiyaTəkamül

Etika və əxlaq. Əxlaq nədir? Əxlaqi dəyərlər necə təyin olunur?


Әvvəlcə bunu bilmək  lazımdır: Hər nə qədər bəzi standartlarla sərhədləri müəyyən edilməyə çalışılsa da əxlaq da, etika da şəxsi mövzulardır. Yəni adamdan adama, zamandan zamana və məkandan məkana dəyişirlәr. Buna görə özündə bu tip anlayışların elm ilə birləşdirilməsi prinsip olaraq səhvdir. Hər nə qədər bir heyvan növü olsaq da zəkamızı istifadə edərək ictimai nizamımızı digər heyvanlardan çox daha fərqli şəkildə qura bilmiş bir növ olaraq digər heyvanlardan fərqli bəzi qaydalarımız olması da son dərəcə təbiidir. Bu səbəblə istər-istəməz əxlaq və etika mövzuları elm üzərində də sərhədlәr müәyyәn edir, buna görә elm sahəsinə daxil olur. Buna görə də bu yazımızda bu mövzuları elmi bir dillə ələ alacağıq və obyektiv şəkildə mövzunu ortaya qoymağa çalışacağıq. Ancaq bu mövzuların çox dəyişkən olduğunun təkrar vurğulamaq istəyirik.













Әxlaq və etikanın min illərlə ifadə edilə biləcək bir keçmişi var, buna görə burada bundan çox bәhs etmәk istәmirik, belə halda yazı sıxıcı bir hal ala bilər . Ancaq bu anda gəldiyimiz nöqtədə elmin gözündən bu anlayışların necə xarakterizə olunduğuna baxacaq olsaq:

Әxlaq yaxşı (ya da doğru) və pis (ya da səhv) arasındakı fərqlərdən doğulan və istəklərimizə, düşüncələrimizə və hərəkətlərimizə təsir edən davranış hisslərinә verilən addır. Burada dərhal gözə dəyəcək ilk nöqtə “yaxşı”, “pis”, “doğru” və “səhv” tərifidir. Bu tərifləri kim verəbilər? Bunu hələ də kimsə bilmir. Çünki bunlar son dərəcə nisbi anlayışlardır. Bir cəmiyyətdə səfərə çıxan adamın arxasından su tökmək ona təhqir sayılarkən, bir başqa cəmiyyətdə yaxşı niyyət göstəricisi ola bilər. Bir cəmiyyətdə oğurluq bağışlanılmaz bir günah sayılarkən, bir başqasında tutulmadan bacarılarsa ictimai statusa təsir edəcək qədər əhəmiyyətli bir müvəffəqiyyət ola bilər. Bu vəziyyətdə nə yaxşıdır? Nə pisdir? Nə doğrudur? Nə səhvdir? Bunları elmi və tərəfsiz olaraq bilməmizin bir yolu yoxdur. Bu nöqtədə digər bir anlayış dövrəyə girir:

Etika əxlaq fəlsəfəsinin digər adıdır və təməl olaraq nəyin yaxşı, nəyin pis, nəyin doğru, nəyin səhv, nələrin әxlaqlı, nələrin əxlaqsızlıq, nəyin ədalətli, nəyin günah olduğunu təyin etməyə çalışan fəlsəfə qoludur. Bir çox alt qolu var, ancaq burada bunlardan bəhs etməmizə ehtiyac yoxdur, çünki biz işin fəlsəfi deyil, elmi tərəfi ilə maraqlanırıq. Ancaq bu nöqtədə bilinməsi lazım olan etikanın, əxlaqı açıqlamağa çalışanın fəlsəfi sistem olduğudur.

Yaxşı, bu xarakteristikalardan sonra əlimizdə nə olduğuna bir baxaq: Ortada tamamilə subyektiv olan onlarla anlayış və bunları açıqlamağa çalışan və yenə tamamilə subyektiv olan bir başqa sistem olan fəlsəfə var. Әlbəttə ki, bu halda min ildir işin içərisindən çıxıla bilinməməsi çox normaldır. Bu tip mövzular elmin də birbaşa sahəsi olmadığı üçün tərəfsiz bir həll təqdim etmək mümkün deyil, çünki elm tərəfliliklə maraqlanan bir qol deyil. Hüquqçular və “etikaçılar” olaraq mövcud olan bəzi qruplar bu mövzuda mümkün olduğunca obyektiv həllər yaratmaq iddiasındadırlar, ancaq bunların da heç biri universal deyil. Buna görə hər cəmiyyətin özünə xas bir əxlaq anlayışı, bu səbəbdən özünə xas bir etikası var.

O zaman bu halda necə bir-birimizi qətl etmədən, qarşıdurmadan, ziddləşmədən bu günlərə gələ bildik? Әslində bu sual yanlış məzmunlu bir sualdır, çünki insan növü bəlkə də öz növü ilə bu qədər çox zidd düşən tək heyvan növüdür. Ancaq yenə də bəzi ümumi əxlaq qaydalarından bəhs etmək mümkündür. Bildiyimiz qədəriylə heç bir cəmiyyətdə ilk dəfə tanış olduğunuz birinin peysərinə şillə atmaq əxlaqlı bir davranış sayılmaz. Yaxşı bəs niyə? Niyə bəzi davranışlar universal olaraq etibarlı sayılarkәn, bəzi davranışlar çoxluqla cəmiyyət-mərkəzlidir və cəmiyyətdən cəmiyyətə dəyişir?

Yenә burada imdadımıza yetişən elm Təkamül Biologiyasıdır. Hərçənd bu vəziyyətdə Təkamüllü Biologiyasının bir alt qolu olaraq doğulan və sürətlə inkişaf etməkdə olan Memetika elmi hələ ümumikeçərli olaraq bir “elm” sayılmır, ancaq verdiyi  izahlar sayəsində xüsusilə son 20 ildə çox böyük yol qət etmiş bir sahədir.

Yuxarıda cavabı verilə bilməyən hər bir sual əslində bir memdir. Oğurluğu ələ alaq. Bu fakta dair hər cür fikri məlumat parçası ictimai münasibət qura bilən heyvanlar arasında ictimai ünsiyyət yoluyla yayılan bir memdir. Məsələn “oğurluq yaxşıdır” düşüncəsi, “oğurluq pisdir” düşüncəsi, “oğurluq əxlaqlılıqdır” düşüncəsi, “oğurluq əxlaqsızlıqdır” düşüncəsi və olabiləcək bütün törəmələri bir memdir. Bu memlər populyasiya içərisində eynilə fərdlər kimi davamlı bir təkamüllü tәzyiq altındadır və bu tәzyiq istiqamətində bəziləri önə çıxar, bəziləri isə kölgədə qalar. Bəziləri populyasiyaya o qədər yayılır ki, eynilə “gen populyasiya içərisində sabitdir (100% yayılmış)” deyə bildiyimiz kimi, “mem populyasiya içərisində sabitdir” deyə biləcəyimiz mövqeyə gəlir.

Cəmiyyət öz içərisində dinamikliyi olan bir bütündür. Bu səbəbdən ictimai strukturlar eynilə ekoloji şərtlər kimi hər an amma çox yavaş bir şəkildə dəyişir. Bundan 150 il əvvəlki insanının ümumi profili ilə 100 il əvvəlki, 50 il əvvəlki, 20 il əvvəlki, 10 il əvvəlki, 5 il əvvəlki və bu günki profilləri bir-birindən fərqlidir. Çünki insan populyasiyaları arasında böyük sayda mem var və bunlar davamlı olaraq eynilə təbiətin insanlara tətbiq etdiyi kimi cəmiyyətlərin düşüncələrinin bu düşüncə parçaları üzərinə tətbiq etdiyi vəziyyətlərdə memlər dəyişikliyə uğrayır, cəmiyyət içərisindəki tezlikləri artır, azalır, sabit qalır, dəyişir və s.

Məsələn “Azərbaycan cəmiyyətinə aid ümumi əxlaq qaydaları” dediyimiz zaman ağılımıza gələn qaydalar yüzlərlə ildir bu torpaqlarda yaşayan insanların mem olaraq yığdıqları düşüncə, məlumat, fikir parçalarının cəmindən ibarətdir. Yəni elmi olaraq “əxlaq” dediyimiz anlayış yaxşı, pis, doğru, səhv vә s. faktlara qarşı alına biləcək zehni və fikri mövqelərin, yəni memlərin cəmidir. Bu vəziyyətdə etika da fəlsəfənin sahəsindən çıxaraq memetika elminin sahəsinə daxil olar və təməl olaraq bu memlərin araşdırılması və qiymətləndirilməsi elminə çevrilər. Təbii unutmamaq lazımdır ki, bu anda bunlara yanaşma bu şəkildə deyil, ancaq ümumi meyl elm insanlarının hadisəyə gələcəkdə bu şəkildə baxacağını göstərər xüsusiyyətdədir.

Әxlaq və etika çox uzun illərdir dindәn aslıdır, ancaq fəlsəfə tərəfindən qiymətləndirilib inkişaf etdirilir. Bir çox insana görə əxlaq dinin qoyduğu sərhədlərlə təyin olunur. Din də dəyişdirilə bilməz və doqmatik bir məlumat növü olduğu üçün əxlaq qaydaları da sabit və monoton olaraq ələ alınmışdır. Fəlsəfə dinin bu doqmatizmindən əxlaqı qurtarmış, ancaq öz quruluşundan ötəri tərəfsizlik ölçüsünə çıxara bilməmişdir. Memetik və Təkamül Biologiyası isə lazımlı son addımın atılmasını təmin edər və yuxarıda təyin etdiyimiz şəkliylə anlayışlar başa düşülməyə başlandığında hadisəyə tərəfsizlik və elmilik də daxil edilmiş olar.

Yaxşı bu dünyagörüşü elmə nə qatar? Әxlaq və etika lazımlıdırmı? Bunlar çox əhəmiyyətli suallardır.

Әn başda da ifadə etdiyimiz kimi insan çox kompleks bir əlaqələr quruluşuna sahib ictimai bir heyvan növüdür. Digər ictimai heyvanlardan fərqi bu dəfə işin içərisinə beynin təkamülüylə birlikdə qəbulun və zəkanın qatılmış olmasıdır. Bütün ictimai heyvanlar əlaqələrindəki ictimai ünsiyyəti qəbul edəcək tutumdadırlar, ancaq bu əlaqələr zəkaları ilə məhdudlaşdırıldığı üçün çox kompleks bir ictimai quruluşa sahib deyildirlər. Çox kompleks kimi görünən bir şanda ya da qarışqa yuvasında belə təməl bəzi prinsiplərdən başqa bir şey olmadığı müşahidә edilir. Ancaq insanın zəkasının işə qarışmasıyla ən sadә olanlar — yalan, aldatma, istiqamətləndirmə, sapdırma kimi bir çox ünsiyyət anlayışı həyatımıza girmişdir. Bu da bizim əlaqələrimiz baxımından işin içindən çıxılmaz olmasına səbəb olmuşdur.

Bu vəziyyətdə digər ictimai heyvanlarda olduqca az olan əxlaq və etika anlayışı dövrəyə girərək həll təmin edilir. Bu həllin “necə” təmin edildiyini isə təkcə Təkamül Biologiyası dəqiq olaraq açıqlaya bilər:

İnsanların təkamüllü müddətdə ictimai əlaqələrinin kompleksləşməyə başlamasıyla birlikdə əvvəlcə əxlaq sonradan “əxlaq” deyilən bir anlayışın var olduğunun başa düşülməsiylə də “etika” doğulmuşdur. Bu, insanların Tanrılar var edərək zehni tarazlıqlarını təmin etdikləri dövrlər qədər qәdimdir və eyni zamanda meydana gəlmişdir, ancaq Tanrıların sistematikləşdirilərək dinlərə çevrildiyi zamanlardan çox-çox əvvəldir. Bu səbəbdən dinin əxlaq və etika anlayışlarını sahiblənməyə çalışması olduqca mənasızdır. Daha doğrusu sahiblənə bilər, bu yaxşıdır, ancaq əxlaqın dindən qaynaqlandığını söyləmək açıqca cahillikdir.

Çünki indiki vaxtda yaşayan 1 milyard ətrafı non-teist (dinsizlər, aqnostiklər və bənzərlәr) dindarlardan nisbət olaraq da dəqiq olaraq da çox daha “əxlaqlı” olaraq yaşayır, heç olmasa günümüzün ümumi əxlaq anlayışı baxımından baxdığımızda. Bunlardan bəhs etməyəcəyik, bizim mövzumuz deyil, ancaq əxlaqın insanın təbiətindən gələn bir ictimai təşkil edici olduğunu anlamaq baxımından əhəmiyyətlidir. Biz işin bu qismiylə maraqlanırıq.

Bəhs etdiyimiz bu ümumi əxlaq qaydaları yuxarıda ifadə etdiyimiz kimi bir əlaqələr-arası problemə qarşı çıxarılan fikirin düşüncənin ya da ümumi bir həllin, yəni elmi adıyla memin uzun vədәdә cəmiyyət içərisinə yayılması və əgər faydalı bir memsə yığılaraq gələcək nəsillərə köçürülməsi, mənfi təsirləri meydana gəlsə çıxdaş edilәrәk yox olması nəticəsində meydana gələr. Bu səbəblə cəmiyyətdən cəmiyyətə fәrqlәnәr, çünki cəmiyyətlər arası baryerlər (məsafə, dil, mədəniyyət fərqləri, vs.) memlərin bir-birinə qarışmasını önləyər və eynilə bioloji növləşmədə olduğu kimi fərqli populyasiyaların fərqli istiqamətlərdə təkamülləşməsinə səbəb olar. Bizim mövzumuzda isə fərqli populyasiyaların fərqli istiqamətlərə gedən memlər yığmasına, buna görә dә fərqli əxlaq qaydalarının yığılaraq çoxalmasına səbəb olar.

Bu nöqtə aydın olduqdan sonra minlərlə illik problem həll edilmiş olar: Çünki ən nəhayət zehni fəaliyyətimizdən ötəri var etdiyimiz bir çox anlayış Təkamül Biologiyasının açıqlama gücü sayəsində bildiyimiz kimi cəmiyyət içərisindəki fərdlərə həyatda qalma və ya nәsil artırma baxımından təmin etdiyi üstünlüyə görə varlığını qoruyar və ya yox olar. İndiki vaxtda əxlaq qaydalarının var olmasının səbəbi insanların kompleks əlaqələr qrmağa başladıqları ilk dövrdən bəri onlara fayda verməsidir. İndiki vaxtda əxlaq qaydaları hələ də işləyir, bu sayədə də olabiləcəyindәn çox daha az qarşıdurma yaşanır. Məsələn yeni bir ölkədə tanış olduğunuz ilk adamın peysərinə şillə atmamanız, zəkanız tərəfindən diktə edilən və cəmiyyət içərisində yüzlərlə, minlərlə ildir yığılaraq gələn bir memin, bir əxlaq qaydasının nəticəsidir. Yəni bura qədər izah etdiklərimizdən anlaya biləcəyiniz üzrə әxlaq qaydaları da ən nəhayət zəkamızın bir məhsuludur və dolayısıyla arxalarında bir məntiq axtarmaq uyğundur.

Әxlaq qaydaları cəmiyyətin düzgün yaşaması üçün gərəklidir və onsuz da biz istəməsək də mütləq var etdiyimiz ictimai düşüncələr cəmiyyət içərisində açıqladığımız memetik seçiminә uğrayaraq bir şəkildə qalacaq ya da yox olacaq. Təbiətdəki seçimlә nə qədər məşğul olsaq da çox az müdaxilə edә biliyimiz kimi, buna da müdaxilə etməmizin bir yolu yoxdur. Bu, insan təbiətinin və ictimai quruluşun təbii bir məhsuludur və bir növ “ictimai təbiət qanunudur”.

İnsanların diqqət yetirməsi lazım olan, özlərinə “əxlaq qanunu” olaraq diqtə edilən bir şeyin cəmiyyət tərəfindən hər hansı bir seçimə uğramadan yalnız sizi manipulyasiya etmək üçün var etdikləri bir qayda olduğunu yoxsa həqiqətən, təcrübəli memetik seçimlə gələn və ictimai təşkil edicilər olan, ağla uyğun, həyatda qalma və nəsil artırma şansımızı artırıcı bir mem olduğunu araşdırmaqdır. Bu, çox təəssüf ki cəmiyyətin quruluşundan aslı olaraq bəzən çox çətin olur. Məsələn minigeyim geyilməsinə qarşı ölkəmizdə olan ümumi ön fikir, digər dünya ölkələrindəki vəziyyətə baxıldığında son dərəcə axmaq və məntiqsizdir. Çünki digər ölkələrdə rahatlıqla geyilən minigeyim geyən kəslər haqqında ölkəmizdə fərz edilən yaraşdırmaların hamısının etibarsız olduğunu göstərir. Ancaq ölkəmizin təhsilsiz olması və ümumi ictimai quruluşundan ötəri mem özündə “mənfi” bir təsir yaratsa da cəmiyyət tərəfindən müqavimətlə və əsasən də şüursuzca qorunur. Buna görə də sıradan çıxmaz.

Bu vəziyyətdə qarşımıza bu çıxır: Təbiətdə meydana gələn seçmә tərəfsizdir, çünki təbiət içərisində yaşadıqlarının “gözünün yaşına baxmaz”. Ancaq cəmiyyət belə deyil. Cəmiyyət subyektivdir və buna görə ümumi quruluşa bağlı olaraq seçim reallaşar. Buna görə seçmәnin nəticəsi də subyektivdir. Və buna görə cəmiyyətlərin ümumi zehni quruluşu fenotipika və  bioloji quruluşundan daha sürətli inkişaf edə bilər. Bu eynilə Süni Seçmәnin canlılara Təbii Seçmәdən sürətli təsir etməsi kimidir. Təbiətdəki seçmә son dərəcə yavaş işləyir, çünki təbiət 100% obyektivdir. Ancaq insan əliylə edilən və son dərəcə subyektiv olan seçmә Təbii Seçmәdən çox daha sürətli nəticələr verir. Hələ ki buna seçilәn quruluşun da subyektiv olması əlavə olunsa seçmә çox daha sürətli olacaq. Әxlaqdan bәhs olunduğunda cəmiyyət də subyektiv olduğu üçün fikri təkamül çox sürәtlә baş verәr. Әsasәn əxlaqın və etikanın meydana gəlməsi, inkişafı və təkamülü bu şəkildədir.

Elm üzərində etika məhdudluğu vә sәrhәdlәri:

Etikadan bәhs olunduğunda yuxarıdakı minigeyim nümunəsində olduğu kimi hər cəmiyyət və hətta hər fərd elmə qarşı fərqli yanaşmalar sərgiləyə biləcək. Məsələn bәzilәri elmin heç bir şəkildə məhdudlaşdırılmaması lazım olduğunu müdafiə edir. Bir qrup digər insan isə bəzi mövzularda elmin məhdudlaşdırılmasının lazım olduğunu düşünür. Məsələn insan kopiyalama, genetik araşdırmalar və bənzər mövzular tez-tez gündəmə gəlir.

Bu mövzuları çox təəssüf ki, elmi olaraq həll etmənin çox yolu yoxdur, çünki birbaşa subyektiv bir anlayış tərəfindən elm üzərində tətbiq olunan bir baryerdir və təməl olaraq problemin öz-özünü həll etməsini gözləmək lazımdır. Nə var ki burada yenə problemin tətbiq olunan etika sərhədlərin subyektiv səbəblərləmi tətbiq olunmağa çalışıldığı, yoxsa həqiqətən etik narahatlıqlara görәmi irəli sürüldüyünü anlaşılır. Ancaq minigeyim nümunəsinə görə xarakterizә etmәk daha asandır, çünki minigeyim mövzusunda faktor olan cəmiyyət subyektivkәn, elm üzərindəki etik mövzularda faktor olan elm tərəfsizdir.

Məsələn kosmosa çıxılması bir sıra insan tərəfindən “Tanrının insana çəkdiyi sərhədin aşılması” iddiasına gprә etika və əxlaqi bir problem olaraq görülmüşdür. Bu, açıq bir şəkildə axmaq və etibarsız bir iddiadır. Çünki iddia sahibinin etik problemləri təyin etməsi lazımdır. Birbaşa dini inanclar səbəb göstərilərək elm məhdudaşdırılmaz, bu qəti olaraq və müzakirəsiz səhvdir.

Ancaq məsələn, düşünmə qabiliyyətinə sahib olan və öz-özlərini proqramlaşdıra bilən robotlar yaratmanın qarşısına etik narahatlıqlar çıxarıla bilər və elmi olaraq müdafiə oluna bilər: çünki ağıllı və özünü proqramlaşdıra bilən robotlar çox böyük nisbətdə maşınlara bağlı yaşamağa başladığımız bu dövrlərdə bəzi elmi-fantastika filmlərinin göstərməyə çalışdığı şəkillərdə ciddi problemlər yarada bilər (maşınların bir-birləriylə əməkdaşlıq etməsi, insanların həyatını təsir edən sistemlərin söndürülmәsi vә s.). Digər yandan bu da var: Әgər bu narahatlıqlara elmi həllər yaranarsa, yenə etik narahatlıqların bir mənası qalmaz.

Bu da bizi son başlığa aparır:

Elm içində əriyən etika
 

Yuxarıda misal verdiyimiz kimi etik narahatlıqlar insanların yüzlərlə, minlərlə ildir davam edən və memetik üsullarla yığılaraq inkişaf edən əxlaq qaydalarının elm tətbiqləriylə ziddiyyət təşkil etməsindən qaynaqlanır. Bu narahatlıqların elmi tərəfsizlik sərhədləri daxilində olanları araşdırıldığında (yuxarıdakı robot nümunəsi kimi) bizləri son dərəcə qiymətli həllərə istiqamətləndirə biləcək tətikləyicilər olduqları görülür. Çünki etika problemləri mütləq üzərində düşünülməsi lazım olan və hətta mümkünsə həllər yaradılması lazım olan problemlərdir. Təbii ki, bu hər zaman asan mümkün olmaz, amma tərəflər əllərindən gələni etməlidir.

Bu şəkildə edilən bir dialektik (qarşılıqlı) irəliləmə nəticəsində etika elm qarşısına əxlaqi əsaslı bəzi “problemlər” çıxarar və bunların təhlil edilməsini gözləyər. Elm də bunları həll etdikcə etik problemləri ortadan qaldırmış olar və beləcə etik problemlər elm içərisində yox olar.

Ancaq burada yenə diqqət yetirilməsi lazım olan nöqtə quruluşundan ötəri əsla həll edilə bilməz bir məlumat növü olan dini əsaslı etik problemlərinin elm qarşısına çıxarılmaması lazım olduğudur. Bunların elm üçün bir dəyəri yoxdur, olmamalıdır və tərəflər də dini problemləri elm qarşısına çıxarmamağa diqqət yetirməlidir. Uzun illərdir müzakirə edilən, ancaq yuxarıda açıqladıqlarımızla asanca həll edilə biləcək bir nümunə üzərindən mövzunu bitirәk:

Canlı kopiyalamaq, xüsusilә insan kopiyalamaq bir çox etik problemi özü ilə gətirən elmi bir mövzudur. Bu mövzuda irəli sürülən etik problemlərini saymaqla bitməz; ancaq ikisini ələ alaq:

 
  1. İnsan kopiyalanmamalıdır, çünki bu insanın yaradılışına və təbiətə zidddir. 
  2. Tanrı rolunu oynamaqdır. İnsan kopiyalanmamalıdır, çünki əldə ediləcək insan da bir canlı olacaq və kopiyalanma məqsədinə bağlı bir çox əxlaqi və hüquqi problemi bərabərində gətirə biləcək.

Bu problemlərdən ilki heç bir elmi açıqlamaya әsaslanmayan sadə bir iddiadır və üzərində dayanmağa belə dəyməz. Ancaq çox təəssüf ki, insanların çoxu sırf bu səbəblə digər iddiaları qulaqardı edə biləcək ölçüdə kopiyalama mövzusuna qarşıdırlar. Lakin bizim baxış bucağımәzdan elmi heç bir dayağı olmayan bu iddia hər hansı bir “etik problem” olaraq görülə bilməz. Bu şəxsi bir fikirdir və әsassızdır. Elm üçün də bir maneə təşkil etməz, çünki elmin açıq bir şəkildə isbat etdiyi kimi insan “yaradılmamışdır” və təbii müddətlərdən keçərək bu günə gəlmişdir. Ayrıca təbii müddətlərlə meydana gələn bir canlının səbəb olduğu hər hansı bir şey təbiətə zidd ola bilməz, çünki təbiətə zidd olsa insanın bunu etməyə gücü çatmazdı. Tanrı rolunu oynama qisiminə toxunmuruq belə. Bu səbəbdən bu iddianın elm qarşısında bir maneə təşkil etməməsi lazımdır.

Ancaq ikinci iddia üzərində dayanılması lazım olan bir mövzudur. Məsələn, ana fərd üçün orqan yaratmaq məqsədiylə kopiyalandığını düşünək (baxın: “The Island” – Ada adlı film). Yaradılan fərd әsl, bioloji və təbii bir fərd olacağı üçün ilk olaraq orijinal fərddən kopiyalanması üçün icazə alınmalıdır, ancaq belə bir şey əlbəttə ki mümkün deyil. Buna görә orijinal fərdin razılığının kafi olması gözlənilər. Ancaq bu şəkildə yaradıldıqdan sonra canlı hala gətirilib var edilən bir fərdin əlbəttə, digər hər kəs ilə bərabər hüquqi haqqlara sahib olması lazımdır. Bu səbəblə öz istəyi olmadan orqanları alına bilməz və hər hansı bir məqsədlә istifadə edilə bilməz.

Bu kimi hәqiqi problemləri ortaya qoyan etik problemlər həll edilə bilsə, əlbəttə ki, hər hansı bir problem ortada qalmayacaq və elm üçün maneələr meydana gəlməyəcək. Ancaq bir çox vəziyyətdə bu problemlərin hamısını həll etmək hәm texnoloji, gərək elmi çatışmazlıqlara görә mümkün deyil. Bu da əsrlərlә davamedәn müzakirələrin ürəyində yatan әsas mövzudur.

Burada abort və s. etika problemləri olan mövzulara toxunmadıq, ancaq yeri gəldiyində bunları da əlavə edə bilərik. Lakin əxlaqi və etik problemlərin əsasında nə demək olduğunu anlayan bir fərd həllə çox daha sürətli çata biləcək və elmin çox zaman itirməsinin önünə keçə biləcək.

Əgər məqalələrimizdə qrammatik və orfoqrafik xətalar varsa, lütfən, xətalı qismi işarələyib Ctrl+Enter klaviş kombinasiyasından istifadə edərək bizə bildirin.

Etiketlər
Daha çoxu

Ilkin Jafarov

Yaşıl Elm platformasının qurucusu və baş redaktoruyam. “Eastern Mediterranean University”də Sənaye Mühəndisliyi üzrə ikinci təhsilini alıram.

Bənzər yazılar

Rəy yazın

Bunlara da nəzər salın

Close
Close
%d bloqqer bunu bəyənir:

Yazı xətası

Qeydiniz redaktora göndəriləcək: