BiologiyaTəkamül

Cinsi seçmə

 

Bu yazımızda sizlərə Təkamül təliminin əhəmiyyətli bölmələrindən biri olan “Cinsi Seçmə“dən bəhs edəcəyik. Hal-hazırda, Cinsi Seçmə, şübhəsiz ki Təkamül təliminin mexanizmləri arasında ən əhəmiyyətli və ən güclülərindən biri hesab edilir. Bu təbiət qanunu təsadüfi olmayan cütləşmə olaraq da adlandırıla bilər. Bu prosesdə yalnız bir cinsə aid üstün əlamətlər meydana çıxır.

Cinsi Seçmənin Kəşfi: Darvini “Xəstə Edən” Təbiət Qanunu
Darvin, yaratdığı təlim üçün çox sayda növdən məlumat toplasa da, dövrün elmi şərtləri daxilində bu məlumatların hamısını izah edə bilməmişdir. Məsələn, qanunun tarixi müddətini təsdiqləyəcək olan bir çox fosil o vaxtlar hələ tapılmamışdı və göz ilə beyin kimi bəzi orqanlar o dövr üçün təkamüllə meydana gələ bilməyəcək qədər mürəkkəb görünürdü. Üstəlik fərdi xüsusiyyətlərin övladlara necə ötürüldüyü mövzusunda da hər hansı bir məlumat yox idi. Bu səbəbdən Darvinin açıqlamaqda çətinlik çəkdiyi bir çox mövzu olmuşdur. Buna baxmayaraq, əlində təkamül dəyişikliklərini sübut edən o qədər məlumat var idi ki, inkişaf etdirdiyi təlimin səhv olması ona qeyri-mümkün görünürdü. Və o bu fikrində haqlı idi də. Çünki Darvindən sonra gələn elm adamları, Darvinin mərd və dürüstcə Növlərin Mənşəyinə əlavə etdiyi “Nəzəriyyənin Çətinlikləri” qismindəki anlaya bilmədiyi nöqtələri tək-tək və istisnasız olaraq açıqladılar və əskik tapdığı boşluqları doldurmağı bacardılar. Xüsusilə XX əsrdən etibarən genetika elmi yüksəlməyə başlamış və araşdırdığımız hər canlının hər bir geni təkamül tarixinə işıq tutmuş və Darvini haqlı çıxarmışdır. Bu səbəbdən hal-hazırda Darvinin açıqlaya bilmədiyi hər mövzu aydınlaşdırılmış və təkamül biologiyası sayəsində açıqlana bilmişdir.

Amma Darvini, öz deyimiylə “xəstə edən” bir mövzu, uzun müddət sual olaraq qalmışdır: tovuz quşlarının göz qamaşdırıcı rəngləri və nəhəng quyruğu… Çünki o dövrlərdə olduqca detallı olaraq analiz edilə bilən təbii seçmə qanunu daxilində, bir növün fərdlərinin hərəkətini bu qədər məhdudlaşdıran və ovçulara bu qədər dəqiq şəkildə yerini bəlli edən bir canlının təkamülləşməsi, daha doğrusu təbii seçmə tərəfindən dəstəklənməsi qeyri-mümkün görünürdü. Necə olur ki, həyatda qalma mövzusunda bu qədər ciddi problemlər yarada biləcək bir əlamət tovuz quşlarında təkamülləşə bilmişdir?

Amma Darvin bu problemin cavabını ölməzdən əvvəl verməyi bacarmış və bu gün, Cinsi Seçmə adını verdiyimiz təbiət qanununu kəşf edə bilmişdir. Növlərin Mənşəyindən sonrakı kitablarında bu qanuna ətraflı şəkildə toxunmuş və hətta bu mövzuda ayrı bir kitab da yazmışdır.

Darvinin bu kəşfi, həyatın və təkamülün sirrlərindən birini də açıqlığa qovuşdurmuş və özümüzü daha yaxşı tanımağımızı təmin etmişdir. Darvin anladı ki, doğulan balaların yalnız həyatda qalmaq mövzusunda müvəffəqiyyətli olmaları hər hansı bir məna ifadə etmir. Çünki nəticə etibarilə hər fərd bir yerdən sonra ölmək məcburiyyətindədir və ölənə kimi nə qədər müvəffəqiyyətli olsa da, özündəki müvəffəqiyyətli genləri ölümsüz etmədiyi müddətdə müvəffəqiyyətinin təkamül baxımından hər hansı bir dəyəri yoxdur. Yəni canlılar, yalnız həyatda qalmaq üçün deyil, çoxalmaq (genlərini gələcəyə ötürmək) üçün də mübarizə aparırlar. Bəzi genlərdən qaynaqlanan zahiri xüsusiyyətlər və davranışlar əks cinsi daha çox çəkir, bəziləri də daha müvəffəqiyyətsiz olur. Bu səbəbdən həyatda qalmağı bacara bilənlər həm də artma mövzusunda müvəffəqiyyətli olmaq məcburiyyətində idilər. Beləliklə, nəsil artırma mövzusunda təbiətin seçmə mexanizminə Cinsi Seçmə qanunu deyirik.

Əvvəl cinsi çoxalmanın, sonra isə cinsiyyətlərin təkamülləşməyə başlamasıyla birlikdə, eyni növün iki fərqli cinsiyyəti fərqli xüsusiyyətlər qazanmağa başlamışdırlar. Bu vəziyyət növə müxtəliflik baxımından daha çox müvəffəqiyyət gətirmişdir, lakin bu müvəffəqiyyətin qarşılığında cinsiyyətlər bir-birləri üçün mübarizəni də zəruri etmişdir. Bu mübarizə, göründüyü qədər sadə deyil. Çünki əksər hallarda əks cins üçün aparılan mübarizə ölümlə nəticələnir.

Darvin və Darvindən sonraki alimlər bu vəziyyətin maraqlı bir nəticəsini kəşf etdilər: təbii seçmənin dəstəklədiyi əlamətlər ilə cinsi seçmənin dəstəklədiyi əlamətlər əksər hallarda üst-üstə düşmürdü. Yəni təbii seçmə kiçik və solğun rəngli quyruqları dəstəkləyərkən, cinsi seçmə böyük parlaq rəngləri dəstəkləyirdi. Bu səbəbdən bir növün normal şərtlər altındakı xüsusiyyətlərinin bu iki əks qanun arasındakı tarazlıqla təmin edildiyini deyə bilərik. Yəni sabit şərtlər altında bir tovuz quşu populyasiyasının erkəklərinin quyruq iriliyi və rəng müxtəlifliyi müəyyən sərhədlər daxilində olacaq. Amma nə vaxt ki tarazlıq bir tərəfə pozulsa, onda təkamül müddəti daxilində növdə dəyişmələr başlayır. Məsələn, populyasiya üzərindəki ovçu təzyiqi artsa təbii seçmə cinsi seçməni üstələyəcək və hər nəsildə daha qısa və daha solğun quyruqlular həyatda qalacaq. Beləcə bu istiqamətdə təkamül müşahidə ediləcək. Lakin ovçu təzyiqi ortadan qalxsa (ya da azalsa), həyatda qalmaq artıq problem olmayacaq (və ya daha asanlaşacaq) və artım mövzusundakı müvəffəqiyyət bütün müvəffəqiyyəti təyin edəcək. Bu vəziyyətdə, nəsillər içərisində daha uzun və daha parlaq quyruqlu populyasiyaların təkamülləşəcəyi aydındır.
Erkək tovuz quşu (sağda), dişi tovuz quşuya (solda) cinsi yaxınlaşma edir
Darvin bu problemi həll etdiyində, olduqca rahatlaşmışdır. Çünki tovuz quşlarından başqa digər növlərdəki bir çox xüsusiyyət cinsi seçmə sayəsində açıqlana bilmişdir. Məsələn, maralların yerimə və qaçma bacarıqlarını olduqca məhdudlaşdıran nəhəng buynuz strukturları cinsi seçmə qanunu ilə asanlıqla açıqlana bilər. Onsuz da sonradan aparılan təcrübələrlə cinsi seçmənin təkamül dəyişiklikləri yarada biləcəyi laboratoriya mühitində də təsdiq edilmişdir.

Təbiətdə Cinsi Seçmənin və Çoxalma Mübarizəsinin Əhəmiyyəti

Təbiətdə hansı canlıya baxsaq, az və ya çox miqdarda cinsi seçmə görərik. Buna, bir növ üzərindəki cinsi təzyiq deyilir. Bioloji baxımdan hər növün iki təməl həyat məqsədi var.

1) Həyatda Qalmaq
2) Çoxalmaq

Bir düşünün, ən mürəkkəb və əqli baxımdan inkişaf etmiş kimi bildiyimiz Homo sapiens, yəni hətta biz də, incəsənət və ədəbiyyat yaratmadan, dini rituallarla məşğul olmadan, Dünya səyahətinə çıxmadan, karyeraya sahib olmadan, xoşbəxt olmadan, özünə əhəmiyyət vermədən, ictimai ətrafı olmadan yaşaya bilər… Həyat təməliniz olaraq yuxarıda göstərdiyimiz iki məqsəddən (həyatda qalmaq və çoxalmaq) başqa nə desəniz deyin, onu etmədən mövcud olub bioloji varlığınızı davam etdirə bilərsiniz. Doğrudur, bunları etmədən həyat çox darıxdırıcı və mənasız olacaqdır. Çünki insan yalnız bioloji təkamül keçirmiş bir canlı deyil, eyni zamanda, beynimizin təkamülləşməsi nəticəsində mədəni təkamül də keçirmişik və burada sadaladığımız “İkinci” məqsədlər bu cür təkamülün çox əhəmiyyətli göstəriciləridir. Həyatı tamamilə darıxdırıcı etsə də, bioloji baxımdan növləri araşdırdığımızda heç birinin mədəni təkamül amillərinə qarşı mütləq bir asılılıqları yoxdur. Amma bioloji təkamülün vacib şərtlərini yerinə yetirmək məcburiyyətindədirlər.

Bəlkə təkamül baxımından müvəffəqiyyətli olmağın sizin üçün bir mənası olmaya bilər. Lakin biz, bioloji və təkamül baxımından növləri araşdırarkən nəyə görə bunların çox əhəmiyyətli olduğunu dediyimizi belə göstərə bilərik: insanların hamısı eyni anda mədəni təkamülün “məhsullarını” davam etdirməkdən əl çəksələr, yenə də növümüz Yer üzərindəki varlığını olduqca darıxdırıcı bir hal yaransa da, davam etdirə biləcək. Amma planetdəki insanların istisnasız hamısı, həyatda qalma mübarizəsindən, ya da çoxalmaqdan imtina etsələr, insan növünün 80-100 il ərzində nəslinin kəsiləcəyini görərik. Çünki bu dəqiqə doğulan bir körpə də, əgər heç kim nəsil artırmasa, 80-100 il dən sonra öləcək və o da nəsil artıra bilməyəcəyi üçün insan nəsli davam etməyəcək. Məhz bu səbəbdən, bütün növlərin 2 bioloji məqsədi var. Bunu cinsi yolla artan bütün canlılara aid edə bilərik.Təbiətdə hər heyvan doğuşundan ölümünə qədər ilk olaraq həyat mübarizəsi ,sonra isə çoxalma mübarizəsi aparır. Çoxalma mübarizəsi, dediyimiz kimi, növlərin bəzi fərdləri üzərində cinsi təzyiq dediyimiz amili meydana gətirir. Bu, əks cinsə təsir edə bilmək üçün bir fərdin sahib olması lazım olan xüsusiyyətlərdir. Təbiətdə fərdlər, cütləşə bilmək üçün bir-biriləriylə mübarizə aparmaq məcburiyyətindədirlər. Və bəzi xüsusiyyətlərə sahib olan fərdlər, digərləri ilə müqayisədə daha üstün mövqedə olurlar və çoxalma şansları da artır.

Cinsi Seçmənin Növləri:


1) Intersexual Selection (Cinsiyyətlər Arası Seçmə)

2) Intrasexual Selection (Cinsiyyət Daxili Seçmə)

3) Sexual Conflict (Cinsi Qarşıdurma)

1. İnterseksual Seçmə

Təbiətdə dişilər arasında gedən mübarizə nümunələri çoxdur, amma erkəklər arasında olan döyüş, hər vaxt dişilər arası olanından daha çox və sərtdir. Bunun səbəbi, təbiətdə çox böyük nisbətdə növlərin dişilərinin erkəklərini seçməsi vəziyyətinin etibarlı olmasıdır. Quşlardan insana, həşəratlara qədər bir çox növdə ümumiyyətlə dişilər seçici mövqedə, erkəklər isə seçilən mövqedədir. Elm adamları bunlarla əlaqədar bir çox nəzəriyyələr irəli sürmüşdürlər. Bunlardan ən maraqlısı, dişilərin daha çox seçici olmasının səbəbini izah edən qamet miqdarıdır. Bunun bir başqa adı cins qatqısıdır. Nəticə olaraq ortaya çıxan erkək-dişi fərqlilikləri nəticəsində yaranan təkamül təzyiqi isə İnterseksual Seçmə adıyla tanınır. Dişilər, ümumiyyətlə erkəklərə görə müqayisə edilməyəcək qədər az sayda qamet çıxarırlar. Məsələn insanda, dişilər cütləşmədə istifadə edilmək üçün 1 yumurta (qamet) çıxarır, kişi isə milyonlarla spermatozoid (qamet). Bu vəziyyət, cinsi fərq səbəbiylə, dişilərin daha qiymətli, erkəklərin isə daha dəyərsiz olduğunu göstərir. Çünki təbiətdə az olan hər zaman daha qiymətlidir. Buradakı “qiymət” və “dəyər” sözləri əlbəttə əxlaqi mənada deyil, təkamül mənasındadır. Çünki növlərin təkamülündə, ömürləri ərzində sərf etdikləri hər enerji əhəmiyyətlidir və uyğunlaşma müvəffəqiyyətlərinə təsir edir. Beləliklə, erkəklər seçilmək üçün daha çox enerji sərf edir, dişilər isə seçmək üçün daha az enerji sərf edirlər. Təbii ki bu bütün növlərə aid deyil, çünki bəzi canlılarda bunun əksini müşahidə etmək olar.

 

Phalaropus sp. növündən olan dişi quşlar (solda), erkək üçün (sağda) döyüşürlər
Tovuz quşu dişisi
Tovuz quşlarında, dişilərə təsir etmə öhdəçiliyindən erkəklər daha bəzəkli, iri, maraqlı xüsusiyyətlərə sahib olan və “gözəl” quruluşu olan cinsə çevrilmişdirlər (bəli, insan növündəkinin tam əksinə). Bəzi nümunələr:
Euptilotis sp. növündən olan erkək quş

Kərtənkələlərdə erkəklərin şişə bilən, əl-əlvan rəngdəki boğaz çıxıntıları… Cinsi yaxınlaşma əsnasında bu kisəciyi şişirdərək rəngləri göstərirlər və dişilər buna uyğun olaraq öz seçimlərini edir.

Bizim növümüzdə vəziyyət heç də fərqli deyil. Hal-hazırda insanlar bir-birlərinə təsir etmək üçün rənglərini parlaqlaşdıran, göz rənglərini dəyişdirən, bədənlərinin cinsilik mesajları verən bölgələrini açıq saxlayan paltarlar geyirlər, makiyaj edirlər, əzələlər inkişaf etdirilir. Təbiətin bir parçası olaraq növümüz üçün bunlar olduqca təbiidir.
2. İntraseksual Seçmə

İntraseksual Seçmədə, ümumiyyətlə ikincili cinsi əlamətlər dediyimiz xüsusiyyətlər seçilir, ya da uduzur. Bu seçmənin tək səbəbi, əks cins üçün aparılacaq mübarizədən zəfərlə çıxa bilmək, rəqibləri uzaqlaşdırmaq, yaralamaq və ya öldürməkdir. Nümunə olaraq buynuzlar göstərilə bilər. Bunlar ümumiyyətlə “silahlar” kimi də təyin oluna bilər, çünki dişi üçün aparılacaq mübarizədə böyük əhəmiyyətə sahibdirlər. Aşağıda əks cins üçün döyüşən canlıları görürük. Diqqətlə fikir verin, rəqiblərini məğlub edə bilmək üçün güclü buynuzlar, dişlər, pəncələr və digər silahlar təkamülləşmişdir.

 

Kenqurularda dişi mübarizəsi
Kanada marallarının mübarizəsi

Yenə növümüzdə gender daxili mübarizə tez-tez müşahidə edilən bir Cinsi Seçmə mübarizəsidir. Birdən çox kişi bir qadın üçün və ya birdən çox qadın bir kişi üçün mübarizə apara bilər. Amma, mədəni təkamülümüz bir-birimizi yaralamağa və ya öldürməyə ehtiyac duymadan (əksər hallarda) var olan imkanlar qədərilə ağıllı şəkildə istifadə etməyə çatacaq qədər irəli getmiş, beynimiz kifayət qədər təkamülləşmişdir.
3. Cinsi Qarşıdurma

Cinsi Qarşıdurma daha texniki bir termindir və bir cinsiyyətə təsir etməyə çalışan əks cinsiyyətdəki fərdlərin bir-birləriylə üst-üstə düşən, yəni sağlam və formda olmaq baxımından bərabər dəyərə sahib xüsusiyyətlər təkamülləşdirmiş olmalarından qaynaqlanır. Mövzu çox geniş olduğu üçün bu haqda növbəti yazılarımızda ətraflı məlumat verəcəyik.

Cinsi Seçmə Nümunələri

* Sənədli filmlərdə tez-tez gördüyünüz kimi, bir çox erkək heyvan, mühitdəki dişini cəlb edə bilmək üçün bir-biri ilə döyüşür. Bunlardan biri də Şimal Dənizfili (Northern Elephant Seal) olaraq tanınan növdür. Hər il cütləşmə dövrlərində amansız döyüşlər aparan bu növün erkək fərdlərindən qazananlar, 30-100 arası dişiylə cütləşə bilərkən, məğlub olanlar bəzən heç bir dişiylə cütləşə bilmirlər. Bu səbəbdən hər vaxt ən güclü dişlərə, çənəyə və kəlləyə sahib olan fərdlər bu qanlı mübarizədə daha üstün mövqedə olacaq və cinsi seçmə bu canlıların lehinə işləyəcəkdir.

* Bəlkə də Cinsi Seçmənin ən məşhur nümunəsi tovuz quşlarıdır. Erkək tovuz quşlarının ovsunlayıcı deyilə biləcək quyruq tüklərini hamımız bilirik. Ancaq maraqlıdır ki, bu tüklər əslində onun üçün daşınmaz bir yükdür. Və təbii mühitdə olan tovuz quşları üçün yeganə deyimlə “ölümcüldür”. Çünki tovuz quşunu inanılmaz dərəcədə yavaşladırlar və ovçulardan qaçmasını qeyri-mümkün hala gətirirlər. İllərcə elm əleyhdarları bu tükləri Təbii Seçməyə qarşı olaraq təqdim etmişlər və “bir quşa qaçmasında çətinlik təmin edəcək bir xüsusiyyətin təkamül ilə açıqlana bilməyəcəyini, amma insanın göz zövqü üçün belə gözəl bir quş yaradıldığıyla açıqlana biləcəyini” iddia etmişlər. Amma artıq bilirik ki, tovuz quşlarının bu gözəl və ağır quyruqları dişilərin həmişə daha al-əlvan rənglərə sahib və uzun quyruqlu olan fərdləri seçmələrindən, yəni cinsi seçmədən qaynaqlanır.

* Bir başqa nümunə, yenə dişi üçün bir-biriylə ağlasığmaz şiddətdəki mübarizələrə daxil olan marallardır. Bəzi maral növləri, uzun buynuzları və güclü başlarıyla bir-birləriylə inanılmaz sərtlikdə vuruşurlar. Sonunda məğlub olan erkək dişilərdən əl çəkir və qazanan hətta birdən çox dişiylə cütləşə bilir.

* Quşlarda da xüsusilə İnterseksual Seçməyə gözəl nümunələr var. Uçuş sürəti, yüksəkliyi, forması; tük rənginin tonları, rəngarəngliyi; dişilər üçün aparılan mübarizələr; bəzən ən yaxşı və dayanıqlı yuvanı quran erkəklər və bu tip ikinci xüsusiyyətlər quşların seçiminə təsir edir. Ətrafımızdakı bir çox rəngbərəng quşların mövcud olma səbəbləri, üzərlərindəki cinsi təzyiqdir. Bu, xüsusilə tutuquşularda daha çox görülür.

* Və insan… İnsanda da Cinsi Seçmə mövcuddur. Zəkanın inkişafıyla birlikdə bəlkə seçmə tək tərəfli, yəni yalnız dişilərin seçməsindən ibarət deyil, amma bu vəziyyətin hələ də etibarlı olduğu deyilə bilər. İbtidai insanlarda dişilərin əzələli, güclü və dayanıqlı kişiləri, kişilərin isə daha iri sinəli, daha geniş ombalı qadınları seçdiyini bilirik. Çünki iri sinələr daha çox süd verə biləcək və iri ombalar isə daha çox sayda uşaq doğa biləcək fərdləri işarə edir. Hal-hazırda isə ağlın inkişafıyla əlaqədar bu seçimlər daha mürəkkəb bir hal almışdır. Amma təməl olaraq bir çox kişinin meyli ilə qadının meyli, bəzi sərhədlər daxilində ümumiləşdirilə bilər. Rəngli gözlü, rəngli saçlı, açıq bədənli qadınlar seçim səbəbi olarkən, kişilərdən də yenə daha möhkəm bir görünüşə sahib olan, uzun boylu kişilər seçim səbəbidir. Əlbəttə, bu seçimlər adamdan adama çox dəyişir. Lakin nə olursa olsun, nəticə eynidir: Fiziki görünüş, cinsi seçmədə rol oynayır.

Nümunələri artırmağımız mümkündür. Nəticə olaraq görə bildiyimiz qədərilə, təbiətdə cinsi seçmə cəhətindən çox əhəmiyyətli təkamül mərhələləri keçilmişdir və keçilməyə davam edir. Cinsi Seçmə, təkamülün qaçılmaz bir parçasıdır və bəzən (tovuz quşlarında olduğu kimi) Təbii Seçmədən, yəni həyatda qalmaqdan daha böyük əhəmiyyət daşıya bilir. Üstəlik Cinsi Seçmə bir çox digər Təkamül mexanizmləri kimi təcrübi olaraq da təsdiq edilmişdir.

Qaynaq:

UCSC-1
UCSC-2
UTM
UBC
Stanford University
Nature
Princeton University
University of California at Barkeley
Wikipedia

Əgər məqalələrimizdə qrammatik və orfoqrafik xətalar varsa, lütfən, xətalı qismi işarələyib Ctrl+Enter klaviş kombinasiyasından istifadə edərək bizə bildirin.

Daha çoxu

Bənzər yazılar

Rəy yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Buna da nəzər salın

Close
Close
%d bloqqer bunu bəyənir:

Spelling error report

The following text will be sent to our editors: