BiologiyaTəkamül

Canlılarda tәkamüllәşmә sürәti.


Bu, çox əhəmiyyətli bir mövzudur və bu mövzu barәdә mәlumatsızlıq bəzi elm-xarici qaynaq və şәxslәrin davamlı olaraq “X milyon illik fosil tapıldı, günümüzdəkilərə eynidir. Təkamül yalandır!” kimi әsassız mәlumat yaymasına sәbәb olur. Bu şәxs və təşkilatların nəşr etdiyi vә yaydığı mәlumatların çox böyük bir qismi səhv olmaqla birlikdə, bir qismi mәhz mövzudan bixәbәr insanları aldatma məqsədi güdür.
Bəli, canlıların təkamül sürətləri bir-birindən son dərəcə fərqlidir. Çində olan bir balıq növünün cәmi 3 nəsil әrzində atadan uzaqlaşaraq onlarla cütlәşә bilmәyәcәk qədər fərqliləşdiyi, yəni növlәşdiyi, təkamül keçirdiyi müşahidə edilmişdir. Yəni yalnız 1.5 il kimi bir müddətdə təkamül müşahidә edilmişdir (təbii ki, təkamülü bir tırtılın filә, kәrtәnkәlәnin aslana, timsahın sincaba, qurbağanın ördәyә çevrilməsi olaraq anlayan / görən və daha acınacaqlısı isә bu şəkildə görmək və anlatmaq istəyən zehinlər bunu anlamayacaqlar). Ancaq bəzi canlılar isə bir neçə on hətta yüz milyon ildir, atalarına olduqca bənzər bir şəkildə günümüzə qədər yaşayır. Bu, nə təkamülə qarşı bir dəlil olaraq göstərilə bilәn, nə də təkamülü çətin vəziyyətdə buraxacaq bir vəziyyətdir. Tam tərsinə təkamül qaydaların elmi gücünü ortaya qoyacaq xüsusiyyətdir. İzah edək:
Tәkamülün müəyyən bir istiqaməti yoxdur və tәkamülün bütün mexanizmləri ekoloji şərtlərin məhdudlaşdırmalarından təsirlənir. Yəni quraq və isti bir sahədəki canlılar üzərindəki ekoloji təzyiq ilə dəniz mühitindəki canlılar üzərindəki ekoloji təzyiqlər müqayisə olunacaq ölçüdə fərqli və müxtəlifdir. Bu səbəbdәb tәkamülün bir istiqamətini təyin etmək mümkün olmur.


Ancaq bəzi canlıların uzun illər nisbi olaraq az təkamül keçirmələrinin (heç təkamül keçirməmək kimi bir vəziyyət bu qədər uzun zaman fasilәlәri üçün bəhs edilә bilinmәyәcәk bir vəziyyətdir, mütləq ətraf və ya cinsi meyllər dəyişəcək və ya digər mexanizmlərin dinamikası dәyişәcәk və təkamül reallaşacaq) səbəbi ekoloji və cinsi tәzyiqin nisbi olaraq sabit qalmasındandır. Bunun ən yaxşı nümunəsi köpəkbalıqları və timsahlardır.
Bu iki heyvan öz qida zəncirlərinin ən üst pilləsində olduğu üçün son bir neçə milyon ildә sabit ətraf şərtlərindən ötrü ekoloji bir təzyiq olmadığı, ovlama mövzusunda son bir neçə milyon ildə və daha qәdimdәn zamandan bu yana kifayәt edәcәk qәdәr bacarıqlar inkişaf etdirdiklərindәn, cinsi seçmә mövzusunda bir təsir yaşamadıqlarından ya da çox az yaşadıqlarından və bunun kimi faktorlardan ötrü nisbi olaraq az dәyişiblәr. Məsələn son 10 milyon ildə tamamilə tüklü və yəqin ki, dörd ayaq üzərində gәzәn meymunkimilәrdәn bizlər, yəni insanoğlu təkamülləşmişdir. Bir qrup heyvanda bu cür köklü dəyişmələr müşahidə edilərkən, timsah və köpәkbalığı çox da dəyişməyib. Bunun səbəbi az əvvəl açıqlananlardır. Digər tərəfdə insanoğluna “gedən” qolun bu cür sıx olaraq təkamülləşməsi də üzərlərindəki təzyiqlərin çox və mürәkkәb olmasındandır.
Üstəlik bu nisbi olaraq az tәkamüllәşәn canlılar da mütləq yeni növlәr yaratmasalar da çeşidlәnirlәr. Çünki mütləq elə ya da belə bəzi ekoloji dəyişikliklər yaşanmışdır və buna ən çox adaptasiya ola bilən növlər həyatda qalaraq bu istiqamətdə bir seçmә təmin etmişlər (directional selection – istiqamətli seçmә). Ancaq bunu fosillərə baxan adi bir göz görә bilmәzkәn, paleontoloqlar, sistematikaçılar, təbiətşünaslar və bioloqlar bunu asanca ya da bəzi texnikalar istifadə edərək bilә bilir. Bu eynilə iki fərqli avtomobilə baxıb, “” Eh, eyni görünürlər” dedikdən sonra, birinin 1.2 mühərrikə sahib olduğunun ortaya çıxması, digərinin 3.0 V6 mühərrikə sahib olduğunun ortaya çıxması kimidir. Sorğulamadan və elm adamları ilә məsləhətləşmədən bilmək mümkün deyil.
Bu nöqtədə bir digər əhəmiyyətli açıqlama canlıların növlәşmә və fərqliləşmə sürətini nəyin artırdığıdır. Bunu isə anlamaq ümumiyyətlə çox asandır, çünki bunu yadda saxlasanız kafi olar: Daha çox mәhdud fәrdlәr hər zaman daha çox növlәşmәyә meylli olurlar. Bu məhdudiyyət bəslənmə formasından nәsil artırma imkanına qədər çox geniş bir ölçüdә ola bilər. Bunlara bir neçə nümunə verək:
1. Yayılma qabiliyyətləri
Canlıların çoxunun müəyyən nisbətlərdə sahələrini genişlənmə və daha geniş sahələrə yayılma şansları olur. Növlәşmә əvvəlində və ya sonrasında bu nisbət populyasiyadan populyasiyaya dәyişә bilir. Ancaq ümumi olaraq, yuxarıda da toxunduğumuz “qayda” daxilində daha çox məhdudlaşdırılan fərdlər daha çox və daha sürətli növlәşmәyә meylli olacaq. Bunun səbəbi daha dar sahədə yaşayan və çoxalan fərdlər üçün ən kiçik bir baryerin belə ayrılmalara səbəb ola bilməsidir. Bunun ən gözəl nümunəsi adalardakı canlı müxtəlifliyidir. Məsələn Havay adalarında tәxminәn 1000 böcәk növü yaşayır. Səbəbi isə açıq bir şəkildə böcәklәrin çox yavaş hərəkət etməsi və çox məhdud bir bölgədə yaşaya bilməsidir.
2. Bəslənmənin xüsusilәşmә ölçüsü
Hər canlının müəyyən bir qida rasionu mövcuddur. Yəni hər canlı hər tapdığını yeməz (bunu edən bəzi canlılar olsa belə). Ancaq yenə dә daha məhdud bir qida rasionuna sahib olan bir canlı tapdığı hər şeyi yeyən bir növə görə daha çox və daha sürətli tәkamülә uyğun olacaq. Maryland universitetinin entomologiya bölmәsindәn Prof. Çarlz Mitter və әmәkdaşları böcəklərin təkamülü üzərinə çalışırlar. Böcəklərin (hemiptera) ortaq əcdadının bir әtyeyәn (carnivore) olduğu bilinir. Ancaq daha sonradan ayrılan kladlardan (canlı qrupları) bəziləri otyeyәnliyә (herbiovore) keçdikdə qida rasionları bəzi tip bitkilərlə məhdudlaşmışdır. Bu səbəblə növlәşmә sürəti bir anda artmış və bir çox yeni böcək növü təkamülləşmişdir.
3. Tozlandırma tipi
Bitkilər təməl olaraq külək və su kimi cansız və tәsadüfülüyün daha yüksək olduğu varlıqlarla ya da digər heyvanların köməyiylə tozlaşırlar. Yenə yuxarıdakı qaydamız daxilində daha məhdudlaşdırılmış olanlar daha çox tәkamüllәşmәyә uyğun olacaq. Heyvanlar vasitәsi ilә tozlaşma üçün çox daha xüsusiləşmiş və məhdudlaşdırılmış strukturlara sahib olmaq lazımdır. Həqiqətən də heyvanlarla tozlaşan bitkilərin növ sayı hava və su yolu ilə tozlaşanlardan 2.4 dәfә çoxdur. Məsələn heyvanlarla tozlaşan bu bitkilər arasında da Aquilegia növlərində tozlandırma tipi çox xüsusilәçdiyu üçün növlәşmә sürəti digər növlərə görə 3 qat daha sürətli və çoxdur.
4. Cinsi seçmә
Təbiətdə bir dişi və erkәyә sahib olan bütün canlılarda cinsi seçmә müşahidə edir. Bir çox canlının dişisi erkәklәri müəyyən xüsusiyyətlərə görə seçir. Kimi vəziyyətdə erkәklәr dişiləri seçir, insanın da içində olduğu bəzi növlərdə isə seçki qarşılıqlıdır. Ancaq nə olursa olsun, tәkamül mexanizmlərindən biri olan cinsi seçmә hər zaman əhəmiyyətli bir rol oynamışdır. Bu nöqtədə də yenə yuxarıdakı qaydamız daxilində daha məhdudlaşdırılan, yəni cinsi seçmәnin daha şiddətli və təsirli olaraq görüldüyü canlılarda növlәşmә sürəti cinsi seçmәnin müşahidә edilmәdiyi və ya az müşahidә edildiyi canlılara görə çox daha çoxdur. Məsələn, cinsi seçmәnin həddindən artıq sıx olduğu bir canlı qrupu olaraq quşları nümunə verə bilərik. Məsələn, cinsi iki-biçimlilik (sexual dimorphism, dişi və erkәklәrin fərqli fərdlər olduğu) müşahidә edilәn cənnət quşlarının Papua Yeni Qvineyada 33 fərqli növü var. Bir çox quş-müşahidəçisi sırf bu quşların cütləşmə əvvəli etdiyi ovsunlayıcı rəqsləri və hərəkətlərini müşahidə etmək üçün minlərlə kilometr yol qət edirlər. Ancaq eyni bölgədə cinsi tək-formalı (sexual monomorphism: bu tip canlılarda erkәj və dişilər bir-birindən morfoloji olaraq fәrqlәndirilә bilinməyəcək qədər bənzərdir) olaraq müşahidә edilәn manukot quşlarının yalnız 5 növü mövcuddur. Yəni cinsi seçmәnin olduğu cüt-formalı canlılarda növlәşmә sürəti çox yüksəkdir.
Uzun sözün qısası canlılarda növlәşmә və təkamül sürətləri çox fərqli ola bilir. Әhəmiyyətli olan məlumatlı bir gözün canlıları araşdırması və mümkünsə genetik və molekulyar dəlilləri izlәyәrәk növlərin bir-birindən fәrqlәndirә bilmәsidir.

Əgər məqalələrimizdə qrammatik və orfoqrafik xətalar varsa, lütfən, xətalı qismi işarələyib Ctrl+Enter klaviş kombinasiyasından istifadə edərək bizə bildirin.

Daha çoxu

Bənzər yazılar

Rəy yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Buna da nəzər salın

Close
Close
%d bloqqer bunu bəyənir:

Spelling error report

The following text will be sent to our editors: