Təkamül

Bizim əcdadlarımız şimpanzedən çox qorillalara bənzəyirdi

İnsanın uzaq qohumunun daban sümüklərinin (lat. calcaneus) fosilinin daxili anatomiyasını tədqiq edən yeni araşdırma şimpanzelərə nisbətən qorillalarla daha böyük oxşarlıqların olduğunu göstərib.

“StW 352 insanabənzərin fosil daban sümüyünün trabekyular (daban sümüyünün toxuması) quruluşu” adlanan və İnsan Təkamülü Jurnalında (Journal of Human Evolution) dərc olunan araşdırma ABŞ-da Dyuk Universiteti, Cənubi Kaliforniya Universiteti, İndiana Universitetindən və Cənubi Afrika Vitvatersrand Universitetindən beynəlxalq tədqiqatçılar qrupu tərəfindən aparılıb.

Qrup Yohannesburqdan təxminən 40 km məsafədə olan Bəşəriyyətin Beşiyi Dünya İrsi Mərkəzində olan Cənubin Afrikanın zəngin fosil qeydiyyatına məxsus, biz insanların qohumu olan StW 352 Australopithecus africanus fosilinin daxili anatomiyasını müayinə ediblər.

Onlar Sterkfonteyn üzvü 4-dən olan fosildə trabekulyar dirəyin – sümük daxilində süngərvari material – strukturu və istiqamətini yoxlayıb və onunla qorillaların daban sümükləri arasında insanlar, yaxud şimpanzelərə nisbətən, daha böyük oxşarlıqlara rast gəliblər.

Bunu etməklə qrup təxminən 2-2.5 milyon il əcdadlarımızın necə hərəkət etdikləri və ətraf-aləmdə necə davrandıqları məsələlərinə də aydınlıq gətiriblər. Sterkfonteyndən olan fosil ilə qorillalar arasında oxşarlıqlar göstərir ki, Taunq uşağı olaraq da tanınan Australopithecus africanus – insan (yaxud insanabənzər) əcdadı növü yaxud heç olmasa növlərin bu fərdi üzvü oynaqların dəyişikliyinin və struktur möhkəmlənməsinin qorillayabənzər səviyyələrini nümayiş etdirir.

Yeni araşdırmanın nəticələri təəccübləndirici olub, çünki avstralopiteklərin daban sümükləri üzrə  aparılan digər son araşdırmalar onun xarici anatomiyası üzərinə köklənmişdi və şimpanzelər, yaxud insanlarla oxşarlıqların olduğunu vurğulamışdı.

Hər bir halda trabekulyar sümüyün quruluşu qismən heyvanın sağ olduğu müddətdə ətraf-mühitlə necə davranması ilə bağlı olduğu üçün hazırki araşdırmada müşahidə olunan qorillaya bənzər xüsusiyyətlər bizi avstralopitek əcdadlarımızın davranış rekonstruksiyasına baxışımızı bir daha yoxlamağa vadar edir.

Düzənlik qorillaları şimpanzelərə nisbətən ağaclara daha az bağlıdır, belə ki, onlar ağaclarda daha az olur, yaxud çox az halda ağaclara dırmaşırlar – buna baxmayaraq yadda saxlamaq lazımdır ki, hətta qorillalar da sağ qalmaları üçün ağac resurslarından asılıdırlar. Beləliklə, Australopithecus africanusun daban sümüyündəki qorillaya bənzər xüsusiyyətlər insanabənzər əcdadlarımızın ağac resurslarından asılı olması iddialarını təsdiq edir, lakin bundan da vacibi o sübut edir ki, insan ayaqlarının təkamülü və onların ətraf-mühitlə əlaqəsi araşdırılarkən qorillayabənzər ayaq funksiyaları daha çox nəzərə alınmalıdır.

Beləliklə, Sterkfonteyndən olan Australopithecus africanusun daban sümüyünün daxili strukturu ağac resurslarından istifadənin qorillaya bənzəyən səviyyələrdə olmasını göstərməsindən, yaxud müasir insan ayaqları ilə müqayisədə kələ-kötür  ərazilərlə ayaqların əlaqəsinin daha böyük dəyişikliyini aşkar etməsindən asılı olmayaraq, tədqiqatçıların hal-hazırda üzərlərinə götürdükləri yekun tədqiqatın aparılması gözlənilir.

 

Mənbə:sciencedaily

Əgər məqalələrimizdə qrammatik və orfoqrafik xətalar varsa, lütfən, xətalı qismi işarələyib Ctrl+Enter klaviş kombinasiyasından istifadə edərək bizə bildirin.

Etiketlər
Daha çoxu

Taryel Abdullayev

Yaşıl Elm, elm platformasında yazaram və elmi kütləviləşdirməkdə aktivstlik edirəm. Məqsədim, cəmiyyətimizdə elmə sevgi yaradaraq daha rasional bir zehniyyət formalaşdırmaqdı. Bununla yanaşı keçmişin steriotipləri ilə də mübarizə aparıram

Bənzər yazılar

Rəy yazın

Bunlara da nəzər salın

Close
Close
%d bloqqer bunu bəyənir:

Yazı xətası

Qeydiniz redaktora göndəriləcək: