Təkamül

Bitkilərdə ətlə qidalanma necə təkamülləşdi?

Bir milçəkqapan bitkisinin ağızabənzər yarpaqlarına qonacaq qədər şanssız olan bir həşərat qorxulu bir sonluqla qarşılaşır. Ov bitkinin xüsusi həzm fermentlərindən ibarət bir kokteyl etiva edən kuzəyəbənzər strukturuna doğru çəkilir.

Ətyeyən bitkilərin genomları üzərində aparılan və digər ətyeyən bitkilərin həzm mayeləri ilə müqayisə edilən araşdırmada tətqiqatçılar Yer üzərindəki bütün ətyeyən bitkilərin milyonlarla illik təkamül prosesi nəticəsində birbirilərindən ayrılmış olsalar da eyni ölümcül molekulyar formula sahib olduqlarını kəşf etdilər

Nature Ecology and Evolution jurnalında yayımlanan araşdırmada klassik bir konvergent təkamül müşahidə edildi

Ətyeyən bitkilər çiçəkli bitkilərlə eyni soy ağacındandır. Avstraliyada olan Cephalotus follicularis, Cənub-Şərqi Asiya və Amerikada yaşayan digər ətyeyən bitki növləri ilə müqayisədə ulduz meyvəsi (Averrhoa carambola) adlı bitki ilə daha yaxın əqrəbadır. Bu da çox güman ki, yetişdikləri torpaqdaki qida azlığı ilə mübarizə aparmaq üçün bitkilərdə ətyeyənliyin dəfələrlə təkamülləşdiyini göstərir. Beləcə bitki torpaqdan ala bilmədiyi azot və fosforu ovundan almışdır.

Ölümcül formul

Avstraliya ətyeyən bitkiləri düz yarpaqları ilə yanaşı həmçinin dişəbənzər ölümcül kuzəyəbənzər yarpaqları inkişaf etdirmişdir. Növün genom düzülüşünün tamamlanmasının ardından tətqiqatçılar ətyeyən olmayan digər yarpaqları ilə kuzəyəbənzər yarpaqları müqayisə edəndə bu ikisi arasında fərqlilik yaradan genləri aşkar etdilər. Bu genlər arasında bitkinin ovuna son dərəcə cazibədar gələn və nektar sintezinə yardım edən şəkər və nişasta istehsalında cavabdeh genlərlə yanaşı ovun “kuzə”dən qaçmasını çətinləşdirən yapışqan maddənin sintezindən cavabdeh olan genlər də var.

 Ətyeyən bitkinin ovunu necə yeməsini bəlirləmək üçün tətqiqatçılar Cephalotus və bəzi əqrəba ətyeyən bitkilərdən həzm kokteylinin bir nümunəsini götürdülər və kütlə spektrometri istifadə edərək cəmi 35 protein aşkarladılar. Proteinlərin əksərinin çiçəkli bitkilərdə patogenləri uzaqlaşdırmaq üçün istifadə edilən proteinlərlə əlaqəli olduğu görüldü. Məsələn, bitkilər tipik olaraq göbələklərə qarşı müdafiə mexanizmi kimi xitin adlı polimer quruluşda olan təbəqəni qırmaq üçün fermentlər istehsal edir. Lakin tətqiqatçılar Avstraliya ətyeyən bitkisinin və digər ətyeyən bitkilərin həmin bu fermenti fərqli bir məqsədə uyğun hala gətirdiyindən və yenə xarici skelet rolunu oynayan xitin təbəqəsini həzm eləmək üçün istifadə etdiklərindən şübhələndilər.

Yeni analizlərdə digər “kuzə” bitkisi növlərini etiva edən uzaq əqrəbə ətyeyən bitkilərdə genlərin təkamül cəhətdən eyni mənşəyə sahib olan həzm proteinlərini əmələ gətirdiyi nəticəsinə gəlindi. Həmçinin bu genlərin bəzilərinin fərqli növlərdə bənzər şəkildə kodlandığı fermentlərin şəklini dəyişdirmək üçün müstəqil olaraq təkamülləşdiyi müşahidə edildi. Tətqiqatçılar hələ ki ciddi bir sübut tapmasalar da mutasiyaların həzm mayesində bir araya gələn zaman fermentlərin tarazlıqda tutulmasına kömək edəcəyini düşünürlər.

Digər tərəfdən bu araşdırma ətyeyən bitkilərdə konvergent təkamülün önəminə vurğudur. Bizlərə konvergensiyanın molekulyar səviyyədə necə həyata keçdiyini göstərməsi nöqteyi-nəzərindən olduqca vacibdir.

Qaynaqlar :

Callaway, E. “How Plants EvolvedintoCarnivores.”

https://www.scientificamerican.com/article/how-plants-evolved-into-carnivores/

“Little lab of horrors.” http://www.nature.com/news/2008/080131/full/news.2008.546.html

– Rowland, K. “Hungry plant traps worms underground.” http://www.nature.com/news/hungry-plant-traps-worms-underground-1.9757

– Nature. doi:10.1038/nature.2017.21425

Əgər məqalələrimizdə qrammatik və orfoqrafik xətalar varsa, lütfən, xətalı qismi işarələyib Ctrl+Enter klaviş kombinasiyasından istifadə edərək bizə bildirin.

Daha çoxu

                                                                                  

 

Əgər bu yazını oxuyursunuzsa...

 

...sizdən bir xahişimiz var. Yaşıl Elm əvvəlkinə görə daha çox oxunur, amma Azərbaycan dilində onlayn reklam yayımlayan şirkətlər olmadığı üçün saytımızda sizin diqqətinizi cəlb edə biləcək reklamlar yerləşdirə bilmirik. Eyni zamanda diqqət dağıdıcı çoxlu reklam vasitəsi ilə sizin məlumatlanmağınıza da mənfi təsir göstərmək istəmirik. Yəni saytımızda edilən bütün işlər tamamilə öz zəhmətimiz hesabına başa gəlir.

 

Hər hansı maliyyə yardımı almadan, şirkətə, quruma bağlı olmadan müstəqil şəkildə bu platformanı idarə etməyimiz olduqca çətindir. Çünki araşdırma etmək, yazılar hazırlamaq, tədbirlər təşkil etmək və digər texniki və qeyri-texniki işlər zaman, maliyyə və ciddi iş rejimi gərəkdirir. Amma bunu edirik, çünki perspektivimizin doğru olduğuna, fərq yarada biləcəyimizə inanırıq.

 

Portmanat vasitəsi ilə edəcəyiniz ən kiçik miqdarda dəstək belə bizim ayaqda durmağımıza və daha çox iş görməyimizə kömək edəcək.

 

Portmanat nömrəsi: 559145036

                                                                                  

 

Fərid Rüstəmli

Yaşıl Elm platformasının yazarıyam. Azərbaycan Tibb Universitetini bitirmişəm.

Bənzər yazılar

Rəy yazın

Bunlara da nəzər salın

Close
Close
%d bloqqer bunu bəyənir:

Yazı xətası

Qeydiniz redaktora göndəriləcək: