BiologiyaElmi xəbərlərHəyatın təkamülüTəkamül

Avropalılar ağ dəri rəngini necə qazanıblar?

Mütəxəssislərin dediyinə görə, avropalıların ağ dəri rəngi qazanması və inək südünü həzm etməyə başlaması bir o qədər də qədim tarixdə baş verməyib. Təxminən 8 min il əvvəl Avropa sakinləri qara dəri rənginə sahib idilər.

Amerikalı antropoloqlar maraqlandıqları suallara cavab tapmaq üçün avropalılara aid genləri araşdırmaq qərarına gəliblər. Onlar, müasir və qədim insanların DNT-lərini müqayisə etdikdən sonra, dəri rəngi və rasiona cavabdeh genlərin güclü təbii seçməyə məruz qaldığını aydınlaşdırıblar. Bu seçmə avropalıların zahiri görünüşünə təsirsiz ötüşməyib.

Təkcə Afrikadan Avropaya təxminən 40 min il əvvəl köç edən insanlar deyil, 8,5 min il əvvəl artıq orada yaşayan, onların nəsil davamçıları olan avropalılar da qaradərili olublar, alimlər deyir. Lakin bir müddət sonra günəş şüalarının az olduğu Şimali Avropada ciddi dəyişikliklər baş verməyə başlayıb.

Hazırki İsveç dövlətinin cənubunda ovçuluq və yığıcılıqla məşğul olan qədim insanlara aid qalıqlar tapıldıqdan sonra, onların açıq dəri rənginə sahib olduqları məlum olub. Buna, SLC24A5SLC45A2 kimi bir neçə gen cavabdehdir. HERC2/OCA2 geni mavi göz və açıq saç rənglərilə əlaqəlidir. Bütün bu genlər 7700 il əvvəl yaşamış şimali avropalılarda var idi.

Avropa sakinləri inək südünü həzm etməyi daha sonralar – təxminən 4,3 min il əvvəl öyrəniblər. Bu isə LCT geni ilə əlaqəlidir. Amerikalı alim Nina Yablonski hesab edir ki, sadalanan genlərin təbii seçməyə məruz qalması, D vitamini istehsalı məcburiyyətindən qaynaqlanır. Beləliklə, ağ dəri ultrabənövşəyi şüaların daha effektiv udulmasını, LCT geni isə inək südündən D vitamini alınmasını təmin edib.

Daha əvvəlki tədqiqatlardan məlum olmuşdu ki, əkinçiliyin inkişafından əvvəl (təxminən 8,5 min il əvvəl) avropalılar qarabəniz dəriyə və mavi göz rənginə sahib olublar. Bununla yanaşı qədim avropalılar arasında çoxlu genetik və mədəni fərqlər olduğu aşkar edilib.

Əgər məqalələrimizdə qrammatik və orfoqrafik xətalar varsa, lütfən, xətalı qismi işarələyib Ctrl+Enter klaviş kombinasiyasından istifadə edərək bizə bildirin.

Daha çoxu

Rəvan Quluzadə

Yaşıl Elm platformasının yazarı və Həyatın Təkamülü bloqunun qurucusuyam. "Bakı Slavyan Universiteti"nin Tərcümə fakültəsini bitirmişəm.

Bənzər yazılar

Rəy yazın

Buna da nəzər salın

Close
Close
%d bloqqer bunu bəyənir:

Spelling error report

The following text will be sent to our editors: