Təkamül

Atların təkamülü



Homo sapiens sapiens (İnsan) ilə Equusun (At) həyat xəttləri sapiensin təkamülləşməyə başladığı zamandan etibarən kəsişmişdir. Ancaq at insandan çox daha əvvəl təkamülün pillələrini çıxmış, dünyanın demək olar ki, bütün qitələrinə yayılmışdır. Milyonlarla il sonra artıq atla insan bir-birinin ayrılmaz hissəsi idi. Ancaq bu görüşmədən at zərər çəkəcək, hər zaman olduğu kimi Homo sapiens onu da yox edəcək, özünə kölə olan bir çox irqlər yetişdirəcəkdi. Bu gün gördüyümüz atlar insanın əsəridir. Təbiətdə yaşayan tək bir at növü belə yoxdur. Son nümayəndə olan Equus caballus przewalskii də keçən əsrdə sayları getdikcə azalan son növ olaraq xüsusi fermalarda həyatını davam etdirməkdədir. Atla insanın münasibəti əhilləşdirmədən əvvəlki dövrlərdə insanın onu qidalanmaq üçün ovlanması şəklində idi. Çox sonralar, zamanımıza yaxın dövrlərdə insanın həyatını asanlaşdırıcı xüsusiyyətlərinin kəşf edilməsindən sonra at ilk dəfə döyüşlərdə istifadə edilmişdir.

 

At fəsiləsi tək bir cinslə təmsil edilir. İçində tək bir cins var, amma buna aid bir çox növ və alt növ ilə çox sayda irq bu fəsilə içində yer alır. Məsələn, ulaq, at ailəsinin bir növüdür. Zebr da həmçinin. İnsanın həyatı atları ilə o qədər iç-içədir ki, atlardan bəhs edən bir çox ədəbiyyat məhsulu da mövcuddur. 

 

Bu yazı at fəsiləsinin planetimizdəki həyatının 55 milyon il davam edən hekayəsi haqqındadır. Bu hekayədə fəsilənin uzun zaman içində keçirdiyi təkamül dosil dəlilləri, coğrafi məskunlaşmaları və morfoloji xüsusiyyətləri ilə izah ediləcək.

 

 

At fəsiləsinin sistematikası

 

İsveçli elm adamı botanik Carl von Linnenin (1707-1778) hazırladığı binomenklatur / İkili adlandırmada At taksonomiyası aşağıdakı iyerarxiya içində formalaşır.

 

Kingdom / Aləm: Animal / Heyvanlar

 

Phylum / Şöbə: Vertebrata / Onurğalılar

 

Classis / Sinif: Mammalia / Məməlilər

 

Subclassis / Yarım sinif: Eutheria / Plesentalı məməlilər

 

Ordo / Dəstə: Perissodactyla / Təkdırnaqlılar

 

Subordo / Alttakii: Hippomorpha

 

Familya / Fəsilə: Equidae / Atlar və ulaqlar

 

Genus / Equus Linney, 1758

 

Perissodactyla / Təkdırnaqlılar

 

Ungulata / dırnaqlılar adı verilən bu qrup Perissodactyla / tək dırnaqlılar və Artiodactyla / cüt dırnaqlılar olmaq üzrə iki dəstədən ibarətdir. Bədənləri orta boydan böyük boya qədər dəyişir. Başları əsasən iri, gövdələri qüvvətlidir. Qıçları orta uzunluqdan uzuna qədər dəyişənlik göstərir. Dodaqlar diqqəti çəkəcək şəkildə hərəkətlidir. Bəzilərində üst dodaq uzanmış və xortum şəklini almışdır (Fillər). Dəriləri son dərəcə həssasdır və regional hərəkət xüsusiyyətinə malikdir. Ən əhəmiyyətli xüsusiyyətləri dırnaq ucunda gəzmələridir. İrəli hərəkətdən aslı olaraq orta barmaq inkişaf etmiş, digərləri rudimentləşmişdir. Körpücük sümükləri yoxdur. Kəllələr irəliyə doğru uzanaraq iriıəşmişdir. Diş quruluşu özünə xas xüsusiyyət daşıyır. Kəsicilər / incisor kəski ya da konus şəklindədir. Köpək dişləri / canin ilə ön azıları / premolar arasında boşluq (diastema) var. Qoxu və eşitmə duyğuları yaxşı inkişaf etmişdir. Gözlər başın hər iki yanında yer alır. İşıq fərqliliklərini və hərəkətləri fərq edə bilər. Həzm sistemində bir gözlü mədə, uzun bağırsaq və inkişaf etmiş kor bağırsaq var. Öd kisələri yoxdur. Həzmdə, bakteriya fəaliyyətləri kor bağırsaqda təsirlidir. Doğulan balalar öz qayğılarına qala bilirlər. Sürü halında yaşar, bitkilərlə bəslənərlər və sürətli qaçarlar. Qaçış müddətləri uzun müddətlidir.

 
Equidae və biologiyası
 

Pressidactylanın bu inkişaf etmiş fəsiləsində geoloji tarixi boyunca yaşamış olanlarının qalıqları tez-tez tapıldığından bunların qohumluq əlaqələrini ortaya qoymaq asan olmuşdur. Atların III. zamanın əvvəlindən bu günə qədər davam edən həyatlarını meydana gətirən bir çox cinsin və növün fosili arada boşluq olmadan tapılıb. Fəsilənin geoloji tarixi içində 55 milyon ildən günümüzə olan təkamül əhvalatı bu fosillərlə şübhəsiz bir şəkildə müşahidə edilə bilər.

 

Dəstə xarakterləri diqqətə çarpan şəkildə müşahidə edilir. Baş önə doğru uzanaraq iri bir forma almışdır. Başın hər iki yanında olan gözlərin yer aldığı orbital çuxurların ətrafı sümük bir bilərziklə əhatə olunur. Dodaqlar ətli, uzun və hərəkətlidir.

 

Dişlərinin inkişafı mühit şərtləri və bu səbəbdən bəslənməyə bağlı olaraq dəyişənlik göstərir. Bitkiylə bəslənmələrinə görə köpək dişləri azalmış və yox olma nöqtəsinə gəlmişdir. Bu tip qidalanmalarda köpək dişləri ilə premolar / ön azıları arasında bir boşluq (diastema) olur və sonra filogenetik olaraq sürünənlər / “reptilia“ın köklü dişlərindən törəmiş, kəsici dişlərdən və it dişlərindən daha çox kompleks quruluşa sahib premolar və molar dişlər meydana gəlir. Bu dişlərin tacları, üst səthlərinin quruluşu bəslənmə şəkillərinə görə zaman içində fərqliliklər göstərir. Bu xarakter təkamül araşdırmaları üçün də son dərəcə faydalı diaqnostik nəticələr təqdim etmişdir.

 

Mədələri bölməli deyil. Qidaların həzmində rol oynayan bakteriya fəaliyyətləri genişlənmiş və böyümüş kor bağırsaqda reallaşar.

 

Qrupun geoloji tarixi içindəki təkamülünün başa düşülməsində ön hərəkət orqanlarının mühit şərtlərinə bağlı olaraq keçirmiş olduğu anatomik dəyişikliklər əhəmiyyətli rol oynayır. Günümüz atlarından 3. barmaq altındakı ətli qisim tərəfindən daim yenilənən bir dırnaq formasını almış, ikinci və dördüncü barmaqlar da bir qalıq şəklində qalmışdır. Eşitmə və qoxu hiss etmə duyğuları yaxşı inkişaf etmiş, gözlər işıqlıq dərəcəsini fərqləndirməyə və hərəkətləri izləməyə uyğunlaşacaq şəkildə inkişaf etmişdir. Savannlarda və çöllərdə ayğır sürüləri şəklində yaşayırlar. Palearktikdə, Orta Cənubi Asiya, Avropa və Şimali Afrikada yayılıblar.

 

 
At fosilləri və təkamül
 

1870-ci illərdə paleontoloq DC Marsh Şimali Amerikada yeni kəşf edilmiş bir sıra at fosillərinin təqdimatını nəşr etdi. Bu zamanlarda sürünənlər ilə quşlar arasında keçidin ən əhəmiyyətli dəlillərindən biri olan Archaopterix (ilk quş) xaricində təkamül xətti olan çox az canlının fosilləri məlum idi. Marshın açıqladığı bu fosil sıralaması TH Huxleyin yenilədiyi tək tək nəsildə yer alan təkamülün çox diqqətə çarpan bir nümunəsi idi və Eohippusdan Equusa doğru keçid formaları meydana gətirirdi. Bioloqlar və həvəskarlar bu keçid formalarını görəndə həyacanlandılar. Bir neçə il sonra da Amerika Təbiət Tarixi Muzeyi Eohippusdan (Hyrocotherium) müasir Equusa doğru dərəcə-dərəcə təkamüllü tarixi nümayiş edəcək şəkildə hazırlanmış bir sərgi açdı.

 

Bu tip sərgilər at fəsiləsinin üstünə çəkilən marağı yalnız təkamülün dəlili olaraq deyil, eyni zamanda dərəcələndirilmiş düz və qəti bir xəttdəki təkamül nümunəsini Equusun (at) təkamülü ilə əlaqədar bir son nöqtə olaraq təyin etmişdi.

 

Daha əvvəllər at təkamülünün düz bir xəttdə reallaşdığı təxmin edilirdi. Amma hazırkı məlumatlarımız atın təkamülünün bir çox budaqda meydana gəldiyini bizə göstərir. Equu təkamüldə bir budağın incə bir şaxəsi kimidir. Düz xəttli təkamül bir xəyaldır. Çünki bu an həyatda olan yalnız kiçik bir budaq hissəsidir.

Atın təkamülü hamar və dərəcələndirilmiş deyil.

Nəticə olaraq at ailəsi təkamül mexanizminin nə qədər kompleks olduğunu sübut etmişdir. Onu düz bir xəttli açıqlama ilə izah etmək mümkün deyil..

 
Atların nəsil ağacı
 

Equidlər ilk təkamülləşdikləri qitədə (Şimali Amerika) məhdud sayda növ ilə təmsil edilmişdir. Asses, Hemiones, Zebr, Equus caballus, Equus przewalskii və ya Equus caballus przewalskii əsrin əvvəlinə qədər yaşadı. Ancaq bu gün yalnız heyvanat bağçalarında həyat mübarizəsi aparırlar.

 

Ailənin təkamülü təxminən 55 milyon il əvvəl başladı. Günümüzə qədər olan hissəsində kəşf edilən fosillər köməyiylə yaradılan kolleksiyalar primitiv tiplərin kiçik və eynilə keçilər kimi ağacların alt yarpaqlarını və gənc cücərtliləri yeməyə, meşədə tullanaraq qaçmağa uyğunlaşmış sistemlərə sahib olduqlarını bizə göstərmişdir. Zaman içindəki morfoloji inkişaflar və bunların mühitlə inteqrasiyası (dırnağın inkişafı, ayağı yerə düz basma və qatlanmayan qıç sümükləri) at ailəsinin fərdlərini geniş düzlüklərdə otlayan mükəmməl bir qaçışçı halına gətirmişdir.

 

                                            
                                            
 



Vizual: Hyracotherium
 
 

Meşələrin kiçik atları (55 milyon il əvvəl)

 

Hyracotherium / Eohippus

 

55 milyon il əvvəl kiçik bir meşə heyvanı “şəfəq atı” mənasını verən “Eohippus” olaraq da bilinən və çiyin yüksəkliyi təxminən 10-20 sm olan Hyracotherium (Hyrax: Afrikada yaşayan bir dovşana bənzədiyindən bu ad verilmiş) atın atası olaraq təkamülləşməyə başladı. Atdan başqa hər şeyə bənzəyirdi. Iri pişik ya da it kimi görünürdü. Kürəyi kəmərli, qısa boyunlu, qısa burunlu, qısa qıçlı və uzun quyruqluydu. Meyvə və yumşaq yarpaqla bəslənir, bir ceyranın kimi kimi tələsik bir koldan digər kola qaçırdı. Yalnız daha axmaq və daha az çevik idi.

                              


                                   


 

Qıçlar elastik və bütün sümükləri qatlana biləcək xüsusiyyətə sahib idi. Ön iki qıçda 4 barmaq, arxadakıları isə 3 barmaq vardı. İtinki qədər yumşaq olan pəncələri üzərində gəzirdi. Hər bir barmağında pəncə yerinə kiçik dırnaqları vardı. Primitiv və qısa bir başı, ortadakı göz yuvaları və ön tərəfə doğru çıxıq qulaq məmələri vardı. Kiçik taclı üç kəsici dişi, 1 köpək dişi, 4 ayrı premoları / ön azı və çənənin hər iki tərəfində 3 üyüdücü molar / azı (primitiv məməli diş quruluşu) diş çeynəmə sistemini meydana gətirdi. Ön diş və üyüdücü dişlər arasındakı məsafə qısa idi, Tac sümükləri ilə bir-birinə bağlı olan molarlar hər şeyi üyüdə bilən bir quruluşa sahib idi. Dişləri əsasən kiçik taclıydı, atlarınkına bənzər sadə qıvrımları vardı. Erkən Eosen atları təkamüllərinin bu nöqtəsində digər Perissodactyl qruplardan fərqli olaraq hələ ayrılmamışdı. Tapir və kərgədanlar ilə yaxın qohumluqları var idi. Keçmişinə baxıldığında Hyracotherium olduqca primitiv bir heyvan idi. Ancaq o dövrdə, 55 milyon il əvvəl özünə və ətrafına görə olduqca müvəffəqiyyətli hesab edilə biləcək xüsusiyyətlərə də sahib idi. 20 milyon il içində Hyracotheriumda əhəmiyyətsiz dəyişikliklər meydana gəldi. Bədəni və ayaqları böyük ölçüdə eyni qaldı. Bunun yanında ayaq barmaqlarında kiçik dəyişikliklər meydana gəldi. Ən böyük dəyişiklik diçlərdəydi. Bu atlar daha çox bitki yeyərkən daha az meyvə istehlak edirdilər. Üyüdücü dişlər daha sərt yeməkləri üyütmək üzrə formalaşmağa başladı.

 

Fosilləri Qərb Amerika və Avropanın Eosen yaşlı su çəkilmiş ərazilərdə tapıldı. Radiometrik yaş məlumatları bu atın 55-45 milyon illəri arasında yaşadığını ifadə edirdi.

 

Orohippus

 

50 milyon il əvvəl Hyracotheriumdan Orohippusa doğru düz, diqqətə çarpan və dərəcəli bir keçid oldu (Mac FADDEN, 1976). Orohippusun çiyin yüksəkliyi yerdən 20-30 sm qədər idi. Kəmərli kürək, qısa ayaqları, qısa boyun, qısa burun və olduqca kiçik bir beyin onu daha çox itə bənzər bir görünüşə salmışdı. Hyracotheriumdan bir az daha böyük idi. Ancaq eyni primitiv postcranial skelet quruluşuna sahib idi. İnsanlardakı kimi ön ayaq sümükləri (radius və ulna) ayrı idi. (Bu məməlilərə xas primitiv bir xarakterdir, dirsək və biləkdə dairəvi hərəkəti təmin edir). Bu xüsusiyyət daha çox meşədə yaşayan və maneələrin bol olduğu bir coğrafi ərazidə hərəkət etmək məcburiyyətində olan kiçik heyvanlarda müşahidə edilir. Ön ayaqlarında 4, arxa ayaqlarında dırnaqlı 3 barmağı vardı. İt dabanına bənzər şəkildə inkişaf etmiş yumşaq tabanlara sahib idi. 1. və 2. barmaqlar zaman içində yox oldu.

                                             

 

Ən diqqətə çarpan dəyişiklik dişlərdə meydana gəldi. Son premolar dəyişərək molarlara çevrildi, bu da Orohippusun bir dənə daha çox üyüdücü diş qazanmasına səbəb oldu. Bu dəyişikdən əlavə daha sərt bitkiləri yediyini göstərən dişlər üzərindəki körpülər daha çox idi.

 

Orohippus Hyracotheriumdan təxminən 2 milyon il sonra ortaya çıxdı. Hər ikisi də birlikdə təxminən 54-45 milyon illər arasında yaşadı və bu zaman içində yox oldu. Wyoming və Oregonda (Şimali Amerika) olan qalıqların izotop yaşlarına görə bu cins 52-45 milyon illəri arasında yaşamışdı.

 

Epihippus

 

47 milyon il əvvəl Orohippusdan ayrılan təkamül qolundan Epihippus meydana gəldi. Digərləri kimi kiçik, itə bənzər, yumşaq dabanlı və kiçik beyinliydi. Ön ayaqlarında 4, arxa ayaqlarında isə 3 barmağı vardı. Dişlərin inkişafı davam edirdi. Son premolarlar molarlara çevrilmiş və beləcə Epihippusa 5. üyüdücü dişi qazandırmışdı. Dişlərin üst qisimləri yaxşı şəkillənmişdi. Ancaq hələ də kiçik tac quruluşuna sahib idi.

34 milyon il əvvəl atlarda diqqətə çarpan dəyişikliklər meydana gəlməyə başladı. Bunun ən əhəmiyyətli səbəbi Şimali Amerika iqliminin bir az daha quraqlaşması, geniş meşə sahələrinin azalması və otluq sahələrin daha geniş hala gəlməsidir. Bu dəyişikliklə birlikdə sərt dişli və açıq sahələrdə daha yaxşı qaça bilmələri üçün güclü ayaqları olan tiplər inkişafa başladı.

 

Mesohippus

 

Daha əvvəl yaşamış Eohippus ya da Hyracotherium ilə müasir atlar arasında ilk ortaq əlaqəni meydana gətirən Mesohippus növü olan M. celer 40 milyon il əvvəl birdən ortaya çıxdı (Növlərin ani ortaya çıxışları nüfuzla bağlı qarışıqlıqlar, yeni seçici güclər və ya növlərin digər növlərdən təcrid edilməsi -coğrafik təcrid – nəticəsində reallaşır. Bu ani çıxışlar geoloji dövrlərdə müşahidə edilir. Ancaq bu həqiqət unudulmamalıdır: bir neçə milyon il müddət geologiyada “ani” kimi dəyərləndirilir). Mesohippus Epihippusdan bir az daha çox inkişaf etmiş böyük bir heyvan idi. Çiyin ilə yer arasındakı yüksəkliyi 60-70 sm idi. Əvvəlkilər kimi itə bənzər bir görünüşü də yox idi. Kürəyi daha az kəmərliydi. Qıçları, boynu və burun ilə üzü xarakterik şəkildə daha uzuncaydı idi. Dayaz bir üz çuxuruna sahib idi. Sonrakı atlarda kəllədəki bu çuxur daha da diqqətə çarpan hala gəldi və növlərin tərifində çox daha çox istifadə edilən bir xarakter oldu.

 

Arxa və ön ayaqlarında 3 barmağı vardı. 4. ön barmaq korlaşmış və bir çıxıntı şəklini almışdı. Əvvəlki cinslərdə olduğu kimi Mesohippusun da dabanları yumşaq idi.

 

Beynin yarı kürələri nəzərə çarpacaq dərəcədə geniş idi. Hal-hazırda yaşayan atlar ilə eyni böyüklükdə idi.

 

Son üç ədəd premolar molarlara oxşayırdı (Primitiv üçbucaq səthli premolarlar yeməyi yumşaldır. Kvadrat formasında olanlar isə parçalayır. Bu dəyişmə heyvanın qıdalanmasındakı müxtəlifliyi azaldır. Bu meyvə və yarpaqla qidadan yalnız otla bağlı qidalanma tipinə bir keçiddir). Dişlərin səthi Epihippusda olduğu kimi üyütmək üçün uyğunlaşmışdı.

 

Colorado, Nebraska və Dakota düzənlikləri ilə Kanadada olan fosillərin radiometrik məlumatlarına görə cins və növləri təxminən 37-32 milyon il əvvəl yaşamışdı.

 

Miohippus

 

Tipik bir Miohippus Mesohippusdan daha böyük idi. Kəllə daha uzun idi. Üzdəki çuxur (Fassial Fossa) dərin və daha geniş idi. Ayaq biləyinin oynağı köklü dəyişikliyə uğramışdı.

 

Miohippus növləri at ailəsindəki ilk geniş növlərə ayırılma müddətini başlatdı. Miohippsa qədər az sayda yan qollar varkən, Miohippusdan sonrakı növlər çox daha müxtəlif və fərqli olmuşdu. Miosen dövründə artıq bir çox cins yaşayarkən, indiki vaxtda tək bir at cinsi yaşayır.


                                                 


Miohippusda ayrıca üst yanaq dişlərində əlavə qıvrımlar yarandı. Daha sonrakı at cinslərində dişlərdəki bu strukturlar daha da xarakteristik olacaqdı. Bu, at atalarının populyasiyasında yeni xüsusiyyətlərin necə müxtəlif olduğunu göstərmək üçün mükəmməl bir nümunədir.

 

Daha əvvəl deyilənlərə görə Mesohippus anagenetik təkamül yolu ilə dərəcəli bir çevrilmə yolu ilə Miohippusa çevrilərək yoluna Miohippus olaraq davam etdi.

 

Aktual məlumatlar isə göstərmişdir ki, Miohippus Mesohippusdan erkən dövrlərində cladogenetik yolla ayrılaraq inkişafına davam etmiş, sonra da 4 milyon il qədər müddətlə hər iki tip birlikdə yaşamışdı.

 

Mesohippus 30 milyon il əvvəl ortadan qalxdı. Miohippus da bir müddət olduğu kimi həyatına davam etdi və sonra 24-20 milyon il əvvəl sürətli bir şəkildə təkamül etdi və növləşdi. Bu dövrdə at ailəsi 2 ana qola və bir kiçik budağa ayrıldı və gələcək nəsilləri Anchiterium, Kalobatippus, Archaehippus, Hypohippus və Megahippus oldu.

 

Radiometrik yaş məlumatlarına görə 32-25 milyon il olaraq tarixləndirilən Miohippus qalıqları ən çox Floridada (Qərb Amerika) qədim su yataqları içində tapılıb.

 

 

Miohippusdan törəyənlər

 

Anchitherium: Qədim dünya torpaqlarına keçən bu cins 3 barmaqlıydı və yarpaqla bəslənirdi. 10 milyon il içində sürətlə geniş bir coğrafi əraziyə yayılmış və müvəffəqiyyətli olmuşdu.

 

Kalobatippus: Bütün atların ortalama bir quruluş və də böyüklüyü olduğu zamanda yarpaqla bəslənən bu atın uzun qıçlı və ehtişamlı bir görünüşü olmalıydı (Bu cinsdə dişlərin Miohippus ilə Parahippus arasında bir keçid formasına aid olduğu və bunun da yarpaqla bəsləndiyi təxmin edilməkdədir). Avropada Anchitherium və Şərqi Asiyada Sinohippusun yaşadığı zamanda o, Qərb Amerikada yaşayırdı. Bu cinsin digər adı Metapodialdır. Ayaq sümükləri heyvanın yaxın qohumlarının (Ancitherium, Hypohippus Megahippus) əksinə uzun qıçlı olmasını təmin etmişdi. Bu və yaxın qohumları təbii bir qrup olan “anchiter” ləri meydana gətirdi. Hamısının yarpaqlar, otlar və yəqin ki, meyvələr ilə bəslənməyə uyğun kiçik taclı dişləri vardı və çox otla qidalandığı təxmin edilməməklə yanaşı, üç dırnaqlı, qısa dişli bu cinsin otlarla bəslənən anchiterlər ilə eyni zamanda yaşadıqları hesab edilir.

 

Floridada olan qalıqların radiometrik yaş dəyərləri bu cinsin 24-19 milyon illəri arasında yaşadığını ifadə edir.

 

Archaeohippus: Bu kiçik yarpaq yeyici bir it böyüklüyündə idi. Əsasən, daha quru bir mühitə sahib savannalarda otlayan digər atlar ilə birlikdə yaşayırdı. Uzun bir burnu olan kiçik və zərif bir heyvan idi. Dişlərinin molariform olması onun meşə içində ya da meşə arasındakı düzənliklərdə yarpaqlar və ya digər lifsiz qidalarla bəslənərək yaşadığını ifadə edir.

 

Fosilləri Nebraska, Oregon, Kaliforniya və Floridada (Şimali Amerika) var. Radiometrik yaş məlumatlarına görə bu cins və növləri təxminən 21-13 milyon il əvvəl yaşamışdır.

 

Hypohippus: yarpaqla bəslənməyə son dərəcə yaxşı uyğunlaşmış bu cins meşə sahələrində yumşaq dabanları üzərində üç barmaq ilə yeriyə biləm xüsusiyyətə sahib idi. Böyüklüyü müasir poniyə / pony çox bənzəyirdi. Nebraska, Colorado və Montanada olan qalıqları bu cinsin ehtimalla 17-11 milyon il əvvəl yaşadığını ifadə edir.

 

Megahippus: yarpaqla bəslənən bir cins deyil. Otla qidalanan cinslərin ortaya çıxmağa başladığı bir dövrdə Şimali Amerikanın yarpaqla bəslənən son cinsi olaraq bilinir. Yəqin ki, 15-11 milyon il əvvəl Şimali Amerika düzlərində yaşadığı təxmin edilir. Kiçik və böyük taclı diş quruluşuna sahib olması cinsin həm yarpaqla həm də otla qidalanan cinslər arasında bir keçid forması olduğunu bildirir. Dar ya da xortuma bənzər bir burnu və buna görə inkişaf etmiş ağıza sahib olması da bu cinsin yarpaq, yeni otlar və meyvə kimi yumşaq bitkiləri yeməyə meyilli olduğunu göstərir. Megahippus və digər anchiterlər üç barmaqlı və yarpaqla bəslənənlər olduqları üçün bəzən otlayan qohumlarıyla müqayisədə təkamülün bir dalana girdiyi düşünülür. Ancaq Megahippuslar otlayan atlar qədər sürətli təkamülləşmişdi. Üst çənə dişlərinin üuüdücü səthləri bütün bədənləri ilə birlikdə böyümüşdü. Megahippus adından da aydın olduğu kimi zamanının ən böyük atıdır.

 

Körpə yarpaqları yeməkdən otlamağa qədər keçirilən təkamül və yeni atları tanıma xətti otlayıcılar üçün yeni bir ekoloji variantın ortaya çıxması və geniş otlaqların yeni meydana çıxmağa başlaması nəticəsində meydana gəlmişdir.

 
 

Atların düzənliklərə çıxışı (18 milyon il əvvəl) və incə qıçlı, böyük tac dişli atlar

 

Atın təkamülündə üçüncü xətt olan bu atlarda, otların asanlıqla yenebilmesi üçün bir çox dəyişikliklər başladı. Bunlardan ən əhəmiyyətlisi kobud və sərt otların asanlıqla çeynəyə bilməsi üçün inkişaf edən xüsusiyyətlərdir. Dişlər üzərində kiçik qabar və  qıvrımlar meydana gətirmək üzrə bir-birləriylə bağlanaraq daha da genişləndi və diş ətindən sıyrılaraq üst qisimi dərəcəli olaraq getdikcə böyüyən və “hypsodont diş tipi” olaraq bilinən yeni bir diş tipi inkişaf etdi. Bu xüsusiyyətlərin qazanılmasına əlavə olaraq dişlərin tac bölgələrində onların daha sərt və dayanıqlı olmasını təmin edən sement təbəqələri meydana gəldi.

 

İnkişaf edən bəzi xüsusiyyətlər onları yaxşı bir qaçışçı halına gətirdi. Bədən böyüklüyü, qıç uzunluğu və üzün uzunluğu qazanılan əhəmiyyətli xüsusiyyətlərdi. Bu sırada ayaq sümükləri qaçışa uyğunlaşma təmin edə bilmək üçün birlikdə qaynaşmağa başladı. Qıç sümükləri və onlara bağlı əzələ sistemlərinin inkişafı elastik qıç hərəkətini ələmini edərək atlara irəli və geriyə getməyi daha asan hala gətirə biləcək şəkildə xüsusiyyət qazandırdı.

 

Parahippus

 

23 milyon il əvvəl ortaya çıxan bu cins qədim meşələrdə yaşan atlarla günümüz düzlərində yaşayan atlar arasında təkamüllü bir keçid kimi görünməkdədir. Eyni böyüklükdəki beyini və eyni bədən şəkliylə Miohippusa çox bənzəyirdi. Əslində əsl görünüşü bir Alman çoban itini xatırladırdı. Tipik bir Parahippus Miohippusdan bir az daha böyük bədən quruluşuna sahib idi. Hələ də üç dırnağı vardı və ayağın altındakı sıçrayış və tullanma ligamenti hələ daha yeni inkişafa başlamışdı. Üzü əsl at üzünə bənzəyir. Sifəti uzundu və göz çuxurları kəllənin ortasından geriyə doğru sürüşmüşdü. Diş quruluşuna körpülər ilə uzun taclar əlavəsi güclü və daha düzgün diş taclarının meydana gəlməsinə səbəb oldu. Bu xüsusiyyət dişləri daha da güclü etdi və otla bəslənməsini asanlaşdırdı. Mühit şərtlərinə uyğunlaşma edərək sürətli bir şəkildə təakmülləşən və buna paralel olaraq da sürətli bir şəkildə dəyişən bu cins tamamilə çevik ayaqlı və hypsodont olaraq otlayan “Merychippus gunteri“ə çevrildi. Parahippusun daha gec dövrlərdə yaşayan növlərinə aid fosilləri erkən dövrdəki Merychippusa çox bənzəyirdi. Bu da cinslər arasındakı təkamül xəttinin hara çəkiləcəyinə qərar verməyi çətinləşdirdi. Parahippus at təkamülündə bir əlaqə rolu oynayan cinsdir. Meşələrdə yaşayan və yarpaqla bəslənən tiplər ilə düzənliklərdə yaşayan və otla qidalanan tiplər arasında əsl bir keçid formasıdır.



Floridada su yataqları içində qalıqları tapılmışdır. Radiometrik məlumatlar bu cinsin 24-17 milyon il əvvəl yaşadığını ifadə etməkdədir.

 
 
 

Merychippus

 

17 milyon əvvəl Şimali Amerikada ortaya çıxdı. Atların təkamülündə fundament rolunu oynayır. Tipik Merychippus təxminən 110 sm uzunluğunda idi və bu o zamana qədər olan ən uzun at idi. Otlayaraq bəslənən atların da ilki idi. Bu cinsdə geniş köklü dişlərin daha yaxşı yerləşməsi üçün burun uzun bir forma almış, çənə daha dərinləşmiş, gözlər də azacıq geriyə doğru sürüşmüşdü. Dişlər böyük taclıydı və qidaları digərlərinə görə çox daha yavaş çeynəyir və həzm sistemi də son dərəcə yavaş işləyirdi. Bu səbəblə ruminant / gövşəmə xüsusiyyəti qazanmışdı. Beyin nəzərəçarpacaq dərəcədə böyük idi. Bu da Merychippusu erkən atlardan daha ağıllı və daha çevik edirdi. Bütün bu xüsusiyyətlərin qazanılması bəhs edilən cinsi bugünkü atlara daha da bənzər hala gətirmişdi. Hələ də üç barmaqlıydı. Ayaqları elastik quruluşluydu. Topuq oynağının altındakı güclü və elastik bağlarla dəstəklənilmiş ayaqları sayəsində daim barmaq uclarında dayanırdı. Yan barmaqlar hələ də bir bütün idi, ancaq yavaş-yavaş fərqli uzunluqlar qazanmağa başlamışdı. Bəzi Merychippus növləri eyni uzunluqdakı yan barmaqlara sahibkən, digərlərində yalnız qaçarkən yerə dəyən kiçik yan barmaqlar inkişaf etdi. Ortadakı barmaq geniş və xarici at dırnağı olaraq inkişaf etmiş və qıçlar daha uzun bir şəkil almışdı. Ön qolun və dirsək sümüyünün  birləşməsi qıç əyilməsini ortadan qaldırdı. Eyni şəkildə dizin aşağı hissəsində olan qaval sümüyü də böyük ölçüdə zəiflədi.



Bütün bu dəyişiklər qıçları yalnız tək bir hərəkət üçün xüsusi hala gətirdi: Sərt səthdə sürətli qaçmaq, ətyeyən yırtıcılardan qaçmaq və geniş coğrafi ərazidə sürətlə qida axtara bilmək.

 

Radiometrik məlumatlara görə qalıqlarının yaşı bizə 17-11 milyon il əvvələ aiddir.

 

Merychippus’un yayılması

 

15 milyon il əvvəl Şimali Amerikada sürətlə yayılan Merychippus düzənliklərin sürətli qaçan tək otyeyəni idi. Bu cins üç böyük qrupda 19 yeni otyeyən at növünü ortaya çıxartdı. Atlarla bağlı bu növlərə ayırılma prosesi “Merychippusun yayılması” olaraq adlandırıldı.

 

Üç barmaqlı otlayıcılar “Hipparion” qrupudur. Bunlar müvəffəqiyyətli tiplərdir. Otlaqların, ot və yarpaq yeyənlərdə olan müxtəliflik növlərin və siniflərin meydana gəlməsində təsirli olmuşdur. Üzlərində böyük və qüsursuz girintilər təkamülləşmişdi. Hipparionların qədim dünya kıtalarına yayılması təxminən 10 milyon il əvvəl başlamış və fərqli zamanlarda reallaşan köç dalğaları şəklində inkişaf etmişdir. Bu böyük at köçü Anadolu və Trakyada (İstanbul) olan fosillərlə sübut edilmişdir.

 

Qrupun Şimali Amerikada yayılan cinsləri Protohippus, Astrohippus, Pliohippus, Pseudohipparion, Nannihippus, Neohipporion Calippusu olan atlar Protohippineslər olaraq adlanır.

 

Günümüzdəki atlarınkına bənzəyən yan barmaqların qısaldığı müşahidə edilmişdir. Primitiv Hipparion və at xüsusiyyətləri daşıyan yeni növlərin ortaya çıxışı və bunların gedərək daha çox ata bənzəmələri, əsl atlar olaraq bilinən daha böyük üç barmaqlı və tək barmaqlıların ortaya çıxışının başlanğıcını təmin etdi. Yeni növlər sürətli və müvəffəqiyyətli bir şəkildə bu üç qrupdan ortaya çıxdılar. Bu sürətli törəmə hansı növün hansından təkamülləşdiyinə qərar verməyi çətinləşdirdi. Təxminən on milyon ildə at ailəsini meydana gətirən cins və növlər indiyə qədər rast gəlinməmiş bir şəkildə müxtəlifliyin zirvəsinə yerləşdi. Yeni Dünyada Hipparionlar və Protohippinlər,Əsl atlar” böyük və kiçik meşə otlayıcıları və düzənlik otlayıcıları olaraq geniş bir coğrafi əraziyə yayıldı.

 


 

Tək barmaqlı atlar (10 – 1 milyon il əvvəl)

 

Bu təkamül xəttinin sonrakı Merychippus növləri (M. carriozensis) kiçik yan barmaqlı böyük atlar idi. Onlar yan barmaqlarını itirmiş iki ayrı qrupun ortaya çıxmasını təmin etdi. Bu proses topuq oynağının altındakı yan bağların inkişafı kimi qaçış əsnasında orta barmağın balansına kömək etdi. Tək barmaqlı atlar bu cinsləri ehtiva etdi:.

 

Pliohippus

 

15 milyon il əvvəl üç barmaqlı at olaraq doğuldu.. Müasir atın babası və at ailəsinin son budaqlanmasının tipik cinsi olaraq bilinir. Inkişafını Cənubi Amerika qitəsində davam etdirən Hippidion cinsinin və daha sonra da Equusa çevrilmiş Dinohippusun atasıdır. Pliosen yataqları içindəyan barmaqların yox olmasını stratigrafik mənada izləmək mümkün olmuşdu. Bugünkü ata çox bənzəyən bu cins bir neçə fərqli xüsusiyyət xaricində atın müzakirəsiz atası qəbul edilir. Xüsusilə, kəllənin üz hissəsində dərin çuxurlar vardı. Halbuki atın üzündə belə girintilər yox idi. Dişlərdə böyük ölçülü əyrilər mövcud ikən atın dişləri düz bir quruluşa sahib idi. Pliohippus hər nə qədər atla yaxından əlaqəli olsa da bəlkə gerçək atın ortaya çıxışında hər hansı bir təsiri olmamışdır.


                                          


Astrohippus

 

Astrohippus (təxminən 10 milyon il əvvəl) Pliohippus’un dərhal arxasından ortaya çıxan tək barmaqlı atdı. Bu cinsin yüz qisimində bir sıra çuxurlar meydana gəlmişdi və yəqin ki, Pliohippus’un soyundan gəlirdi.

 

Dinohippus

 

12 milyon il əvvəl görülən bu cins tək parmaklıydı. Bugünkü atların uzunqulaq və zebrlər ən yaxın qohumu olan bu cinsin atası hələ qəti olaraq bilinməməkdədir. Diş və kəllə xüsusiyyətləri baxımından ata çox bənzəyirdi. Dişləri Merychippus’tan nəzərəçarpan dərəcədə daha düzdü. Üzdəki girintiler nəzərəçarpan dərəcədə azalmışdı. Bundan bir az daha gec bir cür olan D.mexicanus isə daha düz bir diş quruluşu və yüzdə daha kiçik girintilere sahib idi. Bu tip girinti və çuxurlara sahib olmayan Equus ilə dərin çuxurları olan Pliohippus arasında bu xüsusiyyəti səbəbiylə bir keçid forması kimi dayanmaqdadır. Bu cinsin növləri Pliyosen Dövründə Şimali Amerikanın ən məşhur at sürülərini meydana gətirdi və dərhal dərhal gerçək atın bütün xüsusiyyətləri bu cins üzərində diqqətə çarpan hala gəldi.

 

Dinohippusun erkən növləri bəstəboy, qısa qıçlı tək barmaqlı və qəribə kəllə formasına sahib olan Hippidionun 4 milyon il əvvəl doğulmasını təmin etmişdi. Bu dövrdə Şimal və Cənub Amerikanın coğrafi olaraq birləşmiş olması və bir torpaq körpüsünün Panama bölgəsində meydana gəlməsi bu heyvanların cənuba köç etməsinə səbəb oldu və burada növləşərək çoxaldılar.

Pliosenin sonuna doğru Dinohippusun üzündəki girintilər nisbətən azaldı, dişlərdə olan düzləşmə və digər nisbi dəyişmələrlə bu cins ata çox yaxınlaşdı.


Neohipparion


Fosil qeydlərinin çoxluğuna baxıldığında ən müvəffəqiyyətli olan Hippariondur. Fosilləri Şimal Amerika və Orta Amerikada su yataqlarının içində tapəldə. Bu cinsə aid növlər təxminən 16-5 milyon il əvvəl yaşamışdı. Fosillərinin Şimal Amerika, Avropa və Asiyada eyni yaşdakı su yataqlarının içində tapılmasına baxmayaraq Neohipparion yeni dünya atı olaraq bilinir. Hipparionlar dünyanın bir çox yerində olan 3 barmaqlı  at qruplarından biridir. Bunlar 10 milyon illik fosillər arasında tez-tez rast gəlinilən ən böyük məməlilərdir. Zamanının müvəffəqiyyətli at qrupu olmasına baxmayaraq yalnız bir yan qol olaraq təkamülləşmiç  və günümüzə qədər yaşaya bilməmişdir. Altı milyon il əvvəlinə qədər ancaq bir neçə növ həyatını davam etdirmişdi. Son Hipparion növü Cormohipparion emsliei də 2 milyon il əvvəlinə qədər Florida ətrafında yaşamışdır.


Dinohippusun erkən növləri bəstəboy, qısa qıçlı tək barmaqlı və qəribə kəllə formasına sahib olan Hippidionun 4 milyon il əvvəl doğulmasını təmin etmişdi. Bu dövrdə Şimal və Cənub Amerikanın coğrafi olaraq birləşmiş olması və bir torpaq körpüsünün Panama bölgəsində meydana gəlməsi bu heyvanların cənuba köç etməsinə səbəb oldu və burada növləşərək çoxaldılar.

Pliosenin sonuna doğru Dinohippusun üzündəki girintilər nisbətən azaldı, dişlərdə olan düzləşmə və digər nisbi dəyişmələrlə bu cins ata çox yaxınlaşdı.

Equus

Geoloji zaman içində müxtəliflik göstərən at ailəsindən varlığını davam etdirən tək cinsdir. Üç min il qədər əvvəl əhilləşdirilən at insanlıq tarixi içində köç, əkinçilik, döyüş, idman, ünsiyyət və səyahət sahələrində son dərəcə əhəmiyyətli rollar oynamış və insanların böyük köməkçisi olmuşdur. Növləri 5 milyon il əvvəldən günümüzə qədər yaşamaqdadır. İlk Equuslar poni böyüklüyündə və klassik at görünüşlü bədənə sahib idi. Sərt onurğa, uzun boyun, uzun qıçlar, qatlanmayan  birləşmiş qıç sümükləri, uzun burun, elastik burun və dərin çənə quruluşu xarakteristik xüsusiyyətlər idi Dinohippus kimi Equusun da tək barmağı dırnağın bükülməsinin qarşısını alan yan bağlar və düz otlamağı təmin edən yüksək taclı dişləri var.


Equusun üzvləri hələ də yan barmaqları meydana gətirən genlərə maneə olurlar. Əsasən bunlar 3. barmağın ətrafındakı 2. və 4. barmaq sümükləri olaraq iz buraxıblar. Bilinən ən qədim Equus növləri 3 dənədir. Bunların hamısına E. simplicidens qrupu da deyilir. 
Hələ də Dinohippusdan qalan primitiv xüsusiyyətlərə malikdir. Bunlar gözdəki zəif girintilərdir. Bədən şəkli zebrə bənzəyir (bəstəboy olmaqla birlikdə düz çiyin və qalın peysər quruluşludur). Eşşəyin kəlləsinə bənzəyən dar kəlləsi var. Sərt quruluşlu, şaquli uzanan qısa yalları, ipə bənzər quyruqları, orta ölçülü qulaqları və son olaraq da qıç qisimlərində bir sıra xəttlər var. Bir çox növlərə ayırıldılar və 4 qrup içində 12 növə ayrıldılar. Bu həddindən artıq növə ayırılma Merychippusun yayılmasını xatırlatmaqdadır. Öz xəttlərində sürətlə yayılan Equus növləri digər tək dırnaqlı atlar (Astrohippus kimi) və müxtəlif Hipparionlar və Protohippinlerlə birlikdə yaşamışlar. İlk buzlaq dövrü əsnasında 2,6 milyon il əvvəl Equus növləri Köhnə Dünyaya keçmişlər. Bəziləri Afrikaya köç edərək müasir zebrləri meydana gətirmiş, digərləri də səhra/çölə adaptasiya olaraq Asiya, Orta Şərq və Şimal Afrikaya, digər başqa bir qol da əsl at olaraq Asiya, Orta Şərq və Avropaya yayılmışdır. E. caballusun digər at növləri Cənub Amerikanın daxili qisimlərində deyildilər. Equus bəlkə də insanlar tərəfindən əhilləşdirilmiş növlərdən əvvəl yaşamış ən müvəffəqiyyətli Perissodaktildir.

Müasir at ailəsi

Üç barmaqlı atlar nisbi olaraq yox oldular. Bəlkə də onları yox edənlər və onlara görə üstün, müvəffəqiyyətli olanlar Artiodaktillər idi ya da deyildi. Tək barmaqlı atların nəsli Şimal Amerikada buzlaq dövrünün başlamasıyla birlikdə tükəndi. Tək barmaqlı Equus mükəmməl bir heyvan idi. 1 milyon il əvvələ qədər növləri Şimal Amerika bizon sürülərinə ya da Afrikadakı iri antilop köçlərinə asanlıqla bərabər ola biləcək sayda bütün Afrika, Avropa, Şimal Amerika və Cənub Amerikaya yayılmışdı.

Üst Pleistosendə Şimal və Cənub Amerikada böyük məməlilərin ölməsinə gətirib çıxaran fəlakətlər oldu. Şimal və Cənub Amerikadakı bütün atlar mamontlar və qılınc dişli aslanlar ilə birlikdə yox oldu. Bunu səbəbi mövsüm dəyişiklikləri və ovçuluq idi. Onlarla milyon ildən sonra ilk dəfə Amerika qitəsində Equuidae qalmadı.

55 milyon il əvvəl başlayan səfərdən geriyə qalanlar

İndiki vaxtda yaşayan atların ən qədim tipi Asiya Çöl Atı digər bir adla Equus caballus przewalskiidir. Çar II. Nikolasın əmri ilə Orta Asiyada kəşf gəzintisinə çıxan Polkovnik Nikolai Przewalskii Cənub-qərb Monqolustanda vəhşi atların olduğunu dediyində elm dünyası böyük bir sensassia ilə çalxalandı. Onun fikrinə görə bu atlar Monqollar tərəfindən əhilləşdirilmiş sonra yenidən vəhşi həyata qayıdan bir növ idi. İkinci dəfə kəşf gəzintisinə çıxan Przewalskii Gobi səhrası sərhəddində Tchin Schara Nuru dağlarının ətəklərində yox olduğu hesab edilən bu atlara aid iki sürü gördü. Təbii sistem içində yeni olan bu növə öz soyadı olan Przewalskii (Equus caballus przewalskii) adını verdi (Monqolustanda bu atlara Tachi deyilir). 1881-ci ildə Przewalskii bunlar haqqında əhatəli bir hesabat hazırladı və çara təqdim etdi. Hesabatında belə deyilirdi: “Son dərəcə ürkək və həssas duyğu orqanları ilə inkişaf etmiş görmə və qoxu ala bilmə xüsusiyyətləri olan bu atlar bir damazlıq atın rəhbərliyində 5-15 heyvandan ibarət olan sürülər halında yaşamaqdadır.” 

Bu zamanda nadir heyvan növü saxlayan  bir çox ərazi sahibi vardı. Bunlardan biri də Frederic von Falzfein idi və Rusiyadakı Askania Nova bölgəsində geniş otlaqlarında bir çox nadir heyvan növü saxlayırdı. Monqolustandakı bu kəşfi eşidəndə satıcı Asanova bu heyvanların bəzilərini tutmaq üçün bir kəşf səfəri tənzimləməsi üçün əmr verdi. Ancaq böyük və ürkək ayrıca son dərəcə də sürətli olan bu atları tutmaq imkansız idi. Buna görə balalarını tutmağa çalışdılar. İki bala tutuldu. Bunları qoyun südü ilə bəsləməyə çalışdılar, ancaq bu müvəffəqiyyətli ola bilmədilər və balaların ikisi də öldü 1889-ci ildə 7 bala daha tutuldu və inkişafları üçün əhilləşdirilmiş dişi atlar ögey ana olaraq istifadə edildi.

Bu işlər bir az daha müvəffəqiyyətli olmuşdu. Ancaq Çar II. Nikolasa verilən madyanlardan bir neçəsi bir müddət sonra öldü. Daha sonrakı illərdə Przewalskii atları daha çox tutulub Avropa və Amerikaya aparıldı. II. Dünya müharibəsinə qədər bu atların saylarına bir dəyişiklik olmadı. Döyüş sonrası isə sayraları diqqətə çarpacaq bir şəkildə azaldı.1967-ci ilə qədər usürətlə azalan E. caballus przewalskii vəhşi sürü halında son olaraq Gun Tamga adındakı bir su qaynağının yaxınlarında görüldü.

Przewalskiinin yenidən vəhşiləşdirilməsini 1997-ci ildə bir təşkilat boynuna götürdü. Bu zamanda təşkilatın əlində bütün zooparklarından toplanmış 61 at vardı. Ancaq zooparklarındakı həyata alışmış bu atların çöllərə buraxıldığında bu mühitə yenidən necə uyğunlaşacağı əhəmiyyətli bir problem idi. Təşkilat, Institute of Evolutionary Animal Morphology və Moscow Academy of Sciences ilə əməkdaşlıq etdi və bu atlar üçün Rusiya və Monqolustanda uyğun çöl sahələri axtarılmağa başlandı. Ancaq bütün sahələr böyük fermalarla məhdud idi. Atların həyatı üçün ən uyğun çöl sahəsi Monqolustanda Hustain Nuru bölgəsində idi və bura cütçülər ilə heyvanlarına qadğan edilərək bu atlar üçün təbii park halına gətirildi. İndiki vaxtda qoruma altındakı bu parkda 60 və dünyanın 135 təbiət parkında 1450 Equus przewalskii yaşamaqdadır.

Equus caballus przewalskiinin xüsusiyyətləri

Bu alt növ ağır quruluşlu bir atdır. Təxminən 2-2,8 m uzunluğundadır. Rəngi açıq qəhvəyi və ya kül rənginə çalan qəhvəyidir. Arxasında zebrlər kimi qara xəttlər var. Qulaqları qısadır və dik yalı var. Quyruqları ev  atlarından fərqlidir. Przewalskiinin 66 xromosomu var. Əhilləşdirilmiş atlarda isə 64 xromosom var. Əhilləşdirilmiş atlarla cütləşdirildiklərində doğulan bala 65 xromosomludur. Bunlar çöl zebrləri kimi qruplar halında yaşayır. İki növ qrupları vardır. Ailələr və “subay” erkəklər. Bir ailə əsasən bir damazlıq  at və 3-4 dişi at və onların balalarından ibarətdir. Subaylar qrupu isə yaşlı bir damazlıq at başçılığında iki erkək atdan ibarət olur. Hər qrupun həyatını davam etdirdiyi bir sahə vardır. Hamiləlik müddətləri 335 gündür. Əsasən, bir bala doğar və bir il içində bala yetkin hala gələr. Ortalama həyatı 30 ildir.

Çağımızda əhilləşdirilmiş atlar yayılmışdır, amma vəhşi olanlar üçün eyni şey deyilə bilməz. Çöl atların nəsilləri böyük ölçüdə tükənmişdir. Equus caballus gmelini (Tarpan ya da Avropa çöl atı) 1860=cı ildə Avropada ortadan qalxmışdır. Paleontoloqlara görə bu növün ən yayğın olduğu zaman 400.000 il əvvəl birinci buzlaq dövrüdür və orta boylu, qısa yallı, qışda daha da tündləşən qurğuşun rəngi ilə bu at günümüz atının atası sayılmaqdadır. Ancaq bu müzakirə hələ də nəticələnməmişdir. Günümüz atının atası ya Equus caballus przewalskii ya da Equus caballus gmelinidir.

50.000 il əvvəl III. Buzlaşma arası dövrdə Avropa düzənliklərində iki at növü yaşamışdır: Equus abeliEquus caballus fosillus. Equus hemionus da Şumerlər tərəfindən döyüş arabalarına qoşulmuşdur. Eyni dövrlərdə dünyanın başqa yerlərində günümüzün əhilləşdirilmiş atı Equus caballus və Equus asinus africanus (Afrika çöl eşşəyi) bir alt növ olaraq əhilləşdirilmişdir.

Günümüz atları bir çox irqi əhatə edən və bu irqlərin böyük bir hissəsi insanın etdiyi süni seçmə ilə dəyişikliyə uğrayan Equus caballus növünə aiddir. Amerikadakı Mustang atları isə Amerikanın kəşfi əsnasında İspanların bura gətirdiyi Avropa atı Equus caballus gmelininin irqidir. Bunlar əhilləşdirilmiş olaraq gətirildikdən sonra vəhşi təbiətdə yenidən vəhşiləşmişdir (mühitə uyğunlaşma).

Atkimilərdən atlara qohum olan, amma at olaraq saymadığımız bəzi növlər də vardır. Bunlar yarı eşşəyə yarı da ata bənzəyir. Equus hemionus (Qulan) bu növlərdən biridir. Başı atın başına, gövdəsi isə çöl eşşəyin gövdəsinə bənzəyir. Kürək sarıya çalan qurğuşun, qarını da ağ rəngdədir. Əsasən sürülər halında Çin, Cənub Sibir və Monqolustanda yayılmışdır 

Ulaqlar

Equus asinus (ulaq): Şərqi Afrika mənşəli bu növün gövdə şəkli, rəng və digər morfoloji xüsusiyyətlər baxımından fərqlilik göstərən bir çox irqi var.

Equus asinus africanus (Afrika çöl eşşəyi): Quraq Afrika mühitlərinə uyğunlaşan bu alt növ Sudan, Eritreya, Somali və Efiopiyanın qovurucu günəşli düzlüklərində yaşamaqdadır. Günümüzdən 5 min il əvvəl Misir və İranda əhilləşdirilmişdir.

Equus onager (Asiya çöl eşşəyi): Elm insanları tərəfindən ayrı bir növ sayılmasına baxmayaraq E. asinus africanusun fərqli bir coğrafi ərazidə və iqlimdə yaşayan irqidir. Qırmızımtıl postunun kürəyi boyunca uzanan qara xətt xarakteristikasıdır. Cənub Sibir, Şimali Hindistan, Monqolustan, Əfqanıstan, İran və Suriya düzənliklərinə yayılmışdır.

Zebrlər


Vəhşi təbiətdə yaşayan atların yaxın qohumudur. Köhnə dünyanın bir çox bölgəsinə yayılmışdır. Zebrlərin Afrikadakı növləri üçdür və bunlara aid bir çox alt növ var.

 
Düzənlik zebrləri
 
Şimal Keniyada Ewaso Nyiro bölgəsindəki axar su düzənlikləri düzənlik zebrləri ilə Grevyi zebrlərinin həyat sahəsidir. Bir yerdə olan otlayıcı bu iki növün həyat sahəsi bir-birləriylə qarışmışdır. Ancaq öz aralarında cütləşdiklərinə dair qəti bir qeyd də yoxdur. Şərq və Cənub Afrikanın tropik otlaqlarının düzənlik zebri vəhşi atlar içində ən çox məşhur olanıdır. Bədəni boyunca uzanan dik xəttlər heyvanın qıç tərəfinə doğru üfüqi formaya çevrilir və qısa qıçlarındakı dırnaqlara qədər də davam edir. Bədənin hər iki tərəfindəki xəttlər qısa və dik bir şəkildə qarının altında kəsişir.
 
Öz qrupunun daha cənubunda yaşayan alt növlərdə bu xəttlər daha az diqqətə çarpan hala gəlmişdir. Düzənlik zebrinin kişnəmə səsi özünə məxsusdur. Ata ya da ulaq anqırmasına çox bənzəməz. Düzənlik zebrlərinin hərəm şəklində bir təşkilatı vardır. Bütün zebrlərin postundakı xətt nizamı az qala bir-birinə bənzərdir. Ancaq çiyin bölgəsindəkilər böyük fərqliliklər mövcuddur. Bu, araşdırmaçıların uzun dövrlü araşdırmalarında fərqlilikləri izləmə-açıqlama ilə otlayıcı sürülər arasındakı gənc zebrlərin hərəmlərindəki fərdlərin aralarındakı əlaqələri izləmə imkanı verir. Bu zebrlər bir çox fərqli alt növə ayrılmışdır. Bunlardan ikisi yox olmuşdur.
 
Equus burchelli boehmi (Grant zebr) düzənlik zebrlərinin ən məşhur alt növüdür. Bədənində ağ zəmin üzərində qara xəttlər xarakteristikdir. Ayrıca, dünya üzərində və zooparklarında olan ən məşhur alt növdür. Sürülər Sudandan Şərqi Afrikanın cənubundakı Zambezi çayı ətrafına qədər yayılmışdır. İndiki vaxtda bu alt növə aid 300.000 fərd olduğu təxmin edilməkdədir.
 
Equus burchelli antiquorum (Chapman zebri ya da damara Zebri) Anqola və Namibyadan, Şimal Afrikanın cənubundan Transvala qədər yaşayan düzənlik zebrlərinin alt növüdür. Üzərindəki uzun tünd rəngli xəttlər açıq rəngli dar xəttlərlə sıralanır. Bu xəttlər heyvanın ombalarında qəhvəyə çalır və qıçlarda isə tamamilə yox olur.
 
Equus buerchelli burchelli (Burchell zebri) düzənlik zebrlərin cənubda yaşayan yox olmuş digər bir alt növüdür. Ombaları geniş xəttli, bədən rəngi qırmızımtıl sarıdır. Vəhşi sürülər 1910-cu ildə yox olmuşdur və bilinən son alt növ Berlin zooparkında 1918-ci ildə ölmüşdür.
 
Equus burchelli quagga (Quagga zebri) Cənub Afrikada yaşamış və yox olmuşdur. 19. əsrin başlarında Potağal (Orange)  çayının cənubunda böyük sürülər halında görülmüşdür. Bölgədə yaşayanlara görə sayları azalmış və 1878-ci ildə təbiətdə yox olmuş və son 1883-ci ildə Quagga  zooparkında ölmüşdür. Sarımtıl qəhvərəngli bu alt növ baş, peysər və bədənin önünə qədər uzanan xəttləriylə xarakteristikdir.
 
Dağ zebrləri
 
Düzənlik zebrlərinin sürü xüsusiyyətlərini daşımaz. Bu növün təyin olunan iki alt növü vardır.
 
Equus zebr hartmanni (Hartmann zebri) Namibiya səhranın şərqindəki Afrika platosunun kənarındakı kələ-kötür ərazisində yayılmışdır. İndiki vaxtda təxminən 7000 fərdi yaşamaqdadır. Bədəni ağ üzərinə qara xəttlərlə örtülüdür. Xəttlər dırnaqlara doğru yox olur və qarın bölgəsində kəsişmir.
 
Equus zebr zebr (Dağ zebri) yox olmuş zebrlərin ən kiçik olanıdır. Düz ağ bir bədən üzərinə sıx aralıqla uzanan qara lentlər var. Hartmann zebrindən daha iridir, daha uzun qulaqları vardır və daha geniş bir çənə altı sahəyə malikdir. Dağ zebri Cənubi Afrikanın bütün dağlıq sahələrində yaşamışdır. 1922-ci ildə yalnız 400 dənəsinin yaşadığı təxmin edilməkdə idi. 1950-ci ildə kiçik bir qisimi yox olmuşdur. 1984-ci ildə sayları təkrar 400-ə çatmışdır.
 
Əhilləşdirilmiş atlar
 
Müasir at ailəsinin mənşəyi Asiyanın məhdud bölgələrində yaşayan vəhşi atdır. Bu atdan müxtəlif irqlər ortaya çıxmışdır. Bunların iki tipindən də günümüz at irqlərinin çoxu meydana gəlmişdir. Birinci qrup Şimali Avropa və Asiya meşələrində yaşayan itaətli, dözümlü və iri bir tip olan soyuqqanlı atlardır. Bunlardan zirehli süvariləri daşıyan, daha sonra da güclü yarlş atları törəmişdir. İkinci qrup isə Şimali Hindistan mənşəli, Ərəbistan və Asiyanın quraq düzlüklərində yaşayan yüngül, sürətli və əsəbi, istiqanlı atlardır. Bunlar günümüz Ərəb atlarının atası olaraq bilinməkdədir. İlk insanlar atları əhilləşdirmək üşün deyil, onları bəslənmək üçün ovlamış və istehlak etmişdir. Xüsusilə Fransa və İspaniyadakı bir çox mağarada onların tarix əvvəlində insanlar tərəfindən ovlandığını izah edən motivlər vardır. Bunlar vəhşi atlar haqqında bizə məlumat verən qiymətsiz sənədlərdir. İlk atın harada və nə vaxt tutulub əhilləşdirildiyi haqqında qəti bir məlumat yoxdur. Hindi əfsanələrində atların qurban edilməsindən və hərbi məqsədlər üçün istifadə edilməsindən danışılmasına əsaslanaraq ilk atın Hindistanda əhilləşdirildiyi hesab edilməkdədir. Harada əhilləşdirilmiş olursa olsun, atlar yaxın zamana qədər döyüşlərdə və bir çox işdə insanlara köməkçi olmuşdur. İndiki vaxtda atların çoxu yarış atları deyil, minik atlarıdır. Fərqli atçılıq məktəbləri səbəbiylə çox müxtəlif at irqləri əldə edilmişdir. Bu mövzuda bəziləri saf qan İngilis atlarını seçərkən bəziləri də dözümlü Ərəb atlarını seçər.
 
Ərəb atı: Saf qan xüsusiyyətini qorumağı bacarmış ən köhnə irqdir. Günümüz yüngül at nəsillərinin oxu bu irqdən gəlməkdədir. Nəsil necə başlamış olursa olsun, B.E.Ə 600 illərdə öz içində cütləşdirilən bu irq saf qanlılığını qorumuş və bu cütləşdirmə nəticəsində basqın bir heyvan nəsli ortaya çıxmışdır. Bir çox at soyu da bir Ərəb ayğırının bir adi madyan sürüsüylə cütləşdirilməsi nəticəsində yaradıldı. Ərəb atları dünyanın ən gözəl atlarından biridir. Kiçik başlı, iri gözlü, kiçik qulaqlı, uzun burunlu, aclığa və yorğunluğa qarşı dözümlüdür. Onurğalarında bir onurğanın əskik olması ona böyük ağırlıqları daşıya biləcək qısa və güclü bir kürək qazandırmışdır.
 
Saf qanlı İngilis atı: Dünyada qeydə alınmış yazılı nəsil keçmişi olan ən köhnə irqdir. Ərəb atı irqinin İngilis yaradılmasında birbaşa qatqısı olmuşdur. 1690 və 1730-ci illərdə Şərqdən İngiltərəyə üç ayğır gətirilmişdi. Ərəb nəslindən olan bu üç at daha sürətli yarış atları əldə etmək üçün soyuqqanlı madyanlarla cütləşdirildi və doğulan balaların qeydləri tutularaq irqin islahı təmin edildi. Ölkədə saf qanlı at olmadığı üçün bu yeni irqə saf qanlı İngilis atı deyildi. Bu atlar yalnız yarış qazanmaq üçün öyrədildilər. Bu atların qaçış qabiliyyəti möhtəşəmdir. Yastı əzələli gövdəsinə bağlanmış qıçları uzun və incədir. Ərəb atının ağıllı və həyəcanlı baxışlı iri parlaq gözlərini daşıyan bu atlar incə dərili və incə tüklüdür. At tərbiyəsi sahəsində bu atlar son dərəcə müvəffəqiyyətlidir. Bu səbəblə dünyada bu mövzuda İngilis atları zəriflikləriylə və axıcı hərəkətləriylə öndə gəlirlər. Bu at daşıdığı Ərəb atının qanını digər nəsillərə köçürərək bir çox yeni irqin doğulmasına səbəb olmuşdur.
 
Yarım qanlı İngilis atı: Saf qanlı İngilis irqindən törəmiş əhəmiyyətli nəsillərdən biridir. ABŞ-da yaradılan bu nəsil qısa və bəstəboy olub saf qanlılara görə əzələləri daha az inkişaf etmişdir. İnanılmaz dərəcədə cəld olan bu atlar ümumiyyətlə konkurhipiklərdə və rodeolarda istifadə edilir.
 
Saddlebred atı: ABŞ-da yetişdirilmiş bir başqa nəsildir. Daha çox nümayiş sahələrində ya da yarış atı olaraq da istifadə edilər.
 
Lipizza atları: Avstriyada yetişdirilən bu atlar İtalyan mənşəlidir. Üstün xüsusiyyətləri olan bu at əsasən, zərif hərəkətləri və fiqurlarıyla diqqəti çəkən bir nümayiş atıdır.
 
Mezohegyez irqi: Macar atlarının ən məşhurudur..
 
Andalusia atı: İspaniyada məşhurdur. Ancaq xüsusiyyətlərini itirmişdir. Bərbəri atlarından gəlın bir nəsildir.
 
İrlandiya atı: Ağır işlər üçün yetişdirilən bu atlar iri quruluşlu və güclü heyvanlardır. Saf qanlı İngilis atlarının çaprazlaşmasıyla əldə edilən bir İrlandiya atı olan İrlandiya Hunteri xüsusilə, maneə keçmədə müvəffəqiyyətlidir.
 
Kazak atları: Ural dağları ətrafında yaşayan bu möhkəm quruluşlu, əzələli və dayanıqlı atlar xüsusilə döyüşlərdə Rus süvariləri tərəfindən istifadə edilmişdir.
 
Türkmən atı: Yəhər vurula biləcək ən yaxşı at irqidir. Köhnə dünyada inkişaf etmişdir. Çox qısa yalı olan bu atlar Xəzər gənizi ilə Aral gölü arasında yaşayan immiqrantlar tərəfində istifadə edilməkdədir.
 
Bərbəri atları: Ərəb atı ilə yerli nəsillərin cütləşməsi nəticəsində yaradılmışdır. Zərif görünüşlü olmamaqla birlikdə Ərəb atından çeviklik və dözümlülük xüsusiyyətlərini almışdır.
 
Yarış atları
 
Günümüz yarış atları minik atlarının davamlı təkamül keçirməsi nəticəsində meydana gəlmişdir. Orta əsrlərdə ağır zirehli silahlarla bəzənmiş süvarilərin möhkəm və dayanıqlı atlara ehtiyacları vardı. Daha sonra cəngavərlik dövrü bitincə bu heyvanlar tarlalarda və fermalarda öküzlərin yerinə işlədildi. Bir çox ölkədə bu işləri rahvan atları görməkdədir.
 
Clydesdale atı: Güclü İngilis yarış atı. Adını Şotlandiyadakı Clyde çayından almışdır. Qıçlarının alt seqmentindəki uzun tüklər bu atın xarakteristikasıdır.
 
Shire atı: İngilis atlarının ən irisidir.
 
Percheron atı: Ana vətəni Fransadakı Perche bölgəsidir. Mənşəyi Ərəb atıdır. Əvvəllər minik atı olaraq istifadə edilən bu at gecələ çox yaxşı gördüyündən cütçülər tərəfindən seçilir. Torpaq rəngi ilə xarakteristik olan bu atın ağırlığı bir tonu keçə bilər.
 
Flaman atı: Bədəni və gövdəsi son dərəcə güclü olan bu heyvan Roma İmperatorluğunda Sezar dövründən bəri yetişdirilməkdədir.
 
Danimarka atı: Ağır yükləri asanlıqla daşıya bilən bu at yarış atları arasında ən yaxşısıdır.
 
Ponilər
 
Bu at fəsiləsinin fərdləri əsasən uşaqları əyləndirmək və nümayişlərdə istifadə edilmək məqsədiylə yaradılan irqdir.
 
Shetland ponisi: Ana vətəni Şotlandiyanın Shetland Adalarıdır. Pis iqlim şərtlərinə son dərəcə uyğun olan bu atlar İngiltərədə kömür mədənlərində müvəffəqiyyətlə işləmişdir.
 
İsveç ponisi: Daha iri boylu bu poni uşaqların minik atı olaraq istifadə edilir.
 
Dartmoor və Exmoor ponisi: Digərlərinə görə daha iri və daha itaətli olan bu irqin bədəni əsasən Şimali Avropa dağ atlarının bədən quruluşuna bənzəyir. I. buzlaq dövründən əvvəl bütün İngilis adalarına yayılan bu ponilər buzlaqların yayılması nəticəsində buzlaqların olmadığı bölgələrdə yaşadı..


Əgər məqalələrimizdə qrammatik və orfoqrafik xətalar varsa, lütfən, xətalı qismi işarələyib Ctrl+Enter klaviş kombinasiyasından istifadə edərək bizə bildirin.

Daha çoxu

Ilkin Jafarov

"Yaşıl Elm" elmi kütləvi platformasının qurucusu və baş redaktoruyam. "Eastern Mediterranean University"də Sənaye Mühəndisliyi üzrə ikinci təhsil alıram.

Bənzər yazılar

Rəy yazın

Buna da nəzər salın

Close
Close
%d bloqqer bunu bəyənir:

Spelling error report

The following text will be sent to our editors: