BiologiyaElmi xəbərlərHəyatın təkamülüTəkamül

Arxa üzvlərin təkamülü aydınlaşdırıldı

Balıqlar və dördayaqlı heyvanlar arasındaki keçidi meydana gətirən möhtəşəm qorunmuş Tiktaalik fosillərini araşdıran paleontoloqlar “quruda yeriməyə yarayan” arxa üzvlərin hesab edildiyi kimi qədim amfibilərdə deyil, hələ balıqlarda təkamülləşdiyini aydınlaşdırdılar. Tədqiqatla əlaqədar məqalə Proceedings of the National Academy of Sciences jurnalında dərc edildi.

2004-cü ildə tiktaaliki tapmış Chicago Universitetindən (ABŞ) olan paleontoloq prof. Neil Shubin deyir:

“Əvvəlki nəzəriyyələrə əsasən balıqlara xas olan “ön idarəli” hərəkətdən “tam idarəli” hərəkətə artıq dördayaqlı heyvanların meydana gəlməsindən sonra keçid almışıq. Görünür, bu keçid hələ balıqlar arasında, sonraki nəsillərin quruya çıxmasından əvvəl başlanıb.”

Shubin və həmkarlarının əldə etdiyi ilk tapıntılar bütöv deyildi – onlar yalnız tiktaalikin kəllə sümüyü, qabırğa və ön üzvlərinə rast gəlmişdilər. Tiktaalikin kəşfi həqiqətən də inqilabi hadisə oldu – onun “elastik” boynu, primitiv ağ ciyəri və geniş döş qəfəsi balıqlar və qədim dördayaqlı heyvanlar arasındaki “ara keçid” olduğundan xəbər verirdi.

Shubinin tədqiqatçı qrupu tiktaalikin ilk dəfə tapıldığı Ellesmere adasında fosilin tam versiyasını əldə etmək üçün qazıntı işlərinə davam etdi. Son 10 il ərzində alimlər daha dörd fosili tapmağa nail olmuşdular, bunlardan bəziləri də aşağı üzgəc sümükləri və skeletin digər hissələrinin fraqmentlərini daşıyırdı.

Bütün qalıqları birləşdirərək paleontoloqlar maraqlı nəticəyə gəldilər: tiktaaliklər çanaq bənzəri sümüyə və heyvanlarda yeriməyi təmin edən arxa üzvlərin dəstəklədiyi bir neçə sümüyə sahib idi. Bu fakt “tam idarəli” davranışın hələ balıqlar arasında təkamülləşdiyi fikrini əminliklə irəli sürməyə icazə verir.

“İri arxa üzgəclərin tiktaalikə qayıq kimi üzmə təmin etdiyini iddia etmək üçün bütün əsaslar var. Digər yandan, o, bunları həm də quruya çıxdıqda addımlar atmaq üçün istifadə edə bilirdi. Afrikalı ikitənəffüslü balıqlar oxşar üzvlərə sahibdirlər və suyun dibində qaça bilirlər”, – Shubin sözlərinə əlavə edir.

İstinadlar: Pnas.org , Sci-News 

Əgər məqalələrimizdə qrammatik və orfoqrafik xətalar varsa, lütfən, xətalı qismi işarələyib Ctrl+Enter klaviş kombinasiyasından istifadə edərək bizə bildirin.

Daha çoxu

                                                                                  

 

Əgər bu yazını oxuyursunuzsa...

 

...sizdən bir xahişimiz var. Yaşıl Elm əvvəlkinə görə daha çox oxunur, amma Azərbaycan dilində onlayn reklam yayımlayan şirkətlər olmadığı üçün saytımızda sizin diqqətinizi cəlb edə biləcək reklamlar yerləşdirə bilmirik. Eyni zamanda diqqət dağıdıcı çoxlu reklam vasitəsi ilə sizin məlumatlanmağınıza da mənfi təsir göstərmək istəmirik. Yəni saytımızda edilən bütün işlər tamamilə öz zəhmətimiz hesabına başa gəlir.

 

Hər hansı maliyyə yardımı almadan, şirkətə, quruma bağlı olmadan müstəqil şəkildə bu platformanı idarə etməyimiz olduqca çətindir. Çünki araşdırma etmək, yazılar hazırlamaq, tədbirlər təşkil etmək və digər texniki və qeyri-texniki işlər zaman, maliyyə və ciddi iş rejimi gərəkdirir. Amma bunu edirik, çünki perspektivimizin doğru olduğuna, fərq yarada biləcəyimizə inanırıq.

 

Portmanat vasitəsi ilə edəcəyiniz ən kiçik miqdarda dəstək belə bizim ayaqda durmağımıza və daha çox iş görməyimizə kömək edəcək.

 

Portmanat nömrəsi: 559145036

                                                                                  

 

Rəvan Quluzadə

Yaşıl Elm platformasının yazarı və Həyatın Təkamülü bloqunun qurucusuyam. "Bakı Slavyan Universiteti"nin Tərcümə fakültəsini bitirmişəm.

Bənzər yazılar

Rəy yazın

Bunlara da nəzər salın

Close
Close
%d bloqqer bunu bəyənir:

Yazı xətası

Qeydiniz redaktora göndəriləcək: