Təkamül

Arılar və şanıları. Arı şanısı niyə altıbucaqlıdır?

Sovereign Grand Ispector General:  

Arılar, hörümçək, koalalar – bunların elmi bilikləri olmadan nece altıbucaqlı pətək qururlar ki, bu da xüsusi hesablamalara əsaslanır, hörümçəyin toru qurması da xüsusi hesablamalara dayanır, koala xüsusi ağaclarda yeməkləri tapması bioloji bilikləri olmadan ve insanın qolunun yaranması xüsusi riyazi hesablamalara dayanır, bunun necə olduğunu izah edə bilərsiniz ?

Hörmətli Sovereign Grand Ispector General, verdiyiniz sualı bir heyvana görə – arıya görə izah etməyə çalışacağıq. Çünki digər heyvanlarda da eyni izah prinsipi olduğu üçün ayrı-ayrı izah etməyə ehtiyac görmürük.


Arılar və qarışqalar kimi kaloniya halında yaşayan heyvan cinsləri həqiqətən də möhtəşəm qabiliyyətlərə sahibdirlər. Çox vaxt bədənlərinə görə böyük olan beyinləri sayəsində ölşülərindən gözlənilməyəcək qədər ciddi və qeyri-adi işlərin öhdəsindən gələ bilirlər. Bunların bəlkə də ən maraqlısı arıların pətəklərində istifadə etdikləri hüceyrələr və bunların arxitekturasıdır. Bu mövzunu Darvinlə əlaqələndirərək izah etmək istəyirik:




Darvin 1859-cu ildə “Növlərin mənşəyi”ni nəşr etmədən əvvəl bilirdi ki, əgər ki belə bir nəzəriyyəni elan edəcəksə nəzəriyyə bu tip detal kimi görünən amma əhəmiyyətli suallara da cavab verə bilməli idi: Madam hər şey ümumiyyətlə sadədən kompleksə doğru təkamülləşir, arılar pətəklərini necə altıbucaqlı və indiyə qədər bilinən ən məhsuldar şəkildə inşa edə bilirlər? Əvvəlki pillələri nələrdir? Bütün arılar altıbucaqlı “ev”lər tikirlərmi?

Darvin “Down House” olaraq adlandırılan evində bu mövzuda saysız araşdırma etmişdir. Darvinin zamanına qədər elm insanları bütün arıların altıbucaqlı evlər tikdiklərini hesab edirdilər. Dövrün tanınmış bioloqlarından Lord Broqhem Darvinin Təkamül nəzəriyyəsini əhəmiyyəstsiz hesab etmək üçün heç bir arıın altıbucaqlıdan başqa pətək quruluşuna sahib olmadığını, buna görə də əsla arıların belə bir təkamül keçirməmiş olduğunu irəli sürdü. Darvin mütləq təbiətdə bu tip daha silindirik quruluşda və sadə nizamda olan pətək tikən arılar olduğunu geniş və dövründə olmayan uzaqgörənlikləri sayəsində bilirdi, ancaq harada tapacağı haqqında bir fikri yox idi. Darvin uzun məktublaşmalar və araşdırmalar nəticəsində axtardığı canlını tapdı: Melipona domestica. Meksika arısı olaraq bilinən bu arı digər arılardan fərqli olaraq silindirik və hətta kürəvi və daha kobud pətək hüceyrələri tikirdi. Bütün təbiət alimləri bilir ki, yumru və küncsüz bir quruluş tikmək, bucaqlı bir struktur tikməkdən qatbəqat asandır. Məsələn quşların yuvaları da buna görə dairəvidir.



Darvin bu nöqtədən yola çıxaraq yenə öz dövrü qeyri-adi sayılacaq bir fikir yürütdü: əslində bütün arıların pətək hüceyrələrinin dairəvi olduğunu irəli sürdü. Ancaq bir çox arı bu pətəkləri bir-birinə o qədər yaxın və sıx tikirdilər ki, pətəklər fizki təzyiq altında əyilib-bükülür və nizamlı bir paylanma səbəbiylə altıbucaqlı və bir-birinə bitişik bir şəbəkə halını alırlar.

Bir qab düşünün. Bu qab şaquli halda dayanır və genişliyi çox kiçikdir, 5 millimetr qədər filan. Quruluşu dairəvidir. Buna yuxarıdan kiçik, kürəvi su şarcıqları buraxdığınızı düşünün. Şarcıqlar yuxarıdan aşağıya düşəcək və qabın altı bağlı olduğudan aşağıda yığılmağa başlayacaq. Bu şəkildə davam etdiyinizdə bir müddət sonra qabınız dolmağa başlayacaq və su şarcıqlarınızın uzun bir müddət kürəvi görünməyə davam etdikdən sonra sıxışmağa və ətraflarındakı digər su şarcıqlarının bir-birlərinə etdikləri qüvvələrin artmağa başlamalarıyla birlikdə altıbucaqlı bir şəkil aldıqlarını görəcəksiniz.Bal pətəklərindəki hüceyrələr də bu səbəblə altıbucaqlıdır. Əsasında dairəvi olaraq tikilən pətəklər sıx toxunduqları üçün altıbucaqlı bir şəkil alırlar. Bu hadisəyə “öz-özünə təşkilatlanma” (self-organization) deyilir və yalnız fizika qanunları altında bu şəkil meydana gələ bilir.

Bir başqa nöqtə bu dizaynın ən az vaks (wax: pətək istehsalında istifadə edilən, baldan çıxarılan “bal mumu” olaraq tərcümə edilə biləcək olan maddə) istifadə etməsidir. Buna görə daha fərqli quruluşda tikməyə çalışanlar (məsələn beşbucaqlı və s.) daha çox vaks maddəsi istifadə edərək dezavantajlı olacaq, çünki qida olaraq yığılacaq bal miqdarı düşəcək.

Yenə də indiki vaxtda ətraf şərtləri və genetik faktorlar təsiri altında sonsuz fərqli şəkildə quruluş görmək mümkündür: üçbucaq piramidadan, kub quruluşunaa, altıbucaqlıya, hiperbolik strukturlara və daha çoxuna rast gəlinir. Bunlar olduqca detallı olaraq təsnif edilir və burada kompleks riyazi təriflərə yer vermək istəmirik. Ancaq bilinməsi lazım olan bir nöqtə küncləri birə kök altda iki nisbətində olandan, birə iki, ikiyə üç kimi sonsuz müxtəliflikdə ola bilən strukturlar təyin olunmuşdur. Ancaq bunların nəsiləri tükənməmişdir, indiki vaxtda hələ də varlıqlarını qoruyurlar. Təbii içlərindən bəzilərinin nəsli tükənmiş ola bilər.

Bunların hamısı ətraf təzyiqi və genetik quruluş səbəbiylə dəyişməkdədir. İstehsal formaları, toplanan nektar və polen tipi və s. vəziyyətlər pətəyin nizamını dəyişdirə bilir.

Təbiətdəki riyaziyyat haqqında isə bu yazımızdan     oxuya bilərsiniz.

Əgər məqalələrimizdə qrammatik və orfoqrafik xətalar varsa, lütfən, xətalı qismi işarələyib Ctrl+Enter klaviş kombinasiyasından istifadə edərək bizə bildirin.

Daha çoxu

Bənzər yazılar

Rəy yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Buna da nəzər salın

Close
Close
%d bloqqer bunu bəyənir:

Spelling error report

The following text will be sent to our editors: