BiologiyaElmi xəbərlərHəyatın təkamülüTəkamül

Alimlər tripofobiyanın “fobiya” deyil, müdafiə stimulu olduğunu deyirlər

Yan-yana və ya kompakt şəkildə düzülmüş deşiklərə olan xoşagəlməz reaksiya təhlükəli hörümçəklər və ilanlara reaksiya ilə əlaqəli olmaya bilər

Alimlər tripofobiyanın yeni səbəbini tapdıqlarını deyirlər. Belə ki, yan-yana və ya kompakt şəkildə düzülmüş deşiklərə olan xoşagəlməz reaksiya təhlükəli hörümçəklər və ilanlara reaksiya ilə əlaqəli olmaya bilər.

“Kompakt şəkildə düzülmüş dəliklərdən qorxu” elmi dildə tripofobiya adlanır. Bu fobiya psixiki xəstəliklər təsnifatında pozğunluq hesab olunmur. Buna baxmayaraq bir çox insan üzərində xırda qabarcıq və deşik yığını olan əşya və ya belə bir səthə malik başqa obyektlər gördükdə çox narahatedici hala düşür.

Hesab olunur ki, belə reaksiya dərin təkamül köklərinə sahibdir. Maraqlıdır ki, eynən araxnofobiya kimi, tripofobiyadan əziyyət çəkən insan da adətən hörümçəyin zahiri görünüşü, hətta ilanın dərisini xatırladan materiallara qarşı reaksiya verir. Təkamül təlimi bu halı belə şərh edir: oxşar görünüşü olan canlılardan diksinib (qorxub), uzaq durmaq təbii seçmədə üstünlük idi, çünki belə reaksiya verə bilənlər onlar tərəfindən zəhərləndirilmirdi. Emori Universitetindən olan professor Stella Lurenso isə bu versiyanın fobiyanı tam şərh edə bilmədiyi qənaətindədir.

Əslində təhlükəli canlıları gördükdə “vur, ya da qaç” reaksiyası verilir. Belə vəziyyət müasir insanın sosial həyatında müşahidə olunur: biri tərəfindən taqsırlandırıldıqda insan ya “onun cavabını verir” (müqavimət göstərir), ya da “utanaraq, başının aşağı salır” (uzaqlaşır). Belə vəziyyətlərdə bütün canlılarda ürək döyünməsi intensivləşir, göz bəbəyi genişlənir, əzələlərə daha artıq qan paylanır – bu prosesləri simpatik sinir sistemi koordinasiya edir. Lurenso və həmkarları qabarcıq deşikli üzü olan obyektlərə olan reaksiyanı da tədqiq edərək, sınaqda könüllü kimi çıxış edən insanlarda göz bəbəyinin əksinə kiçildiyini göstəriblər. Bu isə öz növbəsində göstərir ki, sözügedən prosesdə parasimpatik sinir sistemi işləyir. Başqa deyimlə, burada aqressiv qorxudan daha çox diksinmə və nifrət rol oynayır.

“Vur, ya da qaç” refleksindən fərqli olaraq, belə reaksiya nəbz və tənəffüsün yavaşlamasına gətirib çıxarır. Bədən, bir növ, potensial təhlükəli infeksiyalar və ya toksinlərlə dolu ətraf mühitlə mübadiləni azaldaraq, “özünə qapanır”. Belə refleks həmçinin çürüməkdə olan cism və ya infeksiya düşmüş dərini gördükdə də güclənir. Alimlər tripofobiyanın “fobiya” adlandırılması ilə razı deyillər. Dediklərinə görə, belə reaksiya əsas vizual stimulların meydana gətirdiyi müdafiə mexanizmlərinin “yan məhsuludur”.

Əgər məqalələrimizdə qrammatik və orfoqrafik xətalar varsa, lütfən, xətalı qismi işarələyib Ctrl+Enter klaviş kombinasiyasından istifadə edərək bizə bildirin.

İstinad
PeerJ
Etiketlər
Daha çoxu

Rəvan Quluzadə

Yaşıl Elm platformasının yazarı və Həyatın Təkamülü bloqunun qurucusuyam. "Bakı Slavyan Universiteti"nin Tərcümə fakültəsini bitirmişəm.

Bənzər yazılar

Rəy yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Buna da nəzər salın

Close
Close
%d bloqqer bunu bəyənir:

Spelling error report

The following text will be sent to our editors: