Kvant

Zәrrәcik vә antizәrrәciklәr

Yer kürәsindәki maddәlәr әsasәn proton, elektron vә neytronlardan, bunlar da kvarklardan ibarәtdir. Fiziklәrin zәrrәcik sürәtlәdiricilәrindә yaratdığı bir neçәsi xaric olmaqla antikvarklardan yaranan antiproton vә antineytronlar yoxdur. Bunun qalaktikadakı bütün maddәlәr üçün keçәrli olduğuna dair sübutları kosmik şüalardan әldә edilib: Yüksәk enerjili toqquşmalarda zәrrәcik-antizәrrәcik cütlәri olaraq yaradılmış az sayda nümunә xaricindә antiproton vә antineytron yoxdur. Qalaktikamızda antimaddә bölgәlәri olsaydı, maddә vә antimaddә bölgәlәri arasındakı sәrhәdlәrdә zәrrәcik vә antizәrrәciklәrin toqquşduğu vә nәticәdә xaricә yüksәk miqdarda enerji şüası yayıldığı üçün böyük miqdarda radiasiyanın varlığı müşahidә edilmәli idi (zәrrәcik vә antizәrrәcik toqquşarkәn qamma ( γ ) şüalanması ayrılır).
Digәr qalaktikalardakı maddәnin proton vә neytronlardan, yoxsa antiproton vә antineytronlardan ibarәt olmasına dair birbaşa sübut yoxdur, amma bunlardan birinin olması mәcburidir: Bir qalaktika qarışmış bir halda, yәni antizәrrәcik vә zәrrәciklәrin birlikdә olduğu halda ola bilmәz, çünki bu halda yenә bir-birini yox etmәkdәn qaynaqlanan böyük şüalanma müşahidә edilәrdi. Buna görә qalaktikaların antikvarklardan ziyadә kvarklardan ibarәt olduğu düşünülür. Bәzi qalaktikaların antimaddәlәrdәn ibarәt olması mәntiqsiz görünür.
Niyә kvarkların sayı antikvarklara görә daha çox olmalıdır? Niyә hәr ikisi bәrabәr miqdarda deyil? Saylarının bәrabәr miqdarda olmaması bizim şansımız
sayılmalıdır, çünki eyni olsaydı erkәn kainatda bütün kvarklar bir-birlәrini yox edәrdi vә kainat şüa ilә dolu, amma tamamilә maddәsiz olardı Bu halda insanların hәyatının tәkamül edib yaşaya bilәcәyi planet, ulduz vә qalaktikalar olmazdı. Şansımızdan birlәşmiş nәzәriyyәlәr başlanğıcda hәr ikisinin bәrabәr sayda olsa da kainatda niyә bu gün antikvarkla nisbәtdә kvarkların çox olmasını açıqlaya bilir.
Kvarklar yüksәk enerjidә antielektronlara çevrilә bilir. Tәrsinә çevrilmiş müddәtdә antikvarklatın elektronlara çevrilmәsi vә elektron ilә antielektronlatın antikvarklara vә kvarklara çevrilmәsi mümkündür. Çox erkәn kainatda mühitin zәrrәcik enerjilәrinin böyüklüyünün bu çevrilmәlәrin baş vermәsi üçün yetәrәcәk miqdarda istilik olduğu bir zaman var idi. Yaxşı, amma bu niyә antikvarklardan daha çox sayda kvarkların yaranmaslna sәbәb olsun? Bunun sәbәbi fizika qanunlarının zәrrәcik vә antizәrrәciklәrdә tamamilә eyni tәrzdә işlәmәmәsidir.
1956-cı ilә qәdәr fizika qanunlarının  C, P vә T adlı fәrqli üç simmetriyaya uyğun olduğu düşünülürdü. C simmetriyası zәrrәcik vә antizәrrәcik qanunlarının eyni olduğu demәkdir. P simmetriyası hәr bir halda vә onların güzgü әksindә qanunların eynu olduğu mәnasını verir (Sağ әl istiqamәtli spinә sahib zәrrәciyin güzgü әksi sol әl istiqamәtlidir). T simmetriyası bütün zәrrәcik vә antizәrrәciklәrin hәrәkәt istiqamәtini tәrsinә çevirsәniz sistemin daha öncәki zamanda olduğu hala geri qayıtması mәnasına gәlir, başqa bir deyimlә, zamanın irәli vә geri istiqamәtlәrindә qanunlar eynidir.
1956-cı ildә Tsung-Dao Lee vә Chen Ning Yang adlı iki amerikalı fizik zәyif qüvvәnin P simmetriyasına uyğun olmadığını irәli sürdülәr. Yәni zәif qüvvә kainatın kainatın güzgü әksinin inkişafından daha fәrqli bir şәkildә inkişaf etmәsini tәmin edirdi. Eyni ildә Chien-Shiung Wu adlı fizik bunu sübut etdi. Bunu radioaktiv atomların nüvәlәrinin maqnit sahәdә hamısının eyni istiqamәtdә fırlanacağı şәkildә nizamlayaraq vә bu halda bir istiqamәtdә digәrinә görә daha çox elektron buraxıldığını göstәrәrәk etdi. Ayrıca, zәif qüvvәnin C simmetriyasına uyğun olmadığı tapıldı. Bu, antizәrrәciklәrdәn ibarәt kainatın bizimkindәn daha fәrqli hәrәkәt etmәsi demәkdir. Bunlara baxmayaraq zәif qüvvәtlәrin CP birlәşmiş simmetriyasına uyğun olduğu görüldü. Bunun mәnası әgәr hәr hansı zәrrәcik antizәrrәciklәr dәyişdirilәrsә kainatın güzgü әksindә proseslәrin eyni şәkildә baş verәcәyi idi. Ancaq 1964-ci ildә yenә iki amerikalı, J.W. Cronin vә Val Fitch K-mezonlarının paçalanma zamanı CP simmetriyasına belә uyğun olmadığını kәşf etdilәr. Cronin vә Fitch zәrrәciklәr antizәrrәciklәrlә dәyişdirilib güzgü әksi alındığı halda belә zamanın istiqamәtini tәrsinә çevrilmәzsә hәmin kainatın bizim kainatla eyni olmadığını göstәrdilәr. Buna görә zamanın istiqamәti tәrsinә çevrilsә fizika qanunları dәyişmәlidir. Bu, T simmetriyası ilә uyğun gәlmir.
Erkәn kainatın T simmetriyası ilә uyğun olmadığı aydındır. Zaman irәlilәdikcә kainat genişlәnir, geriyә getsәydi kainat büzüşәrdi. T simmetriyasına uyğun olmayan qüvvәlәr olduğu üçün burdan çıxan nәticә kainat genişlәndikcә bu qüvvәlәrin (elektronların antikvarklara çevrilmәsiylә müqayisә edildikdә) daha çox antielektronun kvarka çevrilmәsinә sәbәb olmasıdır. Daha sonra kainat genişlәndikcә vә soyuduqca antikvarklarla kvarklar bir-birini mәhv edәcәk, ancaq kvarklar antikvarklara görә daha çox olduğundan geriyә bir qәdәr kvark qalacaq. Bu gün gördüyümüz vә bizlәri meydana gәtirәnlәr dә bunlardır.

Əgər məqalələrimizdə qrammatik və orfoqrafik xətalar varsa, lütfən, xətalı qismi işarələyib Ctrl+Enter klaviş kombinasiyasından istifadə edərək bizə bildirin.

Etiketlər
Daha çoxu

                                                                                  

 

Əgər bu yazını oxuyursunuzsa...

 

...sizdən bir xahişimiz var. Yaşıl Elm əvvəlkinə görə daha çox oxunur, amma Azərbaycan dilində onlayn reklam yayımlayan şirkətlər olmadığı üçün saytımızda sizin diqqətinizi cəlb edə biləcək reklamlar yerləşdirə bilmirik. Eyni zamanda diqqət dağıdıcı çoxlu reklam vasitəsi ilə sizin məlumatlanmağınıza da mənfi təsir göstərmək istəmirik. Yəni saytımızda edilən bütün işlər tamamilə öz zəhmətimiz hesabına başa gəlir.

 

Hər hansı maliyyə yardımı almadan, şirkətə, quruma bağlı olmadan müstəqil şəkildə bu platformanı idarə etməyimiz olduqca çətindir. Çünki araşdırma etmək, yazılar hazırlamaq, tədbirlər təşkil etmək və digər texniki və qeyri-texniki işlər zaman, maliyyə və ciddi iş rejimi gərəkdirir. Amma bunu edirik, çünki perspektivimizin doğru olduğuna, fərq yarada biləcəyimizə inanırıq.

 

Portmanat vasitəsi ilə edəcəyiniz ən kiçik miqdarda dəstək belə bizim ayaqda durmağımıza və daha çox iş görməyimizə kömək edəcək.

 

Portmanat nömrəsi: 559145036

                                                                                  

 

Ilkin Jafarov

"Yaşıl Elm" elmi kütləvi platformasının qurucusu və baş redaktoruyam. "Eastern Mediterranean University"də Sənaye Mühəndisliyi üzrə ikinci təhsil alıram.

Bənzər yazılar

Rəy yazın

Bunlara da nəzər salın

Close
Close
%d bloqqer bunu bəyənir:

Yazı xətası

Qeydiniz redaktora göndəriləcək: