Kvant

Dalğa-zərrəcik dualizmi və kvant qeyri-müəyyənliyi eyni şey ola bilər

Kvant fizikası bizə gözəl bir sürpriz etdi. Aparılan elmi araşdırmalar göstərdi ki, kvant fizikası düşündüyümüzdən daha sadə görünür. Beynəlxalq bir araşdırma qrupu kvant dünyasının iki xas xüsusiyyətinin dalğa-zərrəcik modelinin fərqli təzahürləri olduğunu sübut etdi. Araşdırmanın nəticəsi Nature jurnalında nəşr olundu. Sinqapur Milli Universitetinin Kvant Texnologiyaları Mərkəzindən Patrick Coles, Jedrzej Kaniewski və Stephanie Wehner çox böyük bir irəliləmə qeyd etdilər. Araşdırmaçılar dalğa-zərrəcik dualizminin yalnız kvantın “qeyri-müəyyənlik qanununun” şəkil dəyişdirmiş halı olduğunu müəyyən etdilər. Hollandiyanın Delft Universiteti Qutechdən dosent Wehner “Əslində müəyyən araçdırmalara baxdığımız zaman dalğa-zərrəcik dualizmi ilə qeyri-müəyyənlik arasında əlaqə təbii olaraq ortaya çıxır. Bizim əldə etdiyimiz nəticə fizikanın dərinliyinin meydana gəlməsi baxımından əhəmiyyətlidir.” Bu kəşf kvant fizikasını anlamağımızı daha da dərinləşdirər və dalğa-zərrəcik dualizmi vasitəsilə yeni üsullar yarada bilər. Dalğa-zərrəcik dualizmində kvant obyekti bir dalğa kimi davrana bilər, lakin o obyekti tapmağa çalışsanız o dalğa itər. Məsələn cüt yarıq təcrübəsində yarıqların arxasında yığılan elektronların meydana gətirdikləri naxış dalğa modelini bizə göstərir. Əgər bu dalğaya müdaxilə etsəniz naxışları itirərsiniz. Kvantın qeyri-müəyyənlik qanunu bir zərrəciyin harada olduğunu və sürətini eyni anda göstərə bilmədiyimiz bir qanundur. Məsələn, bir elektronun sürətini ölçərkən eyni anda yerini müəyyən edə bilmirsiniz. Əslində bu təbiətin məlumluluğunun deyil, ölçmə məhdudlaşdırmalarının bir nəticəsidir. Bu iş zərrəcik davranışı qarşısında dalğa davranışının çox məhdud olduğunu bizə göstərdi. Dalğa-zərrəcik dualizmi və qeyri-müəyyənlik 1900-ci illərin əvvəlində kvantın təməlini meydana gətirmişdi. Kanada Waterlooda Kvant Kompüterləri İnstitutunda araşdırmaçı Coles “Biz kvantçılar əslində hisslərimizə əsaslanaraq bu iki şeyin arasında bir əlaqə olduğunu bilirdik.” – deyir. Bu, qeyri-müəyyənlik qanunu və dualizminə görə yaradılan tənliklərə yeni tənliklərin əlavə ediləcəyini göstərir. Coles, Kaniewski və Wehner qeyri-müəyyənlik əlaqələri olaraq bilinən bu tənliklərə dalğa-zərrəcik dualizmini xarakterizə etmək üçün yeni riyazi tənliklər və düsturlar istifadə edilə biləcəyini kəşf etdilər. Coles “Dalğa zərrəcik dualizmi araşdırmaları indi bizə heroqlifləri ana dilimizə çevirmək kimi bir iş olacaq. “- deyir. Kvant zərrəcikləri istifadə edilərək etibarlı ünsiyyət qurğuları inşa edilə bilər. Xüsusilə kvant kriptografiyası kimi sahələrdə etibarlı və yeni iş protokollarının yaradılması mənasına gəlir. Əvvəlki işlərdə Wehner və yoldaşları qeyri-müəyyənlik qanunu və termodinamikanın ikinci qanunu arasında müxtəlif əlaqələr tapmışdı. Araşdırmaçıları hirsləndirən isə tablonun hamısını görə bilmək üçün hər gün yeni bir şey tapılması lazımlılığı və kvantın təbiətlə necə əlaqələndiyi mövzusunda yeni fikirlər düşünməkdir.

Qaynaq: Sciencedaily, Nature

İstinad: Patrick J. Coles, Jedrzej Kaniewski, Stephanie Wehner. Equivalence of wave-particle duality to entropic uncertainty. Nature Communications, 2014; 5: 5814 DOI: 10.1038/ncomms6814

Əgər məqalələrimizdə qrammatik və orfoqrafik xətalar varsa, lütfən, xətalı qismi işarələyib Ctrl+Enter klaviş kombinasiyasından istifadə edərək bizə bildirin.

Daha çoxu

                                                                                  

 

Əgər bu yazını oxuyursunuzsa...

 

...sizdən bir xahişimiz var. Yaşıl Elm əvvəlkinə görə daha çox oxunur, amma Azərbaycan dilində onlayn reklam yayımlayan şirkətlər olmadığı üçün saytımızda sizin diqqətinizi cəlb edə biləcək reklamlar yerləşdirə bilmirik. Eyni zamanda diqqət dağıdıcı çoxlu reklam vasitəsi ilə sizin məlumatlanmağınıza da mənfi təsir göstərmək istəmirik. Yəni saytımızda edilən bütün işlər tamamilə öz zəhmətimiz hesabına başa gəlir.

 

Hər hansı maliyyə yardımı almadan, şirkətə, quruma bağlı olmadan müstəqil şəkildə bu platformanı idarə etməyimiz olduqca çətindir. Çünki araşdırma etmək, yazılar hazırlamaq, tədbirlər təşkil etmək və digər texniki və qeyri-texniki işlər zaman, maliyyə və ciddi iş rejimi gərəkdirir. Amma bunu edirik, çünki perspektivimizin doğru olduğuna, fərq yarada biləcəyimizə inanırıq.

 

Portmanat vasitəsi ilə edəcəyiniz ən kiçik miqdarda dəstək belə bizim ayaqda durmağımıza və daha çox iş görməyimizə kömək edəcək.

 

Portmanat nömrəsi: 559145036

                                                                                  

 

Ilkin Jafarov

"Yaşıl Elm" elmi kütləvi platformasının qurucusu və baş redaktoruyam. "Eastern Mediterranean University"də Sənaye Mühəndisliyi üzrə ikinci təhsil alıram.

Bənzər yazılar

Rəy yazın

Bunlara da nəzər salın

Close
Close
%d bloqqer bunu bəyənir:

Yazı xətası

Qeydiniz redaktora göndəriləcək: