Kvant

Böyük partlayış-1



Böyük partlayış nəzəriyyəsi təxminən 13.7 milyard il əvvəl kainatın tək və naməlum bir həcmə sahib bir nöqtədən (təklikdən, sinqlyarlıqdan) sürətlə genişləyərək bu günki halını aldığını söyləyir. İlk andan etibarən kainat bu tək sıxlıqdan genişləməyə başlamış, sürətlə davam edən genişlənmə müddətində zamanla atom nüvələrinin (hidrogen, helium və çox az litium) meydana gələ biləcəyi qədər aşağı sıxlıq və istilik əldə etmiş, kifayət qədər genişlədikdən sonra isə bu hidrogen və helium qazlarının cazibə təsiri ilə öz üzərlərinə çökməyə başlaması nəticəsində ilk ulduzlar və qalaktikalar meydana gəlmişdir.

Aradan keçən milyardlarla il içində bu ilk (və böyük kütləli) ulduzlar partlayaraq nüvələrində yaranan ağır elementləri kosmos boşluğuna yaydı. Sonra bu ağır elementləri də ehtiva etdiyi üçün daha kiçik və həyatı dəstəkləyə biləcək planetləri də ehtiva edən ulduzların meydana gəlməsi mümkün oldu.

Nəzəriyyə ilk yaranan qalaktikaların ehtiva etdiyi ulduzlarda ağır elementlərin  (astronomlara görə hidrogen və heliumdan başqa hər element ağırdır, metaldır) olmadığını, bu gün bildiyimiz oksigen, silisium, karbon kimi elementlərin bu ulduzların partlayışlarından sonra yarandığını izah edir. Buna görə ilk ulduzlar böyük nisbətdə hidrogen və heliumdan meydana gəlirdi və ağır elementlər ehtiva etmirdi.

Yaxşı bu fikrə, yəni kainatın bir başlanğıcı olduğu fikirinə haradan vardıq?

Uzaq qalaktikadan gələn işığın “qırmızıya sürüşmə”sinin, “doppler təsiri” səbəbiylə reallaşdığı fərziyyəsinə ısaslanaraq bunları söyləyirik. Doppler təsiri işığın və ya səsin, yəni bir “dalğa”nın uzaqlaşdıqca dalğa boyunun böyüməsi, yaxınlaşdıqca kiçilməsidir. Belə ki, bir işıq qaynağı sizdən uzaqlaşırsa işığın gedərək qırmızılaşdığını, yaxınlaşırsa maviləşdiyini görərsiniz. Eynilə səsin uzaqlaşdıqca “gur”laşması, yaxınlaşdıqca “incə”lməsi kimi.

Bu da bu deməkdir: uzaq qalaktika çoxluqlarının işıqları yüngülcə qırmızıya doğru sürüşürsə bizdən uzaqlaşmalıdır. Əgər səmanın hər yanındakı qalaktika çoxluqları bizdən uzaqlaşırsa, əslində kainatın genişlədiyini düşünə bilərik.

Bu nəzəriyyə kainatın genişləməsi- təməl alınaraq: “madam genişlənir, çox qədim bir zamanda bütün kainat tək bir nöqtədə sıxlaşmış olmalıdır” deyilərək big-bang nəzəriyyəsi yaradılmışdır.

1) Təklik sıfır həcmə sahib və bildiyimiz fizika qaydalarının etibarlı olmadığı strktura deyilir. Məsələn qara dəliklər öz diametrlərində kiçik bir təklikdir.

2) Nəzəriyyənin adı “böyük partlayış” olsa da əslinı partlayan bir şey yox, ani bir genişlənmə var. Big-bang nəzəriyyəsinə bu “partlayış xatırladan” adını nəzəriyyənin qurucuları deyil, nəzəriyyəyə lağ edən bir alim vermişdir.

Əgər məqalələrimizdə qrammatik və orfoqrafik xətalar varsa, lütfən, xətalı qismi işarələyib Ctrl+Enter klaviş kombinasiyasından istifadə edərək bizə bildirin.

Daha çoxu

Bənzər yazılar

Rəy yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Buna da nəzər salın

Close
Close
%d bloqqer bunu bəyənir:

Spelling error report

The following text will be sent to our editors: