Kvant

Antimaddə

Dörd əsas təbiət qüvvəsindən subatom ölçülərdə qarşılıqlı təsirdə olan üçünü (güclü nüvə qüvvəsi » atom nüvələrini meydana gətirən hissəcikləri bir yerdə saxlayan qüvvə, zəif nüvə qüvvəsi » ağır və tez parçalanan hissəcikləri parçalanaraq başqa zərrəciklərə çevirən qüvvə və elektromaqnit qüvvəsi » atom nüvələriylə ətraflarında fırlanan elektronları bir yerdə saxlayaraq atomları və molekulları bir yerdə saxlayan qüvvə) açıqlayan Standart Modelə görə məlum olan bütün zərrəciklərin eyni kütlədə amma tərs elektrik yükü daşıyan bir əksi vardır (ayna görüntüsü kimi).
antihydrogen-cernphysicis
Bunlara qarşı maddə ya da anti maddə deyirik. Məsələn mənfi (-) yüklü elektronun anti maddə qarşılığı, + yüklü pozitron; müsbət (+) yüklü protonun anti maddə qarşılığı, – yüklü anti proton vs. Maddəylə anti maddə, yəni bir zərrəciklə öz anti zərrəciyi toqquşduqda bir-birlərini yox edərək (annihilyasiya) enerji yaradırlar.
e− + e+ → γ + γ
13,7 milyard il əvvəl kainatı ortaya çıxaran Böyük Partlayışda bərabər miqdarda ortaya çıxan maddə640px-Feynman_EP_Annihilation.svg ilə anti maddə bir-birlərini yox edərkən bəzi kvant mexaniki xüsusiyyətlər səbəbiylə maddənin çox kiçik bir hissəsi yox olmaqdan xilas olmuş və kainatda görə bildiyimiz hər şey
(ulduzlar, qalaktikalar, planetlər və üzərlərindəki canlılar) bu kiçik maddə çoxluğunun məhsuludur .(Multikainat nəzəriyyəsinə görə maddə və antimaddə bu şəkildə yox olmamış, müxtəlif kainatlara paylanmışdır.
Bizim kainatda və digərlərində maddə üstünlük təşkil edir. Digər kainatlarda da antimaddə üstünlük təşkil edir. Son kəşflər nəzəri fizikaçıları bu nəzəriyyə üzərində fokuslandırmışdır. Ortada olan əngəl digər kainatları müşahidə edə bilməməzdir. Amma elm nəhəng addımlarla irəliləyir, izləyək görək). Ancaq kainatdakı böyük strukturların (qalaktikalar və qalaktika çoxluqları) hərəkətləriylə və kainatın quruluşuyla əlaqədar olaraq edilən həssas müşahidələr Standart Modeldə sadalanan zərrəciklərin xaricində və müşahidə edilməmiş və xüsusiyyətləri bilinməyən bir sıra zərrəciklər olduğunu göstərir ki, bunlar “qaranlıq maddə” olaraq adlandırılır. Anti maddə ilə qaranlıq maddəni eyni şeymiş kimi düşünmək sıxlıqla yol verilən bir səhv olduğu üçün bu fərqi yaxşı anlamaq lazımdır. Xülasəylə, anti maddə maddə zərrəciklərinin tərs elektrik yükü daşıyan antiləri, “qaranlıq maddə” isə hələ varlıqları təcrübə ya da müşahidələrlə təyin oluna bilməmiş, ancaq cazibə təsiriylə varlıqlarını bilvasitə göstərən maddə olaraq təyin olunur. Anti maddə yuxarıda açıqlanan xüsusiyyəti (maddəylə anti maddənin toqquşması zamanl bir-birlərini yox etmələri) səbəbiylə görünən kainatda təbii sərbəst halda mövcud deyil (yenə də bəzi nəzəriyyəçilər kainatın bir bucağında varlığını qoruya bilmiş anti maddə topluluqları ola biləcəyini fərz edirlər). Amma yüksək enerjili toqquşma təcrübələrində ya da maddə zərrəciklərinin təbii parçalanma müddətində ortaya çıxıb saniyənin çox kiçik hissəərində var ola bilirlər. Alimlər  xüsusi təcrübə şərtlərində və milyardlarla dollar dəyərində zərrəcik detektorları və super keçirici maqnitlər istifadə edərək bunları yox olmadan xilas edərək xüsusi şəraitdə qoruya bilir və bunlarla yüksək enerjili toqquşma təcrübələri reallaşdırırlar.
  • Böyük Partlayış əsnasında bərabər miqdarda maddə / anti maddə meydana gəlmiş ancaq kainatda heç yoxdur. Bu balanssızlıq hələ də bir sirrdir.
  • Anti maddə haqqında ilk fikirlər 1928-də Fizikaçı Pol Dirak tərəfindən irəli sürüldü. 1932-də Carl Anderson pozitronları ( anti-elektron ) kəşf etdiyində bu fikirləri sübut etmiş oldu.
  • İlk anti-hidrogen atomları 1995-də CERN-də alındı.
  • Anti maddə istehsalı olduqca səmərəsiz bir əməliyyatdı. Verdiyindən cox daha çox enerji istehlak edir.Xərclədiyi enerjinin təxmini olaraq yalnız 0,0000000001-lik qisimi geri dönür.
  • Bu ana qədər CERN-də alınmış bütün anti maddə maddə ilə toqquşdurulsaydı, ortaya çıxacaq enerji yalnız bir lampanı bir neçə dəqiqə yandırmağa yetəcəkdi.
  • Bir milliqram anti maddə yaratmaq 100 milyard dollara tələb edir. Bir qram anti maddə ilə Xrosimoya atılan bombanın enerjisinin iki qatı əldə edilə bilir.
  • NASA su an  antimaddəsi ilə işləyən kosmos vasitələri inşa etmək üçün çalışır. Əgər müvəffəqiyyətli olsalar, bu kosmonovtların 180 gündə Marsa çatmasına imkan verəcək.

Əgər məqalələrimizdə qrammatik və orfoqrafik xətalar varsa, lütfən, xətalı qismi işarələyib Ctrl+Enter klaviş kombinasiyasından istifadə edərək bizə bildirin.

Etiketlər
Daha çoxu

Bənzər yazılar

Rəy yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Buna da nəzər salın

Close
Close
%d bloqqer bunu bəyənir:

Spelling error report

The following text will be sent to our editors: